Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyun » 8 » Məscid imamları və uydurma hədislər
    Məscid imamları və uydurma hədislər
    09:03
    Bəla burasındadır ki, əksər islam ölkələrindəki moizəçilər, məscid imamları “qaranlıqda odunla birlikdə ilan da toplayırlar”. Onlara nə var hədis səhihdir ya yox, təki hədis xalqı riqqətə gətirsin, insanları təsirləndirsin; İştirak etdiyim elə bir cümə xütbəsi, moizə dərsi yoxdur ki, orada “zəif” və ya “hədsiz zəif”, ya da uydurma sayılan bir neçə hədis eşitməyim.

    Yadıma gəlir ki, deyəsən Peyğəmbərin həyatına həsr edilmiş bir xütbəni dinlədiyim zaman eyni şeyin şahidi olmuşdum. Xütbəni söyləyən Peyğəmbərin şəxsiyyətindən, saf həyatından, əxlaqından danışırdı. Qeyd edim ki, Quranda və səhih Sünnədə bu mövzu ilə bağlı kifayət qədər zəngin, mötəbər məlumat vardır. Ancaq xətib nədənsə bir-iki səhih və ya “həsən” hədislə kifayətləndi. Əvəzində isə xütbəsini başdan-ayağa uydurma, ya da alimlərin dediyi kimi, “noxtasız-xaltasız” hədislərlə “bəzədi”. Məsələn:
    - Allahın ilk yaratdığı şey Peyğəmbərin nurudur.
    - Allah Peyğəmbərin xətrinə onun valideynlərini diriltmiş, onlar da onun vasitəsilə islama gəlmişlər.
    - Kimə “Məhəmməd” adı qoyularsa, şəfaət ona vacib sayılar.
    Və Peyğəmbərin doğulduğu zaman baş vermiş xariqüladə hadisələrə dair neçə-neçə uydurma hədis...
    Həmin xətibdən eşitdiyim ən əcaib hədis isə belə idi: “Ümmətimin alimləri İsrailoğullarının peyğəmbərləri kimidir”. Bu, məşhur uydurma hədisdir, alimlər onu “məkzub” (yalan) adlandırmışlar.
    Qəribədir ki, bu xətib həmin hədisi aşağıdakı hekayəni danışmaqla əsaslandırmağa çalışırdı:
    “İmam Əbu Hamid əl-Qəzali röyada (ya da ruhlar aləmində) Musa peyğəmbərlə rastlaşır. Musa peyğəmbər soruşur:
    - Adın nədir?
    - Məhəmməd ibn Məhəmməd ibn Məhəmməd əl-Qəzali ət-Tusi.
    - Səndən adını soruşdum, soyadını deyil!
    - Yaxşı, Allah səndən sağ əlində nə var deyə soruşanda Ona bəs nə üçün belə cavab vermişdin: “O, mənim əsamdır. Ona söykənir, onunla qoyunlarıma xəzəl silkələyirəm. O, başqa işlərdə də karıma gəlir!”
    Xətib bu hekayəni danışdıqdan sonra dedi: “Bununla da Qəzali mübahisədə Musa peyğəmbərə qalib gəldi”.
    Göründüyü kimi, o, bu hekayəni danışmaqla yuxarıdakı uydurma hədisi əsaslandırmağa çalışmışdı.
    Beləliklə, səhih və “həsən” hədis sərmayəsinin əvəzinə, qəribə hekayətlərdən, röyalardan, yəhudi qissələrindən (israiliyyat) ibarət kasad sərmayə tədavülə buraxılır; iqtisadçıların dediyi kimi, çirkli pullar təmiz pulları dövriyyədən sıxışdırıb çıxarır!
    Bu, köhnə bəladır. Hətta hədis rəvayətində hədsiz diqqətli olan bəzi mötəbər alimlər moizə (öyüd-nəsihət) kitablarını qələmə alarkən yumşaqlıq göstərmişlər. Məsələn, İmam Əbu Fərəc ibn əl-Cövzi “Zəmm əl-Həva” kitabını yazarkən “əl-Mövzuat” və “əl-İləl əl-Mütənahiyə fil-Əhadis əl-Vahiyə” kitablarının yazılması zamanı göstərdiyi diqqəti əsirgəyib.
