Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2008 » Sentyabr » 10 » "Şəhidlər" camisini bağlamaq istəyirlər
    "Şəhidlər" camisini bağlamaq istəyirlər
    01:25
    Bu barədə redaksiyamıza məlumat verən mənbə bildirdi ki, “Şəhidlər” məscidi kimi tanınan Allah evinin qapadılmasının arxasında iqtisadi maraqlar durur. Əslində oliqarxlar həmin məscidi qapatmaq barədə çoxdan düşünüblər. Sadəcə, Əbu-Bəkr məscidində baş verən partlayışdan sonra Şəhidlər Xiyabanındakı məscidin fəaliyyətini dayandırmaq üçün əllərinə bəhanə düşüb. Məlumatlı mənbənin sözlərinə görə, “Şəhidlər” məscidinin qapadılmasında maraqlı olan qüvvə bu ətrafda yerləşən “Moskva” mehmanxanasının yerində müasir tipli hotel inşa edən şəxslərdir. Nədənsə, Azərbaycanda hotel və mənzil biznesi ilə məşğul olan oliqarxlarda belə təəssürat var ki, onların əsas müştəriləri olan əcnəbilərin azan səsindən xoşları gəlmir. Bu səbəbdən də hotel sahibləri obyektlərinin ətrafında məscidlərin fəaliyyət göstərməsinin qarşısını almaq istəyirlər. Düzdür, Azərbaycanda zaman-zaman məscidlərin fəaliyyətinə əngəl yaratmaq istəyənlər çox ciddi təpki ilə üzləşdiklərindən niyyətlərinə nail ola bilmirlər. Amma Əbu-Bəkrdə baş hadisə bəzilərinə bu şansı yaradıb. “Moskva” mehmanxanasını yenidən quranların “Şəhidlər” məscidini qapada biləcəklərinə dair əminlikləri buradan qaynaqlanır ki, bura hansısa qeydiyyatdan keçmiş dini icmaya məxsus deyil. Bu məscid şəhərdə nadir yerlərdəndir ki, orada həm sünnülər, həm də şiələr birgə ibadətlə məşğul olurlar. Daxili işlər nazirinin müavini Oruc Zalov isə bu yaxınlarda verdiyi açıqlamasında bildirmişdi ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən icmaların fəaliyyətinə imkan verilməyəcək. “Şəhidlər” məscidi də konkret hansısa icmaya məxsus olmadığından onun fəaliyyətini bu bəhanə ilə əngəlləməyə çalışacaqlar. Qaynağın deməsinə görə, məscidin qapısı qəfildən bağlanmayacaq. Belə ki, artıq oranı ciddi polis nəzarətinə götürüblər; məscidə ibadət etməyə gələnlər incidilir, onların sayının azaldılması istiqamətində iş başladılıb. Artıq “Şəhidlər” məscidinə məhdud sayda insanları buraxırlar, onun həyətində namaz qılmağa isə qadağa qoyublar. Beləliklə, orada ibadət edənlərin sayını minimuma endirib, sonra isə az qala muzey səviyyəsində fəaliyyət göstərməsinə və nəhayətdə, hündürdən azan səsləndirilməməsinə nail olacaqlar. Mənbə bildirir ki, məsələ yalnız azanla da bağlı deyil. Hər gün və xüsusilə də cümə günləri “Şəhidlər” məscidinə minlərlə dindar ibadətə gəlir. Namazdan sonra isə orada ciddi qələbəlik yaşanır. “Moskva”nın ön panoramasının açıldığı bir istiqamətdə belə bir görüntünü arzulamırlar. “Hotelin tikintisi bitənə kimi azan və çoxsaylı dindarlar oradan yığışdırılacaq...” Azərbaycanda iş quran oliqarxlarda “əcnəbilər azan səsindən xoşlanmırlar” düşüncəsinin formalaşması təəssüf doğurmaqla yanaşı, həm də təəccüblüdür. Söhbət ondan gedir ki, qonşu Türkiyədə ən məşhur hotellərin demək olar ki, hamısının ətrafında məscidlər fəaliyyət göstərir. Türkiyədə olan insanların deməsinə görə, əcnəbilər nəinki azan səsindən narahat olurlar, əksinə, azanı böyük heyranlıqla dinləyirlər. Sonda onu da qeyd edək ki, “Moskva” mehmanxanasının Azərbaycan əsilli Rusiya biznesmeni tərəfindən yenidən qurulduğuna dair informasiyalar var. Bu məqamda bildirməliyik ki, yazıdakı informasiya və iddialarla bağlı kimə müraciət etməyi müəyyənləşdirə bilmədiyimiz üçün məqalə birtərəfli hazırlandı.
    Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: Selef | Baxılıb: 1261 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 5
    11.09.2008
    5. Kemale_selef [Məqalə]
    Bele shey olar, bunlar deli olub??, Xarici vetendash, turis yalniz Bakiya gelir, o qeder musleman olkeleri var ki, Azerbaycandan cox turist gelir, xristiyani, yehudisi, hec hemin olkelerde bele qeletleri eden yoxdur. Hec ecnebileride bu narahat da etmir. Eger edirsede Allah onlara hidayet versin. Onlara gore Allahin evini baglamaq olar?? Ozlerinden shey cixardiblar. Heqiqeten de bele sheyleri gorende adam bu olkeden gedmek isteyir, bu indi beledi, gor bir nece ilden sonra ne olacaq. Bir gunde deyeceklerki, hicablilar hicablarini cixarsin ay nebilim ecnebilerin xoshuna gelmir, ay nebilim avropa shurasina daxil olmaq ucun, Heqiqeten de bu olkeden gedmek lazimdir, bunun sonu ne olacaq ???

    10.09.2008
    4. azeri-muslima (Aisa) [Məqalə]
    belə şeyləri görəndə adam başını götürüb qaçmaq istəyir Az-dan. hansısa bir-iki kafirin könlünü oxşamaq üçün Allahın əmrinə qarşı çıxırlar. biz illərlə burda yaşayan və Az. vətəndaşı olanların fikrini heç vecinə alan da yoxdur. Allah hidayətə layiq olanlara hidayət versin.

    10.09.2008
    3. Müsəlman (Programmer) [Məqalə]
    angry

    10.09.2008
    2. rovshen (rovshen) [Məqalə]
    Allah bunlarin hamisinin cezasini versin. bunlari edenler kafirdiler. angry

    10.09.2008
    1. celaL (selefi-saleh) [Məqalə]
    bunlar uje cashirlar angry >( angry

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Sentyabr 2008  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 5
    Qonaqlar: 5
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru