Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyun » 24 » ''ƏL-İXLAS" surəsinin təfsiri
    ''ƏL-İXLAS" surəsinin təfsiri
    14:43
    İmam Əhməd belə deyir: Əbu Səd Muhəmməd bin Muyəssər əs-Sağanni, ər-Rabi bin Ənəsdən, o da Əbu əl-Aliyədən Umeyyə bin Kəbin vasitəsilə belə rəvayət edir: Müşriklər Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) belə dedilər; Ya Məhəmməd! Bizlərə Rəbbinin soyundan - kökündən söhbət aç. Uca Allah bu surəni nazil etdi; (Ya Peyğəmbər!) De: O Allah birdir. Allah möhtac deyildir! O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri də yoxdur!"

    Məkkə surələrindəndir.

    Bu surənin nazil olma səbəbi və fəzilətləri:

    İmam Əhməd belə deyir: Əbu Səd Muhəmməd bin Muyəssər əs-Sağanni, ər-Rabi bin Ənəsdən, o da Əbu əl-Aliyədən Umeyyə bin Kəbin vasitəsilə belə rəvayət edir: Müşriklər Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) belə dedilər; Ya Məhəmməd! Bizlərə Rəbbinin soyundan - kökündən söhbət aç. Uca Allah bu surəni nazil etdi; (Ya Peyğəmbər!) De: O Allah birdir. Allah möhtac deyildir! O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri də yoxdur!"

    Ət-Tirmizi və İbn Cərir, Əhməd bin Mənidən bu cür rəvayət etsələr də, İbn Cərir Mahmud bin Xidaşın Əbu Səid Muhəmməd bin Muyəssərdən zəncirini sənədə əlavə etmişdir. Lakin İbn Cərir və ət-Tirmizi bu əlavəni etmişdirlər: "Allah möhtac deyildir!" As-Saməd kəliməsi doğmayıb və doğulmamış olandır. Çünki doğulan hər bir şey öləcək və ölən hər bir şey də mütləq miras qoyacaq. Həqiqətən, izzət və cəlal sahibi olan Allah ölmür və Onun mirası da yoxdur. "Onun heç bir tayı-bərabəri də yoxdur!" Onun nə oxşarı, nə də bir şeydə ortağı vardır. Və heç bir şey onun kimi deyildir.
    İbn Əbu Hatim bu rəvayəti Əbu Səd Muhəmməd bin Muyəssərdən nəql etmişdir. Ət-Tirmizi isə Abd bin Həmid vasitəsilə Ubeydullah bin Musadan, o da Əbu əl-Aliyyədən rəvayət etdiyini bildirərək bu rəvayətin mürsəl olduğunu desə də "bizə belə çatdırdı" kəliməsini qeyd etməmişdir. Ardınca ət-Tirmizi belə buyurur: Bu, Əbu Sədin hədisindən daha səhihdir.

    Bu mənada olan başqa bir hədisi əl-Hafiz Əbu Yəla əl-Movsuli, Sureyc bin Yunusdan, o da İsmayıl bin Mucəliddən, o da əş-Şəbidən Cabirin belə dediyini rəvayət edir: Bir gün bir bədəvi ərəb Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yanına gəlib belə dedi: Mənə Rəbbinin soyundan-kökündən söhbət aç. Allah təala "(Ya Peyğəmbər!) De: O Allah birdir" surəsini nazil etdi. Bu hədisin də sənədi yuxarıdakılarla yaxınlıq təşkil edir. İbn Cərir bu hədisi Muhəmməd bin Ovfun vasitəsilə Sureycdən rəvayət etmişidir. Sələflərdən bir neçəsi bu hədisin mürsəl olduğunu bildirmişdir.
    Ubeyd bin İshaq əl-İtar Qeys bin ər-Rabinin vasitəsilə Asimdən o da Əbu Vaildən ibn Məsudun belə dediyin rəvayət edir: Qüreyş camaatı Allah Elçisinə (Ona Allahın salavatı və salamı olsun!): Bizə öz Rəbbinin soyundan-kökündən söhbət aç dedilər. Allah təala "(Ya Peyğəmbər!) De: O Allah birdir" surəsini nazil etdi. Ət-Təbərani delə buyurur: Əl-Firyabi və başqaları bu hədisi Qeysin vasitəsilə Əbu Qasimdən o da Əbu Vaildən mürsəl olaraq rəvayət etmişdir. Daha sonra isə ət-Təbərani Abdurrahmən bin Osman ət-Taifinin vasitəsilə əl-Vazi bin Nəfidən Əbu Hüreyrənin bunları dediyini rəvayər edir: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə dedi: "Hər bir şeyin nisbət olunduğu bir şey var. Allahın da nisbət olunduğu "(Ya Peyğəmbər!) De: O Allah birdir. Allah möhtac deyildir!" surəsidir". Ayədəki əs-Saməd kəliməsi içi, daxili olmayan mansını verir.