    Tənqidçi İmam Şəmsəddin əz-Zəhəbi də “əl-Kəbair” adlı öyüd-nəsihət kitabında yersiz yumşaqlıq göstərib.
    Həmçinin, Münziri (Allah rəhmət etsin!) kifayət qədər səhih hədis qala-qala “ət-Tərğib vət-Tərhib” adlı kitabında xeyli “zəif”, uydurma hədis toplayıb. Ancaq yaxşı ki, o, kitabına yazdığı müqəddimədə bu məqama aydınlıq gətirməklə bizləri xəbərdar edib, bununla da özünü məsuliyyətdən qurtarıb. Çox təəssüf ki, xüsusən də dövrümüzün oxucuları bu müqəddimədə deyilənləri diqqətlə oxumur, məsələdən qafil qalırlar.
    Bütün bunları nəzərə alaraq, Münzirinin adı keçən kitabını araşdırdım, ondakı səhih və “həsən” hədisləri ayırd etdim. Kitaba xüsusi izahlar yazdım. “əl-Müntəqa min ət-Tərğib vət-Tərhib” adlandırdığım bu kitab iki cilddə əvvəlcə Qətərin “Sünnə və Peyğəmbərin həyatı” Mərkəzi tərəfindən çap edildi. Daha sonra kitabım üzərində bir qədər işlədim, əlavələr etdim, qeydlər apardım, təkmilləşdirdim. Təkmilləşdirilmiş bu kitab əvvəlcə Beyrutun “əl-Məktəb əl-İslami” mətbəəsində, sonra isə Qahirənin “əd-Dar əl-İslamiyyə vət-Tövzi” nəşriyyatımda çap olunub.
    Hədisləri dolaşıq salan xətiblərin vəzifələrindən uzaqlaşdırılması haqda İbn Həcər əl-Heysəminin fitvası
    Məşhur şafei fəqihi Əllamə İbn Həcər əl-Heysəmi ravilərinin kimliyindən söz açmayan, səhih və uydurma hədisləri dolaşıq salan xətiblərin vəzifədən uzaqlaşdırılmasını öz dövrünün hakimlərindən (liderlərindən) açıq şəkildə tələb etmişdi. Bununla da o, təqdirəlayiq bir iş görmüşdü. Heysəmi fitvalarının birində yazır:
    “Bir dəfə məndən hər cümə minbərə qalxan, çoxlu hədis söyləyən, ancaq həmin hədislərin mənbəyi və raviləri haqda bir kəlmə də kəsməyən xətib barədə soruşdular. Onlara dedim:
    “Bir xətibin ravilərin adını çəkmədən hədis rəvayət etməsi o şərtlə caizdir ki, əvvəla, həmin şəxs hədis elmini yaxşı bilsin, sonra da hədisləri mühəddislərin kitablarından nəql etsin. Ancaq hədislərdən baş çıxarmayan bir xətibin müəllifi hədis alimi olmayan bir kitabdan sadəcə baxıb oxumaqla hədis danışması caiz deyildir. Kim buna yol verərsə, bərk məzəmmət edilməlidir. Bu, bir çox xətibin düşdüyü vəziyyətdir. Onlar hədislərlə dolu bir xütbə mətni görən kimi hədislərin səhih olub-olmadığına əhəmiyyət yetirmədən xütbəni əzbərləyir, xalq qarşısında söyləyirlər. Odur ki, hər bir əyalətin rəhbəri xətibləri bu cür şeylərdən çəkindirməlidir. Yox görsə ki, xətiblər yenə də eyni işi edirlər, onda onlara müdaxilə etməli, mane olmalıdır...
    Həmin xətib səhih hədislərin istinadlarını, mənbələrini açıqlamalıdır ki, etirazlara tuş gəlməsin. Yox bunu etməzsə, etirazlara hazır olsun! Hətta əmr sahibi (hakimin, rəhbərin...) bu yanlış hərəkətinə görə onu xətiblikdən azad edə bilər” .
    Kaş bu hökm dövrümüzün xətiblərinə də tətbiq olunardı. Belə baş verərsə, hədislərdən baş çıxarmayıb məqbulu qeyri-məqbulla qarışdıranlar xətiblikdən məhrum edilmiş olacaqlar.
    Məqalə Şeyx Yusif əl-Qərdavinin “Sünnəni necə başa düşməli” kitabından tərcümə edilmişdir.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 698 | Tarix: 23.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2012  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru