Planetimizin səsini orbitdəki peyklər vasitəsilə lentə almaq mümkün olub.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, alimlər Yer planetinin “səs”ini lentə köürməyə müvəffəq olublar. Orbitdəki peyklərin köməyi ilə lentə alınan səslərin planetin ətrafındakı yüksək enerjili radiasiyalı sahədən gəldiyi müəyyən edilib.
Araşdırmalar zamanı səhər vaxtı daha asan eşidilə bilən səslərin günəş şüalarının planetin ətrafındakı yüksək enerjili zərrələrin olduğu maqnitosferdən keçərkən çıxdığı öyrənilib. İnsanın da eşidə bildiyi səslər bəzən bir sıra texniki avadanlıqların, bəzən də quşların səsini andırır. Tezlik intervalı səsinin isə balina və delfinlərin çıxardıqları səsə daha çox bənzədiyi bildirilir..