[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 4 из 5
  • «
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • »
HƏDİSLƏR
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:58 | Yazı # 61
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər (Cənnətdə Əkinçiliklə məşğul olmaq istəyən barədə)
Əbu Hureyra (r.a) rəvayət edir ki, bir dəfə bədəvilərdən birisi Peyğəmbərin (s.a.v) yanında ikən Peyğəmbər (s.a.v) belə bir hədis danışdı ki: «Cənnət əhlindən biri Rəbbindən orada əkinçiliklə məşğul olmaq üçün izn istəyəcək». (Rəbbi ona) buyuracaq: «Məgər istədiklərinə nail olmamısan?» Adam deyəcək: «Elədir, lakin mən əkin əkməyi sevirəm». (Onda ona izn veriləcək və o) torpağa toxum səpəcək. Toxumlar bir göz qırpımında cücərib yetişəcək və bol məhsul verəcək; (o məhsul) dağ boyda olacaq». Onda Allah ona buyuracaq: «Götür onları, ey Adəm oğlu! Həqiqətən, heç bir şey sənin gözünü doydura bilməz» (Peyğəmbərin (s.a.v) yanındakı) bədəvi dedi: «Vallahi, bu adam olsa-olsa ya qureyşdən, ya da ənsardan bir kimsə olacaq. Əkinçiliklə məşğul olan onlardır, biz yox». Peyğəmbər (s.a.v) onun bu sözünə gülümsədi».

انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 10:00 | Yazı # 62
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi Hədislər (Uca Allahın Cənnət Əhlindən Razı Qalması)
Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Ulu və uca Allah Cənnət əhlini çağırıb buyuracaq: «Ey Cənnət əhli!» Onlar: «Buyur, ey Rəbbimiz, əmrinə müntəzirik!» - deyə cavab verəcəklər. Allah soruşacaq: «Razı qaldınızmı?» Onlar deyəcəklər: «Bizə nə olub ki, razı qalmayaq?! Axı Sən bizə, yaratdıqlarından heç kəsə vermədiyin nemətləri bəxş etmisən!» Allah buyuracaq: «Mən sizə bundan da yaxşısını verəcəyəm!» Onlar deyəcəklər: «Ey Rəbbimiz! Bundan yaxşı nə ola bilər ki?» Allah buyuracaq: «Mən Öz rizamı sizə halal edirəm və bundan sonra Mənim sizə heç vaxt qəzəbim tutmayacaq».
(əl-Buxari 81. Kitəbur-Riqaq 51 (6067, 6549); ət-Tirmizi 2555.)

Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Allah Cənnət əhlini Cənnətə saldıqdan sonra onlara buyuracaq: «Artırmağımı istədiyiniz bir şey varmı?» Onlar deyəcəklər: «Xeyr, ey Rəbbimiz! Sənin bizə verdiyindən üstün nə ola bilər?!» Allah buyuracaq: «Mənim rizam daha böyükdür!»
(İbn Hibban 7439. Şueyb əl-Arnavut hədisin isnadını qüvvətli adladırmışdır.)

انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 10:01 | Yazı # 63
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Müslim (Quranın oxunduğu zaman rahatlıq, sakinlik, hüzur) enməsi)
Əl-Bəra (r.a) belə rəvayət edir: “Bir kişi “Kəhf” surəsini oxuyurdu.Yanında iki uzun kəndirlə bağlanan at var idi. (O kişinin ətrafını) bulud bürüdü. Bulud dönməyə və yaxınlaşmağa başladı. Atı da bundan hürkdü. Səhər açılanda bu kişi Peyğəmbərin yanına gəlib (baş verənləri) ona bildirdi. Peyğəmbər belə buyrdu: “Bu səkinətdir, Quran üçün enmişdir.”

Əbu Səid əl-Xudri (r.a) belə rəvayət edir: “Useyd ibn Hudeyr bir gecə xurma qurudulan yerdə Quran oxuyarkən atı şahlandı. O, oxumağa davam etdi. Sonra atı bir daha şahlandı. Useyd belə demişdir: “Atın (oğlum) Yəhyanı tapdalamağından
qorxdum və qalxıb atın yanına getdim. Bu arada başımın üstündə içində parıltılıar olan kölgə kimi bir şeyin yavaş-yavaş yüksələrək gözdən itdiyini gördüm. Səhər Peyğəmbərin yanına getdim və belə dedim: “Ey Allahın Elçisi, dünən gecə, xurma qurudulan yerdə Quran oxuyarkən, birdən atım şahlandı.”Peyğəmbər (s.a.v) belə buyurdu: “Oxu, Hudeyrin oğlu!” Oxumaqda davam etdim. Sonra at yenə şahlandı. Peyğəmbər (s.a.v) yenə: “Oxu, Hudeyrin oğlu!” deyə buyurdu. Oxumaqda davam etdim. Sonra at yenə şahlandı. Peyğəmbər (s.a.v) yenə də “Oxu, Hudeyrin oğlu!” dedi. Artıq Quran oxumağı dayandırdın. (Oğlum) Yəhya ata yaxın bir yerdə idi. Qorxdum ki, uşağı at tapdalayar. O vaxtı içində parıltılar olan bir kölgə göyə qalxdı və gözdən itdi. Peyğəmbər (s.a.v) belə buyurdu: “O, mələklər idi. Sənin (Quran oxumağına) qulaq asırdılar. Əgər səhərə qədər (quran) oxumağa davam etsəydin, insanlar da onları görərdilər. Onlar (insanlardan) gizlənməzdilər.”

-----------------
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə nəşrə razılıq verilmişdir

انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 10:01 | Yazı # 64
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Müslim (Quran oxumaqda məharətli olan və çətinlik çəkən haqda)
Quran oxumaqda məharətli olan və Quran oxumaqda çətinlik çəkən haqda.

Aişə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Quran oxumaqda məharətli olan “Səfəra” deyilən hörmətli və itaətkar mələklərlə bərabərdir. Ona çətin gəldiyi halda kəkələyərək Quranı oxuyan kəsə iki qat savab vardır.”

---------------------
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə nəşrə razılıq verilmişdir

انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 10:03 | Yazı # 65
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Müslim (Quran oxuyanla, Quran oxumayanın məsəli)
Əbu Musa əl-Aşari (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Quran oxuyan mömin dadı gözəl, ətri gözəl Utruca (portağal) meyvəsi kimidir. Quran oxumayan mömin dadı gözəl, amma ətri olmayan xurma kimidir. Quranı oxuyan münafiq kimsə ətri gözəl, dadı acı reyhan otu kimidir. Quran oxumayan münafiq isə dadı acı, ətri olmayan Hanzal (qarpızabənzər, lakin acı olan bir bitki) kimidir.”

----------------
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə nəşrə razılıq verilmişdir

انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 10:04 | Yazı # 66
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Müslim (Quranı öyrənməyin fəziləti)
Uqba ibn Amir (r.a) belə rəvayət edir: “Biz Suffada olan vaxtı Peyğəmbər (s.a.v) (evindən) çıxıb belə buyurdu: “Sizdən hansınız hər gün heç bir günah etmədən və qohumluq əlaqələrini kəsmədən Buthana ya da Aqiqa gedib oradan iki dənə iri hürgüclü dişi dəvə gətirmək istəyər?” Biz: “Ey Allahın Elçisi, bunu hamımız istəyirik!” deyə cavab verdikdə, Peyğəmbər (s.a.v) belə buyurdu: “Sizdən birinizin məscidə gedib Allahın Kitabından iki ayə öyrənməsi və ya oxuması onun üçün iki dişi dəvədən xeyirlidir. Üç ayə, üç dəvədən, dörd ayə dörd dəvədən və oxunacaq ayələr o qədər saydakı dəvələrdən daha xeyirlidir.”

-----------------
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə nəşrə razılıq verilmişdir

انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 10:05 | Yazı # 67
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Müslim (Quranla yüksələnlər)
Amir ibn Vasilə belə rəvayət edir: “Nafi ibn Əbd əl-Həris Ömərlə (r.a) Asfan adlanan yerdə görüşdü. Ömər (r.a) onu Məkkəyə başçı təyin etmişdi və ona belə buyurdu: “Vadi əhlinə başçı kimi təyin etdin?” O: “İbn Əbzəni.” Ömər: “İbn Əbzə kimdir?” deyə ondan soruşdu. O: “Azad olunanlardan biri!” deyə cavab verdi. Ömər belə dedi: “Onlara azad olunanı başçı qoydun?” O, belə dedi: “O, Allahın Kitabını oxuyur və o miras elmini bilir!” Ömər belə buyurdu: “Peyğəmbəriniz (s.a.v) belə demişdir: “Həqiqətən Allah bu Kitabla (bəzi) tayfaları yüksəldir və başqalarını isə alçaldır.”

---------------
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə nəşrə razılıq verilmişdir

انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 10:06 | Yazı # 68
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Müslim (“Fələq” və “Nəs” surələrini oxumağın fəziləti)
Uqba ibn Amir (r.a) Peyğəmərin (s.a.v) belə dediyini rəvayət edir: “Gecə nazil olan və ona oxşarı heç görülməyən ayələri görmədinmi? (Onlar): “Qul əuzu birabbil fələq” və “Qul əuzu birabin nəs (surələrindəki ayələrdir).”

--------------
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə nəşrə razılıq verilmişdir

انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 10:06 | Yazı # 69
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Müslim (“İxlas” surəsini oxumağın fəziləti)
Əbu Darda (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Sizdən biriniz bir gecədə Quranın üçdə birini oxumağa acizdirmi?” (Səhabələr ): “Quranın üçdə biri necə oxuna bilər?” deyə soruşduqda, Peyğəmbər (s.a.v) belə buyurdu: “Qul huvallahu əhəd” Quranın üçdəbirinə bərabərdir!”

Aişə (r.a) belə rəvayət edir: “Peyğəmbər (s.a.v) bir kişini bölük başçısı olaraq göndərmişdi. O kişi yanındakılarla namaz qılarkən daimə “Qul huvallahu əhəd” surəsini oxuyardı. Onlar qayıtdıqda bunu Peyğəmbərə bildirdilər. Peyğəmbər (s.a.v) belə buyurdu: “Ondan nəyə görə bunu etdiyini soruşun.” Səhabələr o kişidən soruşdular. O, belə dedi: “Çünki “İxlas” surəsi əl-Rəhmanın sifətidir. Mən də onu oxumağı sevirəm.” Peyğəmbər (s.a.v) belə buyurdu: “Ona xəbər verin ki, Allah da onu sevir!”

---------------
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə nəşrə razılıq verilmişdir

انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 10:07 | Yazı # 70
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Müslim (“Kəhf” surəsinin fəziləti)
Əbu Darda (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Kim “Kəhf” surəsinin əvvəlindən on ayə əzbərləyərsə, Dəccalın fitnəsindən qorunar.” Başqa rəvayətdə isə belə dedyilir: “Kəhf” surəsinin axırından.”

-------------
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə nəşrə razılıq verilmişdir

انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 10:20 | Yazı # 71
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Müslim (“Əl-Bəqərə” surəsinin axırıncı ayələrinin fəziləti)
Əbu Məsud (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir : “Kim bir gecə içərisində “əl-Bəqərə” surəsinin son bu iki ayəsini oxuyarsa, ona bu iki ayə kifayət edər.”

-------------
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə nəşrə razılıq verilmişdir

انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 10:21 | Yazı # 72
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Müslim (Ayət əl-Kursinin fəziləti)
Ubeyyə ibn Kəab (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Ey Əbu Munzir! Bilirsənmi Allahın Kitabından əzbərlədiyin hansı ayə daha (əzəmətlidir) böyükdür?” Mən: “Doğrusunu Allah və Elçisi bilər!” deyə cavab verdim. Peyğəmbər (s.a.v) belə buyurdu: “Ey Əbu Munzir! Bilirsənmi Allahın Kitabından əzbərlədiyin hansı ayə daha (əzəmətlidir) böyükdür?” Mən “Allahu lə iləhə illə huval hayyul qayyum” (“əl-Bəqərə” / 255) deyə cavab verdim. Peyğəmbər sinəmə vurdu və dedi: “Elm sənə halal olsun, ey Əbu Munzir!”

-------------
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə
nəşrə razılıq verilmişdir

انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 10:21 | Yazı # 73

TeraneTarix: Çərşənbə, 08.08.2012, 10:22 | Yazı # 74
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Müslim (Quranı, “əl-Bəqərə” və “Ali-İmran” surələrini oxumağın fəziləti.)
Əbu Umama əl-Bəhili (r.a) peyğəmbərdən belə eşitdiyini rəvayət edir: “Quranı oxuyun! Həqiqətən Quran qiyamət günü onu oxuyanlara şəfaətçi olaraq gələcək. “Zəhravaynı (iki çiçək)”, yəni “əl-Bəqərə” və “Ali-İmran” surəsini oxuyun! Həqiqətən bu iki surə qiyamət günü iki bulud, ya da iki kölgə və yaxud göy üzündə qanadlarını açmış iki quş dəstəsi kimi gəlib oxucularını qoruyacaqdır. “Əl-Bəqərə” surəsini oxuyun! Həqıqətən onu oxumaq bərəkətdir. Onu tərk etmək isə peşmançılıqdır! Sehirbazların ona gücü çatmaz!”

-------------
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə
nəşrə razılıq verilmişdir

انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 10:23 | Yazı # 75
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Müslim (Əl-Fatihə surəsinin fəziləti)
Quranın fəzilətləri Kitabi.

Abdullah ibn Abbas (r.a) belə rəvayət edir: “Cəbrail Peyğəmbərin (s.a.v) yanında oturan zaman Peyğəmbər yuxarıdan qapı səsinə oxşar bir səs eşitdi və başını qaldırdı. (Cəbrail) dedi: “Bu, göydə bir qapıdır. Bu gün açıldı. (Bundan əvvəl) heç vaxt açılmayıb, yalnız bu gün açıldı. Bu zaman oradan bir mələk endi. (Cəbrail) dedi: “Bu Yer üzünə enən bir mələkdir. Bu günə qədər Yer üzərinə heç enməmişdir”. Mələk salam verdi və dedi: “Sənə verilən iki nur ilə müjdələn! Bu iki nur səndən əvvəl heç bir peyğəmbərə verilmədi. Bu iki nur, Kitabı açan “əl-Fatihə” surəsi və “əl-Bəqərə” surəsinin son ayələridir. Onlardan oxuyacağın hər hərfə görə sənə (savab, etdiyin duan) veriləcəkdir!”

--------------
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə
nəşrə razılıq verilmişdir

انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 10:24 | Yazı # 76
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Müslim (“Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da)
“Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər”ayəsi.

Əbu Hüreyrənin (r.a)rəvayət etdiyinə görə Peyğəmbərə (s.a.v) “Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər. (Allah) istədiyini bağışlar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir” (“əl-Bəqərə” / 284) ayəsi enəndə, bu səhabələrə çətin gəldi və onlar Peyğəmbərin (s.a.v) yanına gəlib, diz üstə oturub dedilər:“Ey Allahın Elçisi ! Biz bacardığımız, namaz, oruc, cihad, sədəqə kimi gücümüzün çatdığı əməllərı yerinə yetirməyə mükəlləf olduq. Lakin sənə nazil olan bu ayəyə bizim əməl etməyə gücümüz çatmır.” Peyğəmbər (s.a.v) onlara dedı:“Siz də, sizdən əvvəlki Kitab əhli kimi eşitdik və qarşı çıxdıq (əməl etmədik) deməkmi istəyirsiniz? Əksinə deyin ki; “(Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!” Onlar da (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!”
dedilər.” Bunları oxuyunca dilləri buna alışdı. Allah-Təala da onun ardınca bu ayələri nazil etdi: “Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, Kitablarına və (bütün) Peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun Peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!” (“əl-Bəqərə” / 285) Onlar bunu etdikcə Uca Allah o ayəni nəsx (ləğv) etdi və bu ayələri endirdi: “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi
qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər:) “Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Uca Allah: “Bəli (istəyinizi yerinə yetirdim)” buyurdu. Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Uca Allah: “Bəli (istəyinizi yerinə yetirdim)” buyurdu. Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Uca Allah: “Bəli (istəyinizi yerinə yetirdim)” buyurdu. Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (“əl-Bəqərə” / 286) Uca Allah: “Bəli (istəyinizi yerinə yetirdim)” buyurdu.”

-----------------
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə
nəşrə razılıq verilmişdir

انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 10:25 | Yazı # 77
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Müslim (Uca Allahın: “Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin
Uca Allahın: “Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə” ayəsi.

Əbu Səid əl-Xudrinin (r.a) rəvayət etdiyinə görə, Peyğəmbər (s.a.v) döyüşə çıxdığı zaman münafiqlərdən olan kişilər döyüşə getməyib, ona müxalif olduqlarına görə sevindilər. Peyğəmbər (s.a.v)döyüşdən qayıtdığı zaman (özlərinə bəraət qazandırmaq üçün ) ondan üzr istədilər və and içdilər. Görmədikləri işlərə görə tərif olunmağı istədilər. O (zaman) bu ayə nazil oldu: “(Ya Rəsulum!) Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə...” (“Ali-İmran” / 188)

Humeyd ibn Abd ər-Rahman ibn Əuf rəvayət etdiyinə görə Mərvan qapıda duran gözətçilərdən birini İbn Abbasın yanına göndərib dedi: “Ey Rafi! Get İbn Abbasın yanına və ona de ki, etdiyi əmələ görə sevinən və görmədyi işlə görə tərif olunmağı sevən hər bir kəsə əzab veriləcəksə, onda bizim hamımız əzaba düçar olacayıq.” İbn Abbas dedi: “Bu ayə, Əhli Kitab barəsində endi.” Sonra İbn Abbas bu ayəni oxudu. “Allah Kitab əhlindən: “Siz onu (Kitabda olanları) gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız!” deyə əhd aldığı zaman, onlar bu əhdə arxa çevirdilər və onu az bir qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir! Sonra (həmçinin bu ayəni də) oxudu: “Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə.” (“Ali-İmran” / 187-188) İbn Abbas dedi: “Peyğəmbər (s.a.v) onlardan bir şey soruşdu, onlar isə həqiqəti gizlədib, ona başqa cavab dedilər. Bunu etməklə onlar Peyğəmbərin (s.a.v) sualına verdikləri bu cavaba görə tərif olunmaq istədilər və həqiqəti gizlətdiklərinə görə də sevindilər.”

----------------------
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə
nəşrə razılıq verilmişdir

انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 10:26 | Yazı # 78
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Müslim (“Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar” ayəsi.)
Hud surəsi.

Abdullah ibn Məsud (r.a) bir kişinin Peyğəmbərin (s.a.v) yanına gəlib belə dediyini rəvayət edir: “Mən şəhərin ən ucqar tərəfində bir qadını müalicə edirdim. Onunla (cinsi əlaqəyə girmədən) yaxınlıq etdim.Bu mənəm və istədiyin hökmü mənə ver!” Ömər (r.a) ona dedi: “Allah-Təala sənin bu eybini örtdü. Sən də eybini örtsəydin?!” Peyğəmbər (s.a.v) ona cavab vermədi. O kişi qalxdı və getdi.Peyğəmbər (s.a.v) onun ardınca bir kişini göndərib onu çağırtdı və ona bu ayəni oxudu: “Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır).” (“Hud” / 114) Camaatdan bir kişi dedi: “Ey Allahın Peyğəmbəri! Bu yalnız ona aiddir?” Peyğəmbər belə dedi: “Əksinə, bütün insanlar üçündür.”

----------------
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə
nəşrə razılıq verilmişdir

انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 10:27 | Yazı # 79
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Müslim (Əl-Ənbiyə surəsi)
Uca Allahın: “(O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq” ayəsi.

Abdullah ibn Abbas (r.a) belə rəvayət edir: “Peyğəmbər (s.a.v) öyüd-nəsihət verərək dedi: “Ey insanlar siz ayaqyalın, çılpaq və sünnətsiz toplanacaqsınız. “(O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik.” (“əl-Ənbiya” / 104) Bilin ki,qiyamət günü ilk dəfə geyindirilən İbrahim olacaq.Mənim ümmətimdən kişilər gətiriləcək. Yaxınlaşdıqları (vaxt) onlara maneə qoyularaq və sol tərəfə götürüləcəklər. Mən deyəcəyəm: “Ey Rəbbim, onlar mənim səhabələrimdir.” Mənə belə deyiləcək: “Sən bilmirsən onlar səndən sonra nə törətdilər.” Saleh qul (İsa Peyğəmbərin dediyi kimi deyəcəyəm: “Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim (Onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən! Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən.” (“əl-Maidə” / 117-118) Mənə belə deyiləcəkdir: “Sən onlardan ayrılan gündən onlar dinlərindən dönməkdə davam etdilər.”

--------------------
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə
nəşrə razılıq verilmişdir

انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 10:28 | Yazı # 80
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Müslim (Uca Allahın: “Ayələrimizi inkar edəni gördünmü?” ayəsi)
Xəbbab (r.a) belə rəvayət edir: “Əl-As ibn Valinin mənə borcu var idi. Mən gəlib ondan borcumu istədikdə, o, dedi: “Muhəmmədə küfr etməyənə qədər sənin borcunu ödəməyəcəyəm!” Mən ona: “Allah səni öldürüb sonra diriltməyincə mən ona küfr etmərəm!” (Yəni, mən heç vaxt küfr etməyəcəyəm) dedikdə, o: “Mən öldükdən sonra diriləcəyəm? Onda mən malıma və övladıma qayıtdıqda borcumu ödəyəcəyəm!” dedi. Və Uca Allah: “Ayələrimizi inkar edib, “(Əgər qiyamət qopsa, axirətdə) mənə mütləq mal-dövlət və övlad veriləcəkdir!” deyən adamı gördünmü?” ayəsindən, “Hüzurumuza tək-tənha gələcəkdir” (“Məryəm” / 77-80) ayəsinə kimi nazil etdi.”

----------------
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə
nəşrə razılıq verilmişdir

انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
  • Страница 4 из 5
  • «
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • »
Поиск:

Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru