1)- Allah taaladan uzaqlaşmaq Allah taala belə əməllərə nifrət etdiyinə görə onları haram etmişdir. Allah taala belə günahları qeyd etdikdən sonra buyurmuşdur: "Bütün bunlar Rəbbinin dərgahında bəyənilməyən (məkruh), pis şeylərdir." (əl-İsra: 38).
Müsəlmanların Qurana münasibəti ciddi araşdırma tələb edir. Çünki onlar ilk əsrlərdən sonra əsas diqqətlərini Quranın oxunuş qaydalarına, hərflərin dəqiq tələffüzünə, nəğməli və uzun tələffüz edilən hərflərə, bir sözlə onun formasına yönəltdilər. Müsəlmanlar Quranın dəqiq oxunuşuna Peyğəmbərin zamanında necə idisə elə də riayət etdilər. Onun formasını bütün dəqiqliyi ilə qoruyub saxladılar.
Bəla burasındadır ki, əksər islam ölkələrindəki moizəçilər, məscid imamları “qaranlıqda odunla birlikdə ilan da toplayırlar”. Onlara nə var hədis səhihdir ya yox, təki hədis xalqı riqqətə gətirsin, insanları təsirləndirsin; İştirak etdiyim elə bir cümə xütbəsi, moizə dərsi yoxdur ki, orada “zəif” və ya “hədsiz zəif”, ya da uydurma sayılan bir neçə hədis eşitməyim.