Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9947 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyun » 14 » Ümməti birləşdirmək vacib, parçalamaq isə haramdır!
    Ümməti birləşdirmək vacib, parçalamaq isə haramdır!
    21:52
    Kiməsə xor baxdığımı heç kəs iddia edə bilməz. Tənqid başqa, xəbərdarlıq başqa, təhqir edib xor baxmaq tamam başqa şeydir. Əgər bir kəsin barəsində: “Özündən xəbəri yoxdur, amma haqq-ədalətdən, azadlıqdan dəm vurur”, - deyirsinizsə, bu, həmin insana xor baxmaq, onu özünüzdən aşağı hesab etmək deməkdir.

    Yox, əgər: “Hər şeyi yaxşıca götür-qoy etmədən haqq və azadlığın həvarisinə çevrilib”, - deyirsinizsə, bu, xəbərdarlıq və tənqid mənasına gəlir.

    Mənim dərdim ümmətin birliyi məsələsidir. Əgər ümmət tarix boyu vahid bir hakimiyyət strukturu (dövlət, vətən və ya xilafət) ilə idarə olunsaydı, müsəlmanlar vuruşası düşmənləri olduğu halda bir-biriləri ilə çəkişməsəydilər, dinimizə və dəyərlərimizə göz dikən düşmənə qarşı birgə müqavimət göstərsəydilər bu gün dünyanın ən böyük və güclü dövləti bizim dövlətimiz olardı. Sultan Əbdülhəmidə qarşı çıxıb daha çox azadlıq tələb edənlər istəklərinə çatar-çatmaz bundan dövləti parçalamaq üçün istifadə etdilər. Onlara tərəfdar çıxan niyyəti xoş Osmanlı ziyalıları isə sonradan peşman olsalar da artıq iş işdən keçmişdi.

    Bəli, mənim dərdim ümmətin bir olmasıdır. Əgər tarixi geri qaytarmaq mümkün olsaydı, islam ümmətinin dünyada vahid islam dövlətinə çevrilməsi üçün çalışar, buna maneə olmağa çalışanlarla mübarizə aparardım.

    Bu gün islam ümməti bir çox qondarma milli dövlətlərə parçalanıb. Bəs görəsən, indiki vəziyyətdə ümmətin birliyinə necə nail olmaq mümkündür? Mən bu suala iki bənddə cavab verərdim:

    a) Əhalisi müsəlman olan hər hansı bir milli dövlətin daha da parçalanmaması üçün səy göstərilməlidir;

    b) Parçalanmış ümmətin milli dövlətlərinin addımbaaddım, mərhələli şəkildə birləşdirilməsinə nail olmaq üçün iş aparılmalıdır. Bu məqsədlə iqtisadi, mədəni, hərbi və sənayenin müxtəlif sahələrinə dair müqavilələr imzalanmalı, təşkilatlar yaradılmalıdır. Həmçinin, müsəlman ölkələrinin ortaq bazarı yaradılmalı, vahid valyuta və müdafiə aktı hazırlanmalıdır. Sonuncu mərhələdə isə siyasi birləşmə məsələsi gündəmə çıxarılmalıdır. Sərhədlərin aradan qaldırıb vahid bir dövlət altında birləşmənin qeyri-mümkün olacağı təqdirdə konfederativ və ya federativ sistemlərə bənzər siyasi vahidlər yaradıla bilər.

    Bir daha vurğulayıram ki, dərdim unitar dünyəvi dövləti müdafiə etmək deyil, ümmətin birliyinə nail olmaqdır. Qəza-qədərdən dolayı dünyəvi milli hökumətlərə tabe olan ümmətin övladları arasında din qardaşlığına söykənən birliyi qorumaq, həmrəy olmaq, düşmənin hiyləsinə aldanıb bir-birimizlə çəkişməmək və daha artıq parçalanmamaqdır mənim dərdim. Müsəlmanların şüurunda dindarlığı, din qardaşlığı şüurunu və imanı möhkəmləndirməyə çalışmalıyıq. Bunu həyata keçirdiyimiz təqdirdə ümməti birləşməyə aparan addımlar bir-birini izləyəcək və heç bir qüvvə bu prosesin qarşısını ala bilməyəcəkdir.

    Bu gün parçalanmaq üçün mübarizə aparanlar bir qismi: “Siz islam şəriətindən uzaqlaşdınız. Biz isə onu tətbiq etmək üçün ayrılmaq istəyirik”, - demirlər. O ki qaldı legitim nizam formalaşdırmağa, bunun yolu ayrılmaqdan, parçalanmaq və qurdlara asan loğma olmaqdan deyil, ümmətin birliyini qorumaqla həmrəylik nümayiş etdirməkdən keçir.

    Hər hansı bir dünyəvi-milli dövlətdə millətçilik ideologiyasına sarılaraq, islam ümməti parçalanır və müəyyən bir tayfanın hakimiyyəti hamıya zorla qəbul etdirilirsə, müsəlmanların borcu buna qarşı mübarizə aparmaqdır. Ancaq çıxış yolu parçalanmaq deyildir. Madam ki, dünyəvilik və demokratik dəyərlərin mövcudluğu iddia olunur, elə isə bu sistem nəzərə alınaraq, vətəndaşlıq prinsipinə söykənən birlik və bərabərliyin təmin olunmasına səy göstərilməlidir.

    Əgər dövlət quruluşu islam dövləti olsaydı, burada vətəndaşlığı din əvəz edəcək, tam şəkildə bərabərhüquqluluq dini zəmində birlik, ədalət isə insan olmaqla əlaqədar olacaqdı.

    Biz zülmü alqışlamayan, zalımı sevməyən, əksinə onun düşməni olan, bununla yanaşı, məzlumu sevən bir mədəniyyətin övladlarıyıq. Harada və kimə qarşı yol edilməsindən asılı olmayaraq, zülmü lənətləyirik. Bəd niyyətlə istifadə ediləcəyi yəqin olan azadlıq xüsusunda isə ehtiyatı əldə vermərik.

    P.S. Başlığa dair hər hansı bir ayə və hədis qeyd etmədim. Çünki onları bilmək hər bir müsəlmanın borcudur.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 569 | Tarix: 27.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2012  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru