[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 3 из 5
  • «
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • »
HƏDİSLƏR
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:37 | Yazı # 41
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər (Mizan tərəzisi haqqında)
Salman (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurmuşdur: «Qiyamət günü mizan tərəzisi qoyulacaq. Əgər göylərlə yer onda çəkilsə, onlar mütləq genişlənər. Mələklər deyəcəklər: «Ey Rəbb! Bu tərəzi kimin üçündür?» Uca Allah buyuracaq: «Yaratdıqlarımdan istədiyim kimsə üçün». Mələklər deyəcəklər: «Sən paksan! Biz Sənə layiqincə ibadət etmədik». Sirat körpüsü ülgücün tiyəsi kimi qoyulacaq. Mələklər deyəcəklər: «Sən bunun üzərindən (keçməyə) kimə icazə verəcəksən?» Allah buyuracaq: «Yaratdıqlarımdan istədiyimə». Mələklər deyəcəklər: «Sən paksan! Biz Sənə layiqincə ibadət etmədik».

(Hakim 8739. əl-Albani «Silsilətul-Əhədisis-Sahiha»da (№ 941) səhih olduğunu söyləmişdir.)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:38 | Yazı # 42
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər (Haqsız yerə insan öldürmənin günahı)
Abdullah ibn Məsud (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Qiyamət günü bir kişi başqa bir kişinin əlindən tutaraq Allahın hüzuruna gəlib deyəcəkdir: «Ey Rəbbim! Məni bu öldürdü». Allah soruşacaq: «Onu niyə öldürdün?» O da: «İzzət bütünlüklə Sənə məxsus olsun deyə, onu öldürdüm» - deyəcək. Allah buyuracaq: «İzzət bütünlüklə Mənə məxsusdur!» Həmçinin bir kişi başqa bir kişinin əlindən tutaraq gəlib deyəcək: «Məni bu öldürdü». Allah soruşacaq: «Onu niyə öldürdün?» O cavab verəcək: «Filankəs izzət sahibi olsun deyə, öldürdüm». Allah: «İzzət filankəsin deyildir» - buyuracaq, o da günahını etiraf edəcək».

(ən-Nəsai 3932, 3997, 4014. əl-Albani «Silsilətul-Əhədisis-Sahiha»da (№ 2698) və «Sahihul-Cəmiis-Sağir»də (№ 8029) səhih adlandırır. )



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:38 | Yazı # 43
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər (Heç Kəsin Haqqı Qalmaz)
Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «(Qiyamət günü) Allah yaratdığı cinlər, insanlar və heyvanlar arasında hökm edəcək və o gün hətta buynuzlu ilə buynuzu qırılmış heyvanlar arasında (buynuzunu nə üçün sındırdığı barədə) hökm verəcək. Heç kimin heç bir kimsə üzərində haqqı qalmadıqda Allah deyəcək: «Torpaq olun!» Elə bu zaman kafir deyəcək: «Kaş mən torpaq olaydım!» (ən-Nəbə 40)».

(İbn Cərir «Təfsir» 30/ 17-18. əl-Albani «Silsilətul-Əhədisis-Sahiha»da (№ 1966) səhih olduğunu bildirmişdir.)

Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (s.a.v) əshabələrindən birinin ondan qisas barədə mənim eşitmədiyim bir hədisi eşitdiyini biləndə bir dəvə aldım və yola götürəcəyim azuqəmi ona yüklədim. Sonra (ona minib) bir ay yol getdim. Nəhayət gəlib Misirə çatdım. Mən Abdullah ibn Uneysin (r.a) evinə gəlib qapıda duran gözətçiyə dedim: «Abdullaha de ki, Cabir qapıda gözləyir!» Gözətçi: «Abdullahın oğlu (Cabir)?» - deyə soruşdu. Mən: «Bəli!» - dedim. O, gedib Uneysə (r.a) xəbər verdi. Uneys (r.a) libasını geyinib bayıra çıxdı və biz qucaqlaşıb görüşdük. Mən ona dedim: «Sənin Peyğəmbərdən  qisas barədə mənim eşitmədiyim bir hədisi eşitdiyini mənə xəbər verdilər və mən qorxdum ki, bu hədisi eşitməzdən əvvəl ikimizdən birimiz ölək». Abdullah  dedi: «Mən Peyğəmbərin (s.a.v) belə dediyini eşitdim: «Allah, insanları lüt-üryan, sünnət olunmamış halda və bühm vəziyyətində məhşərə toplayacaq». Biz: «Bühm nədir?» - deyə soruşduq. O buyurdu: «Onların heç nəyi olmayacaq. Sonra onları, yaxında və uzaqda olan hər kəsin eşidə biləcəyi uca bir səslə çağırıb deyəcək: «Mənəm Hökmdar! Mənəm Hakim! Cənnət əhlindən - haqsızlıq etmiş heç bir kimsə (əməllərinə görə) hesablaşmayınca Cənnətə girə bilməz. Həmçinin Cəhənnəm əhlindən - haqsızlıq etmiş heç bir kimsə (əməllərinə görə) hesablaşmayınca Cəhənnəmə girə bilməz. (Onlar) bir şillənin (belə qisasını alacaqlar)». Biz dedik: «Bu necə ola bilər? Axı biz Allahın hüzuruna sünnət olunmamış halda, heç nəsiz gələcəyik». Peyğəmbər (s.a.v) : «Savablar və günahlarla» - deyib bu ayəni oxudu: «Bu gün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bu gün haqsızlıq olmaz» (Ğafir 17)».

(Hakim 3638; əl-Buxari «Ədəbul-Mufrad» 970; Əhməd 15464, 16085, 16465. əl-Albani həsən olduğunu bildirmişdir.)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:39 | Yazı # 44
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər ( Borclunun borcundan keçən və ya borclunu sıxışdırmayanın fəziləti)
Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Heç bir xeyir əməl etməyən bir kişi insanlara borc verərdi və (borcu almaq üçün göndərdiyi) elçisinə belə deyərdi: «Borcu qaytara biləndən al, qaytarmaqda çətinlik çəkəni isə burax və (onun təqsirindən) keç! Ola bilsin ki, Uca Allah da bizim (günahlarımızdan) keçsin». O öləndən sonra Uca Allah ondan soruşur: «Xeyir bir əməl etdinmi?» O deyir: «Xeyr! Ancaq mənim bir xidmətçim vardı və mən insanlara borc verərdim. Borcu almağa göndərəndə ona belə buyurardım: «Borcu qaytara biləndən al, qaytarmaqda çətinlik çəkəni burax və (onun təqsirindən) keç! Ola bilsin ki, Uca Allah da bizim (günahlarımızdan) keçsin». Uca Allah buyurur: «Sənin (günahlarından) keçdim!»

(ən-Nəsai 4615, 4711. əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (№ 2078) hədisin səhih olduğunu bildirmişdir.)

Əbu Məsud əl-Ənsari (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) dedi: «(Qiyamət günü) sizdən əvvəl yaşayan bir kişi haqq-hesaba çəkildi, amma xeyirxah bir iş gördüyü aşkar olunmadı. O, sadəcə insanlarla ünsiyyətdə olan, zəngin bir adam idi. O, öz xidmətçilərinə borcunu ödəyə bilməyən kimsəni bağışlamağı buyurardı. Uca Allah buyurdu: «Biz buna (kimsəni bağışlamağa) ondan daha çox layiqik, onu buraxın!»

( əl-Buxari «Ədəbul-Mufrad» 293. əl-Albani səhih olduğunu bildirmişdir.)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:40 | Yazı # 45
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər(Uca Allahın Dünya və Axirətdə Möminin Günahlarını Örtməsi)
İbn Ömər (r.a) demişdir: «Mən Allah Elçisinin (s.a.v) belə dediyini eşitdim: «Allah mömini Özünə tərəf yaxınlaşdıracaq, Özü onu əhatə edib qoruyaraq və: «Filan günahı (etdiyini) bilirsənmi? Filan günahı (etdiyini) bilirsənmi?» - deyə soruşacaq. Mömin: «Bəli, ey Rəbbim!» - deyə cavab verəcək. Nəhayət, Allah ona günahlarını etiraf etdirdikdə və o, öz-özlüyündə həlak olduğunu güman etdikdə Allah buyuracaq: «Dünyada sənin günahlarını ört-basdır etdim və bu gün də Mən sənin günahlarını bağışlayıram». Sonra ona (içində) yaxşı əməlləri yazılmış bir kitab veriləcək. Kafirə və münafiqlərə gəldikdə isə, (onların əməllərinə) şahid olanlar deyəcəklər: «Bunlar Rəbbinə iftira yaxanlardır» - deyəcəklər. Allahın lənəti olsun zalımlara!» (Hud 18)».

(əl-Buxari 65. Kitəbul-Məzalim 2261, 2309, 2441, 6960, 7076, 7514; İbn Macə 183. )



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:40 | Yazı # 46
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər(ilk sarsıntı anında səbr edənlər)
Əbu Uməmə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: « Uca Allah buyurur: «Ey Adəm oğlu! Əgər sən sarsıntının ilk anında səbr edib Allahdan savab umarsansa, sənin üçün Cənnətdən başqa mükafata razı olmaram».

(İbn Macə 1586, 1597. əl-Albani həsən demişdir.)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:41 | Yazı # 47
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər(övladı ölən və buna səbr edənin fəziləti)
Əbu Musa əl-Əşari (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Bir qulun uşağı öldükdə Allah mələklərindən soruşur: «Qulumun uşağınımı aldınız?» Onlar: «Bəli» - deyə cavab verirlər. Allah soruşur: «Qulumun ürəyinin meyvəsinimi aldınız?» Onlar: «Bəli» - deyə cavab verirlər. Sonra Allah buyurur: «Qulum nə dedi?» Onlar deyirlər: «Sənə həmd və istirca etdi»
.( Yəni belə demək: «İnnə lilləhi və innə ileyhi raciun»-biz Allaha məxsusuq və Ona da qayıdacağıq!)
Allah buyurur: «Quluma Cənnətdə bir ev tikin və adını da «Həmd evi» qoyun!»
(ət-Tirmizi 1021, 1037. əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (№ 795) səhih olduğunu söyləmişdir.)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Həddi buluğa çatmamış üç övladı vəfat edən elə bir müsəlman (valideyn) yoxdur ki, Allah onları Öz mərhəməti sayəsində Cənnətə daxil etməsin. (Qiyamət günü) onların övladlarına deyiləcək: «Cənnətə girin!» Onlar deyəcəklər: «Atalarımız daxil olmayınca (biz girmərik)». Onlara deyiləcək: «Siz də, atalarınız da Cənnətə girin!»
(ən-Nəsai 1853, 1876, 1887. əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (№ 5780) və «Sahihut-Tərğib vət-Tərhib»də (№ 1997, 2003) səhih adlandırmışdır. )



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:43 | Yazı # 48
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər (yaxın ölən və buna səbr edənin fəziləti)
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Uca Allah buyurur: «Mən mömin qulumun sevdiyi yaxın bir adamının canını aldıqdan sonra o buna (səbir edib axirətdə əvəzini alacağına) ümid edərsə, Mənim ona verəcəyim mükafat ancaq Cənnət olar».
(əl-Buxari 81. Kitəbur-Riqaq 6 (5944, 6424).



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:44 | Yazı # 49
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər (ən yaxın qonşuların müəlman haqqında şahidlikləri)
Ənəs ibn Məlik (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Bir müsəlman öldükdə, ən yaxın qonşularından dörd nəfər onun xeyirli (insan olduğunu) bildiklərinə şahidlik etsə, Allah belə buyurar: «Mən onların bildiklərini qəbul etdim və onların bilmədiklərini də ona bağışladım».
(Əhməd 13052, 13541, 13565, 13889; Əbu Yəalə 3481; İbn Hibban 3026; Hakim 1398. əl-Albani «Sahihut-Tərğib vət-Tərhib»də (№ 3515) həsən li-ğeyrihi olduğunu bildirmişdir.)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:45 | Yazı # 50
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər (Mömin və Kafirin Ölümü)
Bəra ibn Azib (r.a) rəvayət edir ki, biz Peyğəmbər (s.a.v) ilə birgə ənsardan olan bir kişinin cənazəsini dəfn edərkən Allahın Elçisi (s.a.v) qəbrin yanında oturdu, biz də sakitcə onun ətrafında oturduq. O, əlindəki çubuğu yerə vururdu. Sonra başını qaldırıb buyurdu: «Qəbir əzabından Allaha sığının!» O bunu üç dəfə təkrar etdikdən sonra dedi: «Mömin bəndə dünyadan köçüb axirətə qovuşduqda, göydən onun yanına üzləri günəş kimi parlaq mələklər enir. Onlar özləri ilə Cənnətdən kəfən və ətir gətirir, (onun) gözünün gördüyü son məsafədə oturub gözləyirlər. Sonra ölüm mələyi gəlib onun başının üstündə oturub deyir: «Ey gözəl ruh! Allahın mərhəmətinə və xeyir-duasına qovuşmaq üçün çıx (oradan)!» Nəhayət, mömin bəndənin ruhu bədənindən, su damcısı qabın ağzından axıb töküldüyü kimi çıxır. Ölüm mələyi ruhu götürdükdən sonra onu bir göz qırpımında, (oturub gözləyən) mələklərə təhvil verir, onlar da onu kəfənə büküb ətirləyirlər. Bundan sonra ondan, yer üzündə mövcud olan ən gözəl ətirin qoxusuna bənzər gözəl bir qoxu gəlir. Sonra mələklər onu götürüb göyə qaldırırlar. Göyə qalxarkən mələklərdən ibarət hansı toplumun yanından keçirlərsə, onlar: «Görəsən bu gözəl ruh kimin ruhudur?» - deyə soruşurlar. Onlar: «Bu, filankəsin oğlu filankəsdir» - deyə bu bəndəni, (camaatın) onu həyatda ikən çağırdığı ən gözəl adla çağırırlar. Nəhayət, onlar birinci göyə gəlib yetişdikdə, göy qapılarının açılmasını xahiş edir və onun qapıları taybatay açılır. Hər bir göyün mələkləri o ruhu növbəti göyə qədər beləcə yola salır. Nəhayət, yeddinci göyə gəlib çatdıqda, Uca Allah buyurur: «Mənim qulum barədə olan qeydləri İlliyyuna yazın, sonra da onu qaytarın yerə. Çünki Mən söz vermişəm ki, onları torpaqdan yaradıb, öləndən sonra ora qaytaracaq və (Qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağam». Mələklər onu bədəninə qaytardıqdan sonra iki mələk gəlib onu otuzdurur və: «Rəbbin kimdir?» - deyə soruşurlar. O: «Rəbbim Allahdır!» - deyə cavab verir. Onlar: «Dinin nədir?» - deyə soruşurlar. O: «Dinim İslamdır!» - deyə cavab verir. Onlar: «Sizə göndərilmiş o kişi kim idi?» - deyə soruşurlar. O: «Bu, Allahın Elçisi (s.a.v) idi!» - deyə cavab verir. Onlar: «Həyatda ikən sən nə öyrəndin?» - deyə soruşurlar. O: «Mən Allahın Kitabını oxuyub ona iman gətirdim və ona sadiq oldum» - deyə cavab verir. Bu vaxt göydən belə bir səda gəlir: «Mənim qulum doğru danışır. Cənnət nemətlərini onun önünə sərin və onun üçün Cənnətdən bir qapı açın!» Beləliklə, Cənnətin gözəl iyi və havası ona gəlir, qəbri də gözlərinin gördüyü son məsafəyə qədər genişlənir. Sonra gözəl görkəmli, əynində yaraşıqlı paltarı olan və üst başından ətir iyi gələn bir kişi onun yanına gəlib deyir: «Səni sevindirəcək bir xəbərə sevin! Bu, sənə vəd olunan gündür!» Mömin: «Sən kimsən? Sənin üzündən xeyirxahlıq yağır!» - deyə soruşur. O da: «Mən sənin yaxşı əməlinəm!» - deyə cavab verir. Onda mömin dua edib deyir: «Allahım! Qoy Qiyamət günü tez gəlsin ki, mən öz ailəmə qayıdıb var-dövlətimə sahib olum».
Kafir bəndə dünyadan köçüb axirətə qovuşduqda göydən onun yanına zəhmli və qara simalı mələklər enir. Onlar özü ilə Cəhənnəmdən giş (cod parça) gətirir və gözünün gördüyü son məsafədə oturub gözləyirlər. Sonra ölüm mələyi gəlib onun başının üstündə oturub deyir: «Ey yaramaz nəfs! Allahın qəzəbi və qeyzinə düçar olmaq üçün çıx (oradan)!» Nəhayət onun ruhu bədənindən, tikanlı məftil yaş yunun arasından keçdiyi kimi çıxır. Ölüm mələyi ruhu götürdükdən sonra onu bir göz qırpımında, (oturub gözləyən) mələklərə təhvil verir, onlar da onu gişə bükürlər. Bundan sonra ondan, yer üzündə mövcud olan ən pis iyə bənzər bir iy gəlir. Sonra mələklər onu götürüb göyə qaldırırlar. Göyə qalxarkən mələklərdən ibarət hansı toplumun yanından keçirlərsə, onlar: «Görəsən bu iyrənc ruh kimin ruhudur?» - deyə soruşurlar. Onlar: «Bu, filankəsin oğlu filankəsdir» - deyə bu bəndəni, (camaatın) onu həyatda ikən çağırdığı ən pis adla çağırırlar. Nəhayət, onlar birinci göyə gəlib yetişdikdə göy qapılarının açılmasını xahiş edir, lakin onun qapıları açılmır. Sonra Peyğəmbər (s.a.v) bu ayəni oxudu: «…Onlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincə onlar Cənnətə girməyəcəklər» (Əraf 40). Sonra o (rəvayətinə davam edib) dedi: «(Allah buyurur): «Mənim qulum barədə olan qeydləri yerin alt təbəqəsində yerləşən Siccinə yazın. Çünki Mən söz vermişəm ki, onları torpaqdan yaradıb, öləndən sonra ora qaytaracaq və (Qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağam». Mələklər onun ruhunu göydən aşağı atırlar. Sonra Peyğəmbər (s.a.v) bu ayəni oxudu: «Kim Allaha şərik qoşsa, sanki o, göydən yerə düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar» (Həcc 31). Sonra o (rəvayətinə davam edib) dedi: «Onun ruhu bədəninə qayıtdıqdan sonra iki mələk gəlib onu otuzdurur və: «Rəbbin kimdir?» - deyə soruşurlar. O mızıldanıb deyir: «M-mm… Bilmirəm!» (Mələklər: «Dinin nədir?» - deyə soruşurlar. O deyir: «M-mm… Bilmirəm!»)
Onlar: «Sizə göndərilmiş o kişi kim idi?» - deyə soruşurlar. O yenə mızıldanıb deyir: «M- mm… Bilmirəm!» Bu vaxt göydən belə bir səda gəlir: «O, yalan danışır. Onun yolunu alovlandırın və onun üçün Cəhənnəmdən bir qapı açın». Beləliklə, Cəhənnəm atəşi və alovlu külək ona dəyir, qəbri də o qədər sıxılır ki, qabırğaları bir-birinə keçir. Sonra eybəcər sifətli, əynində nimdaş paltarı olan və üst başından pis qoxu gələn bir kişi onun yanına gəlib deyir: «Mən səni kədərli bir xəbərlə müjdələyirəm. Bu, sənə vəd olunan gündür!» Kafir: «Sən kimsən? Sənin üzündən şər yağır!» - deyə soruşur. O da: «Mən sənin yaramaz əməllərinəm!» - deyə cavab verir. Onda kafir yalvarıb deyir: «Allahım! Qoyma Qiyamət qopsun».
(Əhməd 18703, 18557, 19038; Əbu Davud 4753. əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (№ 1676) səhih demişdir.)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:51 | Yazı # 51
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər (Nəfs Könülsüz Olaraq Bədəndən Çıxacaq)
Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Uca Allah nəfsə: «Çıx!» - deyə buyurdu. O isə: «Mən ancaq könülsüz olaraq çıxacağam» - deyə cavab verdi. Allah buyurdu: «Könülsüz olsan da çıx!»

(Deyləmi 3/183, 4500; əs-Suyuti «Cəmiul-Əhədis» 14997; əl-Buxari «Ədəbul-Mufrad» 219. əl-Albani «Silsilətul-Əhədisis-Sahiha»da (№ 2013) səhih olduğunu bildirib.)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:53 | Yazı # 52
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Pişiyə Görə Əzaba Daxil Olan Qadın
Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) dedi: «Pişiyə görə bir qadına əzab verildi. Qadın onu ölənə qədər ac saxlamışdı. Elə buna görə də Cəhənnəmə girdi. Allah ona deyir: «Sən o pişiyi tutub saxladığın zaman ona nə yemək, nə də su verdin. Nə də onu azad buraxdın ki, gedib yer üzündəki həşəratlardan yesin».

(əl-Buxari «Ədəbul-Mufrad» 379. əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (№ 3995) səhih olduğunu bildirmişdir.)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:53 | Yazı # 53
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Cəhənnəmə Daxil Olandan Sonra Oradan Çıxan
Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Dörd (nəfər) Cəhənnəmdən çıxardılaraq Uca Allahın hüzuruna gətiriləcək. Allah onların oda (girmələrini) əmr edəcək. Onlardan biri Allaha yalvararaq deyəcək: «Ey Rəbbim! Mən ümid edirdim ki, Sən məni (oddan) çıxartsan, ora qaytarmayacaqsan». Allah: «Səni ora qaytarmayacayıq» - buyuracaq».

(Əhməd 12835, 13313, 13337, 13659, . Şueyb əl-Arnavut isnadını Muslimin şərtlərinə görə səhih adlandırmışdır.)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:54 | Yazı # 54
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Cənnətə Sorğu Sualsız Girənlər
Abdullah ibn Məsud (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) dedi: «Həcc mövsümündə ümmətlər mənə göstərildi. Mənim ümmətimin çoxluğu xoşuma gəldi. Dağlara və düzənliklərə doluşmuşdular. Mələklər dedilər: «Ey Muhəmməd! Razı qaldınmı?» Peyğəmbər (s.a.v) dedi: «Bəli, ey Rbbim!» Allah dedi: «Onların arasında yetmiş min nəfər vardır ki, onlar sorğu-sualsız Cənnətə girəcəkər. (Bunlar) o kəslərdir ki, (heç kəsdən) ofsun oxumağı tələb etməzlər, dağlanmazlar, (əlamətləri) uğursuzluğa yozmazlar və yalnız özlərinin Rəbbinə təvəkkül edərlər». Ukkaşə dedi: «Allaha yalvar ki, məni onlardan etsin!» Peyğəmbər (s.a.v) dedi: «Allahım! Bunu onlardan et!» Başqa bir kişi dedi: «Allaha yalvar ki, məni onlardan etsin!» Dedi: «Ukkaşə səni qabaqladı».



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:54 | Yazı # 55
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər (Cənnət əhli Cənnətdə Allahı görəcək)
Suheyb (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Cənnət əhli Cənnətə girdikdən sonra Uca Allah onlara buyuracaq: «Artırmağımı istədiyiniz bir şey varmı?» Onlar deyəcəklər: «Üzümüzü ağ etmədinmi, bizi alovdan xilas edib Cənnətə daxil etmədinmi?» Bu zaman Allah pərdəni qaldıracaq. Cənnət əhlinə Rəbblərinə  baxmaqdan daha gözəl bir şey verilməmişdir».

(Muslim 297/ 181 (266, 467).



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:55 | Yazı # 56
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər (Cənnət əhli ilə Cəhənnəm əhlinin bəzi sifətləri)
Rəvayət edilir ki, İyad ibn Himər əl-Mucəşiyi (r.a) demişdir: «Bir gün Allah Elçisi (s.a.v) xütbəsində belə buyurdu: «Rəbbim mənə əmr etdi ki, Onun mənə öyrətdiyi şeylərdən bilmədiyinizi sizə bu gün öyrədim. Allah buyurur: «Quluma əta etdiyim hər bir mal halaldır. Şübhəsiz ki, Mən bütün qullarımı müsəlman olaraq yaratdım. Sonra şeytanlar onları dinlərindən uzaqlaşdırdılar. Onlara halal etdiyim şeyləri haram etdilər və haqqında heç bir dəlil nazil etmədiyim şeyləri Mənə şərik qoşmalarını əmr etdilər. Allah yer əhalisinə baxıb Kitab əhlindən başqa ərəblərə də, əcəmilərə də qəzəbləndi. Allah buyurdu: «(Ey Muhəmməd!) Mən səni imtahana çəkmək və səninlə də başqalarını imtahan etmək üçün səni göndərdim. Sənə qəlblərdə saxlanılan bir kitab nazil etdim. Onu yuxuda və oyaq ikən oxuyursan». Allah mənə Qureyşi yandırmağımı əmr etdi. Mən dedim: «Ey Rəbbim! Onlar mənim başımı əzərlər və onu qurd-quşa yem edərlər». Allah buyurdu: «Onlar səni çıxartdıqları kimi, sən də onları oradan çıxart. Onlarla döyüş, Biz sənə yardım edərik. (Allah yolunda) ver, sonra Biz də sənə əvəzini verəcəyik. Bir ordu göndər, Biz də (onun) beş mislini göndərərik. Sənə itaət edənlərlə birlikdə sənə üsyan edənlərə qarşı döyüş». Allah Elçisi (s.a.v) buyurdu: «Cənnət əhli üç qismdir; Çoxlu sədəqə verməyə və adilliyə müvəffəq olmuş hakim. Həmçinin bütün yaxınlarına qarşı kövrək qəlbli və rəhmli olan insan. Bir də ailə sahibi olan iffətli müsəlman». Sonra buyurdu: «Cəhənnəm əhli də beş qismdir; tamahkar xain, bir fürsət tapan kimi xəyanət edən, səhər-axşam sənə hiylə gəlmək istəyən şəxs». Ravi dedi ki, (Allah Elçisi (s.a.v) həm də) paxıllığı yaxud yalanı və «əş-Şənziri(Təbiəti, xasiyyəti pis və çirkin olan.) əl-Fəhhaşı» (Çirkinlik və s. deməkdir.) xatırlatdı».

(Muslim 2865 (5109, 7386).



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:55 | Yazı # 57
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər (Cənnətlə Cəhənnəmin Höcətləşməsi)
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «(Bir dəfə) Cənnətlə Cəhənnəm höcətləşdi. Cəhənnəm dedi: «Mən (məxsusi olaraq) inadkarlardan və təkəbbürlülərdən ötrü yaradılmışam». Cənnət dedi: «Mənə nə olub ki, içimə ancaq zəif və aciz (görünən) adamlar girsin?» Onda uca və ulu Allah Cənnətə buyurdu: «Sən Mənim rəhmətimsən, Mən sənin vasitənlə qullarımdan dilədiyim kimsəyə rəhm edərəm». Sonra Cəhənnəmə buyurdu: «Sən də Mənim əzabımsan, Mən sənin vasitənlə qularımdan dilədiyim kimsəyə əzab verərəm». Onların hər biri (kifayət qədər insan və cinlə) doldurulacaq. Cəhənnəm ancaq o zaman dolacaq ki, Allah Öz Ayağını onun üstünə qoyacaq və o: «Yetər, yetər!» - deyəcək. Onda o, artıq dolacaq və (içindəkiləri) qaplayacaq. uca Allah qullarından heç kəsə zülm etməz. Cənnətə gəlincə, Uca Allah onun (dolması) üçün başqa varlıqlar yaradacaq».

----------------
əl-Buxari 65. Kitəbut-Təfsir (4472, 4569, 4850); ət-Tirmizi 2561; əl-Buxari «Ədəbul-Mufrad» 554, 589.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:56 | Yazı # 58
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər ( sipirtli İçki İçməyi və ipək geyməyi tərk edən haqqında)
Ənəs (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Allah buyurur: «Kim sipirtli içki içmək iqtidarında ola-ola onu tərk edərsə, Mən mütləq ona Cənnətdə cənnət içkisi içizdirərəm. Kim ipək geyinmək iqtidarında ola-ola ondan imtina edərsə, Mən mütləq ona Cənnətdə ipək geyindirərəm».
(Bəzzar 7271. əl-Albani «Sahihut-Tərğib vət-Tərhib»də (№ 2375) hədisi səhih li-ğeyrihi adlandırmışdır.)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:57 | Yazı # 59
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər (Cənnətə ən axırıncı girən barədə)
İbn Məsud (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Mən Cəhənnəmdən ən axırıncı çıxanı və Cənnətə ən axırıncı daxil olanın kim olacağını bilirəm. O kişi Cəhənnəmdən sürünərək çıxacaq və Uca Allah ona: «Get Cənnətə gir!» - deyəcək. O, Cənnətə girəcək, lakin onun dolu olduğunu güman edərək geri qayıdıb deyəcək: «Ey Rəbbim! Mən Cənnəti dolu gördüm». Uca Allah ona: «Get Cənnətə gir!» - deyəcək. O, Cənnətə girəcək, lakin onun dolu olduğunu güman edərək geri qayıdıb deyəcək: «Ey Rəbbim! Mən Cənnəti dolu gördüm». Allah ona: «Get Cənnətə gir! Dünya və onun on misli sənindir və ya dünyanın on misli sənindir!» - deyəcək. O deyəcək: «Sən Hökmdar ola-ola mənə gülürsən?» İbn Məsud (r.a) dedi: «Gördüm ki, Allah Elçisi (s.a.v_ güldü, hətta azı dişləri göründü. Allah Elçisi (s.a.v) buyurdu: «Bu Cənnət əhlindən ən aşağı dərəcəyə sahib olanıdır» - deyiləcək».

(Muslim 308/ 186 (272, 479).

İbn Məsud (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Cənnətə ən axırıncı girən (Cəhənnəmdən çıxarkən) gah yeriyəcək, gah üzü üstə düşəcək, gah da alov onun üzünü qarsacaq. Alovu keçdiyi zaman çevrilib ona baxaraq deyəcək: «Məni səndən qurtaran Allah nə qədər xeyirxahdır! Allaha and olsun ki, Allah nə əvvəlkilərdən, nə də sonrakılardan heç kəsə vermədiyini mənə verdi!» Onun önünə bir ağac çıxarılacaq və o deyəcək: «Ey Rəbbim! Məni bu ağaca yaxınlaşdır, onun kölgəsində kölgələnim və suyundan içim». Uca Allah : «Ey Adəm oğlu, ola bilsin ki, Mən sənə bunu versəm, sən başqa bir şey istəyəcəksən» - deyə buyuracaq. Adam: «Xeyr, ey Rəbbim!» - deyəcək və başqa bir şey istəməyəcəyinə söz verəcək. Allah onu üzrlü sayacaq, çünki o qarşısında tab gətirə bilməyəcəyi bir nemət görürdü. Allah da onu ağaca yaxınlaşdıracaq. O da (ağacın) kölgəsində kölgələnəcək və suyundan içəcək. Sonra qarşısına əvvəlkindən daha gözəl bir ağac çıxarılacaq. O deyəcək: «Ey Rəbbim! Məni bu ağaca yaxınlaşdır, suyundan içim və kölgəsində kölgələnim. Səndən başqa bir şey istəmirəm». Uca Allah buyuracaq: «Bundan başqa bir şey istəməyəcəyinə dair Mənə söz vermədinmi? Ola bilsin ki, Mən sənə bunu versəm, sən başqa bir şey istəyəcəksən». O da başqa bir şey istəməyəcəyinə söz verəcək. Uca Allah onu üzrlü sayacaq, çünki o qarşısında tab gətirə bilməyəcəyi bir nemət görürdü. Uca Allah da onu ağaca yaxınlaşdırır. O da (ağacın) kölgəsində kölgələnəcək və suyundan içəcək. Sonra qarşısına Cənnət qapısının yaxınlığında əvvəlki iki ağacdan daha gözəl bir ağac çıxarılacaq. Adam deyəcək: «Ey Rəbbim! Məni bu ağaca yaxınlaşdır, kölgəsində kölgələnim, suyundan içim. Səndən başqa bir şey istəmirəm». Uca Allah: «Ey Adəm oğlu, başqa bir şey istəməyəcəyinə Mənə söz vermədinmi?» - deyə buyuracaq. O deyəcək: «Bəli, ey Rəbbim! Bunu istəyirəm, başqa heç nə istəmirəm». Uca Allah onu üzrlü sayacaq, çünki o qarşısında tab gətirə bilməyəcəyi bir nemət görürdü. Allah da onu ağaca yaxınlaşdıracaq. O ağaca yaxınlaşdırılanda Cənnət əhlinin səsini eşidəcək. O deyəcək: «Ey Rəbbim! Məni ora daxil et!» Allah buyuracaq: «Məndən istədiklərinə nə son qoyacaq? Sənə dünya və bir o qədərini versəm, bu səni razı edərmi?» Adam: «Ey Rəbbim! Sən aləmlərin Rəbbi olduğun halda mənə istehza edirsən?» - deyəcək». (Bunları rəvayət etdikdən sonra) İbn Məsud (r.a) güldü və dedi: «Nəyə güldüyümü soruşmursunuz?» Dedilər: «Nəyə güldün?» O dedi: «Allah Elçisi (s.a.v) də beləcə güldü və ondan: «Nəyə gülürsən, ey Allahın Elçisi ?» - deyə soruşdular. O dedi: «Aləmlərin Rəbbinin qulun: «Sən bütün aləmlərin Rəbbi olduğun halda mənə istehza edirsən?» - sözünə gülməsinə gülürəm». Uca Allah da ona belə deyəcək: «Mən sənə istehza etmirəm, Mən istədiyimi etməyə qadirəm»
(Muslim 310/ 187 (274, 481).

Əbu Hureyra (r.a) rəvayət edir ki, (bir dəfə) camaat soruşdu: «Ey Allahın Elçisi! Qiyamət günü Rəbbimizi görə biləcəyikmi?» Allah Elçisi (s.a.v) dedi: «Məgər siz buludla örtülməmiş on dörd gecəlik ayı (görəcəyinizə) şübhə edirsiniz?» Onlar: «Xeyr, ey Allahın Elçisi!» - deyə cavab verdilər. Allah Elçisi (s.a.v) dedi: «Məgər siz buludla örtülməmiş günəşi (görəcəyinizə) şübhə edirsiniz?» Onlar: «Xeyr!» - dedilər. Allah Elçisi (s.a.v) buyurdu: «Rəbbinizi də beləcə aydın görəcəksiniz. Qiyamət günü insanlar məşhərə toplanacaq və Allah buyuracaq: «Kim nəyə ibadət edirdisə, qoy onun ardınca getsin!». Beləliklə, onlardan kimisi günəşin, kimisi ayın, kimisi də tağutların(Uca Allahla yanaşı ilahiləşdirilən və ibadət olunan hər hansı bir məxluq,cadugərlər və baxıcılar,şeytan və iblis) ardınca gedəcək. Axırda bu ümmət, içində olan münafiqlərlə birlikdə qalacaqlar. Allah onların yanına gəlib buyuracaq: «Mən sizin Rəbbinizəm!» Onlar (Onu tanımadıqlarına görə) deyəcəklər: «Rəbbimiz gələndək bura bizim yerimiz (olacaq), Rəbbimiz gələndə biz Onu tanıyacağıq». Sonra Allah onların yanına gəlib buyuracaq: «Mən sizin Rəbbinizəm!» Onlar (Onu tanıyacaq və): «Sən bizim Rəbbimizsən!» - deyəcəklər. (Bundan sonra) Allah onları çağıracaq, Cəhənnəmin üzərində körpü qurulacaq və ümməti ilə birlikdə bu körpüdən keçən elçilərin birincisi mən olacağam. O gün elçilərdən başqa heç kəs danışa bilməyəcək, elçilər isə deyəcəklər: «Allahım, xilas et, xilas et!» Cəhənnəmdə sadan(tikanlı bir bitkidir) tikanlarına bənzər qarmaqlar vardır. Siz sadan tikanlarını görmüsünüzmü?» Əshabələr: «Bəli» - dedilər. Allah Elçisi  buyurdu: «Bu qarmaqlar sadan tikanlarına bənzəyirlər, lakin Allahdan başqa heç kəs onların nə qədər böyük olduğunu bilmir. Onlar insanları əməllərinə görə tutacaqlar, kimisi əməlinə görə məhv olacaq, kimisi də didik-didik ediləcək, lakin axırda xilas olacaq. Nəhayət Allah Cəhənnəmə vasil olanlardan dilədiyinə mərhəmət göstərmək istədiyi zaman mələklərə Allaha ibadət etmiş kimsələri (oradan) çıxarmağı əmr edəcək. Mələklər onları (üzlərindəki) səcdə izindən tanıyıb (oradan) çıxaracaqlar. Belə ki, Alah Cəhənnəm oduna səcdə izlərini yandırıb-yaxmağı haram etmişdir. Beləliklə, onlar Cəhənnəmdən çıxacaqlar. Od Adəm övladının vücudunu-səcdə yerləri istisna olmaqla, başdan-ayağa yandırıb-yaxacaq və onlar sümüklərinə qədər yanmış halda oddan çıxacalar. Bundan sonra onların üstünə dirilik suyu töküləcək və onlar selin gətirdiyi toxumun cücərib yetişdiyi kimi diriləcəklər. Nəhayət Allah Öz qulları üzərində mühakiməsini bitirdikdə Cənnətlə Cəhənnəm arasında bir nəfər qalacaq. Bu adam Cəhənnəmdən çıxıb Cənnətə girən kimsələrin axırıncısı olacaq. Onun üzü Cəhənnəmə tərəf olacaq və o deyəcək: «Ey Rəbbim, mənim üzümü oddan döndər, çünki onun tüstüsü məni zəhərləmişdir, alovu da məni yandırıb-yaxmışdır!» Allah deyəcək: «Bu istədiyin yerinə yetirilsə, başqa bir şey istəyəcəksənmi?» Bu adam: «Sənin İzzətinə and olsun ki, yox» - deyəcək və Allaha dilədiyi qədər and içib söz verəcək. Allah da onun üzünü oddan döndərəcək. Allah onun üzünü Cənnətə tərəf çevirdikdə o, (Cənnətin) gözəlliyini görüb Allahın istədiyi qədər susacaq, sonra isə deyəcək: «Ey Rəbbim, məni Cənnətin qapısına yaxınlaşdır». Allah ona deyəcək: «Məgər sən and içib söz verməmişdin ki, bu istədiyindən başqa heç nə istəməyəcəksən?» O deyəcək: «Ey Rəbbim, qoy Sənin yaratdıqlarının ən bədbəxti mən olmayım!» Allah deyəcək: «Bu istədiyin yerinə yetirilsə, başqa bir şey istəməyəcəksənmi?» O (yenə): «Sənin İzzətinə and olsun ki, mən başqa heç nə istəməyəcəyəm» - deyəcək və Allaha dilədiyi qədər and içib söz verəcək. Allah da onu Cənnətin qapısına yaxınlaşdıracaq. Cənnətin qapısına çatdıqda onun gözəlliyini, içindəki sevinc və zövq-səfanı görüb Allahın istədiyi qədər susacaq, sonra da deyəcək: «Ey Rəbbim, məni Cənnətə daxil et!» Allah deyəcək: «Vay sənin halına, ey Adəm oğlu, sən nə qədər vədinə xilaf çıxırsan! Məgər sən and içib söz verməmişdin ki, sənə verilənlərdən başqa heç nə istəməyəcəksən?» O deyəcək: «Ey Rəbbim, qoy Sənin yaratdıqlarının ən bədbəxti mən olmayım!» Belə olduqda Qüdrətli və Böyük Allah güləcək, sonra ona Cənnətə daxil olmağa izn verəcək və deyəcək: «(Nə diləyirsən) dilə!» O adam o qədər diləyəcək ki, axırda (heç bir) diləyi qalmayacaq və Qüdrətli və Böyük Allah deyəcək: «Filan və filan şeyləri də dilə!» Beləcə, Rəbbi ona (onun istəklərini) xatırladacaq. Artıq onun heç bir istəyi qalmadıqda Uca Allah buyuracaq: «Sənə bu istədiklərin və bir o qədəri də (verilmişdir)»............

(əl-Buxari 10. Kitəbul-Azan 129 (764, 773, 806); Muslim 299/ 182 (267, 469)

Əbu Zərr (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Mən Cəhənnəmdən ən axırıncı çıxanı və Cənnətə ən axırıncı daxil olanın kim olacağını bilirəm. Qiyamət günü o, (Allahın hüzuruna) gətiriləcək və belə deyiləcək: «Onun kiçik günahlarını ona bildirin, böyük (günahlarını) isə, ondan qaldırın». Kiçik günahları ona bildirilir və belə deyilir: «Filan gündə bunları etdin, filan gündə bunları etdin». O: «Bəli» - deyəcək və ona bildirilən günahların böyüklüyündən qorxduğuna görə onları inkar edə bilməyəcək. Ona deyiləcək: «Hər bir günahının yerinə sənə bir savab veriləcək». O deyəcək: «Ey Rəbbim! Mən elə şeylər etmişəm ki, onları burada görmürəm». Mən Allah Elçisinin 9s.a.v) (bunları dedikdən sonra) azı dişləri görünənə qədər güldüyünü gördüm».
(Muslim 277, 487. əl-Albani «Mişkətul-Məsabih»də (№ 5587) səhih olduğunu bildirmişdir.)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Həqiqətən, sizdən Cənnətdə ən aşağı dərəcəyə sahib olan o kəsdir ki, Allah ona: «İstədiyini arzu et!» - deyəcəkdir. O da istədiyini arzulayacaq. Sonra Allah ona: «İstədiyini arzuladınmı?» - deyəcək. O da: «Bəli» - deyə cavab verəcək. Allah ona: «Arzuladıqların və üstəlik bir o qədər də sənindir!» - deyəcək».
(Muslim 301/ 182 (268, 471).

Başqa rəvayətdə bu əlavələr vardır: «…(Allah o adama): «Bunları da istə!» - deyə xatırladacaq. İstədikləri qurtardıqdan sonra Allah: «İstədiklərinin hamısı və onların on misli də sənindir!» - deyəcək. Allah Elçisi 9s.a.v) buyurdu: «Sonra adam (Cənnətdəki) evinə girəcək və yanına iri gözlü hurilərdən olan iki zövcəsi daxil olub deyəcəklər: «Səni bizim üçün və bizi də sənin üçün dirildən Allaha həmd olsun!» Həmin adam deyəcək: «Mənə verilən (nemət) qədər heç bir kəsə verilməmişdir».
(Muslim 311/ 188 (275, 482).



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:58 | Yazı # 60
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər (Cənnətdə ən yüksək və ən aşağı dərəcyə sahib olanlar)
Muğira ibn Şubə (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Musa Rəbbindən: «Cənnət əhlindən ən aşağı dərəcəyə sahib olan kimdir?» - deyə soruşdu. Allah buyurdu: «Cənnət əhli Cənnətə daxil olduqdan sonra bir kişi gələcək və ona: «Cənnətə daxil ol!» - deyiləcək. O da: «Ey Rəbb! Necə daxil olum ki, artıq insanlar daxil olub yerlərini tutmuş və alacaqlarını da almışlar» - deyə cavab verəcək. Ona: «Dünya hökmdarlarından birinin mülkü qədər mülkünün olmasını istərdinmi?» - deyiləcək. O da: «İstərdim, ey Rəbb!» - deyə cavab verəcək. Allah ona: «İstədiyin və bir o qədər də, bir o qədər də, bir o qədər də, bir o qədər də sənindir» - beşincidə: «Razı qaldım, ey Rəbb!» - deyəcək. Allah: «Bu və üstəlik on misli qədər də sənindir. Həmçinin nəfsinin istədiyi və gözünə xoş gələn hər şey sənindir» - deyə buyuracaq. O: «Razı qaldım, ey Rəbb!» - deyə cavab verəcək. Musa : «Ey Rəbb! Bəs onlardan ən yüksək məqama sahib olanlar kimdir?» - deyə soruşdu. Allah buyurdu: «Onlar Mənim seçdiyim, Öz Əlimlə kəramət məqamına yüksəltdiyim və kəramətlərinin dəyişməyəcəyinə hökm verdiyim kəslərdir. Onlar üçün heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir bəşər övladının ağlına gətirmədiyi nemətlər hazırladım». deyəcəkdir.
«Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir» (əs-Səcdə 17) ayəsidir»
(Muslim 189 (276, 485).



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
  • Страница 3 из 5
  • «
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • »
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru