Xəbər verildiyi kimi, daxili işlər nazirinin müavini Oruc Zalov
televiziya vasitəsilə çıxış edərək bütün məscidlərin həyətində namaz
qılınmasına qadağa qoyulduğunu bildirib. O, nazirliyin bu qərarını
Şəhidlər Xiyabanının insanların istirahət məkanı olması və məsciddən
kənarda namaz qılmağın insanların istirahətinə maneçilik yaratması ilə
əsaslandırır.