Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19920 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17088 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14153 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9943 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9360 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2009 » Aprel » 4 » Şiələrin Mehdi haqqında fikirləri
    Şiələrin Mehdi haqqında fikirləri
    07:01
    Rəhmli, Mərhəmətli Allahın adı ilə!

    Ön söz.
    Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məxsusdur! Biz Ona şükür və tərif edirik, Onu
    köməyə çağırırıq. Ondan bağışlanmağı və bizi haqq yoluna yönəltməyi diləyirik. Nəfslərimizin
    şərrindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət
    versə, o, haqq yolunda olar və kimi də azdırsa onu haqq yoluna yönəldən tapılmaz. Mən şahidlik
    edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik
    edirəm ki, Məhəmməd Onun qulu və elçisidir. Əziz oxucular mənim qeyd edəcəyimdə
    məqsədim heç də şiələri təhqir etmək deyil, lakin haqqı bəyan edib və onların batil fikirlərini üzə
    çıxartmaqdır. Bu isə onların xoşuna gəlməsə də, haqqı inkar etmək olmaz. Mənim bu kitabda
    hekayətləri qeyd etdiklərimi şiələr tərəfindən düşmənçilik, kin və yalan və yaxud da uydurma
    elan edəcəklər. Eləcə də məni İsrail və ya Amerika dövlətinə işləməkdə ittiham edəcəklər. Lakin
    onlar Əbul-Həsən İsfahani, Əhməd əl-Kisravi və ya seyyid Hüseyn Müsavi və başqaları haqında
    da belə demişlər. Amma bu məni qətiyyən narahat etmir, çünki bütün bu cür nəticələr olacağını
    çoxdan təcrübədən keçirtmişəm. Mən bu kitabda müəyyən mövzular açmışam. Hansı ki, mənim
    qardaşlarım məndən qabaq bu haqda qeyd etmişlər. Kim müsəlmanlar arasında haqqı axtarırsa
    ümid edirəm ki, qeyd etdiklərim hekayətləri yaxşı qarşılayacaqlar. Beləliklə də mən şiələrin əhlibeyt
    məktəbinin mənbələrinə istinad edərək onların fikirlərinin necə batil olduğunu qeyd
    edəcəyəm. Sonda bunu yenə qeyd edim ki, bunu bəyan etməkdə heç də şiələri təhqir etmək deyil,
    yalnız tənqid etməkdir. Eləcə də Allahdan müsəlmanlar üçün bu kitab vasitəsi ilə oxuyub
    faydalanmağını diləyirəm. "Şübhəsiz ki, bunda qəlb (ağıl) sahibi, yaxud (moizə edildiyi zaman
    bütün varlığı ilə) hazır olub (ona cani-dildən) qulaq asan kimsə üçün öyüd-nəsihət vardır!”
    (Qaf, 37)

    Şiələrin və Yəhudilərin zənn etdikləri.
    Yəhudilərin fikrinə əsasən Məsihi Davud (yəni Dəccal-xilaskar) zühur etdiyi zaman Davud (ə)
    və Süleymanın (ə) hökmü ilə hökm verəcəkdir. Şiələrdə də eyni ideologiyadır. Çünki onların
    mötəbər hədis alimlərindən sayılan Məhəmməd Yə”qub ibn Kuleyni öz "Usuli kafi” kitabında bu
    məsələ ilə bağlı belə qeyd edir: "Əbu Cəfər (Məhəmməd Baqir əleyhissalam) belə buyurdu:
    "Ey Əbu Ubeydə! Məhəmmədin (s)ın nəslindən bir (Mehdi) imam qalxdığı (zaman) və
    Davud Süleymanın hökmü ilə hökm verdiyi zaman, ondan qətiyyən dəlil istənilməz ”.
    (Müqayisə üçün Azərbaycan dilində, "Üsuli kafi” 1 ci cild, səh 694, hədis № 1033). Həmçinin
    eyni kitabda başqa bir rəvayətdə belə qeyd olunur: "Əban belə rəvayət etmişdir: Əbu
    Abdullahın (Cəfəri Sadiq əleyhissalam): "Mənim nəslimdən bir adam (Mehdi) gəlib, Davud
    oğullarının hökmü ilə hökm verib, özündən hər hansı bir dəlil istəməyərək hər kəsə
    haqqını vermədən qiyamət qopmaz” dediyini eşitdim”. (Müqayisə üçün Azərbaycan dilində,
    "Üsuli kafi” 1 ci cild, səh 694, hədis № 1034). Bu yalnız yəhudilik anarxiyasıdır və yəhudiliyi
    müsəlman adı altında təbliğ etməkdir. Bunu da qeyd edim ki, İsrail dövlətinin ölkə qanunu
    məcəlləsində Məsihi Davud (yəni Dəccal-xilaskar) zühur etdikdə ona tabe olmağı göstərilir və
    İran İslam respublikasının ölkə qanunun məcəlləsində də Mehdi zühur etdikdə ona tabe olmağı
    göstərilir. (mənim bu məsələ ilə bağlı qeyd etdiklərim heç də siyasi məqsəd daşımır). Beləliklə
    də yəhudilərin gözlədikləri Məsihi Davud (yəni Dəccal-xilaskar) məhz şiələrin Mehdisidir.
    Bunu qeyd edim ki, Davud ilə Süleyman (ə) İslam ümməti üçün peyğəmbər göndərilməmişdir və
    Mehdi (ə) Davud ilə Süleymanın (ə) hökmü ilə hökm verə bilməz. Mehdi (ə) yalnız Quran ilə
    Məhəmmədin (s.ə.s) hökmü ilə hökm verə bilər və verəcəkdir. Çünki Uca Allah Qurani Kərimdə
    din olaraq İslam dininin hökmlərini bəyənib seçmişdir: "Sizin üçün din olaraq islamı bəyənib
    seçdim.” (Maidə, 3). Bu məslə ilə bağlı şiələrə sual olaraq deyirəm: Yaxşı bəs onda Quran ilə
    Məhəmmədin (s.ə.s) hökmü harada qaldı?
    Tarixin təhrif olunmuş səhifələri.
    Şiələr etiqad edirlər ki, imam Mehdi doğulub və beş yaşında ikən İraqın Samerra şəhərində
    mağarada qeybə çəkilmişdir. Lakin şiə kitablarına istinadən müraciət etdikdə heç də 11-ci İmam
    Həsən əl-Əsgərinin heç bir qadınlarından övladı olmayıb və dünyasını dəyişdikdən sonra da
    olmamışdır. Qeyd edəcəyim hədisə əsasən şiələr inanırlar ki, Mehdi doğulmuşdur. Gəlin daha
    ətraflı mənim ilə bərabər müşahidə edək. "Əliyyən-Nəqinin (ə) bacısı Həkimə xanım belə
    rəvayət edir: "(Mehdinin anası sayılan) Nərgizin heç bir hamiləlik əlamətləri yox idi. Bu
    məsələ ilə bağlı mən İmam Həsən Əsgəriyə müraciət edərək: "Ey mənim ağam uşaq hansı
    qadından anadan olacaqdır? Çünki mən Nərgizdə hamiləlik əlamətlərini görmürəm. İmam
    Həsən əl-Əsgəri: "Mehdi, Nərgizdən anadan olacaqdır.” cavab olaraq verdi. Lakin mən
    ayağa qalxıb yenə diqqət ilə Nərgizə baxmağa başladım. Amma onda hamiləlik
    əlamətlərini görmədim. İmama bu haqda yenə də məlumat verdim. O, (ə) gülərək: "Səhər
    sənə bəlli olacaq ki, onun (Nərgizin) uşağı var. Çünki O, Musanın (ə) anasına bənzəyir.
    Çünki Musa (ə) anasının bətnində nə vaxt anadan olacağını gizli qalaraq heç kəs bilmirdi.
    Bu gecə doğulacaq uşaq da Musaya (ə) bənzəyir.” dedi.” (Biharul-ənvar, 5-ci cild, səh 12-
    14, Kəmalüddin, 2-ci cild, səh 100 – 102). Bununla da belə şiə məzhəbinin adət ənənəsinə görə
    Mehdinin anasının hamiləlik əlamətləri qeyd olunmamışdır.
    1) Mehdinin anası sayılan Nərgizin heç bir hamiləlik əlamətləri olmayıb.
    2) Musanı (ə) anası dünya gətirməmişdən qabaq onun hamiləlik əlamətləri qeyd olunmuşdur.
    2
    3) Musanı (ə) Mehdidən fərli olaraq bütün İsrail oğulları görmüşdülər. Lakin şiələrə görə
    Mehdini demək olar cüzi insanlar görmüşdülər.
    4) Musa Mehdi (ə) kimi qeybə çəkilməmişdir.
    5) Şübhəsiz ki, Musanın (ə) doğulmasında heç kim şübhə içində olmayıb. Lakin. Mehdinin
    doğulmasında hətta bəzi şiələr də şübhə içində olmuşlar. Imamiyyə şiələri iddia edir ki, Həsən
    əl-Əsgəri öz əcəli ilə deyil məhz onu zəhərləyərək ölmüşdürlər. Lakin həqiqətən Həsən əlƏsgərini
    nə zəhərləmişlər nə də onun övladı olmamışdır. Mən Kuleynin əl-Kafi əsərinə istinadən
    qeyd edirəm: "Məhəmməd b. Yəhya və başqaları belə rəvayət edirlər: "Bu, Həsən əlƏsgəridir.
    Öz əcəli ilə və yatağında ölmüşdür. Öldüyü zaman, yanında Əmirul –
    mömininin xidmətçilərindən və güvənilən adamlarından filankəs və filankəs, qazilərdən
    filankəs və filankəs, təbiblərdən filankəs və filankəs var idi. Sonra (Həsən əl-Əsgərinin)
    üzünü örtdülər və cənazəni qaldırdılar. Cənazə evin ortasından götürüb atasının dəfn
    edildiyi otağa basdırıldı. Dəfn etdikdən sonra bir müddət mirasın paylaşdırılmasına da ara
    verdilər. (Çünki) Hamilə olduğu zənn edilən cariyənin (Nərgizin) başında dayananlar, hələ
    də gözləməkdə idilər. Lakin cariyənin (Nərgizin) hamilə olmadığı bilindi. Onun hamilə
    olmadığını başa düşəndə, (Həsən əl-Əsgərinin) mirası anası və qardaşı arasında
    paylaşdırıldı.” (Müqayisə üçün Azərbaycan dilində, "Üsuli kafi” 1-ci cild, səh 900, hədis №
    1323). Şiələrin əhli-beyt adlandırdığı məktəbin kitablarında səkkiz belə rəvayətə rast gəlmək olar
    ki, Mehdi doğulmamışdır. Kiminsə bu məsələ ilə bağlı şübhəsi olsa şiələrin bu kitablarına
    müraciət edə bilərlər. ("Əl-Qeybət” ət-Tusi, səh, 74. "Əl-İrşad” əl-Müfid səh, 345.
    "Ə’lamül-vəra” əl-Fədlə ət-Təbərsi, səh, 380. "Əl-Məqalət vəl firəq” Əl- Əş`əri, əl-Qummi
    səh, 102).
    Bunu da qeyd edim ki, Əlidən (r.a) Mehdinin qeyb müddəti barəsində soruşanda O, belə
    buyurmuşdur: "Altı gün, altı ay və yaxud altı il.” (Müqayisə üçün Azərbaycan dilində, "Üsuli
    kafi” 1 ci cild, səh 578, hədis № 890). Lakin şiələrin iddia etdiklərinə görə Mehdi hicri 260-cı
    ilində qeybə çəkilmişdir. Lakin Əli (r.a) isə qeybin müddətini 6 il olduğunu qeyd edir. Nəticədə
    qeyd olunur ki, Mehdi (ə) doğulmamışdır. Gəlin mənim ilə bərabər müşahidə edərək baxaq gərək
    şiələr arasında "Qaim” (yəni öndə gedən rəhbər) ləqəbi ilə məşhur olan imam Mehdi zühur
    etdikdə nələr edəcəkdir?
    Mehdi Ərəblərə qarşı qılınc qaldıracaq.
    Məclisi nəql edir ki: "Mehdi bükülmüş qırmızı kağız ilə ərəblərin arasından keçəcək bu
    onların ölümü ilə nəticələnəcəkdir.” (Biharul-ənvar, 52 ci cild, səh 318).
    Eləcə də xəbər verilir ki, "Bizimlə ərəblərin arasında ölüm qırğınından başqa heç nə
    qalmayıb”. (Biharül-ənvar, 62 ci cild, səh 349). Cəfər Sadiq (ə) belə buyurur: "Qaim (Mehdi)
    zühur edən zaman onunla Ərəblər və Qüreyş arasında qılıncdan başqa heç bir şey hakim
    olmayacaqdır”. (Biharül-ənvar, 52 ci cild, səh 355). Hədislərin mətini dəlalət edir ki, şiələrin
    gözlədikləri Mehdi ərəblərə qarşı qılınc qaldırıb və müsəlmanları qıracaqdır. Bəllidir ki,
    müsəlmanlara qarşı məhz Dəccal savaşacaqdır. Fars yəhudilərinin ərəblərə qarşı etdiyi kinlik və
    düşmənçilik nəticəsində belə fikirlər meydana gəlir. Bunu da qeyd edim ki, məgər Quran ərəb
    dilində deyilmi? Məgər Allahın rəsulu (s.əs) özü ərəb olmayıbmı? Məgər İmamlar ərəblərdən
    törəmə deyildirmi? Mehdi özü ərəb olmayacaqmı?
    Məclisi dəhşətli bir xəbəri nəql edir: "Əgər insanlar bilsəydilər Qaim (Mehdi) zühur etdikdə
    nələr törədib neçə-neçə insanları öldürəcəkdir, o zaman onu (Mehdini) görmək
    istəməzdilər. Beləliklə insanlar deyəcəklər: O, (Mehdi) Məhəmmədin ailəsindən deyil. Əgər
    Məhəmmədin ailəsindən olsa idi o, bağışlamağı bacarardı.” (Biharül-ənvar, 52 ci cild, səh
    Guya Cəfəri Sadiq (ə) belə buyurmuşdur: "Qiyam zamanı Qaimin (Mehdinin) cahillərdən
    3
    (Əhli-sünnilərdən) çəkdiyi əziyyət peyğəmbərin cahil xalqdan çəkdiyi əziyyətdən ağırdır.
    Peyğəmbər zühur edən vaxt xalq daşa-taxtaya pərəstiş edirdi. Lakin Qaim zühur etdikdə
    isə insanlar (Əhli-sünnilər) öz mövqelərini Quran ayələrini sübut etmək üçün (Mehdidən)
    dəlil istəyəcəklər.” (Nömani, "Əl-ğeybət”, səh. 297). Hədisin mətni dəlalət edir ki, şiələrin
    gözlədiyi Mehdi yəni bəlli olmuş Dəccal Quran ilə hökm verməyəcəkdir. Məhz bu səbəbdən
    Əhli-sunnə val-caamat Qurandan hökm vermək üçün Mehdi sayılan Dəccaldan bunu tələb
    edəcəklər. Amma bəlli olmuş Dəccal isə qeyd etdiyim kimi Davudun (ə) hökmü ilə hökm
    verəcəkdir. Buna oxşar məsələ ilə bağlı yəhudilərin tarixində vəd olunmuş Dəccal xilaskarın
    zühuru ilə bağlı məlumatlar var. Çünki yəhudilərin müqəddəs kitablarında belə qeyd olunur
    "Şər adamların və zalımların varlığı Məsihi Dəccal-xilaskarı məyus etməz. Çünki
    zalımların nəsli yer üzündən kəsiləcəkdir. Allahın ədalətinin intizarında olanlar yer üzünə
    varis olacaqdır.” (Əhdi-Davudun 37-ci nəğmələr səhifəsi).
    Mehdi Kəbə evini və peyğəmbər məscidini dağıdacaqdır.
    Belə bir sual ortaya çıxır: Mehdi nəyə görə Kəbə evi ilə peyğəmbər məscidini bünövrəsindən
    sökəcəkdir? Cavab: Bu məsələ ilə bağlı Tusi belə izah edir: "Müsəlmanların onda bir hissəsi
    yox olmayınca bu olmayacaq ".(əl-Qeybə, ət-Tusi, səh 146).
    İlk öncə istəyirəm aşağıda qeyd olunan hədisi isbat etmək üçün bunu ərəbcə qeyd edim:
    (أبي بصیر ، عن أبي عبدالله علیھ السلام قال : القائم یھدم المسجد الحرام حتى یرده إلى أساسھ ، ومسجد الرسول صلى الله
    ( 332 )، (الغیبة للطوسي 282 / علیھ والھ إلى أساسھ) (بحار الأنوار 52
    "Əbu Bəsir nəql edir ki, Cəfəri Sadiq (ə) belə buyurdu: "Qaim (Mehdi) Məscdul-həram ilə
    peyğəmbər məscidini tamamilə başdan-ayağa bünövrəsindən dağıdacaqdır ”. (Biharulənvar,
    52 ci cild, səh 332, hədis № 57, "əl-Qeybə” ət-Tusi, səh 282). Məclisi bu hədis ilə bağlı
    istinad etdiyi ravi "Abdul Rəhman” olan ravidir. Eləcə də şiələri rical kitablarında çox
    güvənilən ravi sayılır. Bununla belə hədis doğru səhihdir.
    Məclisi izah edir ki: "Qaim (Mehdi) ilk öncə qisas almaq üçün iki nəfərdən (yəni Əbu Bəkir
    ilə Ömərdən) başlayacaqdır. Onları dirildib sağlam bədənləri ilə edam edəcəkdir. Və (Mehdi
    peyğəmbər) məscidini sökəcəkdir.” (Biharul-ənvar, 52 ci cild, səh 386). Hədisin şərhi ilə bağlı
    şiələr belə izah edirlər ki: "Əbu Bəkir ilə Ömər ibn Xattabın, vəsiyyətinə uyğun olaraq
    Peyğəmbərin (ə) qəbri yanında dəfn olduqları üçün Mehdi (ə) onlardan (düzgün vəsiyyət
    etmədikləri üçün) qisas alacaqdır.” Bununla da şiələr gördüyünüz kimi hədisi səhih qeyd
    edirlər. Bunu da qeyd edim ki, şiə alimlərinin icma ilə yekdil rəyinə əsasən: "Peyğəmbərin (s)
    qəbiri yanında Əbu Bəkir ilə Ömər ibn Xattabın dəfn olunmağı düzgün hesab olunmur”.
    Lakin yaddan çıxartmaq lazım deyil ki, hədisin ardınca belə qeyd olunur: "Və (Mehdi
    peyğəmbər) məscidini sökəcəkdir.” (Biharul-ənvar, 52 ci cild, səh 386). Məhəmməd Təqi əl-
    Məclisinin Biharul-ənvar kitabının müəllifi istinad etdiyi hədisi "Bəşir Nəbbal” adlı ravidir.
    Şiələrin rical hədis rəvayətçilərinin kitablarında mötəbər və etibarlı sayılmamışdır. Buna görə də
    onlar hədisi düzgün səhih hesab edirlər.
    "Əbu-Bəsir, Cəfəri Sadiqdən (ə) belə nəql edir: "Qaim (Mehdi) qiyam edən zaman
    Məscidül-həram ilə Məscidun-nəbiyyəni əvvəlki görkəminə qaytaracaqdır.” (Kafi, 4 cild,
    səh 543). Şiələrə görə bu hədis səhihdir çünki ravilər arasında "Əhməd ibn Məhəmməd” adlı
    ravi mövcuddur O, isə onların rical kitablarında mötəbər və güvənilən ravi olduğunu qeyd
    olunur. Bunu qeyd edim ki, mən araşdırma apararkən sübut kimi şiələrin online
    saytına daxil olaraq "Bəşir Nəbbal” adlı ravini etibarlığını qeyd etdiklərini gördüm.
    "ƏSRİN İMAMI MEHDİ SAHİBƏZ-ZAMANLA (Ə) TANIŞLIQ” kitabına müraciət edə
    bilərsiniz. Sual: 495 bax.
    (http://www.nurulhoda.com/latin/latinja_ketabkhana/asrin%20imami%20mahdi%20sahibazzama
    nl(s)%20tanishliq.htm)
    4
    Lakin şiələr "Təqiyyə” edib yuxarıda qeyd olunan online saytında yalan danışaraq hədisin ardıcıl
    rəvayətinin tam orijinal formasında qeyd etməyiblər. Amma mən onların iç üzlərini açaraq isbat
    etmək üçün hədisin rəvayətini ərəbcə tam şəkildə olduğu kimi verirəm:
    (386/ (یخرج ھذین (یعني أبا بكر وعمر) رطبین غضین فیحر قھما ویذریھما في الریح ، ویكسر المسجد) (بحار الأنوار 52
    "Bəşir Nəbbal nəql edir ki, Cəfəri Sadiq (ə) belə buyurdu: Qaim (Mehdi) ilk öncə qisas
    almaq üçün iki nəfərdən (yəni Əbu Bəkir ilə Ömərdən) başlayacaqdır. Onları dirildib
    sağlam bədənləri ilə edam edəcək, və (Mehdi peyğəmbər) məscidi sökəcəkdir”. (Biharulənvar,
    52 ci cild, səh 386, hədis № 200). Şiələr hədisin mətni ilə əlaqədar olaraq özlərinə bəraət
    qazandırmaq üçün 1-ci rəylərinə görə rədd cavabları: Səhih Müslimdən bir neçə sitat gətirirlər:
    1). "Səhih-Müslimdə nəql olunmuş rəvayətə əsasən həzrət peyğəmbər (s) Kəbə evini
    yenidən bina etmək istəmişdir. Amma insanlar İslamı təzəcə qəbul etdiyindən bu fikrindən
    daşınmışdır.”
    1). Bu məsələ ilə bağlı şiələrə rədd cavabı olaraq deyirəm: Əvvəla Allah rəsulu (s.ə.s) Kəbə
    evinin yenidən bina edilməsi üçün yox məhz Kəbə evinə iki tərəfdən qapı qoyulmasını məsləhət
    görmüşdür.
    2) Şiələr "Təqiyyə ” edərək yəni müsəlmanlardan haqqı gizlədərək hədisin mətni ilə əlaqədar
    özlərinə bəraət qazandırmaq üçün 2-ci rəylərinə görə belə izah edirlər: "Mehdi məscidül-haram
    ilə Məscidun-nəbiyyəni ona görə əvvəlki vəziyyətinə qaytaracaqdır ki, onu köhnə
    vəziyyətinə qaytarsın”.
    2) Cavab: Lakin bu heç də belə deyil. Çünki ərəbcə hədisin orijinal mətninə diqqət yetirsək:
    (332/ (القائم یھدم المسجد الحرام حتى یرده إلى أساسھ ، ومسجد الرسول صلى الله علیھ والھ إلى أساسھ) (بحار الأنوار 52
    "Mehdi məscidül-haram ilə Məscidun-nəbiyyəni bünövrədən (yəni əsas) kökündən
    dağıdacaqdır.” (Biharul-ənvar, 52 ci cild, səh 332, hədis № 57). Məhz yerlə bərabər
    edəcəkdir, çünki şiələrə görə Mehdi qibləgahı Kufəyə tərəf çevirəcəkdir. "Həcər-əl-Əsvad” yəni
    müqəddəs cənnətdən düşməsinə inanılan qara daşı Kufə şəhəri istiqaməti tərəfinə
    yollandıracaqdır. Məkkədən Kufə şəhərinə cənnətdən gəlmiş qara daşı Mehdinin köçürtməyinin
    səbəbi budur ki, Adəmin, Nuhun, İdrisin, İbrahim məqamının qibləgahını Kərbəlaya tərəf
    çevirsin. Yəni müsəlmanlar namaz qıldıqları zaman üzlərini Məkkəyə tərəf yox məhz Kufə
    şəhərinə tutsunlar. Çünki həqiqətən şiələr üçün Məkkə şəhərində yerləşən məscidül-həram yəni
    Kəbə evi böyük əhəmiyyət daşımır. Bu məsələ ilə bağlı Kuleyni öz "Furu-ul-kafi” kitabında
    belə qeyd edir: "Kim Hüseynin qəbrini ziyarət edərsə, 20 dəfə Həccə və ya 20 dəfə Ümrəyə
    bərabər savabı olar”. (Kuleyni, "Furu-ul-kafi”, səh 59). Cəfər Sadiqdən (ə) gələn rəvayətə
    görə: "Kim Aşura günü Hüseyni (ə) ziyarət edərsə, cənnət ona vacib olur.” (İqbalul-ə’mal,
    səh 568.) Axı necə ola bilər ki, Mehdi məscidül-həram ilə peyğəmbərin məscidini dağıtsınmı?
    Axı orada imamlar özləri də ibadət ediblər. Bunu da qeyd edim ki, neçə əsirlər boyu yəhudilərin
    arzularıdır ki, Məscidül-həramı yəni Məkkə şəhərində yerləşən Kəbə evini və Məscidunnəbiyyəni
    kökündən Dəccal dağıtsın. Eləcə də şiələr Mehdi haqda belə zənn edirlər.
    Mehdi, Davud ailəsinin şəriəti ilə ittiham edəcəkdir.
    Kuleyni xüsusən bu məsələ ilə bağlı "İmamlar Davud peyğəmbərin və onun nəslinin hökmü
    ilə hökm edərlər” fəslində belə qeyd edir: "Məhəmməd Baqir (ə) Xəttab ibn Əba-Übeydəyə
    belə buyurmuşdur: "Ey Əba-Übeydə! Qaim (Mehdi) qiyam edən zaman Davud və
    Süleymanın hökmü ilə hökm verəcək. Bu səbəbdən də dəlil və şahid istəməyəcəkdir.”
    (Usuli-Kafi, 1 cild. , səh 397, Müqayisə üçün Azərbaycan dilində, "Üsuli kafi” 1 ci cild, səh
    694, hədis № 1033). Belə nəticəyə gəlmək olar ki, "Qaim” (Mehdi) İsrail dövlətinin "Qıyam”
    və yaxud Məsihi-Dəccal nümunəsidir. Çünki şiələrin bəzi rəvayətlərinə görə 11-ci, imamın
    övladı olmamışdır.
    5
    Məclisi nəql edir: "Qaimin (Mehdinin) yeni işləri, təzə kitabı (Quranı) və yeni hüquq
    mühakimə üsulu olacaqdır. (Biharul-ənvar, 52 ci cild, səh 354, Qeybətun-Nö’məni, səh
    154).
    Cəfər Sadiq (ə) buyurur: "Mən sanki Kəbənin küncündə İbrahim məqamında insanların
    yeni kitaba (Mehdiyə) and içdiyini görürəm”. (Biharul-ənvar, 52 ci cild, səh 135,
    Qeybətun-Nö’məni, səh 172). Şiələr inanırlar ki, Mehdi qana batmış səhifələr ilə yeni Quranla
    gələcəkdir.
    Əli (ə) belə buyurduğu nəql olunur: "O, Həzrətin müəyyən əlamət nişanələri vardır: "Mehdi
    qarışmış saçlarla gələcək, üzündə bir xalı vardır”. (Qeybəti Nö”mani”, səh.163). Bu mətndə
    isə gizli və maraqlı faktlar var. Çünki izah edirəm: "İbn Ömər (r.a) rəvayət edir ki, Allah rəsulu
    (s.ə.s) belə buyurdu: "Şübhəsiz ki, Dəccal qıvrım saçlı tək gözlü bir kimsədir. ” (Buxari.
    3/1270,6/2577,2607. Müslim.1/156, Muvatta, 2/920). Məhz həmin qarışmış saçlarla üzündə bir
    xalı olan qıvrım saçlı tək gözlü Dəccaldır.
    Bu uydurulmuş saxta hədisə diqqət yetirək. "İbn Abbasdan (r.a) nəql olunur ki, Peyğəmbər
    (s.a.v) buyurdu: "Mehdi zühur etdiyi zaman onun 70.000 mələk ordusu olacaqdır.”
    (Biharül -ənvar, 43-ci cild, səh. 24). Lakin: "Osman ibn Əbil əs (r.a) deyir ki, Allah rəsulu
    (s.ə.s) belə buyurduğunu eşitdim: "Dəccalın 70.000 ordusu olacaq. ” (Ahmed. 4/216, Taberani.
    9/60, ibn Mace. 4077). Ustadımız Hafiz ibn Kəsirə görə: Dəccalın zühur etdiyi zaman 70.000
    əsgəri olacaq və Xorasan əhli bir çoxu ona dəstək verəcəkdir. (İbn Kəsir, ən-Nihayə. 1/174).
    Qeyd edim ki, 70.000 mələk altında nəzərdə tutulan məhz Dəccalın ordusudur. Belə bir sual
    ortaya çıxır: Dəccalın ordusu kimlərdirmi? Lakin Cəfər Sadiqdən (ə) gələn rəvayət bunu çox
    gözəl açıqlayır: "Allaha and olsun ki, Qum əhlidir! üç dəfə dedi ” (Biharül -ənvar, 60 ci cild,
    səh. 216). Çünki Qum əhli dedikdə İran əhli, Mehdinin yəni bəlli olmuş Dəccalın köməkçiləri
    nəzərdə tutulur.
    Əli (ə) belə buyurmuşdur: "Mehdi şərqdən zühur edəcəkdir. ” (Biharül-ənvar, 52 cild, səh
    217). Şiə alimlərinin yekdil fikirlərinə görə "şərq” sözü mənası məhz İran nəzərdə tutulur yəni
    Mehdinin ilk zühur etdiyi yer məhz İran olacaqdır.
    Saxta hədislərə diqqət yetirək: "Peyğəmbər (s.a.v) buyurdu: "Quma ona görə "Qum” adı
    verilmişdir ki, oranın əhalisi Həzrət Qaimin (Mehdinin) ətrafına yığışacaq, onunla birlikdə
    qiyam edəcək və ətrafında sabitqədəm qalaraq ona kömək edəcəklər. ” (Biharül-ənvar. 60,
    cild. səh.216).
    Bu saxta hədisdə sirr olan faktlar var. Gəlin mənimlə birlikdə müşahidə edərək mətində nə gizli
    səbəblər ola bilər? "Məclisi nəql edir ki: "Xorasandan qiyam edən qara bayraqlılar Kufəyə
    doğru hərəkət edən zaman Mehdini görməsi ilə bey’ət etmək üçün onun hüzuruna
    gələcəklər.” (Biharül-ənvar, 52-ci cild, səh. 217).
    "Əbu Bəkir (r.a) rəvayət edir ki, Allah rəsulu (s.ə.s) buyurdu: "Şübhəsiz ki, Dəccalın çıxdığı yer
    Xorasan olacaqdır və o, xalq ona itaət edəcəkdir. ( Taberani Evsat 1/195. Ahmed, 1/4,7. bni
    Mace (4072). Tirmizi, 2237).
    Dəhşətli iyrənc bir xəbəri Məclisi öz "Haqqul-yəqin” kitabında belə rəvayət edir: "İmam Mehdi
    gələndə o lüt olacaq və ona ilk beyət edən Məhəmməd (s.ə.s) olacaqdır.” (Məhəmməd Bağır
    Məclisi. Haqqul-yəqin, səh 347).
    Mehdi (ivrit) yəhudi dilində danışacaqdır: "Cəfər Sadiq (ə) belə buyurur: " Qaimizmiz
    (Mehdi) zühur etdiyi zaman, Allaha yəhudi (ivrit) dilində dua edəcəkdir.” (Qeybətun-
    Nö’məni, səh. 326).
    Bu saxta rəvayətə diqqət yetirin mətnlərdə maraqlı faktlar var. "Peyğəmbərdən (s.ə.v) belə nəql
    olunur: "Yəhudilər onu (Mehdini) müşahidə etdikdə az miqdar istisna olmaqla, hamısı
    (Mehdiyə) iman gətirəcəklər ”. (Əl-mələhimu vəl-fitən, səh.57). Bunu da qeyd edim ki,
    yəhudilər həmişə haqqı bilə-bilə inkar ediblər. Allah tərəfindən göndərilmiş elçilərin heç birini
    6
    qəbul etməyiblər. Onlar Allah tərəfindən açıq-aşkar göndərilmiş sübutla Məhəmmədi (s.ə.s)
    inkar ediblər. O ki qaldı Mehdiyə necə iman gətirsinlər? Nə vaxtdan yəhudilər iman
    gətirənlərdən olublar? Yəhudilər yalnız Dəccala iman gətirəcəklər. Şübhəsiz ki, şiələrin
    gözlədikləri Mehdiyə.
    Yəhudilər siələr kimi tarix boyu ümid etmişlər ki, bir gün Məsihi Dəccal gəlib, dünyaya hakim
    olub onları xilas edəcəkdir. Bu haqda yəhudi müqəddəs kitablarında belə qeyd olunur: "Bir gün
    Məsihi Dəccal-xilaskar dünyaya gəlib hakim olacaqdır. Bizləri zillət girdabından xilas
    edəcəkdir.” (Yəhudi dinin Məsihi-xilaskar intizarı, səh. 65). Əgər şiələr desələr ki, yəhudi
    kitablarında qeyd olunan Məsihi İsa, nəzərdə tutulur Dəccal isə yox. Mən bu məsələ ilə bağlı
    deyirəm: Bu təmiz yalandır, çünki hamıya bəllidir ki, yəhudilər İsanın zühurunu yox məhz
    Məsihi Dəccalın gəlişini gözləyirlər.
    Yəhudilərin Məsihi Dəccal haqqında inanc əsasları şiələrin Mehdi haqqında düşündükləri ilə tam
    şəkildə uyğundur. Budur: "Məsih Dəccal-xilaskar, Davud səltənətindən olan bir şəxsdir.
    Onun müqəddəsliyi yalnız təbii bəxşişləri səbəbindəndir. Müşrik ümmətlər onun əli ilə
    məhv ediləcək, İsrail oğulları öz istəklərinə çatacaqdır.” (Yəhudi dinin Məsihi-xilaskar
    intizarı, səh 65). Şiələrin mötəbər kitabı sayılan Kuleynidən qeyd etdiyim kimi: "Mehdi
    Davudun (ə) hökmü ilə hökm verəcəkdir.” (Üsuli Kafi, 1-ci cild, səh 694. Mubahilə çapı).
    Müqəddəs yəhudi kitablarında belə qeyd olunur: "Rəbb bunu söylədi: "Davud da onların
    içində rəhbər olacaqdır”. (Yəhudi kitabı, Azərbaycan dilində "Əhdi-Ətiq” Vəhy 37:24).
    Müqəddəs yəhudi kitabı digər vəhy: "Rəbb mənə dedi: "Qulum Davud onların padşahı
    olacaq, onların hamısına vahid rəhbər olacaq. Onlar Mənim hökmlərimə görə rəftar
    edəcək, qaydalarımı saxlayıb yerinə yetirəcəkdir.” (Yəhudi kitabı Azərbaycan dilində
    "Əhdi-Ətiq”, Vəhy 34:24)
    Yəhudilərin kitablarına əsasən qeyd olunur ki, Məsihi Dəccal-xilaskar məhz şiələrin gözlədiyi
    Mehdidir. Gəlin ətraflı mənim ilə yəhudilərin kitablarından birini müşahidə edək: "Bizim
    nəzərdə tutuğumuz Məsih Dəccal-xilaskar İslamda məşhur adı ilə tanınan Mehdidir. Çünki
    uyğun mənbələrdə Dəccal-xilaskar haqqında belə deyilir: "O təkcə eşitməklə
    cəzalandırmır.” Bu məlumat müsəlman sayılan İmamiyyə şiələrin mövqeyi ilə uyğundur.
    Onlar deyirlər ki: "Bu sifət Mehdinin (ə) xüsusiyyətlərindəndir.” (Əlbərahinus-Sabatiyyə,
    səh 207-208). Yəhudi kitablarına istinadən belə nəticəyə gəlmək olar ki, həqiqətən də Məsih
    Dəccal-xilaskar yəhudilər ilə şiələrin gözlədikləri Mehdisidir. Çünki Dəccal üçün yəhudilər nəyi
    iddia edirlərsə Mehdi üçün şiələrdə bu cür iddia edirlər. Şiə alimlərindən sayılan Məhəmməd
    Sadiq Fəxrul-İslam – Bu şəxs yəhudi olaraq əvvəllər məsihi Dəccalın zühuruna etiqad edirdi.
    Lakin sonralar uzun araşdırmalar apararaq müsəlmanlığın şiə məzhəbini qəbul etmişdir. O,
    yəhudi məsihilərə qarşı yazdığı "Ənisul-İslam” kitabında bütün müjdələrin Məsihi Dəccalın
    məhz Mehdinin (ə) zühuruna aid olduğunu bildirirdi. Həmçinin Məhəmməd Riza Rizai – Bu
    şəxs öncə yəhudi olmuş, sonradan şiə məzhəbini qəbul etmişdir. O, öz "Mənqule-Rizai”
    kitabında Məsihi Dəccal xilaskarın məhz Mehdi olduğunu bildirmişdir. Əhli-Sunnə alimlərindən
    Şeyx Saih Əli Huseyn Məğribi belə deyir: "Dəccalın qeyb və qayıdış əqidəsi ilə yəhudilər və
    məsihilər arasında əqidə barəsində həmfikirdirlər. Eləcə də şiə məzhəbi yalnız bu iki mənbədən
    istinad edir.” (Tərasəna və məvazinul-nəqd, səh 184).
    "Mufədəl ibn Ömər, Əbu Abdullah (Cəfəri Sadiq əleyhissalamdan) belə nəql edir: "Mehdi
    (ə) ilə bərabər Musanın (ə) ümmətindən 27 nəfər və eləcə də əhli-mağaradan yeddi nəfər
    Kufə şəhərinə zühur edəcəklər. Yuşə ibn Nun, Suleyman Əbu Ducani əl Ənsari, Miqdad,
    Malik Əştar. Onlar hamısı Mehdinin (ə) köməkçiləri olacaqdır. ” (Şeyx Müfid, əl-İrşad səh.
    402).
    Məhəmməd Bağır (ə) belə buyurmuşdur: "Qaim (Mehdi) şənbə günü, İman Hüseynin
    şəhadətə çatdığı gün (Aşura günü) zühur edəcəkdir.” (Biharul-ənvar, 52-ci cild, səh 285).
    7
    Bəllidir

    Bəllidir ki, yəhudilərin bayramı şənbə günüdür. Məhz o gün Dəccal zühur edəcəkdir.
    Cəfər Sadiq (ə) belə buyurur: "Qaimiz (Mehdi) qiyam edən zaman Allah-taala şiələrimizin
    qulaq və gözlərini o qədər iti edəcəkdir ki, onlarla Mehdi arasında heç bir poçt (və rabitə)
    olmayacaqdır. Belə ki, İmam onlarla danışdığı zaman onları eşidəcək və onu görəcəklər,
    halbuki İmam öz yerində olacaqdır.” (Biharul-ənvar, 52-ci cild, səh.363). Onu da qeyd
    edim ki, Xüsusən Dəccal öz tərəfdarı ilə sehr, cadu, hipnoz seansları ilə təmasda olacaqdır.”
    (Mehdi və Dəccal, Şaban Dogən, səh. 74-75).
    Məclisi öz "Haqqul-Yəqin” kitabında ağlasığmaz rəvayəti Məhəmməd Baqirdən (ə) nəql edir:
    "Mehdi zühur etdiyi zaman, möminlərin anası sayılan Humeyranı (Aişəni) dirildib və onu
    edam edib cəzalandıracaqdır.” (Məhəmməd Bağır əl-Məclisi, Haqqul-Yəqin, səh. 347. İran
    çapı).
    Cəfəri Sadiqdən (ə) belə rəvayət olunur: "Höccətin (Mehdinin) ölümü çatar, onun qüsl,
    kəfənləmə, dəfnini imam Hüseyn (ə) öhdəsinə götürər...” (Biharul-ənvar, 51-ci cild, səh 56).
    Çox gülməli və ağlamalı bir xəbərdir. Çünki hədisin mətnindən belə izah olunur ki: Mehdinin
    dəfin mərasimini Hüseyn ibn Əli (ə) keçirdəcəkdir. Yəni İmam Hüseyn (ə) qəbrindən duraraq öz
    öhdəsinə götürəcəkdir? Nəuzubilləh. Həqiqətən çox ağılasığmaz hekayədir. Lakin dərd odur ki,
    şiə məzhəbindən inanan insanlar bu nağıllara inanırlar.
    Mehdi Kufə şəhərini paytaxt və qibləgah edəcəkdir.
    Mehdi Zühurdan sonra hara mərkəzləşəcəkdir? Şiələrin rəvayətinə əsasən, paytaxt Kufə şəhəri
    olacaqdır. Çünki Cəfəri Sadiqdən (ə) belə nəql olunur: "Mehdi Səhlə məscidində
    məskunlaşacağıqdır. (Kafi, 3 cild, səh 495).
    Cəfəri Sadiqdən (ə) belə rəvayət olunur: " Qaim (Mehdi) Kufəyə gələcək və Allahın istədiyi
    vaxta qədər orada qalacaq, nəhayət oranı öz ixtiyarına keçirəcək.” (Biharül -ənvar, 52-ci
    cild, səh. 224).
    Molla Muhsin Feyz Kaşani belə nəql edir: "Ey Kufə əhli Allah (böyük və Ucadır) elə bir Uca
    Allah rəhmət endirib ki, heç kəsə belə rəhmət endirilməmişdir. Sizin ibadət etdiyiniz yeri –
    Adəmin, Nuhun, İdrisin evini və eləcə də İbrahim məqamını çox keçməz ki, Qaim (Mehdi)
    (Həcər-əl-Əsvadi) cənnətdən gəlmiş qara daşı Kufə şəhərinə yerləşdirəcəkdir”. (Əllamə
    Muhsin Feyz Kaşani, əl-Vafi, 1-ci cild, səh 215).
    Cəfər Sadiq (ə) belə buyurur: "Allah Kərbəlanı səngər və qərargah qərar vermişdir, ora
    mələklərin və möminlərin gediş-gəliş yeri olacaq, özünün ən yüksək məqam və mərtəbəsinə
    çatacaqdır.” (Biharül -ənvar, 53-cü cild, səh.13).
    "Abdullah Bin Mutim (r.a) rəvayət edir ki, Allah rəsulu (s.ə.s) buyurdu: "Dəccal çıxdığı zaman
    Kufə'yə gəlib peyğəmbərliyə (İmamlığa) iddia edəcəkdir. Bunu görən ağıl sahibi olan insanlar
    ondan ayrılacaqlar.” (Nesai Duafa, s.53. Buxari Tarixul-Kəbir, 3/515).
    Cəfər Sadiq (ə) belə buyurmuşdur: "Qaimin (Mehdinin) hakimiyyət yeri Kufə, şəhəri və
    böyük məscidi orda olacaqdır ”. (Biharül -ənvar, 52 ci cild, səh. 11-12).
    "Abdullah inb Məsud (r.a) rəvayət edir ki: "Şübhəsiz ki, Dəccalın köməkçiləri mən bilirəm
    kimlər olacaq.” İnsanlar: "Ey ibn Məsud onlar kimlərdir?” dedilər. Buyurdu ki: Kufə -
    əhldirir.” (Mecmauz Zevaid (7/351) Taberani (9/93) Nuaym Bin Hammad Fiten (2/534).
    Cəfər Sadiq (ə) belə buyurur: "Qaim (Mehdi) Kufənin arxasında min qapısı olan bir məscid
    tikər. O məscid bir tərəfdən Kufənin evlərinə, diqər tərəfdən isə Kərbəla və iki tərəfəni
    qibləgah edəcəkdir.” (Əl-Qeybət, ət-Tusi, səh. 280).
    Əli (ə) Mehdinin qiyamına işarə edərək belə buyurur: "Əhli beyt şiələrini görürəm ki, Kufə
    məscidinə yığışıb xeymələr qurmuşlar və orada Qurani Kərim peyğəmbərə necə nazil
    olmuşdusa elə o cür başqalarına öyrədirlər.” (Biharül-ənvar, 52-ci cild, səh. 366).
    8
    "Allah rəsulu (s.ə.s) buyurdu: "Onun (Dəccalın) çıxdığı zaman bir iddiası olacaq: "Mən bir
    peyğəmbərəm” deyəcəkdir. Halbuki məndən sonra heç bir peyğəmbər yoxdur. Sonra ikinci bir
    iddiası olacaq: "Mən Rəbbinizəm” deyəcəkdir. Halbuki siz ölüncəyə (qiyamət gününə) qədər
    Rəbbinizi görməzsiniz.” (Sünen-i İbni Mace, 4077).
    Çox maraqlısı budur ki, ortaya belə bir sual çıxır: Dəccalın Kufə şəhərinə getməyinin səbəbi
    nədir? Bir halda ki, Kufə şəhəri şiələrin müqəddəs torpağıdır. Amma yəhudilərin bu torpaqda nə
    işləri ola bilər? Həqiqətən bu təsadüfdürmü?
    Cavab: Şiələrin iddialarına görə Mehdini Uca Allah mağarada qeybə çəkib və oradan da zühur
    edəcəyi xəbər verilir. (Biharül-ənvar, 52-ci cild, səh. 390).
    Məhəmməd Baqir (ə) belə buyurdu: "Həzrət Qaim (ə) ona görə Mehdi adlandırılır ki,
    Tövratı və incilin səhifələrini Antakiyadakı mağaradan çıxarıb onun vasitəsi ilə yəhudilərə
    dəlil sübut gətirəcək, nəticədə onların böyük bir hissəsi İslamı qəbul edəcəkdir.”
    (Qeybətun-Nö’məni, səh 125, Muntəxəbul-əsər, səh 309).
    Hamıya məlundur ki, səhabələr bir adada Dəccalı zəncirlər ilə bağlanmış halda qapalı mağarada
    görmüşlər. Bu haqda Allah rəsulu (s.ə.s) belə buyurmuşdur: "Dəccal oradan (mağaradan)
    zühur edəcəkdir.” (Səhih Müslim, Fitən 119, (2942); Əbu Davud, Melahim 15, (4326); Tirmizi,
    Fitən 66, (2253).
    Beləliklə də şiələrin 12-ci imamı sayılan Mehdinin bu cür nəticələrdən sonra əlamətlər bunlardır:
    1). Mehdinin danışacaq dili "ivrit” yəni yəhudi dilində danışacaqdır.
    2). Mehdi, Davud və Süleymanın hökmü ilə ittiham edəcəkdir. Çünki onun yeni mühakimə üsulu
    kitabı olacaqdır.
    3). Bütün yəhudi diasporları Dəccal zühur etdiyi zaman müqəddəs Qüds şəhərinə toplaşacaqlar –
    Eləcə də bütün şiələr Mehdi zühur etdiyi zaman müqəddəs saydıqları Kufə şəhərinə
    toplaşacaqlar.
    4). Dəccal zühur etdiyi zaman yəhudi xalqın düşmənlərini cəzalandıracaqdır – Həmçinin Mehdi
    zühur etdiyi zaman Peyğəmbərin (s.ə.s) əshabələrini cəzalandıracaqdır. Yəni Əbu Bəkir ilə
    Öməri (r.a)
    5). Dəccal zühur etdiyi zaman yəhudilərə qarşı kim haqsızdıq edib yəhudi xalqına zülm veribsə
    onları məhv edəcəkdir - Həmçinin şiələrə qarşı kim haqsızdıq edibsə Mehdi zühur etdiyi zaman
    onları məhv edəcəkdir.
    6). Dəccal dünyanın əhalisinin üçdə bir hissəsini öldürəcəkdir – Buna Uyğun olaraq şiələrin
    Mehdisi dünya əhalisinin üçdə bir hissəsini öldürəcəkdir.
    7). Dəccal zühur etdiyi zaman yəhudi xalqı üçün nemət olaraq dağlar süd halına çevriləcəklər. -
    Həmçinin Mehdi zühur etdiyi zaman şiələr üçün gəlir olaraq çaylar süd halında daşacaqdır.
    8). Çox maraqlı və aktual məsələlərdən biridə budur ki, Peyğəmbərin (s.ə.s) əshabələrini Dəccalı
    bağlanmış qapalı bir mağarada görmüşlər – Mehdi isə mağarada qeybə çəkilmişdir.
    Sonda buna da qeyd edim ki, əgər şiələr desələr ki: "Siz Mehdinin (ə) gəlişinin zühurunu
    qəbul etmirsiniz” deyə müraciət etsələr. Cavab olaraq onlara deyirəm: Bu açıq aşkar böhtandan
    başqa bir şey deyil. Çünki İmam Mehdinin (ə) zühuru ilə yəni doğulacağı ilə bağlı bunu kim
    inkar edirsə o, artıq küfr etmiş olur. Eləcə də Əhli–sünnə vəl-camaatın fikrinə görə Mehdiyə
    beyət edib iman gətirmək vacibdir. (Sünnən ibn Macə, kitabul-fitən, bəb xurucul Mehdi, 2/1376,
    səhih istinadla). Şiələr oxuyucuları çaşdırmasın deyə qeyd edim ki, əhli-sunnə val camaatın çox
    saylı gələn hədislərində İmam Mehdi (r.a) nə Kəbə evi ilə Peyğəmbər məscidini dağıdacaqdır, nə
    də Davud peyğəmbərin (ə) hökmü ilə hökm verəcəkdir. Şübhəsiz ki, şiələrin gözlədikləri
    Mehdisi elə məhz Dəccalın özüdür. Həqiqətən İmam Mehdi (ə) zühur etdiyi zaman şiələr onu
    inkar edəcəklər, çünki onlar yalnız Dəccala iman gətirəcəklər.
    Uca Allahdan bu kitabı məndən qəbul edib zəlalət-əhli olan insanlar üçün bu kitabı oxuyub
    haqqa gəlməsini diləyirəm. Amin.
    9
    Allahın salat və salamı onun Peyğəmbəri Məhəmməd – sallallahu aleyhi və səlləm – ə, onun ailə
    üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərinin üzərinə
    olsun.
    Şiələrin Mehdi haqqında fikirləri.
    Şiələrin və Yəhudilərin zənn etdikləri.......................................................................................................................... 2
    Tarixin təhrif olunmuş səhifələri.................................................................................................................................. 2
    Mehdi Ərəblərə qarşı qılınc qaldıracaq........................................................................................................................ 3
    Mehdi Kəbə evini və peyğəmbər məscidini dağıdacaqdır............................................................................................. 4
    Mehdi, Davud ailəsinin şəriəti ilə ittiham edəcəkdir..................................................................................................... 5
    Mehdi Kufə şəhərini paytaxt və qibləgah edəcəkdir...................................................................................................... 8
    Kitabın müəllifi Doktor Əbdül Əziz İbrahimi.
    10

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: ABDULAZİZ222 | Baxılıb: 9944 | Tarix: 21.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 381 2 3 4 »
    21.03.2013
    38. Kamran (ecomerun) [Məqalə]
    Bele sohbetlerin yeri yoxdur ! Konkret insandan getse yaxshi olar yoxsai onlar beledir bunlarda beledir yazirsiz burda. Bele getse bu saytdan duzgun Dini informasiya almaq olmaz!

    13.05.2009
    37. ABDULLAH (Selef) [Məqalə]
    Nurana SENE DEYEN OLMADI YAZMA , YAZIRSAN FORUMA YAZ BURA MUZAKIRE YERI DEYIL MUZAKIRE UCUN FORUM VAR !!!!

    13.05.2009
    36. Nurana (Nuranna) [Məqalə]
    Onsuz da daha yazmayacam. ha deyirem yazmayacam amma ozumden asili deyil haqsizliq qarsisinda susa bilmirem. amma soz daha yazmayacam.
    ALLAHUMME SALLI EMA MUHAMMED VE ALI MUHAMMED VE ECCIL FERECEHUM

    13.05.2009
    35. ABDULLAH (Selef) [Məqalə]
    Nurana AMIN ,,,, bura daha yazmayin nese yazmaq istesez saytda FORUM var orda movzu acib yazin,,

    13.05.2009
    34. Nurana (Nuranna) [Məqalə]
    Salam aleykum. Kimese gore men niye utanmaliyam ki??? Utanmali olan biri varsa o da yalandan ozunden soz cixaranlardir. men ki ozumden soz cixarmiram. Men deye bilmerem kim dogrudur kim yalan sadece onu bilirem ki biz bu ishlere qarishmamaliyiq cunki o dovrde yashamamisiq. Hec kim eminlikle deye bilmez ki Ehli sunnenin butun menbeleri, hedisleri sehihdir ya da Ehli shienin. sadece sebrle ALlaha siginmaliyiq. men sizin yazilarina ona gore qarsi cixiram ki siz bu ishlere qarishmamalisiniz, haqqiniz yoxdu. Eger Mehdi (e) hansisa bir ish gorecekse bu Allahin emridir. Tarixde ziddiyyetler oldugu kimi dinde de ziddiyetler var.
    Ehli Shie Ehli Sunnenun dushmeni deyil. Menim Ehli Sunneden olan refiqelerim var hetta biz namaz qilanda yanyana durub qiliriq aramizda da hec bir ixtilaf yoxdur. cox gozel da bir birimizi basa dusuruk ve eqiqelerimize hormet edirik. bir birimizden meslehet aliriq. cunki hamimiz Allahu ekber deyirik, Hamimiz bir dindeyik.
    Kim haqqdir kim batildir ne haqqiniz yoxdu ne de elminizin gucu buna catmaz deyesiz ki Ehli shie zelalet ehlidir. Hec kimin haqqina girmeyin.
    Allah bilir her seyi. Haqq Sahibi zaman gelecek her seyi yoluna qoyacaq.
    hem de ki Allahin qezavu qederi nedirse o da olacaq. Imam Mehdi Sahibezzaman (eccil ferecehum) Allahin sonuncu hoccetidir. Her sheyi Zaman gosterecek.
    ALLAHUMME SALLI ELA MUHAMMED VE ALI MUHAMMED VE ECCIL FERECEHUM.

    13.05.2009
    33. ABDULLAH (Selef) [Məqalə]
    “Mehdi məscidül-haram ilə Məscidun-nəbiyyəni bünövrədən (yəni əsas) kökündən
    dağıdacaqdır.” (Biharul-ənvar, 52 ci cild, səh 332, hədis № 57). Məhz yerlə bərabər
    edəcəkdir, çünki şiələrə görə Mehdi qibləgahı Kufəyə tərəf çevirəcəkdir. “Həcər-əl-Əsvad” yəni

    13.05.2009
    32. ABDULLAH (Selef) [Məqalə]
    Nurana duzunu de hec olmasa bu hedislerinizden utanirsan ?

    12.05.2009
    31. Nurana (Nuranna) [Məqalə]
    Gul gul. ona hele baxariq axirda goreceyik kim gulecek. senin gulmeli vaxtin hele qabaqda olacaq. o gun gelmemis inshallah Allah seni hidayet eder.

    12.05.2009
    30. ABDULLAH (Selef) [Məqalə]
    BELE DEKI HEDISLER SIZIN KITABDANDI NIYE ESEBLESHIRSEN KI QEBUL ETMIRSEN BU HEDISLERI ???? happy happy happy happy

    12.05.2009
    29. ABDULLAH (Selef) [Məqalə]
    Nurana ALLAH sene shefa versin ,,, gordun sen korsan sen hec kitabi oxumamisan bu kitabdir bura qoyulan,,ozude sisin kitab ne qederde cahil ve yalancisan,,, senin ve senin kimilerden ALLAHA siqiniram

    1-10 11-20 21-30 31-38
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Aprel 2009  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 6
    Qonaqlar: 6
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru