Sual: Aşura gününün orucunu yalnız bir gün tutmaq olar?
Cavab: Aşura gününün orucunu yalnız bir gün tutmaq olar. Lakin ondan bir gün əvvəl və ya bir gün sonra da oruc tutmaq daha yaxşı olardı. Bu da Peyğəmbərdən –Allahın ona salavatı və salamı olsun –sabit olan bir sünnətdir.
Belə ki, o demişdir: “Gələn ilə qalsam doqquzuncu günü də tutacam.” Hədisi İmam Əhməd “Müsnəd” (1345), İmam Müslim “Səhih” əsərində Oruc fəsli (1134 –ü hədis) və başqaları rəvayət etmişlər. İbn Abbas – Allah ondan razı olsun – demişdir: “Yəni onuncu günlə bərabər.”
13700 –ü fətvanın ikinci sualı (10 –u cild, 401 səhifə) Посмотреть перевод