Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyun » 24 » Misirin islam dünyasına qayıdışı
    Misirin islam dünyasına qayıdışı
    11:52
    Başda İsrail, ABŞ və Qərb dünyası olmaqla bir sıra ərəb ölkələrinin Misirdə keçirilən prezident seçkilərində “Müsəlman Qardaşlar” (MQ) hərəkatının namizədinə qarşı açıq şəkildə ordunun və Hüsni Mübarəkin namizədi Əhməd Şəfiqi dəstəkləməsi ölkədə mübarizənin hələ uzun müddət davam edəcəyini deməyə əsas verir.

    Altmış ildir ki, ölkədə hakimiyyəti əlində saxlayan hərbi bürokratiyanın, Ali Hərbi Şuranın, polisin, qibtilərin, Mübarək tərəfdarı olan iş adamları və laiq təbəqənin MQ-a qarşı apardıqları mübarizəyə rəğmən seçki Məhəmməd Mürisinin qələbəsi ilə başa çatdı.

    Seçkilərin ikinci turunun baş tutmasından iki gün qabaq Misir Konstitusiya Məhkəməsinin parlamentin legitimliyini ləğv etməsi və Mübarəkin “övladım” - deyə çağırdığı Əhməd Şəfiqin qarşısındakı bütün maneələri qaldırması köhnə rejim tərəfdarlarının əhval-ruhiyyəsinə müsbət təsir göstərdi. Ancaq səslərin 52,3%-ni toplayaraq, qələbəsini elan edən MQ-nin prezidentliyə namizədi Mürsi Misirdə tarixi uğur qazandı. O, seçkidən sonrakı ilk çıxışında ölkəyə demokratiya və azadlıq bəxş edən Allaha həmd etdi.

    Mürsi Misir xalqına “qardaşlarım”, - deyə müraciət edərək, birlikdə müstəqillik, inkişaf, sülh və demokratiya yolu ilə irəliləyəcəklərini, səylərini birləşdirərək yeni Misiri inşa edəcəklərini ifadə etməklə yanaşı, inqilab zamanı həyatını itirən və yaralanan misirlilərin haqlarının hüquqi kanallarla alacağını ifadə etdi. Bir ildir ki, beynəlxalq ictimaiyyətin nəzərlərinin yönəldiyi Təhrir meydanında bir çox mühüm mesaj verdi.

    Ərəblər arasında belə bir məsəl var: “Misir ərəb dünyasının anasıdır”. Ərəb xalqları düşünməzdən, oturub durmazdan qabaq əvvəlcə Misirə baxarlar. Misir ərəb xalqları üçün həmişə nümunə təşkil etmişdir.

    Altmış illik hərbi diktatura altında təzyiq altında saxlanılan Misir xalqı yeni prosesin başlanğıcında uzun illər boyu ödədiyi bədəllərin müqabilində xalqın istəyi ilə yeni üfüqlərə yelkən açacaq. Səksən illik mübarizə təcrübəsi ilə dövrümüzə gəlib çıxan MQ hərəkatı çox böyük imtahandan keçməlidir.

    Başda İsrail, ABŞ və Qərb dünyası olmaqla bir sıra ərəb ölkələrinin Misirdə keçirilən prezident seçkilərində “Müsəlman Qardaşlar” (MQ) hərəkatının namizədinə qarşı açıq şəkildə ordunun və Hüsni Mübarəkin namizədi Əhməd Şəfiqi dəstəkləməsi ölkədə mübarizənin hələ uzun müddət davam edəcəyini deməyə əsas verir.

    Ərəb inqilabları Qərb dünyasını iki məsələdə bərk qorxuya salmışdı. Bunlardan biri neft amili, digəri isə İsrailin təhlükəsizliyi məsələsidir. ABŞ və İngiltərənin 60 ildir ki, təhlükəsizlik məsələləri xüsusunda fikirlərinə müraciət etdikləri Brzejinski və Birləşmiş Ştatların sabiq Dövlət katibi Henri Kissincer əbəs yerə Yaxın Şərqdə meydana gələrək islam dünyasını bir dam altında birləşdirəcək islami siyasi düşüncə təcrübəsinin Amerikanın XXI əsrdə dünyaya ağalıq planlarını alt-üst edəcəyini bildirməmişdilər.

    Tunis, Yəmən, Liviya və Misir inqilabları, eləcə də Suriyadakı müqavimət hərəkatına baxdığımız zaman hadisələrin inkişafını doğru təhlil etmədiyimizə təəssüflə şahid oluruq. Hüsni Mübarəkin devrilməsinə rəğmən Misirdə mübarizə bu gün də davam edir. Qərb ilə Mübarək qüvvələrinin olduqca sıx əməkdaşlığının mübarizənin hər cəbhəsində böyüyərək, davam edəcəyinin işarələri aydın şəkildə görünür.

    Misir xalqı prezident seçkilərində qələbə qazanan MQ namizədinə sahib çıxacaqdır. MQ-nin 80 illik islami əxlaqi, siyasi və sosial təcrübəsi həm Misir, həm də ərəb və islam dünyası üçün çox böyük fürsətdir.

    Misirin islam dünyasına söyləyəcəyi çox sözü var. Azad misirlilər ərəb və islam dünyası ilə güclərini birləşdirmək surətilə əsrlər boyu həsrətində olduğumuz mədəniyyət irmağına yeni çalar və kolorit qataraq, arzularımızın və inancımızın sancılarına məlhəm olacaqdır.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 587 | Tarix: 23.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2012  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru