HƏDİSLƏR
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 08:51 | Yazı # 1 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| GÖZLƏRƏ SÜRMƏ ÇƏKMƏK İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: “Ağ libas geyinin. Çünki ağ libas geyimlərinizin ən xeyirlisidir. Ölülərinizi də ağ (parça) ilə kəfənləyin. Sürmələrinizin ən xeyirlisi İsmid (sürmə daşıdır). O, gözün nurunu artırır, kiprikləri qüvvətləndirir” (Əbu Davud 3878, 3880, İbn Məcə 3495, 3496, 3497, əl-Albani “Səhih”. )
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 08:52 | Yazı # 2 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| HARAM İLƏ MÜALİCƏ Tariq İbn Suveyd (və ya: Suveyd İbn Tariq) rəvayət edir ki, Peyğəmbərdən (s.a.v) (müalicə) üçün içki barəsində soruşdum. O, mənə qadağan etdi. Mən yenə də soruşdum, o qadağan etdi. Mən: “Yə Rəsulullah! Həqiqətən onda şəfa vardır” dedim. O: “Xeyr, o, şəfa deyil xəstəlikdir” deyə buyurdu. (Tirmizi 2046, İbn Məcə 3500, Əbu Davud 3873, 3875, əl-Albani “Səhih”. )
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 08:53 | Yazı # 3 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Gecənin Zülmətində Uşaqları Bayıra Buraxmamaq Cabir (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: “Gecənin zülməti, yaxud şiddəti keçincəyə qədər uşaqlarınızı (evdən bayıra) buraxmayın. Bu elə bir vaxtdır ki, şeytanlar (hər tərəfə) yayılırlar” (Buxari “Ədəbul Mufrad” 1231, əl-Albani “Səhih”. )
Cabir (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: “Qaş qaraldığı zaman uşaqlarınızı (bayıra) buraxmayın. (Çünki bu vaxt) şeytanlar (hər tərəfə) yayılırlar. Gecədən bir müddət keçdikdən sonra isə onları buraxa bilərsiniz. (Gecələr) “Bismillah” deyərək (evinin) qapısını bağla! “Bismillah” deyərək lampanı söndür! “Bismillah” deyərək su tuluqlarının ağzını bağla!” “Bismillah” deyərək hər nə ilə olursa, olsun qab-qacağın ağzını ört!” (Buxari 3280, Müslim 5368. )
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 08:54 | Yazı # 4 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Beş şey gəlmədən öncə Rasulullah (SallAllahu aleyhi və səlləm) buyurmuşdur: - Beş şey gəlmədən öncə beş şeyin qədrini bilin:
• Qocalığından əvvəl gəncliyinin • Xəstəliyindən əvvəl sağlamlığının • Kasıblığından əvvəl zənginliyinin • Məşğuliyyətindən əvvəl boş vaxtının • Ölümündən əvvəl həyatının
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 08:55 | Yazı # 5 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Rasulullahın (sallAllahu aleyhi və səlləm) tövsiyyəsi Əbu Nəcih əl-İrbad ibn Sariyə (radıyAllahu anhu) buyurur: - Rəsulullah (sallAllahu aleyhi və səlləm) bizə elə bir təsirli öyüd-nəsihət verdi ki, qəlblərimiz qorxudan titrədi və gözlərimiz yaşardı. Dedik:
- Yə Rasulullah! Bu vidalaşanın öyüd-nəsihətinə bənzəyir. Bizə nə tövsiyyə edirsən?
Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurdu: - Sizə Allahdan qorxmağı, bir həbəşi köləsi sizə əmirlik etsə belə, ona tabe olmağı tövsiyyə edirəm. Sizlərdən yaşayan olsa, çoxlu ixtilaflar görəcəkdir. O zaman mənim və haqq yolda olan Raşidi xəlifələrin yolu ilə gedin. Azı dişlərinizlə bu yollardan yapışın. Bidətlərdən çəkinin. Çünki hər bir bidət zəlalətdir.
________________ ◦ Əbu Davud, 4607 ◦ ət-Tirmizi, 2678 ◦ Əhməd ibn Hənbəli, 4/126-127 ◦ İbn Məcə, 42-44 ◦ əd-Darimi, 1/44-45 ◦ İbn Hibbən, 102
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 08:56 | Yazı # 6 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Beyyinə surəsi Bir gün Rasulullah (sallAllahu aleyhi və səlləm) Ubeyy ibnul Kəbə dedi: - Allah sənin mənə "Beyyinə" surəsini oxumağını əmr etdi.
Ubeyy İbnul Kəb (radıyAllahu anhu) həyəcanla soruşdu: - Yə Rasulullah! Allah mənim adımı çəkdimi?
Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurdu: - Bəli!
Bunu eşidən Ubeyy hönkürtü ilə ağladı.
◦ Buxari, 7/96 ◦ Muslim, 799
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 08:57 | Yazı # 7 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Iki iz və iki damla Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurur
- Allah (subhənəhu və təalə) üçün iki damla və iki izdən daha sevimli heçnə yoxdur.
iki Damla: - Allah qorxusundan axan göz yaş damlası və Allah yolunda axıdılan qan damlası.
iki İz: - Allah yolunda vuruşarkən alınan yara izi və Allahın buyurduğu vacibatlardan birini ödəyərkən yaranan iz.
ət-Tirmizi, 1669
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 08:58 | Yazı # 8 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Peyğəmbər (sav) adından yalan söyləyənin yeri haradır? Əli, Ənəs b. Məlik, Əbu Hureyrə - radıyallahu anhum – rəvayət edirlər ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, mənim ağzımdan yalan söyləmək başqasının ağzından yalan söyləmək kimi deyil. Hər kim söyləmədiyimi mənə qəsdli olaraq söyləyərsə atəşdən yerini hazırlasın» . Müslim.
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 08:58 | Yazı # 9 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Allah üçün sevərlər Ömər ibn əl-Xəttabdan (Allah ondan razı olsun!) rəvayət olunur ki, bir dəfə Allahın rəsulu (Ona Allahın salamı və xeyir-duası olsun!) səhabələrinə buyurdu: “Allahın qulları arasında elələri vardır ki, onlar nə nəbi, nə də şəhiddirlər. Nəbi və şəhidlər onların Allah dərgahındakı məqamlarına qibtə edərlər”. Səhabələr Peyğəmbərdən (Ona Allahın salamı və xeyir-duası olsun!) onların kim olduğu barədə soruşduqda Peyğəmbər: “Onlar bir-birini qan qohumluğuna və var-dövlətə görə deyil, yalnız Allah üçün sevənlərdir. Onların simaları nurdur və onlar nurun fövqündədirlər. İnsanlar qorxduqları zaman onlar qorxmaz, kədərləndikləri zaman kədərlənməzlər”, – deyərək cavab verdi və bu surəni oxudu: “Məgər, onlar Allahın dostları deyillərmi? Onlar üçün heç bir qorxu yoxdur və onlar qüssələnməyəcəklər”
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 08:59 | Yazı # 10 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Sünnəyə tabe olmaq Abdullah bin Məsud (radiyallahu anhu) belə demişdir: “Siz (sünnəyə) tabe olun. Bidət ortaya çıxarmağa çalışmayın. Çünki sünnə sizə kifayət edər, bidətə ehtiyac yoxdur.” [Darimi, 1/69.]
İbn Abbas (radıyallahu anhu) belə demişdir: “Bir il keçməmiş insanlar bidəti ortaya çıxarmağa və sünnəni məhv etməyə başladılar. Nəhayət, bidətlər yayılmağa, sünnə isə tərk olunmağa başlandı”. [İbn Vaddah, «əl-Bidə», səh. 38]
İbn Sirin (rahmatullahi aleyhi) (v.h. 110) belə deyir: “Həm bir bidəti qəbul edib, həm də bir sünnəyə əməl edən heç kim ola bilməz.” [Darimi, 1/69; İbn Batta, «əş-Şərhu vəl-İbanə», səh. 133.]
Qudeyf bin əl-Haris (rahmatullahi aleyhi) (v.h. 65) belə deyir: “Bir bidət ortaya çıxan kimi mütləq sünnədən o qədəri tərk edilir.” [«əş-Şərhu vəl-İbanə», səh. 143.]
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 08:59 | Yazı # 11 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Yol kənarında oturmaq Əbu Səid əl-Xudridən rəvayət olunur ki, Allahın elçisi (sallallahu aleyhi va sellem) buyurmuşdur: «Yol kənarlarında oturmaqdan çəkinin». Səhabələr: «Ey Allahın elçisi! Biz bunsuz keçinə bilmərik, çünki biz orada oturub söhbət edirik» deyə buna öz etirazlarını bildirdilər. Peyğəmbər, (sallallahu aleyhi va sellem) dedi: «Bundan imtina edirsinizsə, onda yolun haqqını ödəyin». Səhabələr: «Yolun haqqı nədən ibarətdir?» deyə soruşdular. Peyğəmbər (sallallahu aleyhi va sellem) də: «Gözü yummaq, pisliklərdən çəkinmək, salamı almaq, yaxşılığı əmr, pisliyi isə qadağan etməkdir» deyə cavab verdi. Hədisi Buxari və Müslim rəvayət etmişdi
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 09:00 | Yazı # 12 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Uca Allah pakdır və pak olandan başqasını qəbul etməz Əbu Hureyrə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Həqiqətən də Allah pakdır (və nöqsansızdır) və pak olandan başqasını da qəbul etməz. Allah Peyğəmbərlərinə əmr etdiyi şeyin eynisini möminlərə də əmr etmişdi. Allah buyurur: «Ey Peyğəmbərlər! Təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün» (əl-Muminun 51). Digər bir ayədə: «Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin təmiz və halalından yeyin» (əl-Bəqərə 172). Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm - birisini xatırladarq: «Saçı-saqqalı bir birinə qarışmış, üst-başı toza bulaşmış halda uzun səfər etmiş, yediyi haram, içdiyi haram və haram ilə bəslənən bu kişi əllərini səmaya qaldıraraq ya Rəbbim, ya Rəbbim deyə dua etsə, necə ola bilər ki, onun duası qəbul olunsun» deyə buyurdu . Müslim 1015.
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 09:01 | Yazı # 13 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Möminin dünyaya baxışı Peyğəmbər(səllallahu aleyhi və səlləm) demişdir : "Mənim bu dünyada olan məsəlim, ağacın kölgəsində dincəlib sonra yoluna davam edən müsafirin məsəlinə bənzəyir." (Sünən ən-Nəsai)
İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) mənim çiynimdən tutub dedi: "Dünyada bir qərib yaxud bir müsafir kimi ol!" İbn Ömər (r.a) deyərdi: "Axşama çıxdıqda, səhərə sağ qalacağını və səhərə çıxdıqda axşama sağ qalacağını gözləmə. Xəstələnənədək sağlamlığından və ölənədək həyatından istifadə et!" (Sünən Əbu Davud)
Peyğəmbər(səllallahu aleyhi və səlləm) demişdir : “Bilirsinizmi ən ağıllı mömin kimdir?” “tez-tez ölümü fikirləşən, buna hazırlıq görən insan!” (Səhih ət-Tərğib vət Tərhib)
Peyğəmbər (səllallahu aleyhi və səlləm) bir kişiyə nəsihət edib demişdir: "Beş şey gələnədək beş şeydən istifadə et! Qocalanadək cavanlığından, xəstələnənədək sağlamlığından, kasıblayanadək var-dövlətindən, məşğul olanadək boş vaxtlarından və ölənədək həyatından!" (Mustədrək, Hakim)
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 09:03 | Yazı # 14 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Mömin Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: "Mömin pöhrəyə bənzəyir. Külək hansı tərəfdən əssə pöhrəni əyər, külək sakitləşdiyi zaman pöhrə dikələr. (Mömin də həmçinin) müsibətlərə məruz qalsa da əqidəsindən dönmür. Günahkar adam isə sərt və dümdüz qalan sidr ağacına bənzəyir. Yalnız Allah istəsə, onu sındıra bilər."
əl-Buxari, 5644
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 09:04 | Yazı # 15 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| İMAN, İSLAM, EHSAN Yaxşı əməl sahibi olub özünü Allaha təslim (İslam) edən, İbrahimin hənif millətinə (dininə) tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər». (ən-Nisa 125). «Yaxşı əməl heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, Axirət gününə, Mələklərə, Kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və Peyğəmbərlərə inanandır». (əl-Bəqərə 177). «Şübhəsiz ki, biz hər bir şeyi müəyyən ölçüdə (qədər) ilə yaratdıq». (əl-Qəmər 49). «O, Allah ki, səni namaza duranda da görür, səcdə edənlər içində olanda da. Həqiqətən (hər şeyi) eşidən və bilən Odur!». (əş-Şuəra 218-219). «Həqiqətən Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir». (ən-Nəhl 128). Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm - insanların əhatəsində olduğu vaxt bir nəfər ona yaxınlaşıb: «Ya Rəsulallah! İman nədir?» deyə soruşdu. (Peyğəmbər): «(İman) Allaha, Mələklərinə, Kitablarına, Onunla (Allahla) görüşməyə, Peyğəmbərlərinə və Axirət günü dirilməyə iman etməkdir» deyə buyurdu. (Adam): «Ya Rəsulallah! İslam nədir?» deyə soruşdu. (Peyğəmbər): «(İslam) Allaha ibadət etmək və Ona heç bir şeyi şərik qoşmamaq, namaz qılmaq, fərz olan zəkatı vermək və Ramazan ayında oruc tutmaqdır» deyə buyurdu. (Adam): «Ya Rəsulallah! Ehsan nədir?» deyə soruşdu. (Peyğəmbər): «(Ehsan) Allaha Onu görür kimi ibadət etməkdir. Lakin sən Onu görməsən də, (şübhəsiz) ki, O səni görür!» deyə buyurdu. (Adam): «Ya Rəsulallah! «Mənə Qiyamət günü haqqında xəbər ver!» deyə soruşdu. (Peyğəmbər): «Bu məsələdə soruşulan soruşandan cox bilmir (elimli deyildir). Lakin mən sənə onun əlamətləri haqqında xəbər verə bilərəm. Qul qadın (cariyənin) öz ağasını doğması, ayaq-yalın, cılpaq, (bir vaxtlar mal-qara otarması ilə məşğul olan) cobanların hündür binalar tikməkdə bir-biriləri ilə yarışmaları. (Qiyamət günü) qeybdən olan beş şeyin içərisindədir ki, onları Allahdan başqa heç kəs bilməz». Sonra Peyğəmbər: «Həqiqətən qiyamətin qopacağı vaxtı ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı (doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını) O bilir, heç kəs səhər nə edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir və (hər şeydən) xəbərdardır!». (Loğman 34) ayəsini oxudu. (Əbu Hureyrə) dedi ki: «Sonra o, şəxs çıxıb getdi». Onun ardından Peyğəmbər – sallallahu aleyhi və səlləm - (səhabələrinə): «Onu geri qaytarın!» deyə buyurdu. (Səhabələr) Onu geri qaytarmaq üçün axtarmağa başladılar. Lakin heç kəsi tapa bilmədilər. Bundan sonra Peyğəmbər: «Bu Cəbrail – əleyhissəllam – idi. İnsanlara dinlərini öyrətmək üçün gəlmişdi!» deyə buyurdu. (Başqa rəvayətdə: «Bu Cəbrail – əleyhissəllam – idi. Öyrənməyinizi istədi. Çünki siz soruşmamışdınız!» deyə buyurdu). Başqa rəvayətdə: Ömər - radıyallahu anhu – rəvayət edir ki, bir gün Rasulullah – sallallahu aleyhi və səlləm - in hüzurunda oturmuşduq. Bu vaxt paltarı düm ağ, saçları olduqca qara, üzərində səfər əlaməti görünməyən və aramızda hec kimsənin tanımadığı bir nəfər içəri girib, Peyğəmbər – sallallahu aleyhi və səlləm - in yanında oturdu. İki dizini onun dizlərinə söykəyib, əllərini (öz) dizlərinin üstünə qoyaraq: «Ey Məhəmməd! Mənə İslam haqqında xəbər ver!» deyə soruşdu. (Peyğəmbər): «(İslam) Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Muhəmmədın Allahın elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Ramazanda oruc tutmaq, imkan olduqda Kəbəni həcc etməkdir» deyə buyurdu. (Adam): «Doğru söylədin!» deyə cavab verdi. (Ömər) dedi ki, adama heyrət etdik. Həm ona sual verir, həm də onun söylədiklərini təsdiq edirdi. (Adam): «Mənə İman haqqında xəbər ver!» deyə soruşdu. (Peyğəmbər): «(İman) Allaha, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə, Axirət gününə və Qədərin Xeyir və Şərridə Allahdan olmasına inanmaqdır» deyə buyurdu… (Ömər) dedi ki, sonra o, adam durub getdi. Bir müddətdən sonra (Peyğəmbər) mənə buyurdu: «Ey Ömər! O, sual verənin kim olduğunu bilirsənmi?» (Ömər): «Allah və Rəsulu daha gözəl bilir!» deyə cavab verdi. (Peyğəmbər): «O, Cəbrail – əleyhissəllam - idi. Sizə dininizi öyrətməyə gəlmişdi!» deyə buyurdu .
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 09:05 | Yazı # 16 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Peyğəmbərin (s.a.v) həmd duası Əbu Hureyrə-Allah ondan razı olsun-demişdir: "Qubalı ənsarlardan bir nəfər Allahın elçisini sallallahu aleyhi və səlləmin dəvət etdi, birlikdə getdik. Allahın elçisi sallallahu aleyhi və səlləm yeməyini yeyib, əllərini yaxalayarkən belə dua etdi: "Yedirən, yedirilməyən, bizə bəxş edən, bizə doğru yolu göstərən, bizi doyuran və içirən, hər gözəl bəla ilə imtahan edən, məclisindən qovulmayan və tərk olunmayan, bizi nemətinə küfr edənlərdən etməyən və hər zaman Özünə ehtiyac duyulan Allaha həmd olsun. Yemək yedirən, içirən, çılpaqları geyindirən, zəlalətdən qurtarıb doğru yola gətirən, zülmətdən nura çıxaran, məxluqatlarının bir çoxundan bizi üstün edən Allaha həmd olsun. Aləmlərin Rəbbinə həmd olsun!" (hədis həsəndir: İbn Əbi əd-Dünya, "əş-Şukur", 15; əl-Hakim, 1/546; əl-Beyhəqi, "Şuabul-İman", 4067; İbn Sünni, 487; Ibn Hibban, 5219; Əbu Nəim, "al-Hilyə", 6/246.)
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 09:06 | Yazı # 17 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Pis əməlin şahidi nədir? Pis əməlin ən gizli şahidi vicdanımızdir. Hazreti Ömer(r.a)
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 09:06 | Yazı # 18 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Axirətdə kölgədə olanlar Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Yeddi qrup insan vardır ki, Allah Təala onları ərşin kölgəsindən başqa bir kölgə olmadığı qiyamət günündə öz kölgəsində saxlayacaqdır. Bunlar: 1. Adil imam (yəni idarəçi), 2. Allah Təalaya ibadət edərək böyüyən gənc, 3. Qəlbi məscidlərə bağlı olan insan, 4. Allah Təala üçün bir birini sevən, Allah Təala yolunda birləşən və Allah Təala yolunda ayrılan iki nəfər, 5. Məqam sahibi və gözəl bir qadının əxlaqsız dəvətini rədd edən kişi, 6. Sədəqə verən, ancaq sağ əlinin verdiyi sədəqəni sol əli bilməyəcək şəkildə gizləyən kimsə, 7. Tənha yerdə Allah Təalanı zikr edib və göz yaşı tökən kimsə.” (Səhihi-Buxari, Zəkat Kitabı, 17; Səhihi- Müslim, Zəkat Kitabı, 30)
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 09:10 | Yazı # 19 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Qadınların peyğəmbər (sav) tələbi Əbu Səid nəql edir: Bir qadın Peyğəmbərin (s.ə.s) yanına gəlib dedi: "Ey Allahın Rəsulu! Ancaq kişilər sənin elmindən faydalanırlar. Ona görə də xahiş edirik ki, bizə də bir gün vaxt ayırasan və Allahın sənə öyrətdikərini bizə də öyrədəsən". Peyğəmbər (s.ə.s) ona dedi: "Filan gündə və vaxtda filan yerdə yığışın". Onlar yığışdılar və Peyğəmbər (s.ə.s) Allahın ona öyrətdiyini onlara öyrətdi. Sonra Peyğəmbər (s.ə.s) onlara dedi: "3 uşaq itirən hər bir qadın uşaqları tərəfindən oddan xilas olunacaq". Onların arasından bir qadın durub dedi: "Ya Rəsulullah! Bəs iki uşaq itirən?". Qadın bu sualı iki dəfə təkrarladı. Peyğəmbər (s.ə.s) buyurdu: "Hətta 2, hətta 2, hətta2!" Əbu Hureyrə əlavə et ki, bu uşaqlar həddi-buluğa çatmamış olmalıdır. (Buxari)
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 09:11 | Yazı # 20 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| İslam təmizliyi İslam təmizdir. Elə isə təmizlənin.Çünkü cənnətə təmiz olandan başqası girə bilməz.
Hadis-i Şerif (Taberani).
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
|