Hər cür, o cümlədən də yolunda qurban kəsməklə ibadət edilməyə layiq olan Allaha həmd olsun. Məlum olduğu kimi, Allah ona yaxınlaşmaq, Ona ibadət etmək üçün cürbəcür yollar qoymuşdur.
“Allah qatında Arafa günündən daha fəzilətli gün yoxdur. Allah təala dünya səmasına enər və yer əhli ilə göy əhlinə qarşı fəxr edərək deyər: “Qullarıma baxın! Pərişan bir vəziyyətdə, toz və tər içində uzaq yoldan Mənə gəldilər.