Axirətə iman hər şeydən əvvəl insanın hədəf və istiqamətini müəyyən etməsinə imkan verir, yaradılmasındakı məqsədi, hikmət və qayəni öyrədir. Belə inanc sahibi insanlardan ibarət cəmiyyət doğru yoldan ayrılmaz, qazancını halal yollarla əldə etməyə çalışar, hiyləyə, yalana və rüşvətə yaxın durmaz. Öz haqqını bildiyi kimi başqalarının haqqını qəsb etməz, heç kimə haqsızlıq etməz.
Şiələr Əhli Sünnəni tənqid edirlər ki, dəstamaz alanda biz ayaqlara məsh çəkmirik, əvəzinə yuyuruq. Əslində Qurana nəzər salsaq orada məhz ayaqları yumaq əmrini görərik. Bunu Əhli-beytdən gələn rəvayyətlərdə təsdiqləyir.Buna görə məhz onların öz mötəbər kitablarında olan hədisləri gətirməyi daha münasib saydıq