İraqın şiə alimlərindən olan Əhməd əl-Katib yeni şiə bəyannaməsi adlı məqalə qələmə alıb. Uzun illər bəzi ifrat görüşlərin təsirində qalan əl-Katib 1979-cu il İran inqilabından əvvəl Kərbəlada Seyyid Məhəmməd Həsən əş-Şirazinin davamçılarından idi.
Qurani – Kərimin Nur surəsinin 31 – ci ayəsində baş örtüyündən bəhs olunur. Mənası “Öz – özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan baş, boyun, boğaz, qol, ayaq və s. naməhrəmə )göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin)” kimi olan ayənin ərəbcə mətnində keçən “xumur” kəlməsi “baş örtüyü” mənasına gələn “ximar” sözünün cəmidir.
İmam Əhməd belə deyir: Əbu Səd Muhəmməd bin Muyəssər əs-Sağanni, ər-Rabi bin Ənəsdən, o da Əbu əl-Aliyədən Umeyyə bin Kəbin vasitəsilə belə rəvayət edir: Müşriklər Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) belə dedilər; Ya Məhəmməd! Bizlərə Rəbbinin soyundan - kökündən söhbət aç. Uca Allah bu surəni nazil etdi; (Ya Peyğəmbər!) De: O Allah birdir. Allah möhtac deyildir! O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri də yoxdur!"
Başda İsrail, ABŞ və Qərb dünyası olmaqla bir sıra ərəb ölkələrinin Misirdə keçirilən prezident seçkilərində “Müsəlman Qardaşlar” (MQ) hərəkatının namizədinə qarşı açıq şəkildə ordunun və Hüsni Mübarəkin namizədi Əhməd Şəfiqi dəstəkləməsi ölkədə mübarizənin hələ uzun müddət davam edəcəyini deməyə əsas verir.