Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2008 » Oktyabr » 19 » Hicrət anlayışı
    Hicrət anlayışı
    01:26

    1. Hicrətin lüğət və istilahı mənası

    Lüğətdə tərk etmək, ayrılmaq anlamına gələn hecr (hicran) məsdərindən isim olan hicrət insanın hər hansı bir şeydən bədənən, dilnən və ya qəlbən ayrılıb uzaqlaşması deməkdir. Ancaq kəlimə daha çox bir yerin tərk edilərək başqa bir yerə köç edilməsi mənasında istifadə edilir. Termin olaraq isə hicrət daha çox Həzrəti Peyğəmbərin (s.a.s) Məkkədən Mədinəyə hicrətini ifadə edir. Seyyid Şərif Cürcani: «Küfür əhkamının tətbiq edildiyi bir məkandan Darul İslama köç etməyə hicrət deyilir» (Seyyid Şərif Cürcani, Ət-Ta'rifat, İstanbul, ts., s. 256).

    Rağib Əl-İsfahani, Müfrədat adlı əsərində bunlarin üzərində durur "Hecr və Hicran" insanın başqasından ayrılmasıdır. Bu bədənlə, qəlblə və ya dillə ola bilər. Mühacirət başqasıyla əlaqəni kəsib onu tərk etməkdir. Şəhvətlərdən, pis işlərdən və günahlardan uzaqlaşmaq onları tərk və rədd etmək də hicrətin gərəyidir (Rağib Əl-İsfahani, Əl-Müfrədat fi Qaribul-Qur'an, İstanbul 1986, s. 782).

    Hz. Adəm (a.s) ilə başlayan tövhid mübarizəsi; zalım güclərin zülmü səbəbiylə hicrət edən təqvalı insanların iztirabını gündəmə gətirmişdir.
    Tarix boyunca bir çox peyğəmbər və müttəqi mömin sadəcə və sadəcə Allah Təalaya ya ibadət edə bilmək üçün hicrət etmişlərdir. İndi bu mövzu üzərində bir az duraq.
    a) Hz. İbrahimin (a.s) hicrəti: Heykəlpərəst bir qövmə İslamı təbliğ etməyə cəhd edən Hz. İbrahim (a.s) bir çox işgəncəyə məruz qalmışdır. Səbrlə və mətanətlə davam etdirdiyi peyğəmbərlik vəzifəsini hicrətlə bitirmişdir.
    «İbrahim dedi ki, Həqiqətən mən Rəbbimə hicrət edəcəyəm. Şübhə yox ki, mütləq və qalib, tam höküm və hikmət sahibi odur.» (Əl-Ənkəbut, 29:24-26). Beləcə Qur'ani Kərim Hz.İbrahim dinini yaymaq qayəsiylə, qövmündən uzaqlaşmağa qərar verdiyini bildirməkdədir.

    b) Əshabi Kəhfin hicrəti: Kafir və Zalım bir idarəyə itaət etməkdən həya edərək, bir mağaraya hicrət edən Əshabi Kəhf necə unudula bilər? Allah Təala onlardan razı olmuş və Qurani Kərimdə "gənc igidlər" deyə bəhs etmişdir (İbni-Kəsir, Təfsirul-Qur'anil-Əzim, Beyrut, 1986, III, 140). Qiyamətə qədər xeyirlə anılacaqlardı. Zülmkar iqtidarların təzyiqi və çevrə şərtləri səbəbiylə İslamı bir həyat yaşaya bilməyən hər bir müsəlman, mütləq hicrət etmək məcburiyyətindədir. Həmçinin müsəlmanların kafirlərin ordularına qatılmağa və küfrün güclənməsi üçün savaşmağa məcbur edildikləri təqdirdə hicrət etmələri lazımdır. Necə ki, Qur'ani Kərimdə müsəlman olduqları və hicrətə gücləri yetdiyi halda bu ibadəti tərk edənlər xəbərdar edilmişlərdir.
    «Öz nəfislərinin zalımları olaraq canlarını alacağı kimsələrə mələklər deyərlər ki, Siz nə halda idiniz? Onlar söyləyəcəklər: "Biz yer üzündə zəif düşmüşlər idik." Mələklər deyərlər: "Məgər Allahın torpağı o qədər geniş deyildimi ki, siz hara isə hicrət edə bilməyəsiniz?" Onların yeri cəhənnəmdir. O, necə də pis yerdir.» (ən-Nisə, 4:97) Kişilərdən, qadınlardan, uşaqlardan zəif olanlar hicrət etməkdə müstəsnadırlar.

    İndi bu mövzuya başqa bir tərəfdən baxaq. Hicrət ibadətinin yerinə yetirilə bilməsi üçün kamil bir mənada bir Darul İslamın olması şərtdir deyənlər haqlıdırlarmı? Bilindiyi kimi səhabəyi kiramın ilk hicrət etdiyi ölkə Həbəşistandır. İmam Sərahsi Məkkəni bu şəkildə tərif edirdi: «O zamanda bir şirk ehkamının tətbiq edildiyi bir Daru-ş-Şirk idi» (Sərahsi, əl-Məbsut, Beyrut, ts., XIV, 57). Məlum olduğu üzrə; birinci və ikinci Həbəşistan hicrətinin yerinə yetirildiyi zamanda, yer üzündə darul-İslama uyğun bir yer yox idi. Dolayısıyla «hicrət ibadətini yerinə yetirə bilmək üçün, kamil bir mənada bir darul İslamın olması şərtdir» iddiası tutarlı deyildir. Necə ki, Hafiz ibni Hacər əl-Əsqalaniyə görə hicrət iki çeşiddir.

    Birincisi: İşgəncə və qorxu diyarından, güvən diyarına hicrət. Məsələn: Həbəşistana və Rəsuli Əkrəmin (s.a.s) hicrətindən öncə Məkkədən Mədinəyə edilən hicrət kimi.

    İkincisi: Küfr diyarından İslam diyarına hicrət. Buna misal olaraq isə Peyğəmbər (s.a.s) əfəndimizin Mədinəyə hicrət edərək İslam dövlətini qurduqdan sonra edilən hicrət. Ancaq Məkkə fəth edildikdən sonra Rəsuli Əkrəmin (s.a.s): «Fəthdən sonra hicrət yoxdur. Ancaq cihad və niyyət vardır.» (Buxari, Mənakibul Ənsar, 45; Cihad I, 27) əmri gəldiyində Məkkə-Mədinə arasında hicrət aradan qaldırılmışdır. Füqaha hədisdə keçən fəthdə məqsədin, Məkkənin fəthi olduğunda müttəfiqdirlər. Abdullah ibni Ömər: «Yer üzündə küfr diyarı var olub, kafirlərlə savaş sürdüyü müddətçə, hicrət davam edəcəkdir». Necə ki, Rəsuli Əkrəm (s.a.s) də buyurmuşdur: «Düşmənlə cihad davam etdiyi müddətçə, hicrət davam edəcəkdir buyurmuşdur». Bu hədisə görə hicrətin fərz olduğu küfr diyarı, (müsəlmanlarla) savaşın davam etdiyi bölgədir.

    Savaş olmadığı və İslamı hökmlər həyata keçdiyi müddətçə, hicrət ibadəti fərz ola bilməz. Mükəlləf olanın vəziyyətinə görə müstəhab və ya mübah ola bilər. Nəticə olaraq: Kəliməyi Şəhadəti iqrar və ya təsdiq edən hər mükəlləf, Allah Təalanın kitabında və Rəsuli Əkrəmin (s.a.s) sünnətində yer alan hər hökmün mütləq həqiqət olduğunu təsdiq etmişdir. Həqiqətə görə əməl etmək və batili tərk etmək fərzdir. Zülmkar iqtidarların hakim, müsəlmanların məhkum durumunda olduğu bölgələrdə; İslam camaatının qurulması şərtdir. Müsəlman və ya İslamı dövlətin ya da İslami camaatın içərisində ibadətlərini haqqı ilə yerinə yetirə bilər.

    Hicrətin yalnızca Peyğəmbərimizin (s.a.s) dönəmində yaşanmış və sona çatmış bir ibadət olduğunu düşünmək isə son dərəcə yanlış bir fikirdir. Əksinə peyğəmbərimizin yolunu izləyən hər müsəlman, həyatının bir zamanında bənzər bir hicrət durumuyla qarşı-qarşıya qala bilər. Əlbətdə ki, hicrətin şəkli fərqli olacaqdır. Mütləq Məkkədən Mədinəyə edilən hicrət kimi olması zəruri deyil. Daha fərqli şəkildə və daha fərqli məkanlarda ola bilər. Önəmli olan insanlarda hicrət ruhunun yaşanmasıdır.Savaş olmadığı və İslamı hökmlər həyata keçdiyi müddətçə, hicrət ibadəti fərz ola bilməz. Mükəlləf olanın vəziyyətinə görə müstəhab və ya mübah ola bilər. Nəticə olaraq: Kəliməyi Şəhadəti iqrar və ya təsdiq edən hər mükəlləf, Allah Təalanın kitabında və Rəsuli Əkrəmin (s.ə.s) sünnətində yer alan hər hökmün mütləq həqiqət olduğunu təsdiq etmişdir. Həqiqətə görə əməl etmək və batili tərk etmək fərzdir. Zülmkar iqtidarların hakim, müsəlmanların məhkum durumunda olduğu bölgələrdə; İslam camaatının qurulması şərtdir. Müsəlman və ya İslamı dövlətin ya da İslami camaatın içərisində ibadətlərini haqqı ilə yerinə yetirə bilər.

    Hicrətin yalnızca Peyğəmbərimizin (s.ə.s) dönəmində yaşanmış və sona çatmış bir ibadət olduğunu düşünmək isə son dərəcə yanlış bir fikirdir. Əksinə peyğəmbərimizin yolunu izləyən hər müsəlman, həyatının bir zamanında bənzər bir hicrət durumuyla qarşı-qarşıya qala bilər. Əlbətdə ki, hicrətin şəkli fərqli olacaqdır. Mütləq Məkkədən Mədinəyə edilən hicrət kimi olması zəruri deyil. Daha fərqli şəkildə və daha fərqli məkanlarda ola bilər. Önəmli olan insanlarda hicrət ruhunun yaşanmasıdır.


    2. Qurani Kərim və Hədislərdə hicrət.

    Qurani Kərimdə hicrət iki anlamda istifadə edilmişdir. Biri tarixi olub Həzrəti Peyğəmbərin (s.a.s) və əshabının Məkkədən Mədinəyə köç etmələrini ifadə edərkən, digəri əxlaqi bir məna daşıyır. Yəni insanın şeytandan Allaha hicrəti bu da insanın ana yurdunu mütləq maddi mənada tərk etməsini zəruri qılmaz.

    İslamın ilk günlərindən bəri hicrət termini mənəvi bir məna daşımaqdadır, yəni zülüm və əzab əziyyət diyarından uzaqlaşmaq və Allaha yönəlmək. Mənəvi bir hicrət sayəsində insan hər cür pislikdən uzaqlaşaraq doğru yolu tapmağa başlayır.

    Qurani Kərimdə hicrət kəliməsi yer almamaqla birlikdə otuz bir yerdə "hecr" kökündən gələn çeşidli növlərin istifadə olunduğunu görmək olar (Önkal, Ahmet, "Hicret", TDV İslam Ansiklopedisi, XVII, 458). Bunlar işlənmələrinə görə "Quranı tərk etmək (əl-Furqan, 25:30) bir insandan və ya qrupdan ayrılmaq (ən-Nisə, 4:34; Məryəm, 19:46; əl-Müzəmmil, 73:10) pis şeyləri tərk etmək (əl-Müddəsir, 74:15) və termin anlamına uyğun olaraq Allah uğrunda başqa bir yerə köç etmək (əl-Bəqərə, 2:218; ali İmran, 3:195; ən-Nisə, 4:89, 97; ət-Tövbə, 9:20) mənalarına gəlməktədir. Bu ayələri incələdikdə Cənabı Haqqın hicrətə verdiyi önəmi yaxşı anlamaq olar.

    Qurani Kərim insanların Rəbblərinin qarşısında imtahandan keçmədən buraxılmayacaqlarını xəbər verərkən bu nöqtələrə diqqət çəkir. Bir insan mən iman etdim dedikdən sonra gələcək həyatında doğrudan da Allah üçün hər şeyi tərk edə biləcəyini feli olaraq göstərməlidir. Allah üçün evini, yurdunu, sevdiklərini, malını, mülkünü geridə buraxıb, yalnızca ona güvənərək yeni bir həyata başlaya biləcəyini ortaya qoymalıdır.

    Bu üstün imanı ortaya çıxaran ən böyük sınaqlardan biri isə “hicrətdir”. Buna görə də hicrət insanın imanını tamamlayıb kamilləşdirən ən böyük ibadətlərdən sayılır.

    Beləliklə Quran bir hicrət olduğu halda hicrət etməmiş kimsələrin tam mənasıyla bir mömin sayılmayacaqlarını digər möminlərlə bir tutulmayacaqlarını aşağıdakı ayədə xəbər verir:
    «İman gətirənlər, hicrət edənlər, öz malları və canları ilə Allah yolunda cihad edənlər (onlara) sığınacaq verib kömək edənlər bunlar bir-birilərinə dostdurlar, iman gətirmiş, lakin hicrət etməmiş kəslər isə hicrət etməyincə onların dostluğundan sizə bir fayda yoxdur.» (əl- Ənfal, 8:72)

    Bilinməlidir ki, hicrət həm dünyəvi bir zəfərin həm də daha önəmli olan axirətdəki böyük bir əcrin qapısıdır. Hicrət edən mömin sığınacaq çox yer və genişliyi yalnızca dünyada deyil, axirətdə də tapar.
    «Allah yolunda hicrət edən yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim öz evindən çıxaraq Allaha və Onun peyğəmbərlərinə tərəf üz tutub hicrət edərsə, sonra isə onu ölüm haqlayarsa, onun mükafatı Allahın üzərinə düşər, Allah bağışlayandır, rəhmlidir.» (ən-Nisə, 4:100)

    Allah onun yolunda hicrət edənlərin axirətdəki qazancını belə bildirir:
    «İman gətirənlərin, hicrət edənlərin və Allah yolunda öz malı, canı ilə cihad edənlərin Allahın yanında daha yüksək dərəcələri vardır və onlar uğur qazananlardır. Onların Rəbbi onları öz mərhəməti, lütfkarlığı ilə və içərisində onalar üçün daimi nemətlər olan cənnnət bağları ilə müjdələyir.» (ət-Tövbə, 9:20-21)

    Əgər insan Allah yolunda hicrət edərkən inkarçılar tərəfindən öldürülür ya da bir başqa şəkildə ziyan çəkərsə bunda üzüləcək bir şey yoxdur, əksinə böyük bir qazanc vardır. Çünki Allah, yolunda ölən mühacirlərə cənnəti vəd etməkdədir.
    «Allah yolunda hicrət edənlərə, sonra isə öldürülən və ya ölənlərə Allahın hökmən gözəl ruzi verəcəkdir. Şübhəsiz ki, Allah ən yaxşı ruzi verəndir.» (əl-Həcc, 22:58)

    Allahdan gələn sonsuz qurtuluşa və xoşbəxtliyə çatmaq yəni onun rizasını və cənnətini qazanmaq, hicrətin ən böyük qarşılığıdır. Belə böyük bir ibadətə qarşı tərəddütlü davranmaq isə möminə yaraşmaz. Çünki bizim dünya üzərindəki həyatımızın, Onun rizasını və cənnətini qazanmağa cəhd etməkdən başqa bir məqsədi yoxdur.

    Qurani Kərimdə olduğu kimi hədislərdə də hicrət tarixi bir hadisə yəni Həzrəti Peyğəmbərin Məkkədən Mədinəyə hicrətini ifadə etdiyi kimi eyni zamanda əxlaqi və mənəvi məna da kəsb edir. Hicrətin əxlaq və zühd ilə əlaqəsinə işarə edən ayə və hədisləri diqqətə alan alimlər bu anlayışı həm haramları tərk edib pisliklərdən uzaqlaşmaq həm də nəfsi tərbiyə etmək məqsədi ilə yolçuluğa çıxmaq və ya qəlbən və zehinən xalqı tərk etmək anlamında istifadə etmişdilər.

    Həzrəti Məhəmmədin (s.a.s) Məkkədən Mədinəyə hicrəti tarixi bir hadisə olaraq bir çox hədislərdə yer almışdır. Buna misal olaraq aşağıdakı hədisə baxa bilərik: «Aişə (r.a) rəvayət edildiyinə görə peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu: "Məkkə fəthindən sonra artıq hicrət yoxdu; Fəqət cihad və niyyət vardır. Allah yolunda savaşa çağrıldığınız zaman döyüşə qatılın."» (Buxari, Mənakibul Ənsar, 45; Cihad 27) İslamiyyətin ilk illərində Məkkədə müsəlmanlar Allahın əmrlərini yaşaya bilmək üçün yurdlarını evlərini tərk edirdilər. Peyğəmbərimizin (s.a.s) buyruğu ilə Həbəşistana getdilər.

    Daha sonra Mədinə müsəlmanların hüzurla yaşaya biləcəyi bir məkana çevrilincə Həzrəti Məhəmməd (s.a.s) ora hicrət edilməsini tövsiyyə etdi. Bir müddət sonra da özü ora hicrət etdi. Mədinə hüzurla bir islam diyarı olmaqla bərabər, burada bir islam dövlətinin qurulması və yaşadılması üçün oradakı müsəlmanların sayı yetərli deyildi. Başqa yerlərdə olan müsəlmanların Mədinəyə gəlməsi bu baxımından zəruri idi.

    Hicrətin səkkizinci ili Ramazan ayında (630) Məkkə fəth edilib İslam diyarı olunca artıq oradan Mədinəyə hicrət etmənin bir mənası qalmadı.
    Bu hədis tarixi bir məna daşıyır, Məkkə fəthindən sonra artıq hicrət yoxdu, o demək deyil ki, müsəlmanlar hər hansı bir zülmə məruz qaldıqda öz yerlərini tərk edə bilməzlər, əksinə peyğəmbərin yolunu izləyən hər müsəlman həyatının bir zamanında bunlara bənzər bir hicrət durumuyla qarşı qarşıya qala bilər.

    Aşağıdakı hədis isə hicrətin mənəvi və əxlaqi yönünə işarə edir.
    Buxari dedi ki, Həzrəti peyğəmbər (s.a.s) belə buyurmuşdu: «Yaxşı müsəlman əlindən və dilindən digər müsəlmanların güvən içində olduqları kimsədir. Gerçək mühacir də Allahın yasaqladığı şeyləri tərk edəndir.» (Buxari, İman, 5; Rikak, 26; Müslim, İman, 14)

    Həzrəti peyğəmbər (s.a.s) burada hicrətin mənəvi və əxlaqi yönünə işarə etmişdir. Hicrət edə bilməyən müsəlmanlar təəsüfləndiklərində ki, hicrət savabını itiriblər, Həzrəti Peyğəmbər (s.a.s) onlara əsas hicrətin Allahın yasaqladığı davranışlardan uzaqlaşmaq olduğunu onlara demiş və bu hicrətin maddi hicrətdən daha çox savab qazandıracağını bildirmişdi.


    Hicrətin islam tarixindəki əhəmiyyəti

    Hicrət, İslam və dünya tarixində çox böyük bir hadisədir. İslamın qurtuluşu və İslam inqilabının başlanğıcı olmuşdur. İslam dini, hicrət sayəsində istiqlaliyyətinə qovuşub, yayılma imkanı tapmışdır. Hicrətin tarixdəki təsiri təsiri dini olduğu qədər ictimai və siyasidir.

    Həzrəti Peyğəmbərin (s.a.s) Məkkədən Mədinəyə hicrəti ilə İslam tarixində yeni bir dönəm başlamışdır. Hadisə sadəcə bir məkan dəyişikliyi ilə kifayətlənməmiş, İslamın dəvəti fəaliyyəti və siyasəti nöqteyi nəzərindən bir dönüm nöqtəsi olmuşdur.

    Siyasi tərəfdən hicrətin böyük bir əhəmiyyət daşıdığı aşikardır. Məkkədəki müşriklərin təzyiqləri qarşısında bir çox əziyyət və işgəncəyə məruz qalan müsəlmanlar hicrət sayəsində güc tapmış və Həzrəti Peyğəmbərin (s.a.s) rəhbərliyi ilə bir dövlətə qovuşmuşdular. Hicrətdən sonra Həzrəti Peyğəmbər (s.a.s) İslam dövlətinin quruluşunu elan etmiş və diplomatik təmaslarına başlamışdır.

    Tarixin müstəsna bir dönüş nöqtəsi olan bu hadisə, hicrətdən on yeddi il sonra, Həzrəti Ömərin (r.a) xəlifəliyi zamanında İslam dünyası üçün «Təqvim başlanğıcı» olaraq qəbul edilmişdir.

    Bu geniş dəyərləndirmənin yanında, İslam tarixinin tətqiqindən ibrət alıb faydalanacağımız parlaq örnəklər vardır. İslam tarixindəki yaxşı misallardan yararlanmaq, İslam tarixi tədqiqatlarında da mühüm bir hədəfdir. Hicrət hadisəsində qeyd etməyimiz lazım olan parlaq əxlaqi dəyərlər, ibrət alınacaq tablolar vardır.

    Hicrət mövzusunda qeyd etməyimiz lazım olan ən önəmlisi Həzrəti Məhəmmədin (s.a.s) əzəmətidir. Onun mətin iradəsi və səbriylə ən çətin və müşkül hadisələrdə belə çətinliklərə sinə gərməsini görürük.

    Sonra isə Həzrəti Peyğəmbər (s.a.s) hicrətlə, zaman, məkan kimi bütün şərtlərin sadəcə Allah rizası və İslamın uğuru üçün dəyərləndirilməsi lazım olan nöqtədə unudulmaz bir misal vermişdir. İslamın, Məkkədə vəziyyətini təhlükəli görüb, Mədinədə kök salacağı bir ortam tapınca doğub-böyüdüyü vətənini tərk etmiş, yaxınlarını mal və mülkünü tərk edərək məqsədini gerçəkləştirməyə daha əlverişli yeni bir yerə hicrət etmişdir.

    Gerçək budur ki, qəhramanlar üçün, əqidələrini gerçəkləşdirmək, həyatlarından daha mühümdir. Rəsulallah (s.a.s), hicrət edəcəyi zamanı Əbu Bəkr (r.a) xaricində bütün insanlardan gizli tutulmuşdur. Onun anidən hicrət etməsi bu yoldakı uğuruna səbəb olmuşdur.

    Hicrət hadisəsində Həzrəti Peyğəmbərdən (s.a.s) aldığımız dərslər yanında Əbu Bəkrin (r.a) göstərmiş olduğu, sıxıntılı və çətin anlardakı sədaqəti də təqdirə layiqdir. Neçə dostlar var ki, çətin və sıxıntılı anlarda ona ziyan dəyməsin deyə dostunu tərk edər və yalnız buraxır. Ancaq Əbu Bəkr (r.a) isə hicrət yolunda hər şeyini qurban vermişdir.

    Bunların hər bir müsəlman üçün bir həyat düsturudur. Hicrət də bir sünnətdir. Həzrəti Əbu Bəkr (r.a) ilə Həzrəti Əli (r.a) isə Həzrəti Peyğəmbərə (s.a.s) göstərdikləri bağlılqla tayı bərabəri olmayan bir örnək ortaya qoymuşdular.

     

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Selef | Baxılıb: 1411 | Tarix: 23.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Oktyabr 2008  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru