İslam
qardaşları!.. İslamın müəyyən edilmiş əsaslarından biri də, idarə edən
və idarə edilən arasında yardımlaşmanın vacibliyi və ümmətin bütününə
xeyir verəcək şeylərlə əlagəli məsuliyyətin fərz olmasıdır. Bu,
cəmiyyətin xeyirlərini qoruyur, əmin-amanlıq və rahatlığı zəmanət
altına alır. Doğruluq, səmimiyyət və fədakarlıq ilə UCA ALLAH`ın
haqlarını və hökmlərini qoruyaraq, hər kəs məsuliyyətini yerinə
yetirmədikcə və vəzifəsinə bağlı qalmadıqca, ümmətin heç bir işi doğru
olmaz.