İslam
qardaşları!.. İslamın müəyyən edilmiş əsaslarından biri də, idarə edən
və idarə edilən arasında yardımlaşmanın vacibliyi və ümmətin bütününə
xeyir verəcək şeylərlə əlagəli məsuliyyətin fərz olmasıdır. Bu,
cəmiyyətin xeyirlərini qoruyur, əmin-amanlıq və rahatlığı zəmanət
altına alır. Doğruluq, səmimiyyət və fədakarlıq ilə UCA ALLAH`ın
haqlarını və hökmlərini qoruyaraq, hər kəs məsuliyyətini yerinə
yetirmədikcə və vəzifəsinə bağlı qalmadıqca, ümmətin heç bir işi doğru
olmaz.
Cəmiyyətimiz
uzun müddət kafir ideologiyası altında yaşamış və bu ideologiyanın
təsiri altında İslam dəyərlərini tədricən unutmuşdur. İslami dəyərlərin
yerini isə batil əqidələr və kafir ideologiyasi tutmuşdur.
Müsəlmanların həyatlarının bütün sahələrinə rəhbər olan Qurani-Kərim
isə yalnız yaslarda oxunan kitab olmuşdur.
Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar...