Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19619 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16665 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13814 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9564 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9090 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyun » 24 » İslamda məzhəb mənsublarının bir-birlərini kafir saymasının yolverilməzliyi
    İslamda məzhəb mənsublarının bir-birlərini kafir saymasının yolverilməzliyi
    11:54
    İslamda məzhəb mənsublarının bir-birlərini kafir saymasının (İslamda buna təkfir deyilir) tarixi bir kökü vardır.

    Tarixdən bizə bəlli olan xəvariclər islam tarixində belə bir təfəkkürün banisi olmuşlar.Bəlkə də İslam aləmində ilk dəfə müsəlmanların təfəkkürünü qarışdıran məsələ elə bunun özü olmuşdur. Bu hadisə hərbi-siyasi məqsədlər daşıyaraq bir neçə əsr davam etmiş və müasir dövrümüzdə də səslənməkdədir. Təkfir məsələsini təhlil etmək üçün onun səbəblərini, onu doğuran amilləri araşdırmağa ehtiyac vardır. Bu təfəkkürün yaranma səbəblərini tədqiq edərkən aşağıdakı amilləri göstərmək olar:
    1. İslam ictimaiyyətində küfrün açıq-aşkar yayılması. Belə ki, küfr təbliğatçıları çəkinmədən öz təbliğatlarını, istər kütləvi informasiya vasitələri ilə, istərsə də müxtəlif başqa yollarla cəmiyyət arasında yayırlar. Adicə reklamların ona aid olmayan açıq-saçıq şəkil və süjetlərlə zəngin olması və müsəlman cəmiyyətində buna qarşı reaksiyanın müşahidə edilməməsi faktı təkfir məsələsini aktuallaşdırır. İslam ictimaiyyətində nəzərə çarpacaq dərəcədə onları bu təbliğindən çəkindirən dini qrumların və təşkilatların fəaliyyətinin olmaması da onun vüsət almasına səbəb olur.
    2. Sağlam islami düşüncəyə malik olan təfəkkür sahiblərinin təqib edilməsi, onların sıxışdırılması. Halbuki onlar İslam dinini Quran və Sünnə əsasında təbliğ edirlər. Belə sağlam düşüncəli İslam təbliğatçılarının sıxışdıılması radikal qüvvələrin yaranmasına səbəb olur. Deməli, açıq dialoqların və masaarxası fikir mübadilələrinin olmaması belə problemlərin ortaya çıxmasına şərait yaradır.
    3. Təkfir sahiblərinin İslam şəriətini yaxşı mənimsəməməsi. Bu, onların mənfi cəhətidir və bu sahədə onlarda kasadlıq mövcuddur. İslam elmlərini və ərəb dilini yaxşı mənimsəməmək, bəzi Quran ayələrindən xəbərdar olub, o biri ayələri nəzərdən keçirməmək, möhkəm və mütəşabih ayələri bir-birindən fərqləndirməmək, İslam şəriətinin ümumi külliyyat qaydalarından xəbərsiz olmaq, bəzi hədisləri zahirən götürüb o biri hədislərlə əlaqələndirməmək, bəzi hökmləri sətirüstü başa düşüb sətiraltı mənasına varmamaq və s. vacib olan məsələləri öyrənməmək önəmli olan böyük məsələlərdə savadsızcasına fətva verməyə gətirib çıxarmışdır.
    İslam dinində təkcə ixlaslı olmaq kifayət deyildir. Bununla bərabər, Allahın şəriətini və hökmlərini bilmək zəruridir. Ona görə də İslam dini ibadətdən, cihaddan öncə elmə yiyələnməyi bizə tövsiyə etmişdir. Yoxsa, momin özü də bilmədən yolunu aza bilər. Onun ibadətini qoruyan onun elmidir. Alimin abiddən üstünlüyü də məhz elminə görədir. İmam Həsən əl-Bəsri deyir: “ Elmsiz əməl sahibi əyri yolda gedən kimidir. Elmsiz əməl sahibi islahdan çox fəsad törədir. Elmsiz əməl sahibi xeyrdən çox zərərlə üzləşir. Elə elm öyrənin ki, ibadətinizə zərər gətirməsin, elə ibadət edin ki, elminizə zərər gətirməsin. Bəziləri elmi tərk edib ancaq ibadət etdilər, nəhayət, Peyğəmbər ümmətinə qarşı çıxıb onlara qılınc qaldırdılar. Əgər onlar elm də öyrənsəydilər, elmləri onları xətaya düşməkdən qoruyardı.”
    Kimləri kafir hesab etmək olar?
    Açıq-aşkar küfrə düşüb öz küfrlərində israrlı olanları kafir hesab etmək olar. Amma kimlərisə kafir hesab etməkdə ən çox önəm verilməli və həddindən artıq diqqətli olmalı məsələ isə, növ ilə müəyyən şəxslər arasında fərqin olmasını bilməkdir. Məsələn, Bəhailər kafirdir deyirik, əlbəttə bu, növə aiddir. Amma “filankəs bəhaidir və o kafirdir!” demək isə müəyyən şəxsə aiddir. Bunu demək olmaz! Niyə? Çünki onun bəhai olması bizə tam bəlli olmalıdır. Buna yəqinliyimiz olandan sonra biz onu kafir hesab edə bilərik. Əks təqdirdə, kafir olmayanı kafir saymaq günahdır. Deməli, müəyyən şəxslərin bəhai növündən olması məsələsinin aydınlaşdırılması vacibdir. Əgər bizə aydın olsa ki, o, həqiqətən də bəhaidir və o, özü də bunu etiraf edirsə, onda biz onu kafir hesab edə bilərik. Əgər kimisə kafir çıxarmaq məsələsi müəyyən şəxslə bağlıdırsa, bu məsələdə diqqətli olmaq lazımdır. Biz açıq deyə bilərik ki, Allahın şəriətindən üz döndərib ona qarşı ədavət aparanlar, özləri tərəfindən qoyduqları qanunları Allahın qanunlarından üstün tutanlar kafirlərdir. Lakin kimlərin onlardan olmasına və ya olmamasına diqqət yetirmək lazımdır. Biz o adamları dindirməli, ona sübut etməli, şübhələrini aradan qaldırmağa çalışmalı, bütün bunlardan sonra onun kafir olub-olmamasına hökm verə bilərik. Ola bilsin ki, onun dediyi söz küfrdür, lakin onun bu sözü nə məqsədlə deməsini aydınlaşdırmaq lazımdır. Məsələn, Allah təala Qurani-kərimdə buyurur: “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu cəhənnəmə girəcəklər” (Nisa,10). Allahın verdiyi bu qorxulu vədlər haqdır. Lakin bu qorxulu vədin müəyyən şəxsə şamil olmasına şahid durmuruq. Bəlkə ona şamildir, bəlkə də yox! Amma biz bilirik ki, yetimlərin mallarını haqsızcasına yeyənlərin cəzası alovlu cəhənnəmə girməkdir. Bunun müəyyən şəxsə şamil edilməsində hansısa şərtin tam olmamasının mümkünlüyü, bu əzabın ona aid olmasına hansısa maneə yarada bilər.Biz ona: “yetimlərin mallarını haqsızcasına yeməyin cəzası budur!”- deyə bəyan etməliyik. Bəlkə o, etdiyi əmələ görə tövbə edib yetimin haqqını bir vaxt qaytaracaqdır. Və ya qazandığı yaxşı əməllər onun günahlarını yuyacaqdır. Bəlkə qazandığı bu günaha görə dünyada hansısa bir müsibəti çəkməklə günahından təmizlənəcəkdir. Və ya Allahın lütfü ona şəfaət olacaqdır. Bu hallar baş verə bildiyi təqdirdə biz asanlıqla özümüzdən kimlərisə kafir çıxarda bilmərik. Sadəcə deyə bilərik ki, Allahın buyurduğu kimi, bu qrupdan olan insanlar və ya yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar qiyamətdə alovlu cəhənnəmə girəcəklər. Bunu onlara çatdıra bilərik ki, onlar etdikləri pis əməllərdən, günahlardan çəkinsinlər. Amma ehtiyat etmədən və ya çəkinmədən “Allah sənin haqqında belə buyurub və sən Cəhənnəmə girəcəksən”- deməyimiz doğru deyildir. Bu, İslama hikmətlə, öyüd-nəsihətlə edilən təbliğatın prinsiplərinə uyğun deyildir.
    Bura qədər söylədiklərimiz və son dərəcə ehtiyatlı olmağımız, məhz küfr sahibləri ilə bağlı idi. Onda bəs necə ola bilər ki, “Lə iləhə illəllah, Muhammədun Rəsulullah” kəlməsini dilinə gətirən bir müsəlmanı biz kafir hesab edə bilərik?! Onun yaxşı əməlləri ilə pis əməlləri bir-birinə qarışmış olsa belə, buna kim cəsarət edə bilər.
    Şəhadəti dilinə gətirmək onların qanını malını toxunulmaz qərar verir. Bizə vacib olan onlara zahirən hökm verməkdir. Madam ki, onlar zahirdə şəhadəti dillərinə gətirirlərsə, biz onları müsəlman hesab etməliyik. Qəlbləri bilən isə Allahdır. Səhih hədisdə Rəsulullah (s) buyurub:“ Mənə insanlarla vuruşmaq əmr olunub, o vaxta qədər ki, onlar Lə iləhə illəllah desinlər, əgər desələr, onların qanı da, malı da məsumdur (toxunulmazdır). Haqq naminə istisna olmaqla (əgər qəsdən adam öldürübsə, ondan qisas alınır, oğurluq edibsə, əli kəsilir və s.). Hesabları isə Allahadır”.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 500 | Tarix: 18.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2012  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru