Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9947 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyun » 14 » Nadir şah – sünni-şiə mehribançılığının cəfakeşi kimi
    Nadir şah – sünni-şiə mehribançılığının cəfakeşi kimi
    10:53
    1736-cı ildə İranda Səfəvilər dövlətinin hakimiyyətinə son qoyaraq, iqtidarı ələ keçirən türk Əfşar tayfasından olan Nadir şah sünni və şiə müsəlmanlarına bölünmüş islam dünyası arasındakı parçalanmanı aradan qaldırmaq, müsəlmanlar arasında birliyi təmin etməyə səy göstərirdi.

    Hətta o, islam dünyasında hakim qüvvə olan Osmanlı dövləti nəzdində Cəfəriliyin beşinci sünni məzhəbi kimi qəbul olunmasına çalışmışdı.

    Səfəvilər imperiyasında daxili vəziyyətin pisləşməsi və ölkənin bir sıra xarici təzyiqlərə məruz qaldığı bir vaxtda Nadir şah xilaskar hesab edilərək, ordunun Baş komandanı təyin edilmişdi. Ancaq vəziyyətin olduqca mürəkkəb və çətin olması sonda onun taxta çıxması ilə nəticələnmişdi…

    Nadir şahın islam dünyasını birləşdirmək düşüncəsində nə qədər səmimi olduğunu ona taxta əyləşmək təklif edildiyi vaxt irəli sürdüyü şərtləri öyrəndikdə məlum olur. Belə ki, o, taxta əyləşməsi müqabilində şiəliyin Səfəvilərin mənimsədiyi formada tətbiqindən vaz keçilməsini, imperiya ərazisində fiqhi cəfəri məzhəbinin hakim qılınmasını, “Təbərra”nın (ilk üç raşidi xəlifəyə və səhabələrə nifrətin izharı) və söyüşün yığışdırılmasını, eləcə də sünnilərə qarşı xoş rəftar göstərilməsini tələb etmişdi.

    Nadirqulu bəy şah seçildikdən sonra yuxarıda qeyd edilən məsələlərə riayət olunmasını əmr edir. O, əyalət rəhbərlərinə göndərdiyi məktublarda Hz. Peyğəmbərin (Ona Allahın salamı və xeyir-duası olsun!) vəfatından sonra xəlifə olan Həzrəti Əbubəkr, Həzrəti Ömər və Həzrəti Osmana söyülməməsini, qeyd olunan şəxsiyyətlərin adlarının hörmət və ehtiramla anılmasını, azan oxunarkən sünnilər ilə şiələr arasında ixtilafa səbəb olan “Əliyyun vəliyullah” ifadəsinin oxunmamasını, əmrlərə tabe olmayan məmurların isə cəzalandırılacağını bildirirdi.

    Nadir şah şiə-sünni parçalanmasına rəvac verən fikir ayrılıqlarının aradan qaldırılması və müsəlmanlar arasında dostluq münasibətlərinin bərqərar edilməsi məqsədilə 1743-cü ildə İraqın Nəcəf şəhərindəki Hz. Əli türbəsində islam aləminin tanınmış alimlərinin iştirakı ilə toplantı keçirir. Toplantıda nüfuzlu şiə üləması ilə İraqdan və Əfqanıstan diyarından olan sünni məzhəblərinin alimləri iştirak edirdilər. Yığıncağa sədrlik edən Əbülbərəkət Abdullah ibn Hüseyn əl-Bağdadi əs-Süveydi “əl-Hucəc əl-Kafiyyə lit-Tifaq əl-Firaqi-İslamiyyə” adlı əsərində Nadir şahın təşəbbüsü ilə keçirilən toplantıdan bəhs etmişdir. Məhz bu yığıncağın yekununda şiə alimləri Həzrəti Əlidən əvvəlki xəlifələrin və Peyğəmbərin (Ona Allahın salamı və xeyir-duası olsun!) səhabələrinin ünvanına nalayiq sözlər işlətməyəcəklərini, mütə nikahından vaz keçdiklərini, əqidə məsələsində də Əşərilik cərəyanının müddəalarını mənimsədiklərini qəbul etmişdilər.

    Toplantının yekunlarına dair imzalanan protokol Nadir şahın önsözü ilə başlanır. Nadir şah şiə və sünni dünyası arasındakı parçalanmanın bu səviyyəyə çatmasına görə Şah İsmayılı, dolayısı ilə Səfəvilər dövlətini günahlandırırdı:

    “Mən (şah) 1148-ci ildə Muğan səhrasında sizinlə birlikdə bey`ət edərkən bunun müqabilində sizdən (səhabələrə) dil uzadılmasına son qoymağınızı şərt kimi irəli sürürəm. Bundan belə “Səbbi-şeyxeyn”i (Həzrəti Əbubəkr və Ömərə söyməyi) qadağan etdim. Kim onlara dil uzadarsa onu öldürər, əyalını əsir edər, malını əlindən alaram. Nə İranda, nə də ətraf diyarlarda səhabələri qınamaq və digər buna bənzər çirkin davranışlar qəbuledilməzdir. Bunlar alçaq Şah İsmayıl zamanında ortaya çıxarılan şeylərdir. Elə soyu da İsmayılın yol verdiyi davranışları davam etdirmiş, nəticədə səhabələrə söyülməsi halları artmış, bidətlər çoxalmış, sərsəmlik baş alıb getmişdir”.

    Nadir şahın bildirdiyi kimi, Şah İsmayılın hakimiyyəti illərində İranda radikal şiə düşüncəsi hakim idi. Əvvəllər üçdə ikisini sünnilərin təşkil etdiyi İran əhalisi Şah İsmayıl ilə başlanan Səfəvi hakimiyyəti dövründə qəddar və tolerantlıqdan uzaq üsullarla zorla şiələşdirilmişdi. Səfəvi sülaləsinin hakimiyyətinə son qoyan Nadir şah həmin dövrün açdığı yaraları, belə demək mümkündürsə, müalicə etməyə çalışmışdı. Yuxarıda qeyd olunan yığıncağın sonunda tərəflər arasında ixtilaflı mövzulara dair razılıq əldə olunaraq, protokol tərtib edilməsi bunun bariz nümunəsidir.

    İranın şiə üləması: “Biz səhabələrə lənətin aradan qaldırılmasını qəbul edir və bu məsələyə riayət ediləcəyini öhdəmizə götürürük. Səhabələrin həm fəziləti protokolda bildirildiyi kimidir. Bizlərdən hər kim səhabələrə dil uzadarsa və ya protokolda qeyd edilənlərə zidd davranarsa, Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olsun! Əgər belə olarsa, onda Nadir şahın qəzəbinə düçar olmağı qəbul edər, malımız, canımız və övladlarımız ona halaldır”, - deyə bildirmişdi. Sünni məzhəblərindən olan alimlər isə iranlıları protokolda əksini tapan məsələlərə riayət edəcəkləri halda islam firqələrindən birinin nümayəndələrdən olduğunu qəbul edirdilər. Onlar: “Müsəlmanların lehinə olan şeylər, onların da lehinə, müsəlmanların əleyhinə olan şeylər isə onların da əleyhinədir”, - deyərək, cəfəriliyi islamın beşinci məzhəbi kimi qəbul edirdilər.

    Hakimiyyəti zamanı İranda Cəfəri məzhəbini hakim qılmağa çalışan Nadir şah bu məzhəbin İslamın beşinci sünni məzhəbi kimi tanınması üçün dövrünün ən qüdrətli dövləti olan Osmanlı imperiyasına elçilər göndərmişdi. Ancaq onun istəyi müxtəlif şər`i səbəblərdən dolayı qəbul edilməmişdi.

    Qazandığı hərbi və siyasi uğurlarından dolayı çölün (İran) son hakimi kimi xarakterizə edilən Nadir şah 1747-ci ildə məruz qaldığı sui-qəsd nəticəsində həyatını itirir. Onun ölümü başda Osmanlı dövləti olmaqla islam dünyasında kədərlə qarşılanır. Bəziləri Nadir şahın sünni olduğunu iddia etdiyi halda bəziləri də onun siyasi məsələlərdən dolayı belə qərarlar qəbul etdiyini ifadə edirlər. Həqiqət isə ondan ibarətdir ki, hər nə məqsədlə olursa olsun, Nadir şahın səyləri təqdirəlayiqdir.

    Arayış:

    Nadir şah Oğuz tayfalarından olan Əfşarların Qırxlı boyundan idi. O, 1688-ci ilin noyabr ayının 22-də Səfəvilərin hakimiyyəti altında olan İranda Deştgərd kəndi yaxınlığında anadan olub. Mənbələrdə Nadir şahın uşaqlıq və yeniyetməlik dövrü, eləcə də təhsilinə dair məlumatlara rast gəlinmir. Ancaq onun cəsarəti və qəhrəmanlığı ilə qısa müddət ərzində dövlət içərisində yüksək vəzifələrə gətirilməsi haqda xeyli mənbələrdən oxuyuruq. Şah II Təhmasibin təklifini qəbul edərək, Səfəvilər imperiyasına xidmət göstərməyə başlayan Nadir şah ölkədə daxili çəkişmələrə son qoyulması və xarici təzyiqlərdən dəf edilməsi üçün uğurla mübarizə aparmışdır.

    Təsadüfi deyildir ki, Nadir şah taxta əyləşməsini təklif edənlərə bunun müqabilində ölkədə şiə və sünni müsəlmanlar arasındakı problemlərin həllini şərt kimi irəli sürmüşdü.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 938 | Tarix: 27.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2012  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru