Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (18464 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (15438 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (12470 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (8604 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (8591 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (274)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2008 » Oktyabr » 20 » Səhabələrin ədalətli olmasına etiraz edənlər kimlərdir?
    Səhabələrin ədalətli olmasına etiraz edənlər kimlərdir?
    00:54
    Birinci: Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bəzi səhabələrinin günah işlər görməsi.
    İkinci: Quran və sünnə dəlillərinə əsasən bəzi səhabələrin münafiq olmalarını iddia edirlər.
    Üçüncü: Onların ədalətli olmalarını deməklə, hamısını bir səviyyədə tutmuş oluruq. Bizə görə hamının bir səviyyədə olması məqbul sayılmadığı üçün, onların ədalətli olmaları da qəbuledilməzdir.
    Dördüncü: Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bütün səhabələrinin ədalətli olmasına heç bir dəlilin olmadığını iddia edirlər.

    Deyilən şübhələrin cavabı belədir:...

    Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı
    olsun) bəzi səhabələrinin günah işlər görməsi barədə deyilənlərə gəldikdə biz deyirik: Onların günah işlər görməsi, ədalətli olmalarına zərər vermir. Bizim etiqada görə onlar, ədalətlidirlər, məsum (xətasız) deyillər.
    Quran və sünnə dəlillərinə əsasən bəzi səhabələrin münafiq olmaları haqqında dedikləri sözlər yalandır. Münafiqlər səhabələrdən deyildilər. Şəriət məfhumunda səhabə, iman gətirib, Peyğəmbərlə görüşən və müsəlman olaraq ölən kimsədir. Münafiqlər nə Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) görüşərkən nə də ölərkən mömin deyildilər. Bu əsasla onlar səhabə tərifinə daxil deyillər.
    Onların ədalətli olmalarını demək, hamısını bir səviyyədə görməkdir, sözləri doğru deyildir. Bu heç uyğun gəlmir. Biz deyirik ki, onlar ədalətlidirlər və onların bəziləri digərlərindən üstündür. Əbu Bəkr (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bütün səhabələrindən üstündür. Ondan sonra Ömər, sonra Osman, sonra Əli, sonra cənnətlə müjdələnən on nəfər, sonra Bədr döyüşündə iştirak edənlər, daha sonra ağac altında beyət edənlər və s. Demək istəyirik ki, səhabələr üstünlük baxımından eyni səviyyədə deyillər. Elə bu haqda Allah təala buyurur: "(Ey insanlar!) Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası (bütün sərvəti, eləcə də siz öləndən sonra qoyub gedəcəyiniz malın hamısı) ancaq Allahındır. Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!"[1]
    Əgər Quran ayəsinə görə peyğəmbərlər bərabər səviyyədə deyillərsə bəs səhabələr necə? Bu haqda Allah təala buyurur: "(Ya Rəsulum!) Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik..."[2]
    Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bütün səhabələrinin ədalətli olmasına heç bir dəlilin olmadığını haqqında deyilənlərə gəlincə, biz bu haqda Quran və sünnədən bəzi dəlilləri əvvəldə qeyd etmişik. Heç şübhəsiz ki, bidət əhli bu haqda bəzi dəlillər gətirmişlər. Lakin biz onların dəlillərindən öncə Allahın bu ayəsini qeyd edirik: "(Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər"[3].
    Səhabələrin ədalətli olmadıqlarını deyənlər Allahın kitabından və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sünnəsindən şübhələr gətirirlər. İndi isə gəlin həmin şübhələrə geniş nəzər salaq və onları cavablandıraq.
     


    [1] əl-Hədid: 10.
    [2] əl-Bəqərə: 253.
    [3] Ali İmran: 7.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Selef | Baxılıb: 1198 | Tarix: 13.12.2019
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 1
    25.10.2008
    1. Müsəlman (Programmer)
    Allah razı olsun əxi. biggrin

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Oktyabr 2008  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6316, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • JafidRor (JafidRor)
  • WilsonCig (WilsonCig)
  • teym (muslim)
  • DenriOr (DenriOr)
  • audioNoobSl (audioNoobSl)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru