Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinin ədalətinə dörd təqriqət etiraz etmişdir. Birinci: Rafizilər. İkinci: Xəvariclər. Üçüncü: Nasibilər. Dördüncü: Mötəzililər. Onlar bu əsaslarla, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinin adilliyinə etiraz edirlər.
Əs-salamu aleykum və rahmətullahi və bərakətuhu. Şükr və tərif Allaha məxsusdur, biz ona şükr edir, Ona tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma diləyirik, nəfislərimizdəki şərrdən, əməllərimizdəki pisliklərdən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna yönəltdiyi şəxsi azdıran, azdırdığı şəxsi isə haqq yoluna yönəldən tapılmaz. Şəhadət edirəm ki, Allahdan başqa ibadət haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur, və şəhadət edirəm ki, Məhəmməd (s.ə.s) Onun qulu və elçisidir. « Ey iman edənlər Allahdan, Ona yaraşan şəkildə qorxun və ancaq müsülman olaraq can verin» (Al-i İmran, 102)
Hədis kəlməsi «yeni» mənasında işlənildiyi kimi, söz, xəbər mənalarında da işlənir. Bu kəlmədən törəyən bəzi fellər isə xəbər vermək, nəql etmək kimi mənalar verir.
“Sədəqələr kasıblara, miskinlərə, zəkat yığma işində çalışanlara, ürəyi İslama bağlanmaqda olanlara, əsir və kölələrin azad olunmasına, borc içərisində olanlara, Allah yolundakı işlərə (tələbə, əsgər kimi) və yolçulara Allah tərəfindən müəyyən edilmiş fərzdir. Allah hər şeyi biləndir və hikmət sahibidir!” (“Tövbə” surəsi, 66).
Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar
qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən
çəkinmişlər” (Yunus, 62-63)