Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyun » 15 » Alimlərə hədis söyləmək “icazət”i vermiş qadınlar
    Alimlərə hədis söyləmək “icazət”i vermiş qadınlar
    19:00
    Hicri altıncı əsr mühəddislərinin tərcümeyi-hallarını oxuduğumda diqqətimi Əbülbərəkat əl-Bağdadinin iki bacısı çəkir. Birincisinin adı Ümmülhəya Həfsədir. Mötəbər və tədqiqatçı ravilərdən olmuşdur. Münziri onun barəsində deyib: “O bizə şəhadətnamə (icazət) verib. Bu şəhadətnaməni o, hicri 608-ci ildə verib”.

    Münziriyə dərs demiş bu xanım-alim hicri 612-ci ildə vəfat etmişdir.

    Digər bir xanım isə Ümmi-Həbibə əl-İsbəhaniyyə Aişə bint Hafiz Müəmmər ibn əl-Faxir əl-Qərəşiyyə əl-Əbşəmiyyədir. Hafiz əl-Münziri yazır: “O, insanlara hədis danışmışdır. Bizə şəhadətnamə vermişdir. Onu bizim üçün hicri 606-cı ilin Zülqədə ayında İsfahandan yazıb göndərmişdir”.

    Bu böyük imam heç bir narahatlıq keçirmədən bildirir ki, fəzilət sahibi qadınlardan savad öyrənib. Bu qadınlar ona şəhadətnamə yazmış, hədis söyləmək icazəsi vermişlər...

    Oxucu bir əsrdə yaşamış onlarla alim qadının adları ilə rastlaşır. Bu qadınlar islam araşdırmaları sahəsində söz sahibi olmuşlar...

    Hürrət deyə çağırılan Zeynəb bint əş-Şə`raya (hicri 524-615) gəlincə, İbn Xəllikan onun haqqında yazmışdı: “O bizə hicri 610-cu ildə şəhadətnamə yazaraq vermişdir”.

    Təəccüblüdür, böyük tarixçi və hədisçilər alim təvazökarlığı və düzgünlüyü ilə qeyd edirlər ki, elmi məşhur qadınlardan öyrənmiş, onların qiymətləndirmə və mötəbərlik şəhadətnamələrinə layiq görülmüşlər!

    Ümmətimizə nə baş verib ki, meydan həm elm öyrənən, həm də öyrədən xanımlarsız qalıb? Tariximiz elə əsrlərin şahididir ki, gənc qızların məktəbə getmələri cinayət sayılıb! Məscidlər abid qadınlarsız qalıb, qadınların məscidlərdə namaz qılmaları şər əməl olaraq qəbul edilib!

    Ana da olsa, həyat yoldaşı da olsa qadının adını çəkmək qeyri-adi şeyə çevrilib. Qadınlar dünyasına tam sükunət çöküb: qadınların adı ötəri söhbətlərdə belə çəkilməz; hər hansı bir məsələ üçün qadının adı çəkilərsə, danışan şəxs: “Çox üzr istəyirəm, məni qınamayın”, - deyərək üzrxahlıq edər. Mən şəxsən bunu bir neçə ölkədə öz gözlərimlə görmüş, qulaqlarımla eşitmişəm.

    Kəndimizdə bir əsrdir ki, qadınlar evdən yalnız bazara alış-veriş üçün çıxırdılar. Tarlaya da əkmək, becərmək, sulamaq və məhsul toplamaq üçün gedirdilər. Məscidlərdə qadınlar heç vaxt gözə dəyməzdilər. Cavanlıqda da, qocalıqda da namazlarını məscidlərdə qılmırdılar. Məscidə getmək onlara qadağan idi. Çünki azdırıcı bir rəvayət buna qərar vermişdi. Məktəbə getmək də qadınlara yasaq olunmuşdu. Çünki korlayıcı bir “hədis”ə görə, savadsız olmaq qadın üçün vacibdir!

    İndiki dövrdə dini sahədə işləyənlər arasında elələri vardır ki, qadınları yüz il bundan qabaqkı vəziyyətə qaytarmaq istəyir, haray-həşir salırlar ki: “Bəs, qadın işləyə bilməz, onun əsas işi kişilər(!) doğmaqdır”.

    Tariximizin altıncı əsrinə səyahət edək. Qarşımıza Sünnə elmlərinin dərin bilicisi olmuş hədisçi-alim Atikə bint Əbüləla çıxır. O, hədisçi və qiraətşünas-alim, ədib, zahid, hədis elmində gözəl dəsti-xətti və üslubu olmuş Həmədan imamı Hafiz Əbüləla ibn əl-Əttarın qızıdır.

    Deyilənə görə, xanım Atikə Əbülvəqt Əbdüləvvəl əs-Səncəridən çoxlu hədis dinləmiş, Həmədandan Bağdada gəlmiş, hədis elmlərini öyrənmişdir...

    Mühibbəddin ən-Nəccar yazır:

    “Onun barəsində yazılar qələmə almışıq. Allah rəhmət etsin, hicri 609-cu ildə vəfat etdi. Gecə yarısı durdu, dəstəmaz aldı. Hava bərk soyuq idi. Sonra mehrabında namaz qılmağa başladı. Səcdəyə getdiyində vəfat etdi! Allah ondan razı qalsın! Şair də sanki onun barəsində deyib:

    Gecənin qaranlığında özü ilə tək qalar

    Namaz qılıb Tək və Səməd Allahı çağırardı.

    Elə bir abid idi ki, itaəti onda –

    Nə bir can, nə də ruh saxladı.

    Fatimə bint Sə`d əl-Xeyir əl-Ənsari əl-Əndəlüsi ilə siyahımıza son verək. Hicri 522-ci ildə Çində anadan olmuş, 600-cü ildə Bağdadda vəfat etmişdir. Atasından və Bağdadın digər böyük hədisçilərindən elm öyrənmişdir. Qahirə və Dəməşqdə dərs demişdir. Ondan çox saylı şeyxlər (alimlər) hədis dinləmişlər. Bu şeyxlərin arasında böyük alim Hafiz əl-Münzirinin də müəllimləri olmuşdur. Münziri Fatimə bint Sə`d haqqında deyirdi: “Şeyxlərimiz və yoldaşlarımız ondan hədis dinləmişlər. O bizə şəhadətnamə verib!”

    Dediyimiz kimi, atası ilə birlikdə Çindən Bağdada gəlmiş, orada təhsil almışdır. Sonra Dəməşqə getmişdir. Daha sonra Qahirədə qərarlaşmış, vəfat edənədək orada yaşamışdır. Müqtim dağının ətəklərində dəfn edilmişdir.

    Fikrimcə, digər ilahiyyatçı, ədib və dilçilərin qəbirləri kimi onun da qəbri silinib-getmişdir...

    Faciə bundadır ki, bir qadın elmə xidmət etmək üçün Çindən Qahirəyə gəlir (atası da eyni məqsədlə Əndəlüsdən Müsəlman şərqinə gəlmişdi), amma bu, bəziləri üçün fərq etmir. Onlar yaşadığımız bu tənəzzül və “qısır” dövrdə aləmə car çəkirlər ki, qadın evdən yalnız iki şey üçün: evlənmək və basdırılmaq üçün çıxmalıdır!

    Doğrudan da, dövrlə dövr, sələflə xələf, islamı yaşadan nəsillə onu torpağa gömən nəsil arasında necə də böyük fərq vardır!
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 694 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2012  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 2
    Qonaqlar: 2
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru