Hicri altıncı əsr mühəddislərinin tərcümeyi-hallarını oxuduğumda diqqətimi Əbülbərəkat əl-Bağdadinin iki bacısı çəkir. Birincisinin adı Ümmülhəya Həfsədir. Mötəbər və tədqiqatçı ravilərdən olmuşdur. Münziri onun barəsində deyib: “O bizə şəhadətnamə (icazət) verib. Bu şəhadətnaməni o, hicri 608-ci ildə verib”.
Əhalisinin 80%-i hindu olan Nepalda müsəlmanlar dini azlıq təşkil edirlər. Öz istəkləri ilə müsəlman olan hindular tərəfindən evlərindən qovulurlar. Küçədə qalan yenicə müsəlman olmuş belə insanlara isə İnsan İnkişaf Akademiyası (İİA) sahib çıxır. Sanki insan sığınacağını xatırladan mərkəzdə yerləşdirilənlər yeni həyata uyğunlaşmağa çalışırlar.
Kiməsə xor baxdığımı heç kəs iddia edə bilməz. Tənqid başqa, xəbərdarlıq başqa, təhqir edib xor baxmaq tamam başqa şeydir. Əgər bir kəsin barəsində: “Özündən xəbəri yoxdur, amma haqq-ədalətdən, azadlıqdan dəm vurur”, - deyirsinizsə, bu, həmin insana xor baxmaq, onu özünüzdən aşağı hesab etmək deməkdir.
1736-cı ildə İranda Səfəvilər dövlətinin hakimiyyətinə son qoyaraq, iqtidarı ələ keçirən türk Əfşar tayfasından olan Nadir şah sünni və şiə müsəlmanlarına bölünmüş islam dünyası arasındakı parçalanmanı aradan qaldırmaq, müsəlmanlar arasında birliyi təmin etməyə səy göstərirdi.
Bu mövzu ilə əlaqədar olaraq, biz doktor Mustafa Sibainin (1915-1967) “Sünnə və onun islam qanunvericiliyində yeri” adlı kitabından iqtibaslar gətirmək istəyirik. Doktor Sibai bu kitabında hədislərin uydurma olduğunu göstərən “əlamətlər”dən danışmış, onları iki yerə ayırmışdı: