Dünyaya (təbiət və kainata) düşmən kəsilən, ondakı sirlərdən bixəbər qalan və ya insana ədavət bəsləyib, bəşər fitrətinə zidd gedən bir islam mədəniyyətinin qurulması qeyri-mümkündür. Çünki Qurani-Kərim imanı məhz kainatı başa düşmək və insanı öyrənmək əsasında bina edir.
İraqın şiə alimlərindən olan Əhməd əl-Katib yeni şiə bəyannaməsi adlı məqalə qələmə alıb. Uzun illər bəzi ifrat görüşlərin təsirində qalan əl-Katib 1979-cu il İran inqilabından əvvəl Kərbəlada Seyyid Məhəmməd Həsən əş-Şirazinin davamçılarından idi.