Urva bin Zubeyr yanında çox yaraşıqlı və ən gözəl üzlü oğlu Məhəmmədlə Valid bin Abdul-Məlikin yanına gəlmişdi. Valid: "Qüreyş gəncləri belə olurlar”- dedi və onlara nəzəri dəydi. Bundan sonra Məhəmməd bir gecə heç yatmadı və çıxıb heyvanların axuruna düşdü və heyvanlar onu öldürüncəyə qədər ayaqladılar. Daha sonra atası Urvanın ayağına bir yara çıxdı. Valid ona həkimlər göndərdi. Həkimlər müayinədən sonra: "Əgər ayağın kəsilməzsə, bütün bədəninə yayılar və ölərsən» - dedilər.
Bir çox müsəlman qardaşlar 'xəvaric fikirli' olanlar ilə əlaqələri Allah rizası üçün kəsdiklərinə baxmayaraq, bəzi qardaşlar 'onlar da bizim qardaşımızdır, onların da doğru söylədikləri vardır' - deyərək onlarla oturub-durur və dostluq edirlər. Ümid edirəm bu kiçik risalə həmin qardaşlar üçün faydalı olar.
Bir gün Əbu Hureyra (radıyAllahu anhu) yanında dayanan bir kəsə deyir: - Müsəlmanlardan bir kimsə xəstə olduğu zaman, Allah (subhənəhu və təalə) onun sağındakı mələyə deyir: - Sağlam ikən quluma yazdığın yaxşı əməli yaz! Solundakı mələyə isə deyir: - Xəstə ikən qulumun günahlarını yazma!
İslam dini asanlıq dinidir. Bu bizim şəriəti digər şəriətlərdən fərqləndirir. İslam şəriətinin asan və məşəqqətsiz olması haqda Quran və Sünnədə bir çox dəlillər gəlmişdir. Qurandan dəlillər: Allah təala buyurur: "Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər" (əl-Bəqərə: 185) "Allah sizi çətinliyə salmaq istəməz" (əl-Maidə: 6) "O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı " (əl-Həcc: 78) "Səni rahatlığa müyəssər edəcəyik". (əl-Ələ: 8)
Şükür etməyin üç rüknü vardır: 1. Həm sənə, həm də insanlara verilən nemətlərin Allah tərəfindən olduğunu qəlblə etiraf etmək. 2. Bu nemətlərin Allahdan olduğunu dil ilə etiraf edib Allahı tərif etmək. 3. Həmin neməti Allahın razı qaldığı yerə sərf etmək.