    Bu surənin faziləti ətrafında olan digər bir hədisi də imam əl-Buxari rəvayət edərək belə buyurur: Muhəmməd əz-Zuhli, Əhməd bin Salihin vasitəsilə ibn Vahbdan, o da Amrdan, o da İbn Əbu Hilaldan, Muhamməd bin Abdurrahmənin anası Amrə bint Abdurrahmənin Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) zövcəsi Aişədən belə dediyini rəvayət edir: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Səriyyə ilə birlikdə bir kişi göndəmişdi. O da onlara namaz qıldırar və hər dəfə də namazını "(Ya Peyğəmbər!) De: O Allah birdir" surəsi ilə sona yetirərdi. Qayıtdıqdan sonra bu hadisəni Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) danışdılar. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) də onlara: "Ondan soruşun görək nəyə görə belə edirdi" - dedi. Ondan soruşduqda o belə cavab verdi: Çünki bu surə ər-Rahmənin sifəti haqqındadır. Və mən bu surəni oxumağı çox sevirəm. Bunun cavabında Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!): "Ona çatdırın ki, Allah da səni sevir" dedi. Buxarının "Ət-Tövhid" kitabında bu cür söhbət açılır. Lakin bəziləri hədisin sənədində olan Muhəmməd əz-Zuhlinin deyil, Əhməd bin Salehi qeyd etmişdirlər. Həmçinin imam Müslim və ən-Nəsai bu hədisi Abdullah bin Vahbın vasitəsilə Amr bin əl-Harisdən, o da Səid bin Əbu Hilaldan rəvayət etmişdir.
    Digər bir hədis: Buxari namaz fəslində belə buyurur: Ubeydullah, Sabitdən, Ənəsin belə dediyini rəvayət edir: Ənsarlardan bir kişi Quba məsçidində onlara imamlıq edərdi. Hər dəfə namazın ilk surəsini oxumazdan əvvəl "(Ya Peyğəmbər!) De: O Allah birdir" surəsini sona qədər oxuyar və bunun ardınca isə başqa surə oxuyardı. Və o, bunu hər rükətdə edərdi. Yoldaşları onunla söhbət etdilər və ona dedilər: Sən namaza bu surə ilə başlayırsan. Bu sənə kifayət etmirmiş kimi başqa bir surə də oxuyursan. Sən ya bu surəni oxu, ya da bunu deyil, başqa birisini oxu. O isə delə cavab verdi: Mən bu surəni oxumaqdan əl çəkən deyiləm. Əgər istəyirsinizsə mən sizə imamlıq edim, bunu edəcəm. Yox əgər mənim imam olmamı istəmirsinizsə, onda mən sizə namaz qəldırmaram. Onlar bu insanı özlərindən daha savadlı olduğunu düşünürdülər. Bunu deyil, başqasının onlara imamlıq etməsini də istəmirdilər. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) onların yanına gəldikdə bu hadisəni ona danışdılar. O (ona Allahın salavatı və salamı olsun!) həmin insana belə dedi: "Ey filankəs, dostlarının sənə dediklərini həyata keçirməyə mane olan nədir? Hər rükətdə bu surəni oxumağa səni nə vadar edir?" O isə belə cavab verdi: Mən bu surəni sevirəm. Bunun qarşılığında Peyəmbər (ona Allahın salavatı və salamı olsun!): "Bu surəyə olan sevgin səni Cənnətə salacaq". İmam əl-Buxari bu hədisi qəti olaraq rəvayət etmişdir.
    Əbu İsa ət-Tirmizi də özünün "Cami" əsərində bu rəvayəti Buxaridən İsmail bin Əbu Uveys vasitəsilə Ubeydullah bin Ömərdən rəvayət etmişdir. Hədisin sənədinin eyni olduğunu bildirir. Daha sonra isə deyir ki, bu hədisin Ubeydullahın Sabitdən olan sənədi qəribdir. O, Mübarək bin Fadalənin, Sabitdən, Ənəsin belə dediyini rəvayət edir: Bir kişi Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) belə dedi: Ya Rəsulullah, mən bu surəni - "(Ya Peyğəmbər!) De: O Allah birdir" - sevirəm. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə cavab verdi: "Bu surəyə olan sevgin səni Cənnətə salacaq".
    Ət-Tirmizinin rəvayət etdiyi bu hədisi imam Əhməd muttəsil olaraq belə rəvayət edir: Əbu ən-Nadar, Ənəsin belə dediyini rəvayət edir: Bir kişi Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yanına gəlib belə dedi: Mən İxlas surəsini sevirəm. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə cavab verdi: "Bu surəyə olan sevgin səni Cənnətə salacaq".

    İxlas surəsinin Quranın üçdə birinə bərabər olması haqqında varid olan hədislər:

    Buxari deyir: İsmail, Malikin vasitəsilə Abdurrahmən bin Abdullah bin Abdurrahmən bin Əbu Sasaədən rəvayət edir ki, Əbu Səid belə deyir: Bir kişi başqa birinin İxlas surəsini davamiyyətli olaraq oxuduğunu eşidir. Səhər açılan kimi Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yanına gedib hadisəni Ona (ona Allahın salavatı və salamı olsun!) danışır. Və həmin kişinin əməlini kiçildməyə çalışırdı. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə buyurdu: "Canımı əlində saxlayana and olsun ki, həqiqətən, bu surə Quranın üçdə birinə bərabərdir". İsmail bin Cəfər, Malikin, Abdurrahmən bin Abdullahın öz atasından o da Əbu Səiddən belə dediyini əlavə etmişdir: Qardaşım Qatədə bin ən-Numan Peyğəmbərin belə dediyini mənə xəbər verdi.
    Həmçinin, Buxari bu hədisi Abdullah bin Yusifdən və əl-Qanəbidən, Əbu Davud da əl-Qanəbidən, Nəsai, Quteybədən və hamısı da Malikdən rəvayət etmişdir. Nəsai Qətədə bin ən-Numanın hədisinə iki yolla isnad edər. Bunlar İsmail bin Cəfər və Malikdir.
    Buxari belə deyir: Ömər bin Hafs öz atasının əl-Əməş vasitəsilə İbrahim və əd-Dahhak əl-Məşriqidən, o da Əbu Səiddən bizə belə danışdığını bildirir: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) öz səhabələrinə: "Sizlərdən biriniz bir gecədə Quranın üçdə birini oxumaqdan yorularmı?" Bu səhabələrə ağır gəldi və belə dedilər: Ya Peyğəmbər, bizim hansımızın buna gücü çatar. Peyğəmbər isə belə buyurdu: "Allah birdir və doğmayıb, doğulmayıb" surəsi Quranın üçdə birinə bərabərdir.
    Təkcə Buxari, İbrahim bin Yəzid ən-Nəxi və əd-Dahhək bin Şuracil əl-Həmədani əl-Məşriqidən rəvayət etmişdir. Onların hər ikisi də Əbu Səiddən nəql etmişdir. Əl-Qarabri deyir ki, Əbu Cəfər Muhəmməd bin Əbu Hatimin belə dediyni eşitdim: Əbu Abdullah əl-Buxari deyir ki, bu hədis İbrahimdən mürsəl olaraq rəvayət edilmişdir.
    İmam Əhməd belə deyir: Yəhya ibn İshaq, ibn Ləhiyəninin vasitəsilə Əbu Səid əl-Xudrinin belə dediyini rəvayət edir: Bir dəfə Qatədə bin ən-Numan bütün gecəni İxlas surəsini oxuyaraq yatdı. Bu məlumatı Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) çatdırınca o belə dedi: "Nəfsimi əlində tutana and olsun ki, bu surə Quranın yarısına və yaxud üçdə birinə bərabərdir".
    İmam Əhməd deyir ki, ibn Ləhiə, Abdullah bin Amrın belə dediyini mənə danışdı: Bir gün Əbu Əyyub əl-Ənsari bir məclisdə belə dedi: Sizlərdən birinizin hər gecə Quranın üçdə birini oxumağa gücü çatmazmı? Məclis əhli isə belə cavab verdi: Məgər bunu bacaran var? Əbu Əyyub əl-Ənsari dedi: Həqiqətən, "(Ya Peyğəmbər!) De: O Allah birdir." surəsi Quranın üçdə birinə bərabərdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) gələrkən Əbu Əyyubun bu sözlərini eşitdi və dedi: "Əbu Əyyub doğru deyir".
    Əbu İsa ət-Tirmizi belə deyir: Muhəmməd bin Bəşşər bizə Əbu Hazimin vasitəsilə Əbu Hüreyrədən belə rəvayət etdi: Bir gün Peyğəmbər belə dedi: "Toplanın, mən indi sizlərə Quranın üçdə birini oxuyacağam". Camaat toplaşdı. Peyğəmbər çıxıb "(Ya Peyğəmbər!) De: O Allah birdir" surəsini oxudu və yenə içəri girdi. Biz bir-birimizə belə dedik: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) dedi ki, "Mən indi sizlərə Quranın üçdə birini oxuyacağam". Ola bilsin, səmadan bir xəbər gəlmişdir. Daha sonra isə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) çıxıb belə xitab etdi: "Mən dedim ki, sizlərə Quranın üçdə birini oxuyacağam. Məgər, bu surə Quranın üçdə birinə bərabər deyilmi?"
    Müslim də özünün "əs-Səhih" əsərində Muhəmməd bin Bəşşardan belə rəvayət etmişdir.
    Lakin ət-Tirmizi buyurur ki, bu, həsən olmaqla yanaşı həm də səhih və qərib hədisdir, həmçinin ravilərdən olan Əbu Hazimin adı Səlmandır.
    İmam Əhməd deyir: Abdurramən bin Məhdi, Zəidə bin Qudəmədən ənsarlardan olan bir qadından bizə rəvayət etdi ki, Əbu Əyyub Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) belə dediyini rəvayət edir: "Sizlərdən kim bir gecədə Quranın üçdə birini oxumaq qarşısında aciz qalar? Kim "(Ya Peyğəmbər!) De: O Allah birdir. Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri də yoxdur!" surəsini oxusa, həmin insan həmin gecə Quranın üçdə birini oxumuşdur".
    Bu hədisi İmam Əhməd doqquz ravi vasitəsilə rəvayət etmişdir. Ət-Tirmizi və ən-Nəsəi bu hədisi Muhəmməd bin Bəşşardən, o da Abdurrahmən bin Məhdidən rəvayət etmişdir. Lakin ət-Tirmizi Quteybəni də buraya əlavə etmişdir. Beləliklə onların ravilərinin sayı ona çatmışdır. Onu da əlavə edək ki, ət-Tirmizinin rəvayətində Əbu Əyyubun zövcəsi Əbu Əyyubdan zənciri var və bu rəvayətin həsən olduğunu bildirir. Daha sonra isə belə buyurur: Eyni mövzuda Əbu əd-Dardadan, Əbu Səiddən, Qatədə bin ən-Numandan, Əbu Hüreyrədən, Ənəsdən, İbn Ömərdən və İbn Məsuddan rəvayətlər mövcuddur. Bu həsən hədisdir. Lakin bu hədisi Zəidənin rəvayətindən də gözəl rəvayət edən bir kəs tanımırıq. Onun rəvayətində İsrail və əl-Fadil bin İyad daha çoxdur. Şubə və bir çox etibarlı ravilər bu hədisi Mənsurdan rəvayət etmiş və burada narahatçılıq olduğunu bildirmişlər.
    İmam Əhməd deyir ki, bizə Hüşeym, Hüseyndən, Ubeyyə bin Kəbin (və yaxud ənsarlardan bin kişinin) belə dediyini danışdı: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə dedi: "Kim İxlas surəsini oxusa, Quranın üçdə birini oxumuş sayılır".
    Ən-Nəsəi isə bu hədisi "Gündüz və gecə" bəhsində Hüşeymin, Huseyindən, onun da İbn Əbu Leylədən etdiyi rəvayətində qeyd etmiş, lakin Hilal binYasəf burada yer almamışdır.
    İmam Əhməd başqa bir rəvayətində belə deyir: Vaki, Süfyanın vasitəsilə Əbu Qeysdən, ibn Məsudun belə dediyini rəvayət edir: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) dedi: ""(Ya Peyğəmbər!) De: O Allah birdir." surəsi Quranın üçdə birinə bərabərdir".
    İbn Məcə də bu rəvayəti Əli bin Muhəmməd ət-Tanəfisinin vasitəsilə Vakidən gətirmişdir. ən-Nəsəi isə "Gündüz və Gecə" bəhsində bu hədisi başqa yollarla Amr bin Meymundan mərfu və mövquf kimi rəvayət etmişdir.
    Yenə imam Əhməd deyir: Bəhz, Bukeyr bin Əbu əs-Samitin, Qatədənin vasitəsilə Əbu əd-Dardadan Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) belə dediyini rəvayət edir: "Sizlərdən kim hər gün Quranın üçdə birini oxumaqda aciz qalar?" Səhabələr dedilər: Bəli, ya Rəsulullah! Bizim bunu etməyə gücümüz çatmaz, biz bunu etməkdə acizik. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurdu; "Həqiqətən, Allah Quranı üç hissəyə ayırdı. "(Ya Peyğəmbər!) De: O Allah birdir." surəsi Quranın üçdə biridir".
    Həmçinin Müslim və ən-Nəsəi bunu Qatədənin hədisindən rəvayət etmişdirlər.
    İmam Əhməd bunları deyir: Umeyyə bin Xalid, Muhəmməd bin Abdullah bin Müslimin vasitəsilə (qardaşım oğlu İbn Şəhəb), o da əmisi əz-Zuhrinin vasitəsilə, o da Humeyd bin Abdurrahməndən (bu ibn Oufdur) anasının (bu qadın Uqbə bin Əbu Mueytın qızı Ummu Gülsümdür) belə dediyini bizlərə rəvayət etmişdir: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə buyurdu: "(Ya Peyğəmbər!) De: O Allah birdir." surəsi Quranın üçdə birinə bərabərdir".
    Ən-Nəsəi "Gündüz və Gecə" fəslində bu hədisi Amr bin Əlinin, Umeyyə bin Xaliddən rəvayət etdiyini buyur və həmçinin Malikin əz-Zuhridən, o da Humeyid bin Abdurrahməndən olan zənciri də qeyd edir. Ən-Nəsəi "Gündüz və Gecə" də buyurur ki, Muhəmməd bin İshaq, əl-Haris bin əl-Fudeyl bin əl-Ənsarinin vasitəsilə Humeyd bin Abdurrahmənin belə dediyini rəvayət edir: Məhəmmədin (ona Allahın salavatı və salamı olsun!) səhablərindən bir qurupu bizlərə Onun (ona Allahın salavatı və salamı olsun!) belə dediyini danışdılar: "Kim İxlas surəsilə namaz qılarsa, bu Quranın üçdə birinə bərabər olar".
    İxlas surəsini oxuyanın Cənnətə düşməsinin vacib olması haqqında varid olan hədislər:
    İmam Malik deyir ki, Abdullah bin Abdurrahmən, Ubeyd bin Hüneynindən Əbu Hüreyrənin belə dediyini eşidib: Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) bigə yol gedirdik. Birdən bir kişinin İxlas surəsini oxuduğunu eşitdi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə buyurdu: "Vacib oldu." Dedim: Nə vacib oldu? O (ona Allahın salavatı və salamı olsun!) isə: "Cənnət vacib oldu" dedi.
    Ət-Tirmizi və ən-Nəsəi bu hədisi Malikdən rəvayət etmişdir. Ət-Tirmizi hədis haqqında belə buyurur: Bu, həsən, səhih və qərib hədisdir. Bu hədis yalnız Malikdən gəlmişdir.
    Bir az əvvəl "Bu surəyə olan sevgin səni Cənnətə salacaq" hədisi qeyd olundu.

