Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19632 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16749 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13830 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9577 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9101 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyun » 30 » Dünyadan bixəbər qalanlar mədəniyyət qura bilməzlər...
    Dünyadan bixəbər qalanlar mədəniyyət qura bilməzlər...
    23:39
    Dünyaya (təbiət və kainata) düşmən kəsilən, ondakı sirlərdən bixəbər qalan və ya insana ədavət bəsləyib, bəşər fitrətinə zidd gedən bir islam mədəniyyətinin qurulması qeyri-mümkündür. Çünki Qurani-Kərim imanı məhz kainatı başa düşmək və insanı öyrənmək əsasında bina edir.

    Həzrəti Məhəmmədin (Ona Allahın xeyir-duası və salamı olsun!) səhabələri Qurana uyğun dövlət qurduqlarında həyat “dəniz”ində üzür, ondakı axınlara, qabarma və çəkilməyə şüurlu münasibət bəsləyirdilər. Professor Luis Əvəzin təbiri ilə desək, onlar materiyanı, cəmiyyəti, bütün həyat işlərini yaxşı bilən dünyəvi insanlar idilər. Bir dəfə ona belə bir sual verirlər: “İslam bugünə qədər özünün universal çağırışını qoruyub saxlayıbmı?”

    Belə cavab verir:

    “Xeyr, qoruyub saxlamayıb. İslam qədimdə Bizansa qalib gəlmişdi. Çünki o, VII əsrdə xristianlıqdan daha dünyəvi(!) idi; ilahiyyat və qeyb məsələləri ilə yanaşı, həyat (dünya) məsələləri ilə də maraqlanırdı. Halbuki həmin vaxt Bizans sistemi teokratik səciyyə daşıyır, qeyb mövzuları içərisində boğulurdu... Görünür, müasir müsəlman camaatlarının arzuladığı şey bizans islamıdır!”

    Luis Əvəzin dediklərinə uzun-uzadı şərh vermək istəmirəm. Məni maraqlandıran məsələ budur ki, islam tərbiyəsi həyat və canlılar, yer və səma, həm təsirləndiyimiz, həm də təsir etdiyimiz hər bir şey haqda hərtərəfli biliklərə əsaslanmalıdır. Bütün bunlar həm dinimiz, həm dünyamız, həm həyatımız, həm də axirətimizdir. Nəhayət, çatdığımız məqamı, tutduğumuz mövqeyi möhkəmlətməliyik ki, rəbbimizi razı salıb, axirətimizi qazanaq. Ayədə deyilir:

    “Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!” (əl-Qəsəs, 83).

    Həyatdan bixəbərlik din, ondakı müvəffəqiyyətsiz də təqva sayıla bilməz! Dünyaya zəkanızla, bacarığınızla sahib olun, Allahın kəlamını ucaltmaq, imanı möhkəmlətmək, bayrağını dalğalatmaq üçün düşünün, fikirləşin, baş sındırın...

    Dünya işlərində sıfır olanlar, axirət işlərində də sıfırdırlar. Biliksiz, elmsiz gəzən, amma Allah və dini haqda danışmaq istəyən insanlar gördüm. “Cəsarət”lərinə heyran qaldım və dedim:

    “...Rəhman! Bunu bir biləndən xəbər al!” (əl-Fürqan, 59).

    Dünyadan, baş verənlərdən, tarixdən, tariximizin sevincli və kədərli məqamlarından bixəbər qalanlar Allahı necə tanıyacaqlar, Onu başqalarına necə tanıdacaqlar?!

    Quran elə bir kitabdır ki, adi bir insan onun səviyyəsinə yüksələ bilməz. Həzrəti Məhəmmədi (Ona Allahın xeyir-duası və salamı olsun!) o kəs özünə nümunə götürə bilər ki, həm ağlında, həm də qəlbində nur olsun.

    Dünyaya münasibətimizi müəyyənləşdirmədikcə tərbiyə işini möhkəm dayaqlar üzərinə qaldıra bilməyəcəyik. Görəsən, dünya üçünmü, axirət üçünmü, yoxsa hər iki dünya üçünmü yaşamalıyıq?

    Müasir mədəniyyət İntibah dövrünün hazırladığı bünövrəyə əsaslanır. Bu bünövrə bəşəri-rasional bünövrədir; yeri, göyü aralarındakı hər şeyi öyrənir, təbiətin (materiyanın) sirlərini üzə çıxarır, tədqiqat və kəşflərin nəticələrini insan oğluna ərməğan edir!

    Görəsən, bu ciddi araşdırmalarda dinin də payı vardırmı? Əsla! Çünki Kilsə və elm arasında qanlı və rəzil ədavət vardı. Bu ədavət alimlərdə belə bir təsəvvür oyadıb ki, din cahilliyin və ətalətin sinonimidir, din xadimləri “gəzən” şər bütlərdir və onlardan qurtulmaq lazımdır...

    Elə isə islam haradadır? Müsəlmanlar Əndəlüsdə intihar etdilər; siyasi iyrənclik, sosial ərköyünlük (israfçılıq), alimlərin xırda-para işlərlə, mübahisələrlə vaxt keçirmələri müsəlmanların axırına çıxdı!

    Əndəlüs müsəlmanları tarixlərinin ikinci yarısında islama məqbul nümunə ola bilmədilər; insanları ondan qaçırdılar, dəvət və dəvətçiyə xas keyfiyyətlərdən məhrum oldular...

    Bu bəla Müsəlman Qərbindən Şərqinə də intiqal etdi. Siyasi, iqtisadi və mədəni hərc-mərclik “bakteriya”ları çoxaldı. Bunun nəticələri o qədər ağır oldu ki, tatarlar xəstə xilafətin axırına çıxdılar. Qərbdə – Əndəlüsdə isə xaçlılar əsas məşğuliyyətləri hakimiyyət və var-dövlət üstündə çəkişmək olan kiçik müsəlman əmirliklərini bir-bir məhv etdilər...

    Doğrudur, türklər (osmanlılar nəzərdə tutulur – mütərcim) xilafət bayrağını yenidən dalğalandırdılar, parlaq qələbələrlə Avstriyaya qədər bütün şərqi Avropanı tutdular. Amma osmanlı oyanışı hərbi gücə əsaslanırdı və o, yeni mədəniyyət şəfəqi deyildi. Əgər onların xüsusi təlim-tərbiyə və açıq-aşkar dəvət qurumu olsaydı, fəth etdikləri torpaqlarda başqa çəkiyə sahib olardılar.

    Türklər ərəblərə meyl göstərmədilər. Ərəblər də özlərinə biçim verib, səltənəti başqalarına ötürməkdən imtina etdilər. Bununla da, islam ekspansiyası əvvəlki müsəlman sivilizasiyasından, həqiqi həyat şərtlərindən uzaqlaşdı. Tezliklə Osmanlı xilafəti, ardında da bütün islam aləmi dağıldı, ortada heç bir iz qalmadı.

    Avropalılara gəlincə, onlar dindən uzaqlaşaraq siyasi azadlıqlarını müəyyənləşdirdilər, müstəbid kralı öldürdükdən sonra – bu İngiltərədə baş vermişdi – “Böyük Azadlıqlar Xartiyası”nı (Maqna Carta) yazdılar.

    Böyük Fransa inqilabı başlandı. Din bir daha inkar edildi. İnqilab özü ilə xüsusi sistem gətirdi, qorxu aşıladı, görünməmiş qəddarlıqla rəqiblərini məhv etdi...

    Sonra Qırmızı inqilab (Rusiyadakı Oktyabr çevrilişi nəzərdə tutulur – mütərcim) baş verdi. Qanın su yerinə axıdıldığı amansız vəhşi bir inqilab! Möminlərə və ibadətə həsrət qalmış kilsələr dağıdıldı. Məscidləri də içindəkilərlə birlikdə “dəfn” etdilər.

    Sovet İttifaqında islamın başına gətirilənlərin ətraflı şəkildə öyrənilməsinə ehtiyac vardır.

    Əhəmiyyətli məqam budur ki, Qərb mədəniyyəti bir sıra islami və ümumbəşəri dəyərlərdən hər nə qədər faydalansa da, son bir neçə əsrdə allahsızlıq əsasında qurulmuş mədəniyyətdir...

    XX əsrin əvvəllərində narahatedici vəziyyət yarandı: səlibçilik öz yarasını sarıyıb, qalibə (müsəlmanlara) yaxınlaşmağa başladı, özünü ona yaxşı göstərdi, öz köməyini təklif etdi. Eyni addımı sionizm də atdı. Bir sözlə, hamı sonuncu dinə hücum çəkdi, onun nəhəng irsinə sahib çıxmaq istədi. Hər kəsə elə gəldi ki, bu irsin sahibi və ya başqa sözlə desək, keşikçisi yoxdur!

    Müsəlmanlar hiss etdilər ki, məhvedici müharibə yaxınlaşır, xain və dağıdıcı planlar onların varlığını təhdid edir...

    Yaralı ümmətdə yaşamaq eşqi yarandı; müdafiə olunanlar elm, bilik, tərbiyə, mədəniyyət və iqtisadiyyat sahələrində çar çəkməyə başladılar ki, hər tərəfdən yağıların hücumuna məruz qalmış dini xilas etmək lazımdır...

    Müsibət ağır, ondan qurtulma yolu isə aşkardır. Hər dəfə düzgün düşündükcə, hər dəfə kitabımıza sarıldıqca, “qala”mız bir o qədər möhkəmlənəcək, təcavüzkarlar geri çəkiləcəklər...

    Əvvəlki Nəsillərimizin (sələfi-əvvəl) üslubuna uyğun şəkildə düzgün tərbiyə sistemi qurmaq əsas amalımız olmalıdır…

    Məqalə M. Qəzalinin “Dini-mədəni islam fikri: tənqidi mülahizələr” kitabından tərcümə edilmişdir.
    Bölmə: Dünya Xəbərləri | Əlavə etdi: Terane | Baxılıb: 517 | Tarix: 26.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2012  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru