Həmişə xoşbəxt olmağa çalış. Çünki iman və yaxşı əməl bu sənin gözəl həyatının sirridir. Elm öyrən. Allahı tanımağı və Quran oxumağı öyrən. Çünki bu insandan üzüntünü aparar. Tövbəni tez et. Və günahlardan uzaqlaş. Çünki bu sənin həyatını gözəlləşdirər.
Bəzən bir an da, dərindən düşünüb nəticə çıxarmaq üçün yetərli olur. Gəlin baxaq! Allah bizi hansı nemət ilə izzətləndirdi?! İslam neməti ilə... Bundan gözəl bir nemət ola bilərmi? Biz Allaha və Rəsulullaha (salAllahu aleyhi və səlləm) təslim olduq. O Rəsulullah ki, bizə görə əziyyətli bir yol keçdi. Gəlin bu yola bir daha nəzər salaq.
- Muhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ilk zövcəsi Xədicədir . - İlk nazil olan ayə "əl-Aləq" surəsinin ilk 5 ayəsidir . - Muhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) Cəbraili (Allahın ona salamı olsun) gördüyünü ilk dəfə Xədicəyə (Allah ondan razı olsun) danışmışdır . - Muhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ilk övladı Qasim olmuşdur . - Muhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ağzından ilk vəhyi eşidən Xədicə olmuşdur
Onun adı çəkilincə insanın qəlbi necə də qorxu və sevgi ilə dolur.Onu görmədən, hiss etmədən belə sevirik.Və eyni zamanda bu sevgini itirməkdən çox qorxuruq.Ona olan sevgini düşündükdən sonra bu dünyadakı “eşq” dediklərimizə baxırıq və “gülümmü-ağlayımmı?” –deyə düşünürük. Qorxu və sevgi kəliməsi Onun adı çəkilərkən öz gerçək mənasını tapır.O varkən yalnızlıq, çarəsizlik kimi sözlər yalnız ağız vərdişi olaraq qalır. Vəfalıların ən Vəfalısı, Sevimlilərin ən Sevimlisi.Rəhm edənlərin ən Rəhmlisi. Və sonsuz mərhəmət sahibi...
Sual yaranır ki, nə üçün dini əsaslar olmadan əxlaqi yüksəliş və sosial həmrəylik mümkün deyildir? Sualın cavabı budur ki, əxlaqi yüksəlişin iki mühüm şərti vardır:
“Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır.” (Əl-İsra surəsi 36-cı ayə).