    Bu surənin dəfələrlə oxunması haqqında gələn hədislər:

    Əl-Hafiz Əbu Yəla əl-Movsuli deyir ki, Qatn bin Nusir, İsa bin Meymun əl-Qureyşinin vasitəsilə Yəzid əl-Qureyşidən Ənəsin belə dediyini bizə dedi: Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) belə dediyini eşitdim: "Sizlərdən birinizin bir gecədə İxlas surəsini üç dəfə oxumağa gücü çatmazmı? Həqiqətən, İxlas surəsi Quranın üçdə birinə bərabərdir".
    Bu hədisin isnadı zəifdir. İmam Əhmədin dediyi hədis bundan daha yaxşıdır: Muhəmməd bin Əbu Bəkir əl-Muqəddəmi, Muaz bin Abdullah bin Xubeybin öz atasında belə rəvayət etdiyini bildirir: Bir gün çoxlu yağış yağdı və qaranlıq idi. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) bizə gəlib namaz qıldırmasını gözləyirdik. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) çıxdı və mənim əlimdən tutub dedi: "De." Sonra susdu. Dedi: "De." Dedim: Nəyi deyim. Dedi: "Gecə və gündüz İxlas, Fələq və Nas surələri gündə iki kərə hər surəni üş dəfə təkrarlamağın sənə bəs edər".
    Əbu Davud, ət-Tirmizi və ən-Nəsəi bu hədisi ibn Əbu Zibdən rəvayət etmişdir. Ət-Tirmizi deyir ki, hədis bu baxımdan həsən, səhih və qəribdir. Ən-Nəsəi isə bu hədisi bir başqa yolla Muaz bin Abdullah bin Xubeybdən rəvayət edir. Orada "Bütün şey sənə bəs edər." ləfzi var.
    İmam Əhməd, İshaq bin İsanın, əl-Xəlil bin Murranın vasitəsilə Təmim əd-Dəridən belə rəvayət etdiyin buyurur: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə buyurdu "Kim on dəfə Allahdan başqa ibadətə layiq ilah yoxdur, təkdir, doğmayıb, doğulmayıb, Özünə nə bir zövcə, nə də bir övlad götürməmişdir və tayı bərabəri, bənzəri də yoxdur desə, qırx min savab qazanar".
    İmam Əhməd, əl-Xəlil bin Murradan gətiridiyi bu rəvayətində təkdir. Buxarı və başqaları Murranın zəif ravi olduğunu deyir.
    Yenə Əhməd deyir: Həsən bin Musa, İbn Ləhiənin vasitəsilə Zəbbən bin Fəiddən Səhl bin Muaz bin Ənəs əl-Cəhninin öz atasından bizlərə bunları danışdığını dedi: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə buyurdu: "Kim on dəfə İxlas surəsini sona qədər oxuyarsa, Allah təala Cənnətdə onun üçün bir saray ucaldar". Ömər dedi: Ya Rəsulallah! Belədirsə, saraylarımızı çoxaldaq. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Ömərə belə buyurdu: "Allah bundan da çoxunu və daha gözəlini verər". Bu hədisi yalnız Əhməd rəvayət etmişdir.
    Əbu Muhəmməd əd-Dərami özünün "Müsnəd" əsərində deyir ki, Abdullah bin Yəzid, Əbu Aqil Zuhra bin Məbəd (əd-Dəramı bunun əl-Əbdəldən olduğunu deyir) Səin bin əl-Musibin belə dediyini eşidib: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə dedi: "Kim İxlas surəsini on dəfə oxuyarsa, Allah təala Cənnətdə onun üçün bir saray ucaldar. Bu surəni iyirmi dəfə oxuyana iki, otuz dəfə oxuyana isə üç saray ucaldar". Ömər bin əl-Xattab belə dedi: Elə isə öz saraylarımızın sayını artıraq? Peyğəmbər isə: "Allah bundan da çoxunu verər." Bu hədis yaxşı mürsəl hesab olunur.
    Əl-Hafiz Əbu Yəla belə deyir: Nəsr bin Əli, Ənəs bin Malikdən rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə dedi: "Kim İxlas surəsini əlli dəfə oxuyarsa, əlli illik günahları bağışlanar." Hədisin isnadı zəifdir.
    Yenə də Əbu Yəla deyir ki, Əbu ər-Rabi, Hatim bin Meymunun, Ənəsdən belə rəvayət etdiyini deyir: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə dedi: "Bir gündə İxlas surəsini yüz dəfə oxuyana Allah təala min beş yüz savab yazar. Üzərində borcu olandan başqa". Hədisin isnadı zəifdir. Həm Buxari, həm də başqa hədis alimləri onun zəif ravi olduğunu bildirmişlər. Ət-Tirmizi isə bu hədisi Muhəmməd bin Mərzuq əl-Basrinin, Hatim bin Meymundan rəvayət etdiyini bildirir. Ləfzi isə belədir:"Hər gün İxlas surəsini yüz dəfə oxuyanın əlli illik günahları bağışlanar. Üzərində borcu olandan başqa".
    Ət-Tirmizi də bu isnadla belə rəvayət edir: "Öz yatağında yatmaq istəyən əvvəl sağ tərəfi üzərində uzanıb sonra yüz dəfə İxlas surəsini oxuyarsa, Qiyamət günü Allah həmin quluna belə deyəcək: Ey mənin qulun! Cənnətə sağ tərəfinlə gir!" Bu hədis Sabitdən qərib rəvayət edilmişdir. Bu hədis ondan başqa yollarla da rəvayət edilmişdir.
    Əbu Bəkir əl-Bəzzər deyir ki, Səhl bin Bəhr, Həbbən bin Əğləbdən, o da Ənəsdən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) belə dediyini rəvayət edir: "Kim İxlas surəsini iki yüz dəfə oxuyarsa, Allah təala onun iki yüz illik günahını bağışlayar." Əbu Bəkir əl-Bəzzar deyir ki, biz bu hədisin əl-Həsən bin Əbu Cəfər və əl-Əğləb bin Təmimdən başqa gələn sabit rəvayətini bilmirik. Vəbunların hər ikisi də yaddaşlarının zəifliyinə görə bir-birlərinə oxşayırlar.

    Surədə olan Allahın adları ilə dua etmək haqqında varid olan hədislər:

    Ən-Nəsəi bu surənin təfsirində deyir: Abdurrahmən bin Xalid, Abdullah bin Bureydənin öz atasından belə rəvayət etdiyini deyir: O, Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) birgə məsçidə girərkən bir kişi namaz qılırdı. O, bu sözləri deyərək dua edirdi: Allahım, Səndən başqa ibadətə layiq ilahın olmadığı, sənin tək, heç kəsə və heç nəyə möhtac olmaman, doğmayıb və doğulmamış olmağın, tayın və bənzərinin olmaması haqqında gətidiyim şəhadətimi bilməni istərdim. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə dedi: "Nəfsimi əlində tutana and olsun ki, bu, Allahın ən uca adıyla dua etdi. Bu adlarla istənilərsə Allah əta edər, dua olunarsa, Allah cavab verər."
    Bu hədisi digər sünən alimləri müxtəlif yollarla Abdullah bin Bureydənin öz atasından zənciriylə rəvayət etmiş və ət-Tirmizi bu hədisin qərib və həsən olduğunu demişdir.
    Hər fərz namazından sonra bu surənin on dəfə oxunması haqqında varid olan hədis:
    Əl-Hafiz Əbu Yəla əl-Movsuli belə deyir: Abdullah əl-Əla, Bəşir bin Mənsurdan, Cabir bin Abdullahın belə dediyin rəvayət edir: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə dedi: "Üç şey vardır ki, Qiyamət günü imanla birlikdə bunlarla gələn insan Cənnətin istədiyi qapısından girəcək və istədiyi qədər hurilərlə evləndiriləcək: qatilini bağışlayan, borcunu gizli qaytaran və hər fərz namazın sonunda on dəfə İxlas surəsini oxuyan." Əbu Bəkir belə dedi: Bunların biri ilə olsa da, ya Rəsulallah? Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!): "Bəli, biri ilə olsa da."

    Evə girərkən bu surənin oxunması haqqında:

    Əl-Hafiz Əbu əl-Qasim ət-Təbərani belə deyir: Muhəmməd bin Abdullah bin Bəkir əs-Sirac əl-Askəri, Cureyr bin Abdullahdan Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) belə dediyin rəvayət edir: "Kim evinə girərkən İxlas surəsini oxuyarsa, həm öz evindən, həm də qonşu evlərdən yoxsulluq götürülər." Hədisin isabadı zəifdir.

    Müxtəlif məqamlarda bu surənin oxunması:

    Əbu Yəla deyir ki, Muhəmməd bin İshaq əl-Məsihi, Ənəs bin Məlikdən belə rəvayət edir: Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) birgə Təbukda idik. Günəş elə şəfəqli, şöləli və nurlu doğmuşdu ki, biz bundan əvvəl onun bu cür doğduğunu heç görməmişdik. Cəbrail Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) idi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) ona belə dedi: "Ya Cəbrail! Nə səbəbə bu gün mən günəşin belə şəfəqli, şöləli və nurlu doğduğunu görürəm? Bundan əvvəl onun bu cur doğduğunu heç görmədim." Cəbrail belə cavab verdi: Bu, Muaviyə bin Muaviyə əl-Leysiyə görədir. O, bu gün Mədinədə dünyasını dəyişmişdir. Allah onun namazını qıldırmaq üçün yemiş min mələk göndərmişdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə dedi: "Nəyə görə?" Cəbrail isə: O, gecə, gündüz, yeriyəndə, duranda və oturanda İxlas surəsini təkrarlayardı. Ya Rəsulallah, dünyanı sənin üçün tutsam ona namaz qıldırarsanmı? Peyğəmbər: "Bəli" dedi və ona namaz qıldı.
    Əl-Hafiz Əbu Bəkir əl-Beyhəqi özünün "Dələil ən-Nubuvva" kitabında bu hədisi Yəzid bin Harundan, o da əl-Alə bin Əbu Muhəmməddən rəvayət etmişdir. Bu ravi isə hədis uydurmaqda ittiham olunmuşdur. Daha doğrusunu Allah bilir.
    Əbu Yəla belə deyir: Məhəmməd bin İbrahim əş-Şəmi Əbu Abdullah, Əbu Meymunənin vasitəsilə Ənəsin belə dediyini rəvayət edir: Cəbrail Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil oldu və belə dedi: Əl-Leys qəbiləsindən olan Muaviyə bin Muaviyə ölmüşdür. Onun namazını qılmaq istəyirsənmi? Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) dedi: "Bəli." Cəbrail qanadı ilə yerə elə bir zərbə vurdu ki, yarpaqları tökülmüş nə bir ağac, nə də bir çiçək qaldı. Cəbrail Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) taxtını qaldırıb və ona baxdı. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) təkbir gətirərkən onun arxasında iki sıra və hər sırada yetmiş min məlkək var idi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə dedi: "Ya Cəbrail! Muaviyə bin Muaviyə bu məqami Allahdan necə aldı?" Cəbrail isə Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) bu cür cavab verdi: İxlas surəsinə və onun tilavətinə olan sevgisi ilə. O, gedərkən, gələrkən, oturarkən, durarkən və bütün vəziyyətlərdə bu surəni təkrarlayardı.
    Əl-Beyhəqi bu hədisi Məhbub bin Hilalın, Ənəsdən rəvayət etdiyini və bunun daha doğru olduğunu demişdir. Əbu Hatin ər-Razi isə Məhbub bin Hilalın məşhur olmadığını bilbirmişdir. Bu hədis başqa yollarla da rəvayət olunmuş, lakin ixtisar etmək üçün onları qeyd etmədik. Bunların hamısı da zəifdir.

    İxlas surəsinin Fələq və Nəs surələri ilə birlikdə olan fəziləti.

    İmam Əhməd deyir: Əbu əl-Muğira, Əli bin Yəzidin vasitəsilə Uqbə bin Amirin belə dediyini bizə danışdı: Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) qarşılaşdım. Əvvəlcə əlindən tutdum və dedim: Ya Rəsulallah! Mömin nə ilə nicat tapar? Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!): "Ya Uqbə! Dilini qoru, evində otur və bir də etdiyin günahlara görə ağla." Sonra Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) görüşdüm. Əvvəlcə mənim əlimdən tutdu və belə dedi: "Ey Amirin oğlu Uqbə! Tövratda, İncildə, Zaburda və Quranda nazil olunmuş üç surəni sənə öytərməyimmi?" Dedim: Bəli, Allah məni sənə fəda etsin! Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) mənə İxlas, Fələq və Nəs surələrini oxutdurdu və belə dedi: "Ey Uqbə! Bu surələri unutma və bunları bir gecə də olsun oxumadan yatma." Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) mənə "Bu surələri unutma" dediyindən bəri onları unutmadım və bir gecə də olsun bu surələri oxumadan yatmadım. Bir neçə müddət sonra Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) qarşılaşdım. Əvvəlcə əlindən tutdum, sonra dedim: Ya Rəsulallah! Fəzilətli əməllər haqqında mənə danış. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) dedi: "Ey Uqbə! Səninlə qohumluq əlaqələrini kəsənlərlə əlaqələri bərpa et, sənə verməyənlərə sən ver və sənə zülm edənlərdən uzaq dur."
    Ət-Tirmizi "əz-Zuhd" fəslində bu hədisin bəzi hissələrini Ubeydullah bin Zuhrun Əli bin Yəziddən rəvayət etdiyin və hədisin həsən olduğunu bildirir. Əhməd də bu hədisi başqa yollarla rəvayət etmişdir. Həsən bin Muhəmməd, ibn Əyyaşın vasitəsilə Əsyəd bin Abdullah əl-Xasəmidən, o da Fərva bin Mucahid əl-Ləxminin vasitəsilə, Uqbə bin Amirin Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) rəvayət etdiyini bildiri. Bu cür yalnız Əhməd rəvayət etmişdir.
    Buxari, Quteybənin, Aişədən belə rəvayət etdiyini bildir: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) hər gecə yatağına girərkən ovuclarını birləşdirib onlara üfürər və İxlas, Fələq və Nəs surələrini oxuyub bədəninin bacardığı yerlərinə qədər sürtərdi. Əvvəl başına və üzünə daha sonra isə bədəninin müxtəlif hissələrinə sürtərdi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) bu hərəkətləri üç dəfə edərdi.
    Sünən alimləri də həmin hədisi Uqeyildən bu cür rəvayət etmişdirlər.

    1) De: "O Allah birdir;
    2) Allah möhtac deyildir!
    3) O, nə doğmuş, nə də doğulmuşdur!
    4) Onun heç bir tayı-bərabəri də yoxdur!"

    Surənin nazil olma səbəbi haqda əvvəldə ətraflı məlumat verildi. İkrimə demişdir: "Yahudilər: "Biz Allahın oğlu Üzeyrə sitayiş edirik"; nəsranilər: "Biz Allahın oğlu İsaya sitayiş edirik"; məcusilər: "Biz günəşə və aya sitayiş edirik"; müşriklər də "biz bütlərə sitayiş edirik" - dedilər. Allah təala öz Rəsuluna (Ona Allahın salavatı və salamı olsun!) "De: "O Allah birdir..." surəsini nazil etdi. Yəni Allah təkdir, tayı-bərabəri, bənzəri, şəriki və oxşarı yoxdur. Bu ifadə isbat məqsədilə təkcə izzət və cəlal sahibi Allah üçün istifadə edilir. Çünki təkcə Allah Öz sifət və feillərində kamil, mükəmməldir. "Allah möhtac deyildir!" İkrimə İbn Abbasın belə dediyini nəql etmişdir: Yəni O, bütün məxluqatın öz ehtiyac və problemli anlarında sığındığı Allahdır. Əli ibn Əbu Talha isə İbn Abbasdan belə nəql etmişdir ki, "Yəni, O, Öz hökmranlığında mükəmməl və kamil olan hökmran - "Seyyid", ən üstün şərəfə malik "Şərif", əzəmətində ən ali əzəmət sahibi - "Əzim", lütfi ən üstün olan "Həlim", hər şeyi bilən "Alim" və mükəmməl hikmətə sahib "həkim"dir. O, nöqsansızdır, pakdır. O, öz sifət və feillərində kamildir. Onun bənzəri yoxdur, təkdir, yenilməz güc və qüvvət sahibidir. Əmaş Şəqiq vasitəsilə Əbu Vaildən nəql edir ki, "Saməd" sözü hökmranlığın ən alisinə malik olan deməkdir". Bu rəvayəti Asim Əbu Vail vasitəsilə İbn Məsuddan nəql etmişdir.
    Malik Zeyd ibn Əsləmdən "Saməd" sözünün "hökmran, ağa" mənasında olduğunu nəql etmişdir. Qatədə və Həsən isə demişlər: "Yəni O, yaratdıqlarından sonra baqi qalandır". Həsən isə deyir ki, "Saməd diri, hər zaman var olan və zəvala uğramayan biridir". İkrimə isə deyir: Yəni Ondan heç nə çıxmaz və O, heç nə yeməz". Rəbi ibn Ənəsin sözlərinə görə isə, yəni O, nə doğub, nə də ki doğulubdur. Sanki o, sonrakı ayənin "O, nə doğmuş, nə də doğulmuşdur!" "Saməd" sözünün izahı olduğunu qəbul etmişdir. Bu, gözəl təfsirdir. Bu mövzuda İbn Cəririn Ubeyy ibn Kəbdən nəql etdiyi hədis bir qədər əvvəl qeyd edildi. Həmin hədisdə aydın izah verilib. İbn Məsud, İbn Abbas, Səid ibn Museyyib, Mucahid, Abdulla ibn Bureydə və İkrimə də bu fikri dəstəkləyirlər. Səid ibn Cübeyr, Atə ibn Əbu Ribah, Atiyyə əl-Ovfi, Dahhək və Suddi isə "Saməd" sözünün boşluğu olmayan mənasına gəldiyini söyləmişlər. Süfyan da Mənsurun buna bənzər ifadə işlətdiyini bildirmişdir. Şəbi demişdir: "Yəni O, yemək yeməz, içki içməz". Abdulla ibn Bureydə isə həmin sözün parıldayan nur mənasına gəldiyini söyləmişdir. Bütün bu rəvayətləri İbn Əbu Hatim, Beyhaqi və Təbərani nəql etmişlər. Öz növbəsində Əbu Cəfər ibn Cərir də bunları öz isnadları ilə nəql etmişdir. O, bildirir ki, mənə Abbas ibn Əbu Talib (bu isnadın Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) qədər uzandığını bilirəm) Saməd sözü qarnı olmayan mənasına gəlir". Bu isnad "qərib"dir. Səhih olan bunun Abdulla ibn Bureydəyə "mövquf" olmasıdır.
    Əbul Qasim ət-Təbərani "Sünnə" fəslində Saməd sözünün təfsiri barəsində deyilən fikirlərin bəzilərini qəbul etməyərək demişdir: "Bir şey düzdür ki, izzət və cəlal sahibi Rəbbimizin sifətidir. Ehtiyac anında sığınılan Odur, O isə heç kimə sığınmaz. Onun hökmranlığı sonsuzdur. Onun qarnı yoxdur, nə yeyər, nə də içər. O, yaratdıqlarından sonra da yaşayan və baqi qalandır. Beyhaqi də buna bənzər fikir söyləmişdir.
    "O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri də yoxdur!" Yəni Onun nə övladı, nə valideyni, nə də arvadı vardır. Mucahid "Onun heç bir tayı-bərabəri də yoxdur" ayəsi haqda demişdir: "Yəni onun arvadı yoxdur". Belə ki, Allah təala başqa ayədə buyurmuşdur: "O, göyləri və yeri (yoxdan) var edəndir. Allahın necə övladı ola bilər ki, Onun heç bir yoldaşı (zövcəsi) yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir!" (əl-Ənam, 101) Allah hər şeyin yaradıcısı, sahibidir. Belə olan halda Onun yaratdığı hər hansı bir canlı Ona necə tay ola bilər?! O, müqəddəsdir, nöqsansızdır, ucadır. Allah təala buyurur: "(Müşriklər): "Rəhman özünə övlad götürmüşdür!" - dedilər. Siz, doğrudan da, olduqca pis bir şey etdiniz (çox böyük-böyük danışdınız)! Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun! (Müşriklərin) Rəhmana övlad isnad etdiklərinə görə! Halbuki Rəhmana özünə övlad götürmək yaraşmaz. Çünki göylərdə və yerdə olan bütün məxluqatdan bir eləsi yoxdur ki, (qiyamət günü) Rəhmanın hüzuruna bir qul kimi gəlməsin. And olsun ki, (Allah) onları (bütün yaratdıqlarını) hesablamış və təkrar-təkrar saymışdır. Onların hamısı qiyamət günü Onun hüzuruna gələcək". (Məryəm, 88-95).
    Başqa bir ayədə uca Allah buyurur: "Rəhman (mələklərdən Özünə) övlad götürdü!" - dedilər. O, pakdır, müqəddəsdir! (Belə şeylərdən tamamilə uzaqdır!) Xeyr, (mələklər Onun övladı deyil, xəlq etdiyi) möhtərəm qullardır. (Mələklər) Ondan qabaq söz danışmaz, Yalnız Onun əmri ilə iş görərlər". (əl-Ənbiya, 26-27) Həmçinin, "Müşriklərə həm də özlərindən) Onunla (Allahla) cinlər (pərilər, yaxud mələklər) arasında bir qohumluq əlaqəsi icad etdilər. Həqiqətən, cinlər onların (bu sözü deyənlərin qiyamət günü Cəhənnəmə) gətiriləcəyini bilirlər. Allah (müşriklərin) Ona aid etdikləri sifətlərdən təmamilə uzaqdır!" (əs-Saffat, 158-159) Buxarinin "Səhih" əsərində Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə buyurduğu rəvayət edilmişdir: "Eşitdiyi əziyyətlərə görə Allah ən səbrlidir. Övladı olduğunu iddia edmələrinə baxmayaraq Allah onları ruziləndirir və sağlam edir". Buxari başqa bir hədis nəql edərərk deyir: Bizə Əbu Yəman Əbu Hureyrədən Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu nəql etmişdir: "İzzət və calal sahibi Allah buyurdu ki, Adəm övladı nahaq yerə məni təkzib etdi və söydü. Onun məni təkzib etməsi "məni ilk dəfə yaratdığı kimi yenidən dirildə bilməyəcək" - deməsidir. "Allah özünə övlad götürdü" - deməsi ilə isə məni söydü. Mən heç nəyə möhtac deyiləm. Nə doğmuş, nə də doğulmuşam. Mənim tayım və bənzərim yoxdur". Bu rəvayəti eyni şəkildə Əbdürrəzzaq Mumar ibn Munbah vasitəsilə Əbu Hureyrədən nəql etmişdir. Lakin hər iki rəvayətin nəqlini təkcə Buxari qeyd etmişdir.

    "Əl-İxlas" surəsinin təfsiri sona çatdı. Həmd və səna Allaha məxsusdur.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 922 | Tarix: 23.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2012  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 2
    Qonaqlar: 2
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru