“Hər bir kəs ölümü dadacaqdır” (Ali İmran surəsi, 185) Adətən dilimizdə belə bir ifadə var ″vaxtsız ölüm″. Cavan və ya uşaq yaşlarında ölən üçün ″vaxtsız ölüm onu haqladı″ deyirlər.Lakin gəlin bir anlıq düşünək ki, ölümə vaxtsız demək nə dərcədə doğrudur. Əslində bu yanlış ifadə öz vədəsində gələn ölümün dəqiq vaxtını bilməməyimizdən qaynaqlanır. Hamı öləcəyini yəqin bildiyi halda nə özünə, nə də başqalarına ölümün nə vaxt gələcəyini bilmir.
Allah təala buyurur: “Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Qaf surəsi,18). İnsanın yaxınlığında onun hər sözünü yazan mələklər vardır. Lakin insan bu hörmətli mələkləri gözü ilə görmədiyi üçün düşünmədən və fərqinə varmadan danışır. Allah təala buyurur: “Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür” (əl-Fəcr (Dan yeri) surəsi, 14).
Allah Və Sən İstəyən Kimi Olsun - sənin sayəndə, göydə Allah və yerdə sən, Allah və sən istəyən kimi olsun, mənim Allahdan və səndən başqa heç kimim yoxdur, Allaha və sənə sığınıram, bu Allahdan və səndəndir, ümüdüm Allaha və sənədir, Ya Muhəmməd, Ya Abdul Qadir Ceylani ,Ya Şeyx Filan, və s. bu qəbildən olan sözlər də sözdə şirkə aiddir. Ancaq Ya Allah demək olar və ya Uca Allahın diqər gözəl adları ilə onu çağırmaq. Misal üçün: Ya Latif,Ya Rahman, Ya Rahim və sairə gözəl adlarla.
Yer üzündə ən qiymətli sarayı sənə versələr, onun müqabilində gözlərini verə bilərsənmi? Sən bir ölkəyə başçı seçsələr, onun əvəzində qollarını verərsənmi? Sənə ömrünün sonuna qədər kifayət edən mal-dövlət versələr, bunun müqabilində ayaqlarını verərsənmi? Sən dünyada olan hər şeyin müqabilində bədəninin bir üzvünü də verməyə razı deyilsən, bəs bu bədəninin qiymətini bilirsənmi? Sən özündə olan ən dəyərli nemətlərə göz yumub hansı malın arxasınca qaçırsan, sonar da əldə edə bilmədiyinə görə narazılıq edirsən?! Sanki Allahu təalə səni bütün nemətlərdən məhrum edibdir- kimi halından şikayətlənirsən.