Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19632 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16750 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13831 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9577 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9102 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyun » 16 » İKİ MÜSƏLMANIN BİR‐BİRİNİ ÖLDÜRMƏK İSTƏYİ
    İKİ MÜSƏLMANIN BİR‐BİRİNİ ÖLDÜRMƏK İSTƏYİ
    15:45
    وعن أبي بَكْرَة نُفَيْعِ بْنِ الْحَارِثِ الثَّقفِيِّ رَضِي الله عنه أَنَّ النَّبِيَّ صَلّى اللهُ عَلَيْهِ وسَلَّم قال: «إِذَا الْتَقَى الْمُسْلِمَانِ بِسَيْفَيْهِمَا فَالْقَاتِلُ وَالْمَقْتُولُ فِي النَّارِ» قُلْتُ : يَا رَسُول اللَّهِ ، هَذَا الْقَاتِلُ فمَا بَالُ الْمَقْتُولِ ؟ قَال: «إِنَّهُ كَانَ حَرِيصاً عَلَى قَتْلِ صَاحِبِهِ» متفقٌ عليه

    Əbu Bəkrə Nüfey İbni Haris əs-Səqafi - radiyallahu anh- dan rəvayət edildiyinə görə Rəsulullah –səllallahu əleyhi və səlləm- belə buyurmuşdur:

    “İki müsəlman bir-birinə qılınc çəkdiyi zaman, öldürən də, ölən də cəhənnəmdədir”.

    Mənsə:

    - “Ya Rəsulallah! Öldürənin vəziyyəti məlumdur, amma ölən nə üçün cəhənnəmdədir?” deyə soruşdum.

    Rəsulullah –səllallahu əleyhi və səlləm- :
    - “Çünki o, yoldaşını öldürmək istəyirdi”. buyurdu.

    Buxari, İman 22, Diyat 2, Fitən 10; Müslim, Qasamə 33, Fitən 14, 15. Əlavə bax. Əbu Davud, Fitən 5; Nəsai, Tahrim 29, Qasamə 7; İbni Macə, Fitən 11

    Əbu Bəkrə əs-Səqafi

    Əbu Bəkrə Taiflidir. Anası və atası qul olduğu üçün o da qul sayılıyırdı. Müsəlmanlar Taifi fəth etdikləri zaman Rəsulullah (s.a.s.), İslamı qəbul edən taifli azad insan əsir alınmayacaq və kölədirsə, köləlikdən azadlığa qovuşacaqdır deyə elan etdi..
    Əbu Bəkrə Taif qalasından aşağı, bəkrə deyilən bir quyu çıkrığı ilə enərək gələn 23 quldan biriydi. Bu səbəblə Rəsulullah (s.a.s.) ona Əbu Bəkrə deyə iltifat etdi. O gündən sonra həmişə bu künyə ilə anıldı.

    Əbu Bəkrə çox ibadət etməsiylə tanınan bir səhabə idi. Rəvayət etdiyi bu hədisi şərifi həyatı boyunca tətbiq etdi. Bu səbəblə də səhabələr arasında çıxan anlaşılmazlıqların heç birinə qatılmadı. Hətta onun “Bir müsəlman qılıncını çəkib məni öldürməyə qalxsa, ona əngəl olmaram” dediyi nəql edilir. Özündən 132 hədis rəvayət edilmişdir.

    Hicrətin 51. ilində (671) Bəsrədə vəfat etdi.

    Allah ondan razı olsun!

    Şərh

    Müsəlmanların qardaş olduqları Allah Təala tərəfindən açıqca ifadə edilmişdir (Hucurat surəsi, 10). Qardaşların bir-birinə silah çəkməsi qəti bəyənilməyən haldır. Onlar silahlarını din qardaşlarına deyil, İslam düşmanlarına qarşı çəkməlidirlər. Müsəlmanların bir-birini öldürməyə qalxması bu ayə ilə qəti bir şəkildə qadağan edilmişdir:

    “Kim bir mömini qəsdən öldürərsə, cəzası, içində əbədiyyən qalacağı cəhənnəmdir” (Nisa surəsi 92) Bu cəza səhvən öldürmə vəziyyətinə şamil edilmir. Lakin, yuxarıdaki ayənin əvvəlində qeyd olunduğu kimi yanlışlıqla öldürmənin də fərqli cəzaları vardır.

    Hədisi şərifdə qılıncın zikr edilməsi, o dövrün döyüş və müharibə alətlərinin başında qılıncın gəlməsi səbəbiylədir. Bu gün qılıncın qarşılığı tapança və bənzəri öldürücü alətlərdir.
    Rəsulullahın, müsəlman qardaşına silah çəkib öldürənin və bu əsnada ölənin cəhənnəmlik olduğunu ifadə etməsiylə Əbu Bəkrə, öldürənin niyə cəhənnəmə getdiyini anladığını, amma öldürülənin nə üçün cəhənnəmlik olduğunu anlamadığını söylədi. Buna görə də Həzrəti Peyğəmbər (s.a.s.), o kimsəni cəhənnəmlik edən şeyin, qardaşını öldürməyə cəhd etməsi olduğunu ifadə etdi.

    Özünə silah çəkilən bir kimsə, rəqibini öldürməyi düşünmədən, sadəcə nəfsini müdafiə etmək üçün silahından istifadə edərsə və onu öldürmək məcburiyyətində qalarsa, qatil sayılmaz. Çünki o nəfsini müdafiə etmək məcburiyyətində qalmışdır. Nəfsini müdafiə etmək isə, dinin əmridir. Necə ki 1360 nömrəli hədisdə görəcəyimiz kimi səhabələrdən biri ilə Peyğəmbərimiz (s.a.s.) arasında belə bir söhbət keçir:

    - Ya Rəsulallah! Adamın biri gəlib malımı əlimdən almaq istəsə, nə etməliyəm?

    - “Malını ona vermə!”

    - Adam mənimlə döyüşməyə başlasa?

    - “Sən də onunla döyüş!”

    - Bəs məni öldürərsə?

    - “Şəhid olarsan.”

    - Mən onu öldürsəm?

    - “O cəhənnəmlik olar” (Müslim, İman 225).

    Bir insanın axirət həyatını da məhv edərək əbədiyyən cəhənnəmdə qalmasına yol açan səbəb, bir müsəlmanı öldürməyə niyyət etməsi və bu mövzuda qərarlı olmasıdır. Çünki ölənin də, öldürənin də hədəfi, qarşısındakının həyatına son verməkdir. Birinin o birindən fərqi, daha israrlı davranıb yoldaşını öldürməsidir.

    Haqsız yerə birini öldürən kimsə etdiyinə peşman olaraq səmimiyyətlə tövbə etdiyi təqdirdə, Allah Təala istəsə onu bağışlaya bilər. Belə birinin bağışlanmayacağını söyləyən alimlər də vardır. Lakin şirk xaricindəki bütün günahları Allah Təalanın bağışlaya biləcəyi ayəsi təyin olunduğuna görə (Nisa 48, 116) Allah Təala dilərsə bunları da bağışlayar və ya cəzalandırar.

    Hədisimizin “Kim bir mömini qəsdən öldürərsə, cəzası, içində əbədiyyən qalacağı cəhənnəmdir” ayəsini açıqladığı deyilə bilər. Diqqət ediləcəyi kimi Həzrəti Peyğəmbər (s.a.s.) həm ölən həm də öldürən haqqında “müsəlman” kəliməsini işlətmişdir. Belə anlaşılır ki, bir-birini qəsdən öldürənlər böyük günah işləməklə bərabər müslümanlıqdan çıxmazlar. Allaha şirk qoşmayan kimsənin əbədiyyən cəhənnəmdə qalmayacağı, cəzasını çəkdikdən sonra cəhənnəmdən çıxacağı bilindiyinə görə, bir-birini öldürən müsəlmanların da əbədiyyən cəhənnəmdə qalmayacağı anlaşılmaqdadır. Ayə edilən günahın böyüklüyünü ifadə etməkdə, bu işə təşəbbüs edəcək olanları isə ağır cəza ilə təhdid etməkdədir.

    Bu hədis münasibətiylə iki böyük səhabə kütləsinin bir-biriylə etdiyi savaşlar xatirə gəlməktə və onların vəziyyəti maraq doğurmaqdadır. Bu mövzuda söylənəcək ən doğru və kəsə cavab budur:

    Onlar səhabə və müctəhid kimsələrdi. “Möminlərdən iki qrup bir-biriylə vuruşarlarsa, aralarını düzəldin.” (Hucurat surəsi, 9) ayəsində gərəyincə zənn və qənaətlərə görə bir tərəfi haqlı hesab etdilər və o tərəfdə yer aldılar. Məqsədləri kimlərisə öldürmək, qarışıqlıq çıxarmaq deyil, müsəlmanların arasını tapmaq idi. Şübhəsiz bu hadisələrin çıxmasına səbəb olanlardan biri haqlıydı. Haqlı olmayan tərəfdə yer alan səhabələrin niyyəti haqsızı müdafiə etmək deyildi. Onların düşüncəsinə görə də tutduqları tərəf haqlı idi. Onların düşüncəsinə görə haqlı olanın iki savab, yanılan alimin isə bir savab qazandığı bilinən bir həqiqətdir.

    Bu hadisələrdə iki qrupa ayrılan səhabələrin bir-birinə baxışını, Hz. Əlinin qarşı qrup haqqında söylədiyi bu söz nə gözəl ifadə etməktədir:

    “Bunlar bizə qarşı haqsızlıq edən qardaşlarımızdır.” Başverənlərə baxmayaraq onlar yenə də bir-birlərinə qardaş gözüylə baxırdılar. Onların bu baxışlarına iltifat etməyərək tərəflərdən birini ittiham etməyə qalxmaq, aradan keçən bu qədər əsrdən sonra bizi doğruya aparmaz.

    Heç bir zaman unudulmamalıdır ki, Allah Təala onları: “Siz insanların arasına çıxarılmış ən xeyirli ümmətsiniz” (Ali İmran, 110) deyə mədh etmişdir. “Ən xeyirliləri” tənqid etmə səlahiyyətini özündə tapanların onlardan da xeyirli olması deyildirlərsə susmaları lazımdır.

    Hədisdən Öyrəndiklərimiz

    1. Günah işləməyə niyyət edilərək qəti qərar verilərsə, bu qərarı ürək də təsdiqlərsə, artıq o günah işlənmiş sayılar (12-ci hədisdə bu mövzu ələ alınacaq).

    2. Allahın verdiyi canı haqsız yerə alma səlahiyyəti kimsəyə verilməmişdir. Bu səbəblə birini öldürməyə təşəbbüs göstərmək, Allaha aid səlahiyyətə müdaxilə etmək olduğundan cəzası cəhənnəmdir.

    3. Yaxşılıqlarda olduğu kimi pisliklərdə də niyyətə baxılar.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 639 | Tarix: 27.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2012  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru