Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2008 » Sentyabr » 9 » QURAN ÖLÜLƏR ÜÇÜN DEYİL, DİRİLƏR ÜÇÜNDÜR.
    QURAN ÖLÜLƏR ÜÇÜN DEYİL, DİRİLƏR ÜÇÜNDÜR.
    04:19

    O dönəmlərdə Qurani-Kərimin yalnız ərəb dilində olması və azərbaycan dilinə tərcümə olunmaması  insanlarda dini savadsızlığa gətirib çıxarmışdır. Çünki islamın əsas qaynağlarından biri olan Qurani-Kərim anlaşılmaz bir kitab halında qalmışdır. İnsanların bu savadsızlığında istifadə edən bəzi “MOLLALAR”, Qurani-Kərimi gəlir mənbəyinə çevirmişlər. Qurani-Kərim yalnız ölülər üçün oxunan bir kitab kimi anlaşılmış və hər kəs öldüyü yaxını üçün Qurani-Kərim oxunmasını dini borc kimi bilmişdir. Sovet rejimi dönəmində ərəb dilinin tədrisi olmadığı üçün hər kəs Qurani-Kərimi oxuya bilməmişdir. Ərəb dilində oxumağı bacaranlar isə “molla” kimi özlərini qələmə vermiş və avvam camaatdan bu yolla pullar mənimsəmişlər.

    Lakin Sovet rejiminin dağılması və Azərbaycanın müstəqillik  əldə etməsi nəticəsində bir çox ölkələrlə sərhədlər açılmış və Azərbaycandan müxtəlif ölkələrdə yerləşən İslam unversitetlərinə təhsil almağa  tələbələr  göndərilmişdir. İslam dəyərlərini olduğu kimi öyrənib Azərbaycana qayıdan  tələblər, İslami olduğu kimi cəmiyyətə çatdırmaq üçün səylər göstərmişlər. Cəmiyyətimizin İslama olan maraqları artdıqca öz dilimizdə olan Qurani-Kərimin olmasına ehtiyac duyulmuşdur. Qurani-Kərimin azərbaycan dilinə tərcümə olunması bir çox insanların İslamı doğru və düzgün anlamasına səbəb olmuşdur. Artıq Qurani-Kərimi oxuyan hər bir kəs anlamışdır ki, Quran ölülər üçün deyil, dirilər üçündür.

    Əlbətdəki bu proses cəmiyyətimiz tərəfindən bir mənalı qarşılanmamışdır. Qurani-Kərimin ölülərə oxunan bir kitab olmamasını bəzi məzhəb təssübkeşləri və gəlirlərindən məhrum olan “ yas molalları” qəbul etməmişlər. Hətta bu cür fikirli insanlara müxtəlif adlar belə verməkdən çəkinməmişlər. Lakin zaman ötdükcə və cəmiyyətimiz Qurani-Kərimi oxuduqca bu cür “ din xadimlərinin” fırıldağlıqlarını anlamışlar.

    Hətta günümüzdə bəzi rayonlarda "Quranı azərbaycanca oxumaq günahdır" deyə fətva verənlər “molalar” da  var. Təbii ki, bu fətvanı verən meyid ovçularının məqsədi aydındır. Lakin hər kəs, Quranı öz dilində oxuyub başa düşsə molla "on şirvan ver, dədənin işini qəbirdə düzüb-qoşub, bir Yasinlə məsələsini həll edim" deyərək tovlayıb onun pulunu əlindən ala bilməz.

    Son zamanlar isə “molallar” yeni bir hiyləyə əl atıb belə deyillər: “Biz Quranı ölülər üçün oxumuruq.Biz Quranı oxuyub, onun savabını ölü üçün göndəririk”. Beləsinə sual vermək lazımdır ki: Qurani-Kərimin hansısa bir  ayəsində Allah bizlərə siz deyən kimi etməyi əmr edibmi? Və yaxud da Peyğəmbərimiz Məhəmməd (s.a.s) hanısa vəfat etmiş səhabəsi üçün Quran oxuyub, savabını ona göndəribmi? Əlbətdəki bu suallar qarşısında ancaq “mollanın” bərəlmiş gözlərini görə bilərik. Çünki nə Peyğəmbərimiz, nə onun əhlibeyti, nədəki səhabələr heç zaman Quranı oxuyub kiminsə ruhuna bağışlamayıblar. Quran, diri ikən yaşanan kitabdır. İnsan diri ikən bu kitabın əmrlərinə tabe olmalı və qadağanlarından çəkinməlidir.

    O kəslər ki, Qurani-Kərimi oxuyub, lakin hələm də Quranın ölülər üçün deyil, dirilər üçün olmasına şübhə edirsə, bir daha Quranı yaxşı oxusun və aşağıdakı ayələrə bir daha nəzər salsın:

    Uca Allah buyurur: “Şübhəsiz ki, sən nə ölülərə haqqı, nə də üz çevirib gedən karlara çağırışı eşitdirə bilməzsən.”(Ər-Rum surəsi, 52)

    Əgər Peyğəmbərimiz (s.a.s) Quranın kəlamlarını ölülərə çatdıra bilmədisə, görəsən “molallar” bunu necə bacara bilərlər?  Əlbətdəki bu ayə açıq-aydın “mollaların” yalançı və fırıldaqçı olduğlarını bir daha sübut edir.

    Uca Allah buyurur: “Biz ona şer öyrətmədik və bu ona heç yaraşmaz da. Ona vəhy olunan ancaq öyüd-nəsihət və açıq-aşkar Qurandır ki, onunla diri olanları qorxutsun və deyilən söz kafirlər barəsində gerçək olsun” (Yasin surəsi, 69,70)

    Ölülər üçün Yasin surəsini oxuyan “molallar” bu ayəni hər dəfə ərəb dilində oxuyanda bəlkəmdə mənasına belə varmıllar. Lakin hər dəfə oxuduqları Yasin surəsində belə Quranın dirilər üçün olan bir kitab olduğu açıq-aydın bildirilir. Qəbirlərin başında durub .Məhz bu ayədə bir daha sübut edir ki, Qurani-Kərim ölülər üçün deyil, dirilər üçündür.

    Uca Allah buyurur: “Sizin əlinizdəkini təsdiqləyici kimi göndərdiyimə Qurana iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və ancaq Məndən qorxun! (əl-Bəqərə surəsi, 41)

    İnsan öldükdən sonra necə iman gətirə bilər Qurana? Məyər iman gətirən insanın diri olması şərt deyilmi? Ölülərə Quran oxuyan bu ayə ilə onlara müraciət etməsi sicə gülməli deyilmi? Allahın ayələrini pul müqabilində satan “mollalar” bu ayəni duymadılarmı? Beş-altı manat alıb Allahın ayələri ilə pul qazanan “mollalar” nə dərəcədə günaha girdiklərini bu ayə bir daha sübut edir.

    Uca Allah buyurur: “Allahın nazil etdiyi kitabda olanların qizlədənlərin və onun müqabilində bir az pul alanların yedikləri qarınlarında ancaq oda dölnəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, (onları) təmizə çıxarmaz. Onları şiddətli əzab gözləyir!”

    “Onlar doğru yol əvəzinə zəlalət yolunu, bağışlanmaq əvəzinə əzabı satın almış kəslərdir. Onlar cəhənnəm oduna necə də səbirlidirlər! Bu əzab ondan ötrüdür ki, Allah kitabı haqq olaraq göndərmiş. Lakin kitab barəsində müxtəlif rəydə olanlar, şübhəsiz ki, uzaq bir nifaq içərisindədirlər”.(Bəqərə surəsi, 174-176)

    Bu ayələrə diqqət edin! Hazırda Quranın ölülər üçün deyil, dirilər üçün olduğunu bilən bəzi “din xadimləri” bu məsələlərə göz yumullar. Çünki onlar da bu məsələlərdə “mollalar” ilə şərikdirlər. Allah bu kimsələri şiddətli əzaba uğradacaq. Bu cür “din xadimləri” Allahın kitabını biznes mənbəyinə çevirmiş, haqq yoldan azmış və bir qrup insanların da azmasına səbəb olmuşdur.

    Uca Allah buyurur: “İnsanlar düşünüb ibrət alsınlar deyə, Biz Quranda müxtəlif dəlillər gətirdik”(İsra surəsi, 41)

    Məyər insan öləndən sonra nəyi ibrət ala bilərki?Sağlığında Quranın əmrlərinə tabe olmayan üçün, öləndən sonra Quran oxuyub bu sözləri deməyin heç bir faydası yoxudr. Çünki ona Allah tərəfindən verilən ömrü  zay etmiş,küfr və şirk içərisində həyat sürmüş və bu əqidəylə də ölmüşdür.

    Uca Allah buyurur: “Biz bu Quranda insanlar üçün hər cür misal çəkdik ki, bəlkə öyüd-nəsihət qəbul etsinlər”

    “Biz nöqsansız qüsursuz ərəbcə Quranı nazil etdik ki, bəlkə Allahdan qorxub pis əməllərdən çəkinsinlər”(Zümər surəsi, 27-28)

    Quranı ərəbcə oxuyan “mollalar” bu ayələri ölülülər üçün oxumaqla ölüləri pis əməllərdən çəkindirə bilərlərmi? Əlbətdəki bu mümkün deyildir. Məhz ona görə də Quran yalnız dirilər üçündür ki, bu ayələri oxuyub pis əməllərdən çəkinsinlər.

    Uca Allah buyurur: “Biz bu Quranda insanlar üçün hər cür misal çəkib onlara izah etdik. Lakin onların əksəriyyəti küfrdən başqa bir şeyə razı olmadı”(İsra surəsi, 89)

    Heç bir şəriki olmayan Rəbbimiz, Qurani-Kərimdə yalnız dirilərə xitab edir. Çünki Quran cəmiyyət üçün, canlı  insanlar üçün rəhbər olan bir kitabdır. Bu kitab insanların həyatda yaşadığları müddətcə həyatlarının hər bir sahəsinə tətbiq etməli olduğları bir kitabdır. Məhz buna görə də Quran ölülər üçün deyildir.

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Selef | Baxılıb: 2171 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 1
    09.09.2008
    1. rovshen (rovshen) [Məqalə]
    salam aleykum. xebere gore cox saqolun. exi halalliq et. xeberi kopyaladim ozumde saxladim. insallah bezilerine delil kimi istifadeedecem.

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Sentyabr 2008  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru