Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Oktyabr » 13 » KİÇİK ŞİRK SAYILAN BƏZİ SÖZLƏR
    KİÇİK ŞİRK SAYILAN BƏZİ SÖZLƏR
    13:20
    Allah Və Sən İstəyən Kimi Olsun - sənin sayəndə, göydə Allah və yerdə sən, Allah və sən istəyən kimi olsun, mənim Allahdan və səndən başqa heç kimim yoxdur, Allaha və sənə sığınıram, bu Allahdan və səndəndir, ümüdüm Allaha və sənədir, Ya Muhəmməd, Ya Abdul Qadir Ceylani ,Ya Şeyx Filan, və s. bu qəbildən olan sözlər də sözdə şirkə aiddir.
    Ancaq Ya Allah demək olar və ya Uca Allahın diqər gözəl adları ilə onu çağırmaq.
    Misal üçün: Ya Latif,Ya Rahman, Ya Rahim və sairə gözəl adlarla.

    Bu sözün böyük və kiçik olması niyyətdən aslıdır. “Və”- bağlayıcısı müqayisədir, Və - bağlayıcısı əvvəl gələn ilə sonra gələnin dərəcəsini bildirir. Summə - “sonra” dərəcə fərqini bildirir. Əgər “Və” – bağlayıcısı ilə hər iksini də eyni tutarsa - böyük şirkdir. Yox eyni səviyyədə tutmazsa - kiçik şirkdir. Huzeyfə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Allah və filankəs istəyərsə - deməyin. Lakin Allah istəyən, sonra filankəs istəyən olsun".
    (Əbu Davud 4980, ən-Nəsai “Sunənul-Kubra” 10720, 10721, İbn Məcə 2117, Əhməd 5/ 384, əl-Albani “Səhih Silsilə” 137. Dildə "Və" bağlayıcısı, "Sonra" zərfinin işlədilməsinin yaratdığı fərq. )

    Quteylə (r.a) rəvayət edir ki, bir yəhudi Peyğəmbərin (s.a.v) yanına gələrək dedi: " Allah və sən istəsən, Kəbəyə and olsun deməklə şirk etmiş olursunuz". Bundan sonra Peyğəmbər (s.a.v) onlara əmr etdi ki, and içdikdə belə desinlər: "Kəbənin Rəbbinə and olsun! Əgər Allah istəsə, sonra sən istəsən(ən-Nəsai 7/ 6, 4714, 10822, Əhməd 6/ 371, əl-Hakim 7815, əl-Albani “Səhihul-Cəmi” 6214, “Səhih” 1166. )

    İbn Abbas (r.a) rəvayət edir ki, bir nəfər Peyğəmbər (s.a.v) dedi: "Əgər Allah və sən istəsən". Peyğəmbər (s.a.v) buyurdu: "Məni Allaha bərabər (tay) tutdun, əgər Allah istəsə (deyin)".
    (əl-Buxari “Ədəbul-Mufrad” 783, ən-Nəsai "Əməlul-Yəum vəl-Leyl" 988, Əhməd 1/ 214, 283, 347, İbn Məcə 2117, əl-Albani “Səhih” 139. )

    Məxluq, Allahın istəyi ilə birisinin istəyini eyni yerə qoymaqla artıq kiçik şirk etmiş olur; “Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!” (ət-Təkvir 29).

    Tufeyl (r.a) rəvayət edir ki, bir gün yuxuda gördüm ki, mən bir dəstə yəhudinin yanına gəlib onlara dedim: "Əgər siz Üzeyr Allahın oğludur – deməsəydiniz mömin olardınız". Onlar: "Siz də əgər Allah və Muhəmməd istəməsə deməsəydiniz mömin olardınız"- dedilər. Sonra bir dəstə xristianın yanına gələrək onlara: "Əgər siz İsa Allahın oğludur deməsəydiniz mömin olardınız"- dedim. Onlar: "Siz də əgər Allah və Muhəmməd istəməsə deməsəydiniz mömin olardınız"- dedilər. Səhər yuxudan oyandıqda bu yuxunu bir neçə adama danışdım. Sonra Peyğəmbərin (s.a.v) yanına gələrək yuxumu ona da danışdım. O: "Bu haqda kiməsə danışmısan"- deyə buyurdu. Mən: "Bəli"- dedim. Peyğəmbər (s.a.v) Allaha həmd-səna etdi, Ona şükür etdi və buyurdu: "Mənə qulaq asın. Tufeyl bir yuxu görüb onu sizdən bəzilərinizə danışıb. Mən bəzi səbəblərə görə əvvəllər qadağan edə bilmədiyim ifadəni siz işlədirsiniz. Bundan sonra “əgər Allah və Muhəmməd istəsə deməyin”, deyin ki, “əgər Allah istəsə".
    (İbn Məcə 2118, Əhməd 5/72, əd-Dərimi 2/295, əl-Albani “Səhih” 138. )

    Kitab Əhli İslama zidd olsada belə, haqq müsəlman üçün hər bir şeydən üstündür. Ona görə də Peyğəmbər (s.a.v) haqq olduğu üçün qəbul etdi. Peyğəmbər (s.a.v) müsəlmanlara səhflərini düzəltməyi əmr etdi. Belə bir kimsə Peyğəmbəri (s.a.v) Allah ilə Niddən – tay tutmağı heç ağlından da keçirmir. Lakin söz ilə söyləndiyi üçün artıq kiçik şirkdir. Ona görə də o kəslər ki, Allahın sifətlərini Peyğəmbərə (s.a.v) verərək artıq böyük şirk etmiş olurlar. Rububiyyət sifətlərini Peyğəmbərə (s.a.v) verirlər.

    Hadisələrin Baş Verməsini Allahla Əlaqələndirməmək -

    - Məs: Qapıçı olmasaydı evimizə oğru girərdi, bu dərman olmasaydı həyatını itirərdi, təcrübəmiz olmasaydı işimiz alınmazdı, pulum olmasaydı batardım, bu təyyarəçi olmasaydı ölərdik,təcili yardım tez gəlsəydi ölməzdi, iynəni tez vursaydılar ölməzdi, filan ticarətçinin bacarığı olsaydı bu hala gəlməzdi, mən bunlara öz elmim sayəsində nail olmuşam, bütün bu nemətlərə mən özüm nail olmuşam, bu mənim haqqımdır, Allah bunu mənə verməli idi və s. bu qəbildən olan sözlər Tövhidə zidd olan sözlərdir. Allahı unudaraq neməti Allaha deyil səbəb ilə bağlamaqdır.

    əl-Həris əl-Əşari (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: “Allah Yəhyə ibn Zəkəriyyəyə (Aleyhissalam) beş kəlməni, bunlarla əməl etməsini və onlara əməl etmələrini Bəni İsrailə söyləməsini əmr etdi. Lakin Yəhyə bu sözü söyləməyi unutdu (gecikdi). İsa (Aleyhissalam) ona dedi: “Allah sənə beş kəlimə öyrədib onlarla əməl etməyini və Bəni İsrailə də onlarla əməl etmələrini əmr etməyini söylədi. Ya sən bunları onlara əmr edəcəksən, ya da mən bunu onlara söyləyəcəyəm”. Yəhyə: “(Ey mənim qardaşım!) Onlara (məndən öncə) sən əmr etsən yerə batırılmağımdan və ya əzab edilməyimdən qorxuram – deyib xalqı Beytul-Məqdisə topladı. Məscid ağzına kimi doldu. (Allaha həmd etdikdən sonra) Allah mənə beş kəlimə öyrətdi və onlarla əməl etməyimi və sizə də əməl etməyinizi mənə əmr etdi. Birincisi – Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın. Allaha şərik qoşanın misalı: Bir nəfər öz malından (ən yaxşı malından) qızıl və ya gümüş müqabilində bir kölə alır və ona: “Bu mənim evim, bu da işim. Çalış (qazandığını) mənə ödə! Kölə çalışar, lakin qazancını ağasından başqasına ödəyir. Kölənin belə etməsinə kim razı olar?...”.(ət-Tirmizi 2863, 3102, Əhməd 16042, əl-Albani səhih demişdir. )
    Allah ruzi verir, şəfa verir, yedizdirir, içizdirir, geyindirir və s. təşəkkürü isə başqasına bildirirlər. Vallahi, belə edən kimsə zalımdır. Neməti əta edəni unudur. Görəsən onlara qarşı belə edilsəydi necə cavab verərdilər? Neməti Allahdan qeyrisinə nisbət etmək, Allahın qınadığı bir şeydir. Neməti səbəbə bağlamaq olmaz. Yəni Allah, sənə veriləcək xeyiri onlar vasitəsilə sənə yönəldir. O, xeyirin sənə verilməsinin qarşısını alan da Allahdır; "Başına gələn müsibətdən sonra dərgahımızdan ona bir mərhəmət əta etsək mütləq: “Bu elə mənim haqqımdır. Qiyamətin qopacağını güman etmirəm. Doğurdan da əgər Rəbbimin hüzuruna qaytarılıb gətrilsəm Onun dərgahında məni ən gözəl nemət (Cənnət) gözləyir”- deyər. Biz kafir olanlara nə etdiklərini mütləq (bir-bir) xəbər verəcək və sözsüz ki, onlara şiddətli bir əzab daddıracağıq. (Kafir, naşükür) insana nemət bəxş etdiyimiz zaman (imandan) üz döndərər, haqdan uzaqlaşıb yan gəzər. Ona bir pislik üz verdikdə (Rəbbinə) uzun-uzadı dua edər (yaxşı gündə Allahı unudar, dar gündə dərhal Ona yalvarar)". (Fussilət 50-51). "İnsana gəldikdə isə Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə o: "Rəbbim mənə ehtiram göstərdi!"- deyər. Amma nə zaman Rəbbin onu imtahana çəkib ruzisini əskiltsə: "Rəbbim məni alçaltdı, mənə xor baxdı!"- deyər". (əl-Fəcr 15-16). "Bu mənə yalnız biliyimə görə verilmişdir!”- deyər. Xeyr, bu bir imtahandır. Lakin onların əksəriyyəti bilməz". (əz-Zumər 49).

    İbn Kəsir (Allah rəhmət etsin( demişdir: "Allah bildirir ki, bədbəxtlik baş verdikdə insan Onun qarşısında alçalır, peşmançılıq keçirir və Ona müraciət edir. Sonra isə əgər Allah bu bəlanı insan üçün rəhmlə əvəz edərsə insan icazə veriləni aşaraq azğınlıq edir və deyir: "Bu mənə biliyimə görə verilmişdir. Allah buna layiq olanları bilir. Mən Allahın yaxşı bəndəsi olmasaydım mənə bunu verməzdi". Allah: "Xeyr, bu tamahdır…". Məsələ onun güman etdiyi kimi deyildir. Biz ona verdiyimiz nemətlərlə sınadıq. Tabe olacaq yoxsa asi olacaqdır. Ancaq biz bu haqda əvvəlcədən bilirdik". "Şübhəsiz ki, bu sözü onlardan əvvəlkilər də demişdilər. Lakin qazandıqları onlara heç bir fayda vermədi". (əz-Zumər 50).

    İbn Kəsir demişdir: "Onların sözləri düzgün deyildir və sərvətləri onlara fayda verməyəcəkdir və onlar uğur qazana bilməyəcəklər". "Həqiqətən Qarun Musa qövmündən idi. Onlara (İsrail oğullarına) qarşı (zülm etməkdə, Musanın üzünə ağ olmaqda və özünü yuxarı tutmaqda) həddini aşmışdır. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: (Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz. Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi sən də yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz. (Qarun) dedi: “Bu mənə yalnız məndə olan elm sayəsində verilmişdir”. Məgər Qarun Allahın ondan əvvəl özündən daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar". (əl-Qəsəs 76-78).

    Bu iki sinif insana aiddir:

    1) İnsan etiraf etsə ki, ona ruzi Allahdan deyil öz zəhməti ilə qazanmışdır, onda olan elmə görə verilmişdir, bu artıq Rububiyyətdə olan şirkdir.

    2) Allahdan olduğunu etiraf edir, lakin “mən buna layiq olduğum üçün Allah mənə verib. Bu cür də olmalı idi, əksi düşünülməzdir”. Bu da Tövhidə zidd olan sözlərdir. Həqiqi mömin Allahın bütün zahiri və batini nemətlərini etiraf edib, Allaha həmd etməlidir. Ona verilən hər bir nemət Allah tərəfindən ona olan rəhmətdir. Özünə güvənmə ki, hər şeyə sən özün nail olmusan. Tövhid qullardan zəlil olmağı əmr edir. Bil ki, Allah sənə heç bir şeylə borclu deyildir. Bütün bu nemətləri Allaha aid etməli, bu nemətlərə görə Allaha şükr etməli və onları Allahın razı qaldığı yerlərə sərf etməlisən. Bunları sən haqq etməmisən, bütün haqlar Allaha aiddir. İnsan hər tərəfdən yalnız Allahın quludur. İman və Tövhid yalnız bu yolla kamil olar. Bunun ziddi yalnız nankorluq, təkəbbürlük, özündən razılıq gətirər. Kim ki, bu nemətləri özünə nisbət edərsə, Tövhidində naqislik vardır. Artıq o kimsə iki şeyi özündə birləşdirmişdir:
    1) Allahı təzim etməyi tərk etmiş.
    2) Sahib olmadığı bir şeyi özünə aid etmişdir.

    Qatadə bu ayə barəsində deyir: "O, iddia edirdi ki, bütün qazandıqları onda olan elmə görədir. Kim iddia etsə ki, bunları öz bacarığı ilə qazanmışdır, onun halı Qarunun halı kimidir. Ona görə də hər bir müsəlmana nemət gəldikdə onu Allah tərəfindən olduğunu sansın". İmanlı bir kimsə belə sözlərdən uzaqdır. Səndə olan istək, əməl, sözlərin, niyyətin - hər bir şey Allahdandır. O qədər insanlar var ki, elmi, biliyi, savadı - hər bir şeyi var, lakin ruzi qazana bilmirlər. İnsana Allahın verdiyi nemətlərə görə ona şükr etməsi vacibdir; "Sizə gələn hər bir nemət Allahdandır". (ən-Nəhl 53). Sən öz elminlə, bacarığınla qazansan da belə, bil ki, Allah tərəfindəndir.

    İmam Bəğavi deyir: "(Bu nemət) mənə Allahdan gəlmiş bir elm üzrə verilmişdir. Doğrusu bu mənim haqqımdır". Bilirəm ki, dünya həyatında bu mənə verildiyinə görə Allah qatında mənim yerim, şərəfim vardır. Mücahid deyir: "Bu yaxşılığı əməlim sayəsində qazandım. Mən bu yaxşılığı haqq etdim".

    İbn Kəsir demişdir: “Allahın sizə bəxş etdiyi nemətlərlə qürrələnib insanlar arasında fəxr etməyin. Bu sizin əməyinizin nəticəsi olmayıb, Allahın qəza və qədəri ilə sizə bəxş edilən ruzisidir. Allahın nemətləri ilə təkəbbür və lovğalığ etməyin. Sevincinizi şükrə, kədərinizi isə səbrə çevirin”.
    (İbn Kəsir "Təfsir" 4/ 314. )
    "Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De ki: “Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər (iman gətirdiyinizi) doğru deyirsinizsə, (bilin ki) sizi imana müvəffəq etməklə əslində Allah sizin boynunuza minnət qoymuş olar". (əl-Hucurat 17). “Onlar Allahın neməti haqqında bildikləri halda, sonradan onu inkar edirlər. Onların çoxu kafirdir”. (ən-Nəhl 83).

    "Sizə gələn hər bir nemət Allahdandır". (ən-Nəhl 53).
    Daha öncə deyildiyi kimi qulların üzərinə düşən, nemətlərin həm sözlə, həm də könüllə Allaha nisbət etmələridir. Tövhid də bu yolla kamil olar. Uca Allahın nemətlərini həm qəlbi, həm də dili ilə inkar edən kimsə kafirdir. Nemətləri söz və qəlb olaraq Allaha izafə etmək İmanın kamilliyindəndir.

    Avn ibn Abdullah deyir: “Əgər filankəs olmasaydı belə olmazdı”.
    Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın”. (əl-Bəqərə 22).
    İbn Abbas bu ayədə keçən Əndad – kəliməsi haqqında deyir: “Bu şirk deməkdir. Qaranlıq bir gecədə qara bir daşın üzərində qarışqanın ayaq izindən daha gizlidir. Ey filan! Allaha, sənin və mənim həyatıma and olsun, bu it olmasaydı oğrular evə daxil olardılar, əgər ördək olmasaydı oğrular girərdi, sən və Allah istəsə, Allah və filankəs olmasaydı – kimi sözlər şirkdir”.
    (Əbu Hatim. )

    --------------

    Toplayan və Tərcümə Edən: K.Hüseyn
    İxtisas Redaktoru: R. İsbarxanlı
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 716 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Oktyabr 2012  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru