Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyun » 27 » ONLAR ALLAHDAN QORXARDILAR...
    ONLAR ALLAHDAN QORXARDILAR...
    23:16
    Əbu Bəkr Siddiq (Allah ondan razı olsun). Axirət günü haqq-hesab verməyin məsuliyyətindən qorxaraq deyərdi: “Kaş ki, bir möminin bədənindəki tük olaydım”. “Kaş ki, heyvanların yediyi ot olaydım” Dilini tutaraq:”bax, məni bəlalara bu saldı” deyərdi. Ömər ibn Xattab (Allah ondan razı olsun): Tur surəsinin oxuyub, 7-ci ayəsinə (“Rəbbinin əzabı hökmən vaqe olacaqdır.”) çatdıqda Allah qorxusundan hönkür-hönkür ağlayaraq, xəstələnər, insanlar da ziyarətinə gələrdilər. Gecə Quran oxuyarkən ayəni düşünüb dəhşətə gələr, günlərlə Allah qorxusundan evdən çıxa bilməz, insanlar da xəstələndiyini zənn edib ziyarətinə gələrdilər. Üzündə ağlamaqdan iki qara cizgi əmələ gəlmişdi. Bir dəfə İbn Abbas (Allah ondan razı olsun) ona “Allah sənin səbəbinlə şəhərlər qurdu, fəthlər etdirdi “dediyi zaman “kaş ki, savab bir tərəfə, günahlarsız əzabdan qurtula bilsəydim”cavabını vermiş, haqq-hesab gününün ağır məsuliyyətinə işarə etmişdi. Osman bin Avfan (Allah ondan razı olsun) Bir qəbrin başında dursa saqqalı yaşaranadək ağlayar və “Cənnətlə Cəhənnəm arasında dursam, hansına girəcəyimi bilmədən əvvəl qul olmağı üstün sayardım”. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) “Uzun əməl Axirəti adama unutdurur, nəfsinin istəklərinə uymaq isə haqqa mane olur. Diqqətli olun! Dünya bizdən uzaqlaşır, Axirət isə bizə doğru yaxınlaşır. Hər ikisinin də öz adamları var. Siz dünyanın deyil, Axirətin adamlarından olun. Çünki bu gün əməl var, haqq-hesab isə yoxdur, sabahsa haqq-hesab olacaq, əməl isə olmayacaq”. Əbu Dərda (Allah ondan razı olsun): “Qiyamət günü ən qorxduğum sual mənə “Ey Əbu Dərda, bilirdin. Bəs niyə əməl etmədin?”deyilməyidir. “Ölümdən sonra nəylə qarşılacağınızı bilsəydiniz, iştaha ilə yemək yeməz, su içməz, kölgələnmək, dincəlmək üçün evlərinizə çəkilməz, (əvəzində) dağlara çıxar sinənizə vurub öz halınıza ağlayardınız. Ah… kaş ki, əkilən və meyvəsi yeyilən bir ağac olardım.” Ibn Abbas (Allah ondan da atasından da razı olsun): Gözlərinin altında ağlamaqdan əmələ gəlmiş qara ləkə vardı. Əbu Zərr (Allah ondan razı olsun) “Kaş ki, əkilən bir ağac olaydım, kaş ki, yaradılmayaydım” deyərdi. Beytül Maldan maaş təklif edildiyi zaman:”Evimdə südünü içdiyimiz bir keçi, yüş daşımaq üçün istifadə etdiyimiz bir qatır, işlərimizdə kömək edən bir qulluqçu və bir əba var. Mən onlara görə Axirət günü nə cavab verəcəyimi bilmədiyim halda, maaşın hesabını necə verim?” Bu o insanların Yaradıcıları qarşısında qorxusu, qəlb səksəkəsi idi ki,gecələri ibadətdə, gündüzləri xeyir əməllər görməklə keçərdi. Onlardan hansı birinin təcümeyi-halına müraciət etsən, Allahın insanı yaradılış səbəbi olan ibadətdən kənar bir işdə görməzsən. Bununla belə, əməllərini kiçik görər, arxayınlaşmaz, Rəbblərindən qorxar, Allahın razı qaldığı işlər görməkdən bircə an belə kənar düşməzdirlər. “Allahdan qorxun ki, nicat tapasınız!”(Quran, Bəqərə, 189) İbn Məsud (Allah ondan razı olsun) deyir ki: «Mömin günahlarını dağ boyda görər və sanki o, dağın üstünə düşəcəyindən qorxar. Günahı kiçik görən facir isə işlədiyi günahı burnun üzərinə qonan milçək kimi görər» Buxari. Həsən əl-Bəsri (Allah ona rəhmət etsin) deyərdi: “Allahdan ancaq mömin qorxar. Və ancaq münafiq özünü Onun qəzəbindən rahat hiss edər”. Ey qəlb! Bəs səni belə əmin-amanlığa, qayğısızlığa salan nədir? Nəyə arxayınsan? Hansı əməlinə bel bağlamısan?
    Ummu Abdul-Aziz
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Muslimah_92 | Baxılıb: 570 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2012  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru