Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19629 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16748 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13827 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9576 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9099 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyun » 8 » “Təqvalı müsəlman boğazından keçən loxmanın halal olub-olmamasına diqqət etməlidir”
    “Təqvalı müsəlman boğazından keçən loxmanın halal olub-olmamasına diqqət etməlidir”
    09:12
    Qida və Tələbat Mallarına Nəzarət və Sertifikatlaşdırma Araşdırmaları Dərnəyinin (QTMNSAD) sədri Hüseyn Kami Böyüközər ilə müsahibə.

    QTMNSAD-ı təsis etmək ideyası haradan qaynaqlandı?
    İnsan yaşamaq üçün ərzaq məhsullarından istifadə etmək məcburiyyətindədir. Bu məhsulların halal və ya haram olma keyfiyyəti isə maddi və mənəvi, fərdi və ictimai həyatımızda böyük əhəmiyyət kəsb edir. Ərzaq məhsullarının halal yaxud haram olması qaydaları Cənabı-Haqqın kitabında və Onun peyğəmbəri Məhəmmədin (s) sünnəsində təsbit edilmişdir. Heç kimə bu çizgini aşmaq səlahiyyəti verilməmişdir. Faizin və ya donuz ətinin istifadəsinin artıq halal olduğunu heç kəs iddia edə bilməz. Bir sözlə, Allahın bildirdiyi haramı halal, halalı isə haram etməyə heç kimin ixtiyarı yoxdur. Əsrimizdə qeyri-müsəlmanların nəzarətində qorxunc bir sürətlə inkişaf edən və insan oğlunu öz əsirinə çevirmiş sənaye hərəkatı qida məhsullarına da əl atıb və bunun da nəticəsində yeməli və içməli məhsulların forması və quruluşu böyük dəyişikliklərə məruz qalıb. Bu gün sənayeləşmiş ölkələrdə insanlar birbaşa təbiətdən əldə edilən klassik qidalar və içkilərin əvəzinə fabriklərin iri qazanlarında bilmədiyimiz müxtəlif proseslərdən keçirilərək, hazır məhsul yeməyə məcbur edilib. İstər reklamlar, istərsə də həyat şərtləri bu halı öz-özlüyündə əsas seçim növünə çevirir. Elə islam ölkələrində də demək olar ki, bütün qida məhsulları hazırlayan fabriklər Qərbə məxsus tərkib və texnologiyalarla, hətta bir çoxu əcnəbi mütəxəssislərin nəzarəti altında fəaliyyətlərini davam etdirirlər. Görəsən, boğazından keçəcək loxmanın düzgün hazırlanmasından xəbərdar olmaqla məsul olan müsəlman bu vəziyyətdə nə etməlidir? “Gözün görmədiyindən könül razı qalar” deyərək, qarşısına gələn hər bir şeyi yeməyə davam etməli, yoxsa heç olmazsa nə yediyini araşdırmalıdırmı? Dərnəyimizin təsisinin səbəblərindən sadəcə biri bundan ibarətdir.
    Dərnəyiniz yalnız ərzaq məhsulları sahəsindəmi ixtisaslaşıb?
    Xeyr. Hələlik ərzaq məhsulları ilə yanaşı kosmetik vasitələr və təmizlik-sağlamlıq maddələri üzərində araşdrmalarımızı davam etdiririk.
    Dərnəyin fəaliyyəti haqda nə deyə bilərsiniz?
    Hər şeydən öncə cəmiyyətin halal məfhumu üzərində itib-batmağa üz tutmuş həssaslığını yenidən bərpa etməyə çalışırıq. Bu məqsədlə də bir çox seminarlar, konfranslar keçirir, kitab və jurnallar nəşr edirik.
    Sizcə, müsəlman ölkələrində halal-haram xüsusunda kifayət qədər həssaslıq göstərilmrimi?
    Məsələn, Türkiyədə bu sahədə vəziyyətin heç də ürəkaçan olmadığını demək mümkündür.
    Alış-veriş zamanı nələrə diqqət yetirilməlidir?
    Hər şeydən qabaq satın alacağınız məhsulun tərkibindəki maddələri bildirən etiketin yapşdırılmasından əmin olmalısınız. Qətiyyən etiketsiz məhsul alınmamalıdır. Etiketi başdan-ayağa oxuyaraq, məhsulun tərkibini öyrənmək gərəkdir. Təhlükəli hesab etdiyiniz maddəyə rast gəldikdə, məhsulu satın almamaq vacibdir. Halal kəsilən ət məhsulu satdığından əmin olmadığınız market və ya qəssabdan ət almayın. Mak Donald, Burger Kinq, Pizza Hut kimi “tezbazar restoranları”nda nə yediyinizə diqqət edin. Halal-haram qatqı maddələrinin və halal sertifikatı almış firmaların siyahısını http://www.gimdes.org və www.gidaraporu.com saytlarından əldə etməyinizi tövsiyə edirik. Xüsusilə ət və ət məhsulları, süd və süd məhsulları, cipsilər, şirniyyatlar, qızarmış və hazır şorbalar dondurmalar alarkən xüsusilə diqqətli davranmaq gərəkdir. Təqvalı müsəlman kimi yaşamaq istəyən kəs bu xüsusları gözardı etməməlidir.
    Halal qida sertifikatı nə deməkdir? Belə bir sertifikat almaq üçün hansı kriteriyalar müəyyən edilib?
    Dərnəyimizin halal qida sertifikatı şərtləri aşağıdakı kimidir: İslamda HALAL QİDA termini yalnız təmizlik və gigiyenik qaydalarla məhdudlaşmayıb Quran və hədislər çərçivəsində bildirlən qaydaları da ehtiva edir. Eləcə də İslamda HARAM QİDA termini yalnız təmiz və gigiyenik qaydalara riayət edilərək, istehsal olunmayan məhsulları deyil, eyni zamanda Quran və hədislər çərçivəsində bildirilən qaydalara münasib olmayan qidaları da ehtiva edir. Hazırda həyata keçirməyə çalışdığımız bir layihə ilə halal qida və bununla bağlı sertifikatlaşdırma mövzusunun ali və orta məktəb dərsliklərinə daxil edilməsi istiqamətində iş aparılır.
    Beynəlxalq halal sertifikatlaşdırılmış qida bazarının həcmi barədə nə deyə bilərsiniz?
    Bu bazar hazırda halal sertifikatı almış məhsullar üçün bazar olduqca böyükdür. Dünyada 2 milyarda yaxın müsəlmanı və bu sertifikatı almış məhsullar istehsal edən milyonlarla qeyri-müsəlmanı əhatə edir. Araşdırmalara görə, halal məhsul bazarının illik tələbatı 850 milyard ABŞ dolları təşkil edir.
    Başqa hansı qurumlar halal sertifikatı vermə işi ilə məşğuldurlar?
    Bugün artıq istər BMT nəzdində yaradılmış aidiyyatı qurum, istərsə də İslam Konfransı Təşkilatı (İKT) “Halal sertifikatı” məsələsini öz gündəmlərinə daxil etmişlər. Habelə başda Malayziya olmaqla bir çox ölkələrin xalqlarının tələbi nəzərə alınaraq, “Halal sertifikatlı” məhsulların satışı üçün şərait yaradılır.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 525 | Tarix: 24.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2012  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru