Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyun » 8 » Qurana münasibətdə müsəlman zehniyyətinin problemləri
    Qurana münasibətdə müsəlman zehniyyətinin problemləri
    09:15
    Müsəlmanların Qurana münasibəti ciddi araşdırma tələb edir. Çünki onlar ilk əsrlərdən sonra əsas diqqətlərini Quranın oxunuş qaydalarına, hərflərin dəqiq tələffüzünə, nəğməli və uzun tələffüz edilən hərflərə, bir sözlə onun formasına yönəltdilər. Müsəlmanlar Quranın dəqiq oxunuşuna Peyğəmbərin zamanında necə idisə elə də riayət etdilər. Onun formasını bütün dəqiqliyi ilə qoruyub saxladılar.

    Əslində, onlar digər millətlərdə müşahidə edilməyən şeyi etmişdilər... Adi insanın eşitdiyi və ya söylədiyi “oxudum” sözü o deməkdir ki, həmin insan ona gələn məktubu və ya əlinə düşən kitabı oxuyub başa düşüb. Bu mənada “oxudum” “başa düşdüm” deməkdir... Məna baxımından fəhm və oxu, dinləmə və qavrama arasında dərin fərq yoxdur.
    Müsəlmanlar, heç bilmirəm ha nsı səbəbdən oxumaq və düşünmək arasında fərq qoyublar. Günümüzün müsəlmanı Quranı, bir deyim var: bərəkət üçün oxuyurlar. Nə mənasını anlayır, nə də məğzini qavrayırlar.
    Belə münasibətin səbəbini öyrənməyə çalışıram. Görürəm ki, dinin özü bu cür formal yanaşmanı rədd edir. Çünki Quranın göndərilmə səbəbi haqda Allah təala buyurur:
    “(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!” (Sad, 29).
    Yəni, Quran göndərilib ki, düşünək, başımızı işlədək, nəticə çıxaraq, dərk edək! Ancaq biz hara, düşünüb dərk etmək hara!
    Haradadır düşünüb ibrət almaq?! Mənaya nüfuz etməyən, məqsədi anlamayan səthi qiraətlə bu mümkündürmü? Təbii ki, yox! Düşünmək, ibrət çıxarmaq ona görə lazımdır ki, bu ümmətə nəyin lazım olduğunu dərk edək, bəşəriyyətə yenidən böyüklük edib xeyrə yol açsın deyə, itirilmiş əvvəlki mövqeyini ona qaytaraq...
    Eləcə də Rəhmanın qullarının Qurani-Kərimdə göstərilmiş bir sıra keyfiyyətlərinə müsəlmanlarda rast gəlmirəm. Məgər Rəhmanın qulları Quranı bütün əzaları ilə “oxumurdular?!” Onlar əvvəlcə dinləyir, sonra görür, daha sonra da hərəkətə keçirdilər.
    Bəli, mümkündür ki, Quranın bir sözü və ya cümləsi onu oxuyana qəribə gəlsin və o, bunları başa düşməsin. Çünki Quran bəlağətdə zirvədir, ərəb dilinin nəhəng abidəsi, ədəbiyyatının da ölməz şah əsəridir. Ancaq buna rəğmən, müsəlman Quranda Rəhmanın qulları haqda deyilmiş bu kəlamı nəzərdən qaçırmamalıdır:
    “O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt özünü onlara qarşı kar və kor kimi aparmaz” (əl-Fürqan, 73).
    Dövrümüzdə özlərini kar və kor kimi aparanlar lap çoxdur. Başqa millətlər Qurana müsəlmanların bu cür münasibətini yaxşı başa düşürlər. Bu səbəbdən görürük ki, beynəlxalq radio tezliklərində Quran verilişlərinə xüsusi vaxt ayrılır. London radiosu öz işinə Quranın oxunuşu ilə başlayır. Bəlkə də müəyyən münasibətlərdə İsrail radiolarında da Quran oxudulur. Sanki onlar da bilirlər ki, müsəlmanlar Qurana qulaq asır, amma onu dərk etmirlər.
    Qurana bu cür münasibətdən uzaqlaşmalı, buna səbəb olmuş amilləri aradan qaldırmalıyıq. Şəxsən mən bu cür münasibətə bəraət qazandıracaq hər hansı bir ağlabatan söz eşitməmişəm. Bəziləri iddia edir ki, Əhməd ibn Hənbəl (Allah rəhmət etsin!) yuxuda Allahı görür və Ondan Ona yaxınlaşdıracaq ən sevimli əməl haqda soruşur. Allah ona deyir: “(Bu əməl) mənim kitabımı oxumaqdır”. Əhməd ibn Hənbəl sual edir: “Başa düşüb yoxsa düşməyib oxumaqmı?” Allah da cavab verir ki, həm başa düşməklə, həm də düşməməklə!!!
    Məlumdur ki, dinin hökmlərini yuxuya əsaslanaraq çıxarmaq yolverilməzdir. Fərqi yoxdur həmin yuxunu kim görüb. Hökmün mənbəyi Allahın kitabı, Peyğəmbərin də (Ona Allahın xeyir-duası və salamı olsun!) sünnəsidir.
    Doğru və ya səhv olmağından asılı olmayaraq, Əhməd ibn Hənbəlin bu yuxusu müsəlmanların düşdükləri acınacaqlı vəziyyətə bəraət qazandırmamalıdır.
    Quranı hər bir cümləsini dəqiqliklə baş düşüb şüurlu şəkildə oxumaq lazımdır. Hər bir kəs Quran ayələrinin mənasını başa düşmək, mətləbi anlamaq üçün bacardığını etməlidir. Bu da kara gəlməzsə, işi əhlindən soruşmalıdır...
    Quranı öyrənmək davamlı olmalıdır, – bu, bir tələbdir. Quranı öyrənmək dedikdə: a) onu oxumaq; b) başa düşmək; v) düşünüb dərk etmək; q) ilahi qanunauyğunluqları, mədəni öndərliyin ünsürlərini aydınlaşdırmaq; ğ) tövsiyələrdən, hökmlərdən, həvəsləndirmə və çəkindirmə göstərişlərindən, mükafat və cəzadan xəbərdar olmaq başa düşülür. Bir sözlə, itirilmiş qüdrətin geri qaytarılması üçün müsəlmanların möhtac olduqları hər bir şeyi əldə etmək Quranı öyrənmədən asılıdır.
    Əqqadın[1] bir şerini oxumuşdum. “Psixoloji halətlər” adlanan bu şerin məzmunu belə idi: insan oxuduğu kitabla kamilləşir, onun məzmununu dərindən başa düşmək üçün ondakı səhnələri, surətləri xəyalən yaşamalıdır. Əgər adi kitab üçün belə bir şey tələb olunursa, onda Allahın kitabı buna daha layiqdir. Əvvəlki müsəlmanlar bu cür idilər. Onlar Quranı oxuyur, onun səviyyəsinə yüksəlirdilər. Biz də Allahın kitabını oxuyuruq, amma onu öz səviyyəmizə endiririk. Bu, ona qarşı ədalətsizlik deyilmi?!
    Digər tərəfdən, Quran kimə ki nazil edilmişdi, onun şəxsiyyətində dərin iz buraxmışdı. Bu, Allahın rəsulu idi. Xanım Aişənin (Allah ondan razı qalsın!) dediyi kimi: “Onun əxlaqı Quran idi!”[2] Bu, o deməkdir ki, Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) Quran abı-havasında yaşayır, davranışlarında da onun dəyərlərini əsas tuturdu. Söhbət Allahdan gedəndə fikri-zikri Allahda olardı. Kainat, ondakı güc və əsrarəngizliklər haqda ayələr nazil olanda kainata xəyalən səyahət edər, Allahın qanunauyğunluqlarını düşünərdi. Quran qissələrini oxuduğunda keçmiş qövmləri xəyalında canlandırar, başlarına gələn müsibətlərdən, əhvalatlardan ibrət çıxarardı. Axirət cəzasını təsvir edən ayələr isə onun düşüncələrini o dünyaya, cənnət və cəhənnəmə yönəldərdi. Bir sözlə, Allahın rəsulu Quranla nəfəs alırdı. Quran onun həyatı idi. Bu səbəbdən İmam Şafei (Allah rəhmət etsin!) demişdi: “Sünnə Peyğəmbərin Quranı başa düşməsi idi. O, həyatı boyu aşkarda da, gizlində də Qurana bağlı olmuşdur”.
    Quranın nazil olub formalaşdırdığı ümmət bir möcüzədir. Bu möcüzə göstərir ki, Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) sağlam nəsillər yetişdirmiş, ən gözəl şəkildə onları tərbiyələndirmişdi. Məhz bu nəsillər bəşəriyyətə Quran mədəniyyətini bəxş etmişdilər. Ərəblər Quranı oxudular və nəticədə şuraya “hə”, istibdada da “yox” deyən ümmətə çevrildilər. Bu ümmət sosial ədaləti əldə bayrağa çevirib təbəqələşməni tarixin arxivinə atmağı bacardı; irqi bərabərsizlikdən üz çevirib təkəbbür mərəzinə tutulmadı, başqa xalqlara yuxarıdan aşağı nəzər salmadı. Sasani sərkərdəsinə: “Allah bizləri ona görə göndərib ki, bəndəni bəndəyə köləlikdən qurtarıb Allaha ibadətə yönəldək. İnsanları dünyanın darlığından dünya və axirət genişliyinə, dinlərin cövründən də islamın ədalətinə qovuşduraq” – sözlərini söyləyən Rəb`i ibn Amir (Allah ondan razı qalsın!) məhz bu ümmətin yetirməsi idi. Bəli, onlar dünyanın yeni fatehləri olub insanlığı canladan, məqamına məqam qatan mədəniyyətin baniləri idilər. Çünki Quranın səviyyəsinə qalxa bilmişdilər. İslam mədəniyyətini quranlar Quranın yetişdirdiyi nəsillər idi. Bu səbəbdən fars ədəbi fikrinin, yunan fəlsəfi təlimlərinin psixoloji-ideoloji təsiri öz gücünü itirməyə başladı. Axı Quran yeni bir şey gətirmişdi: nəzəri, mücərrəd söz (yunan, bizans və fars ideoloji-fəlsəfi və sosial-dini fikri üçün xarakterikdir) konkret əmələ çevrilmişdi. Varlığa şüurlu ehtiram, onun qanunauyğunluqlarını öyrənmə, yer üzünü abadlaşdırıb mədəniyyət qurmaq üçün dünyaya real münasibət – bütün bunlar islamın bəşəriyyətə ərməğanı idi.
    Qədim yunan fikri mücərrəd təbiətə malik idi. Materiya əhəmiyyətsiz şey sayılırdı. Materiyaya üzərində üstünlük mənəviyyat demək idi. Quranın bu məsələdəki mövqeyi isə elmi-praktikdir. Quran materiyaya əhəmiyyət verir. Hətta materiyanı yaradan Allah ona and içir. Ona görə and içir ki, öz sirlərini kainata əmanət edib. Özü də əzəmətinin sirlərini əmanət edib! Uca sifətlərinə dəlalət edən əlamətləri də bu kainatda yerləşdirib. Elə isə Qüdrətli və Böyük Allahın haqqıdır ki, kainatı dolduran ulduzlara, göy cisimlərinə, insana, doğana, doğulana, küləklərə, “şəfəqə”, “gecəyə və (gecənin) qoynuna aldıqlarına”, “bədirlənməkdə olan aya” and içsin. Kainatın ecazkarlığı Quranda açıq-aşkar göstərilib.
    Müsəlman ümməti Quranı tərk etdiyi və ya onu dini himn kimi oxumağa başladığı zaman dünya ilə əlaqəsini itirdi. Nəticədə bu kainatı, dünyanı başqaları öyrəndi. Öyrəndiklərini də mövqelərini, prinsiplərini, ateist və “üç üqnüm” zehniyyətini möhkəmləndirmək üçün istifadə etdilər. Biz isə... Quranımızın düşüncə kitabı olmağına, – bu məqamda Əqqadın “Düşünmək Quranın vacib bildiyi əmrdir” – sözünü xatırlayıram – kainatla, dünya ilə səsləşməyinə baxmayaraq, onu tərk etdik. Nə idi buna səbəb? Nə idi bizi kainatı, dünyanı öyrənməkdən tutub-saxlayan? Cavab gün kimi aydındır: Quranımızı lazımınca başa düşə, ona layiqli davamçı ola bilmədik, ona tələb olunan münasibəti bəsləmədik; onu oxuduq, səhvi yalnız və yalnız təcvid qaydalarına əməl etməyənlərdə tutduq! Düzdür, bu cür səhvlərə qarşı çıxmaq Qurana olan qayğını, sevgini göstərir. Ancaq eyni zamanda əsas diqqəti Quranın məzmunundan, mahiyyətindən uzaqlaşdırır, – problem elə burasındadır. Ayələrin məğzini tuta bilmək, hikmətini anlamaq, məzmuna bələd olmaqla əməli müstəviyə adlamaq – bütün bunlardan uzaq qaldıq!
    Quran haqda hər dəfə danışmağa başlayanda mütləq və mütləq bu məqama diqqəti cəlb etməliyik. Əks təqdirdə dinimizdən, onun çeşməsindən – Qurandan özümüzü təcrid etmiş olarıq!
    Quran şəxsiyyət yetişdirir, xalqları tərbiyə edir, mədəniyyət qurur, – budur onu qüdrəti, budur onun ülviyyəti! Əgər bir insan yanmaqda olan qəndilin işığını görmürsə, deməli, gözləri qapalıdır. Problem işıqdan faydalanmaq istəməyən qapalı gözlərdədir, qəndildə deyil! Uca Allah buyurur:
    “Ey kitab əhli! Sizə kitabda (Tövratda və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan (və ya sizdən bir çoxunu bağışlayan) Peyğəmbərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Quran) gəldi.
    Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Quran vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!” (əl-Maidə, 15-16).
    Bəli, biz Allahın istədiyini etmədik, islamın yolu ilə addımlamadıq. Dünyaya islamı, beş qitəyə də Quranı bəyan edə bilmədik... Dünyamızda beş milyard insan Quranın nurundan xəbərsizdir, bundan heç xəbərləri də yoxdur. Bilirsiniz nə üçün? Çünki biz müsəlmanlar özümüz bu nurdan xəbərsizik. Bir şeyi itirmişiksə, onu başqalarına necə verə bilərik?!
    Məqalə mərhum Məhəmməd əl-Qəzalinin “Qurana münasibətimiz necə olmalıdır?” kitabından tərcümə edilib.

    [1] Abbas ibn Mahmud ibn İbrahim ibn Mustafa əl-Əqqad (1889-1964) – Misirli, görkəmli ədib, alman, ingilis və fransız dillərinin dərin bilicisi. Ədəbiyyat sahəsində səksən üç kitabı çıxıb.
    [2] Hədisi İmam Əhməd, Əbu Davud və Nəsai rəvayət etmişlər. İmam Müslim isə “Allahın peyğəmbərinin əxlaqı Quran idi” – deyə rəvayət edib.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 568 | Tarix: 23.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2012  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 4
    Qonaqlar: 4
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru