Ana Səhifə » 2012 » İyun » 30 » Səudiyyə Ərəbistanında Filippin dilində ilk Quran təfsiri nəşr edilib...
Səudiyyə Ərəbistanında Filippin dilində ilk Quran təfsiri nəşr edilib...
23:14
Səbəb krallıqda son dövrlərdə İslamı ən çox filippinlilərin qəbul etməsidir.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, Səudiyyə Ərəbistanı hökuməti ölkədə son dövrlərdə ən çox filippinlilərin müsəlman olduğunu nəzərə alaraq, Quranın sadələşdirilmiş təfsirlərini sözügedən dilə tərcümə etdirib.
Krallıq mətbuatında dərc olunan xəbərlərdə təfsirin 11 tədqiqatçıdan ibarət heyət tərəfindən 10 il ərzində hazırlandığı bildirilib. Cidd şəhər Dəvət bürosunun müdiri Fuad Kövsər asanlaşdırılmış təfsirin Filippin dilinə tərcümə edilməsinin rəsmi məlumatlara görə, ölkədə İslamı qəbul edən millətlər arasında filippinlilərin çoxluq təşkil etdiyindən dolayı olduğunu deyib.
Kövsər krallıqda İslamı qəbul edən hər 100 nəfərdən 73-nün filippinli olduğunu qeyd edib.