Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2008 » Sentyabr » 6 » Məscidlərin həyətində Namaza qoyulan qadağa etirazla qarşılandı
    Məscidlərin həyətində Namaza qoyulan qadağa etirazla qarşılandı
    02:04
    Qeyd edək ki, bir çox müsəlman ölkələrində tək məsciddə yox, ondan gənarda, hətta yol kənarında da namaz qılınır. Nazirliyin verdiyi qərar isə ictimaiyyət tərəfindən kəskin qarşılanıb. Xüsusən də Ramazan ayında ortaya çıxa bu qərarın hansı xarakter daşıdığına və məsələnin nə ilə nəticələnə biləcəyinə aydınlıq gətirmək məqsədilə Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğluya və Müsavat deputat qrupunun üzvü Pənah Hüseynə müraciət etdik.  Hacı İlqar İbrahimoğlunun sözlərinə görə, bu cür qərarlar verilərkən hakimiyyət nümayəndələri mütləq bu sahənin ekspertləri, icma rəhbərləri və vətəndaş cəmiyyətinin iştirakı ilə geniş müzakirələr aparmalıdır: “Belə qadağaların qoyulmasını şərtləndirən zərurətlər açıqlanmalıdır. Həqiqətən buna zərurət varsa, müəyyən dövr üçün istisnavi qənaətə gəlmək olar”.
    Hacı İlqar bu qərarın dünya standartlarına cavab vermədiyini də söylədi: “Ötən həftə baş verən, xüsusilə də polisin müdaxiləsi ilə məhdudiyyətlərin yaradılması vətəndaş cəmiyyətinin inkişafına xidmət edən proses deyil. Məmurlar məsələlərin həqiqi həllini tapmaq əvəzinə, məsələləri qadağalarla yoluna qoymağa çalışırlar. Bu da heç vaxt uğur gətirmir. Ölkədə radikallaşma və ekstremizmə meylin yaranmaması üçün inancla bağlı dəqiq və düşüncəli yanaşma tərzi olmalıdır. Yanlış qərarlar mənfi nəticələrə gətirib çıxara bilər. Məncə, Ramazan ayında bu cür məsələlərə xüsusi həssaslıqla yanaşılmalı və məsələyə yenidən baxılmalıdır”.
    Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn məscidin həyətində namaz qılınmasına qadağa qoyan normanın olmadığını söylədi və bunun tamamilə qanunsuz addım olduğunu dedi. P.Hüseyn məscidin həyətində namaz qılınmasına qadağa qoyulmasının provokasiya xarakterli tədbir olduğunu qeyd etdi: “Məscidlərə daha çox cümə və bayram namazlarında toplaşırlar. Buna qadağa qoyulması insanları qıcıqlandırmaq və onların dini hissləri ilə oynamaq xarakteri daşıyır”.
    P.Hüseyn bu tədbirin siyasi xarakter daşıdığını və hansısa idarə tərəfindən gəlmiş göstəriş əsasında həyata keçirildiyini bildirdi və bunun olduqca təhlükəli məsələ olduğunu qeyd etdi: “Ümumiyyətlə isə Azərbaycanda prezident seçkisi ərəfəsi və ondan sonra bu cür addımın atılacağı ilə bağlı şayiələr gəzirdi. Məqsəd ölkədə demokratiya və iqtidar arasındakı mübarizəni iqtidar və dini ekstremistlər arasında mübarizə kimi qələmə verərək onun modelini işləməkdir. Azərbaycanda iqtidara qarşı narazılığın yalnız dini əsasda olduğunu gündəmə gətirmək istəyirlər. Bu, heç bir perspektivi olmayan və olduqca təhlükəli bir yoldur. Bu prosesi iqtidardakı şəxslər vasitəsilə həyata keçirmək istəyənlər bilməlidilər ki, son nəticədə bu Azərbaycanın xaricdə olan düşmənlərinə xidmət edən addımdır. Əhalisinin əksəriyyətinin müsəlman olduğu bir ölkədə xüsusən bu dinin əsas ehkamlarından biri olan məsciddə cümə namazı qılan adamlara belə sayğısız münasibətin özü onların dini hüquqlarını və qanunun pozulması deməkdir”.
    Müsahibimiz Daxili İşlər Nazirliyinin qərarında əslində heç bir əsaslı arqument olmadığını söylədi: “Oruc Zalovun çıxışı çox əcaib idi. Polis generalı Şəhidlər Xiyabanının istirahət yeri olduğunu və məscidin həyətində namaz qılmağın orda istirahət edənlərə maneçilik törətdiyini  bildirdi. Adətən mitinqlərə icazə verilmədikdə belə arqument gətirilir. Belə primitiv səbəbin gətirilməsi əslində onu göstərir ki, məsələnin mahiyyəti başqa cürdür. Azərbaycan iqtidarı açıq-aydın odla oynayır. Ölkəni qarışdırmaq istəyən qüvvələrin olduğu bir zamanda mən bu cür tədbirlərin görülməsini Azərbaycan siyasətinə və dövlətçiliyinə qarşı təxribat hesab edirəm. Nə qədər ki, gec deyil, belə təhlükəli oyunlardan əl çəkmək lazımdır. Azərbaycan dindarının heysiyyəti ilə oynamağa son qoyulmalıdır”.
    Leyla İLQAR

    Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: Selef | Baxılıb: 1393 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 2
    09.09.2008
    2. rovshen (rovshen) [Məqalə]
    angry Allah bize sebr versin

    06.09.2008
    1. Kemale_selef [Məqalə]
    Xebere gore cox sagolun. Menim daha sozum yoxdur, muselman olkesid\ir, amma bunlarin elediklerine bax. Allah hidayet versin.

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Sentyabr 2008  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru