Buddistlər Myanmarda 800 illik məscidi yandırıblar
19:59
Myanmarın Sitve rayonundakı 800 illik Bor məscidi buddist rahibi geyimində olan şəxslər tərəfindən yandırılıb.
“Selef.my1.ru” saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə bazar günü baş verib. 800 il bundan qabaq inşa edilmiş məscidin yandırılmasında bəzi hərbiçilər də iştirak ediblər. İki saat davam edən yanğın zamanı məscidlə yanaşı, ətrafdakı evlər də zərər görüb.
Xatırladaq ki, Myanmar mərkəzi hakimiyyətinin ayrı-seçkilik siyasəti nəticəsində ölkədən 800 min müsəlman qovulub.