"Ey Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir (düşmən ilə vuruşda dizimizə qüvvət ver) və kafirlərə qələbə çalmaqda bizə kömək et!" (Ali-İmran, 147).
Şö`bət ibn əl-Həccac hədis elmində “möminlərin əmiri” idi. İmam Əbu Hənifə isə əhli-rəyin qüdrətli nümayəndəsi olmuşdur. Metodları hər nə qədər fərqli olsa da, Şö`bət Əbu Hənifənin biliyini, məqamını yüksək qiymətləndirirdi.