Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19624 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16671 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13820 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9570 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9095 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2008 » Sentyabr » 18 » ÖVLİYADAN SEYYİDLƏRDƏN KÖMƏK İSTƏMƏYİN HÖKMÜ
    ÖVLİYADAN SEYYİDLƏRDƏN KÖMƏK İSTƏMƏYİN HÖKMÜ
    01:42
    Məqsədimiz övliyalar (Allahın dostları), seyyidlər (Peyğəmbərin sallallahu aleyhi və səlləm nəslindən gələn insanlar. Seyyid sözünün lüğəti mənası: cənab deməkdir. Seyyidlərə sədəqə almaq haramdır.) haqqında məlumat vermək, onlara təvəkkül etmək, onlardan kömək istəmək, onlara ibadət (Allah təalanın sevdiyi və razı qaldığı zahir (namaz, həcc, qurban.a.. və.s) və batin (iman, niyyət, təvəkkül, ixlas və.s) söz və əməllər) etmək (dua, nəzir, şəfaət, and içmək və s. Allahın qadir olduğu şeyləri və Allaha aid olan işləri-övlad vermək, ruzi, bağışlanma istəmək və s.) və bu əməli etməyin təhlükəli olmasını sizlərə Quran və Peyğəmbərin sallallahu aleyhi və səlləm səhih hədislərinə əsaslanaraq sübut və dəlillərlə bəsirət üzrə açıqlamaqdır. Övliyalar - möminlər, rəsullar, onlara yaxşı işlərdə tabe olanlar, təqva əhli, iman əhlidirlər. Onlar Allaha və rəsuluna itaət edirlər, ona asi olmaqdan daima qorxurlar. Peyğəmbər sallallahu aleyhi və səlləm övliyaların seyyidlərin başda gələnidir. Həzrət Əli Allah ondan razı olsun, onun övladları İmam Huseyin və İmam Həsən Allah onların hər ikisindən də razı olsun Cənnət gənclərinin Seyyidləri (Başçıları) Allah təalanın övliyalarıdır. Ərəb, qeyri-ərəb, ağ-qara, varlı-kasıb, hakim-məhkum, qadın-kişi olsun, fərq etməz, Allahdan lazımınca qorxan kəslər övliyadırlar (Allahın dostlarıdırar). Buna dəlil Allah təalanın bu sözüdür:
        
         “Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər”. (Yunus, 62-63). 
        
    Onlar elə kəslərdirlər ki, Allaha və rəsuluna itaət edirlər, Onun qəzəbinə gəlməkdən, Onu qəzəbləndirməkdən qorxurlar, Allahın haqqını (İbadəti yalnız ona etmək) verirlər, Allah təalanın qadağan etdiyi şeylərdən çəkinirlər. Məhz onlar Allahın dostlarıdırlar. Allah təala onları bu ayədə xatırladır:“Allahın dostları (övliyaları) yalnız Allahdan qorxub pis əməllərdən çəkinənlərdir”. (Ənfəl, 34)
        
         Peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələri nəbilərdən sonra insanların Allahdan ən çox qorxanları olmasına baxmayaraq, onların əksəriyyətindən bu gün insanların kəramət adına yalandan uydurduqları xurafatlar meydana çıxmamışdır, halbuki onlar insanlar içərisində Allaha iman, təqva, Allahı və dinini tanımaq baxımından ən güclüləri idi.
        
         Allah subhanahu və təala buyurur: “(Mələklər), Ondan qabaq söz danışmaz, yalnız Onun əmri ilə iş görərlər. (Allah) onların öndəkilərini də, (nə etdiklərini və nə edəcəklərini də) bilir. Onlar yalnız Allahın razı olduğu (izn verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar”. (Ənbiya, 29).
        
         Heç kəsin rəsullara, mələklərə, övliyalara və başqalarına ibadət etməsi caiz deyildir. Allahdan başqasına qurban kəsmək, xəstəlikdən şəfa tapmaq üçün onlardan şəfa istəmək, düşmənlərə qarşı yardım istəmək və s. digər ibadət növlərini Allahdan başqasına aid etmək Allah təalanın Qurani Kərimdə buyurduğu ayəsinə görə haramdır. Allah təala buyurur: “(Şübhəsiz ki,) bütün məscidlər Allaha məxsusdur, Allahdan başqa heç kəsə ibadət (dua) etməyin”. (Cin, 18).
        
         Həmçinin Allah təala buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi buyurmuşdur. (İsra, 23).
         Digər ayədə buyurur: “Halbuki onlara əmr edilmişdir ki, Allaha dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək ibadət etsinlər” (Bəyyinə, 5).
        
         Bu mənada ayələr Qurani Kərimdə çoxdur.
         Həmçinin övliyaların qəbirləri ətrafında tavaf etmək (fırlanmaq) də haramdır. Çünki tavaf yalnız Allahın evinin Şərəfli Kəbənin ətrafında edilmək üçündür. Digərlərinin ətrafında etmək haramdır. Kim qəbrin ətrafında qəbir sahibinə yaxınlaşmaq üçün tavaf edərsə, namaz, qurban, istiğasə (kömək istəmək) ibadətlərində olduğu kimi artıq Allaha şirk qoşmuş olur. Allah təala buyurur:
         “De: Mənim namazım da, qurbanım (ibadətim) da, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam”. (Ənam, 162)
         Lakin sağ, mövcud (qeybdə olmayan) insandan qadir olduğu şeydə kömək istəmək şirk deyildir. Əksinə bu caizdir. Allah təala buyurur: “Musanın adamlarından olan kəs düşməninə qarşı ondan imdad istədi”. (Qasas, 28-15).
         Allah təalanın ümumi sözündə: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun”. (Maidə, 2). Həmçinin Rəsulullah sallallahu aleyhi və səlləm buyurur: “Qul qardaşına (müsəlman) kömək etdiyi müddətcə Allah da onun köməyindədir”. (Səhih Buxari, 2699). Bu mənada ayə və hədislər çoxdur. Bu məsələdə müsəlmanlar arasında icma vardır. Müvəffəqiyyət Allahdandır. Həmçinin kömək qeyrilərindən deyil (mələklər , rəsullar, övliyalar, seyyidlər , qəbir sahibləri və s.) yalnız Allahdandır. Buna dəlil Qurani Kərim, Allahın sözüdür: “Kömək ancaq yenilməz qüvvət, hikmət sahibi olan Allahdandır”. (Ali İmran, 126). Həmçinin Allah təala buyurur: “Əgər Allah sizə yardım edərsə,heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər?” (Ali İmran, 160) Qurani Kərimin ayələrindən göründüyü kimi Allah təala insanları yalnız Ona ibadət etmək üçün yaratmış, rəsulları və kitabları bunu bəyan etmək üçün göndərmişdir. Allah təala buyurur: (Zariyat, 56) Bu mənada ayələr və hədislər çoxdur.
        
         Şübhəsiz ki, dua ibadətin ən mühüm növlərindəndir. Allah təala bunu vacib etmiş və ixlasla (yalnız ona) dua etməyi əmr etmişdir: “(Şübhəsiz ki,) bütün məscidlər Allaha məxsusdur, Allahdan başqa heç kəsə ibadət (dua) etməyin”. (Cin, 18). Bu bütün məxluqata peyğəmbərlərə, övliyalara, seyyidlərə və digərlərinə də aiddir. Allah təala buyurur: “Allahdan başqa sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə (ilaha (ibadət olunan, bütlərə) ibadə etmə”. (Yunus, 106). Məlumdur ki, Allah təala peyğəmbərimiz Muhəmmədi sallallahu aleyhi və səlləm artıq şirkdən qorumuşdur və ayədən məqsəd digərlərini bu əməllərdən çəkindirməkdir. Sonra Allah təala ayənin ardınca peyğəmbərə müraciət edərək buyurur: “Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan” -deyə buyurmuşdur.
        
         Əgər Adəm övladının Seyyidi Peyğəmbər sallallahu aleyhi və səlləm Allahdan başqasına dua etdiyi təqdirdə Allah təala onu zalım adlandırırsa, o halda başqası necə!!! Zülm isə şirk sayılır. Allah təala buyurur: “Doğurdan da Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır)”. (Loğman, 13). Bu və digər ayələrdən məlum olur ki, Allahdan başqasına mələklərə, peyğəmbərlərə, seyyidlərə, övliyalara, ölülərə, ağaclara, bütlərə və digərlərinə dua etmək Allaha şərik qoşmaqdır. Bu isə Allah təalanın qulları Özünə ibadət etmək üçün yaratdığı məqsədə qarşıdır. Lə iləhə illəllahın mənası-Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur deməkdir. Lə iləhə-deyərkən insan Allahdan başqa bütün ibadətləri inkar edir və illəllah (yalnız Allaha) deyərkən isə ibadətlərin yalnız Allah üçün olduğunu təsdiq edir. Allah təala buyurur: “Bu belədir. Çünki Allah haqq, (müşriklərin) Ondan başqa ibadət etdikləri (bütün ilahlar) isə batildir”. (Həcc, 62). Başqa ayədə buyurur: “(Ya Rəsulum!) Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: Əgər Allaha şərik qoşsan, bütün əməllərin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan! Xeyir, yalnız Allaha ibadət et və Onun (nemətlərinə) şükr edənlərdən ol.” (Zumər, 65-66)
        
         İslam dini iki böyük əsasa dayanır:
         Birincisi: İbadəti yalnız Allaha etmək.
         İkincisi: İbadəti yalnız Peyğəmbərin sallallahu aleyhi və səlləm şəriəti üzrə buyurduğu kimi yerinə yetirmək.
        
         Bu da kəlimeyi şəhadətin mənasıdır. Kim peyğəmbərlərə, mələklərə, övliyalara, seyyidlərə, bütlərə, ağaclara, dağlara, daşlara və bunun kimi məxluqatlara ibadət edərsə (yardım istəmək, qurban kəsmək və nəzir verməklə onlara yaxınlaşmaq, səcdə etmək və.s) artıq Allahdan başqa özünə İlah etmişdir. Dinə Allah təalanın icazə vermədiyi yenilik gətirmişdir və kəlimeyi şəhadətə zidd hərəkət edərək şirk qoşmuş, bidət etmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur: “Hər kim bizim bu dinimizə ondan olmayan bir şey gətirərsə o rədd olunur (qəbul olunmur)”. (Səhih Buxari, 2697) Allah təala buyurmuşdur: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim (Məni çağırın harayınıza yetişim. Və yalnız Mənə ibadət edin sizi mükafatlandıraram). Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər”. (Ğafir, 60). Bu ayə duanın ibadət olduğuna dair dəlildir və kim Allaha dua etməkdə təkəbbürlük edərsə onun yeri cəhənnəmdir. Əgər Allaha dua etməyə təkəbbürlük edənin halı budursa, o zaman Allahdan başqasına dua edərək, Allahdan uzaqlaşanın halı necə olacaq!!! Halbuki Allah subahanahu və təala duaları qəbul edən və insana şah damardan yaxımdır. Allah təala buyurur: “Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da ola bilsin ki, doğru yola yetişsinlər.” (Bəqərə, 168). Lakin Allaha yaxınlaşmaq üçün peyğəmbər, mələk, övliya, seyyid vasitəsilə təvəssül edərək Allahdan istəmək şirk deyildir, bidətdir (dində yenilik). Belə əməli nə Allah təala buyurmuş, nə peyğəmbər sallallahu aleyhi və səlləm, nə də imamlar etməmişlər. Ona görə də qəbul deyildir. Allah təala buyurur: “Yoxsa (müşriklərin) Allahın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni (halal) edən şərikləri vardır.” (Şuara, 21).
        
         Ona görə də, İslam əhlinə vacib olan Allah təalanın şəriətindən möhkəm tutmaq, insanların bidət olaraq uydurduqları şeylərdən çəkinməkdir. Təvəssül isə (Allaha yaxınlşamaq) Allahın ad və sifətləri, tövhid, saleh əməl, Allah və rəsuluna iman, Allah və rəsulunu sevmək, xeyir və yaxşı əməllə olur.
         Miniklərdə, evlərdə seyyidlərin şəklinin asılmasına gəldikdə isə bu əməl Xristianlara oxşamaqdır. Əvvəla İslam dini içində surət (insan və heyvan surəti) olan rəsm çəkməyi qadağan etmişdir. Onların lənət olunması, qiyamət günü insanların əzab baxımından ən şiddətlisi olduqlarına dair hədislər çoxdur. Onlardan bəzilərini zikr edəcəm. Səhih Buxari və Müslimdə Əbu Hureyrədən gələn hədisdə peyğəmbər sallallahu aleyhi və səlləm Allah təalanın belə dediyini buyurur: “O kəsdən zalım kim olar bilər ki, mənim yaratdığım kimi yaradılış yaratmağa cəhd edir. Elə isə qoy o bir zərrə yaratsın və yaxud bir toxum yaratsın və yaxud bir arpa yaratsın.” (Səhih Buxari, 7559). Həmçinin İbn Məsuddan gələn hədisdə o Rəsulullahın sallallahu aleyhi və səlləm belə dediyini buyurur: “Qiyamət günü insanların əzab baxımından ən şiddətlisi rəssamlardır.” (Səhih Buxari, 5950) İbn Ömər radiyallahu anhumadan gələn hədisdə Rəsulullahın sallallahu aleyhi və səlləm belə dediyini rəvayət edir: “Bu surəti çəkən insanlara Qiyamət günü əzab veriləcəkdir və onlara belə deyiləcək: “Çəkdiyinizə can verin.” (Səhih Buxari, 5951) Həmçinin Buxarinin səhihində Əbu Cəhifədən gələn hədisdə Rəsulullahın sallallahu aleyhi və səlləm belə dediyini rəvayət etmişdir: “Rəsulullah sallallahu aleyhi və səlləm qanın pulu, itin satılmasından alınan pulu, fahişəlikdən əldə olunan qazancı qadağan etdi və riba yeyənə, yedizdirənə, döydürənə (tatu), bədənində döymə etdirənə (tatu) və rəsm çəkənə lənət etdi. (Səhih Buxari, 2238)
        
         Qasım ibn Muhəmməd Aişənin radiyallahu anhə belə dediyini rəvaət edir: “Üzərində təsvir olan döşəkcə aldım. Rəsululullah sallallahu aleyhi və səlləm onu gördükdə qapının yanında durdu içəri girmədi üzündə narazılıq olduğunu hiss etdim. Dedi:” Ey Allahın elçisi. Etdiyim günaha görə Allaha və Rəsuluna tövbə edim? Rəsulullah sallallahu aleyhi və səlləm dedi: “Nədir o döşəkçə?”. Dedim: “ Onu aldım ki üstündə oturasan və başının altına qoyasan. Rəsulullah sallallahu aleyhi və səlləm dedi: “Bu surətin sahibinə qiyamət günü əzab veriləcək. Onlara deyəcəklər: “Etdiklərinizə can verin”. (İbn Əbdil Birr, Təmhid 16/51) Həmçinin Rəsulullah sallallahu aleyhi və səlləm demişdir: “Surət olan evə mələklər daxil olmur”. (Səhih Buxari, 2105) Buxari və Müslim rəvayət etmişdir.
        
         Əziz müsəlman qardaş və bacılar! Gördüyünüz kimi bu məsələ ilə əlaqədar varid olan hədislər, üzərində surət olan əşyaların asılmasının haram olduğuna dəlalət edir. Həmçinin mələklərin daxil olmasına mane olur. Ona görə də Rəsulullahdan sallallahu aleyhi və səlləm gələn hədislərin səhih olduğu müəyyən olunduğu təqdirdə kimliyindən asılı olmayaraq insanlardan kiminsə söz və əməlinin Rəsulullahın sallallahu aleyhi və səlləm sözündən üstün tutulması haramdır. Möminlərə vacib olan Rəsullullaha sallallahu aleyhi və səlləm tabe olmaq və onun dediyindən möhkəm yapışmaqdır. Onun dediklərinə zidd olanı rədd etməkdir. Allah təala buyurur: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin”. (Həşr, 7) Allah təala buyurur: “De: Allaha itaət edin, Peyğəmbərə itaət edin. (Çünki Peyğəmbərə itaət etmək elə Allaha itaət etməkdir). Əgər (Peyğəmbərin əmrindən) üz döndərsəniz, (bilin ki) onun vəzifəsi ancaq ona tapşırılanı, sizin də vəzifəniz ancaq sizə tapşırılanı yerinə yetirməkdir. Əgər ona itaət etsəniz, doğru yolu tapmış olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə yalnız (dini Allahın hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir”. (Nur, 54) Artıq Allah subhanahu və təala bu ayədə yalnız Rəsulullaha tabe olanların hidayət (doğru yola yönəltmək) olunacağına zəmanət vermişdir.
        
         Sonda sizlərə Allah təalanın bu ayəsini xatırladırıq. Allah təala buyurur: “Onun əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (Nur, 63). Allah təala bizləri və sizləri bununla faydalandırsın və düz yolda bizi sabit etsin. Uca Rəbbimizdən arzu edirik ki, O, bizim qədəmlərimizi dinimiz İslamda möhkəm etsin, bizə elm və hidayət versin! Amin! 

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Selef | Baxılıb: 2426 | Tarix: 20.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 2
    19.09.2008
    2. ALLAH QULU (Selef) [Məqalə]
    cumlemizden exi

    19.09.2008
    1. Muhammad (Abu_Muhammad) [Məqalə]
    Selef Allah razi olsun qardash

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar

    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Sentyabr 2008  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika

    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner

    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru