Cəmiyyətimiz
uzun müddət kafir ideologiyası altında yaşamış və bu ideologiyanın
təsiri altında İslam dəyərlərini tədricən unutmuşdur. İslami dəyərlərin
yerini isə batil əqidələr və kafir ideologiyasi tutmuşdur.
Müsəlmanların həyatlarının bütün sahələrinə rəhbər olan Qurani-Kərim
isə yalnız yaslarda oxunan kitab olmuşdur.
İddia
olunduğunun əksinə olaraq, ölkəmizdə başqa adı «əxilik» olan bu
cərəyanın kökləri bir neçə il öncəyə deyil, XII-XIII əsrlərə gedib çıxır. Sələfiliyin Azərbaycanda tarixi köklərinə dair tarixi mənbələri üzə çıxardıq. Azərbaycan
müstəqillik qazanandan sonra insanların sərbəst şəkildə dini
məlumatları əldə etmələri asanlaşdı. Təbii ki, Azərbaycanda dini
azadlıqlara qoyulan əsarətdən sonra sürətli şəkildə dini cərəyanların
Azərbaycana gəlməsi bu vaxta qədərki ənənəvi din-məzhəb-sekta-təriqət
kimi müxtəlif qavramlar da dilimizin aktiv sözləri sırasına əlavə
olundular. Və təbii ki, bu aktivlik dini həyatımızda da özünü
göstərməyə başladı. Yeni ibadətgahların tikilməsi ilə yanaşı dini
cərəyanlar və onlara münasibət də formalaşmağa başladı.