Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Oktyabr » 10 » Dini dəyərlər olmadan əxlaqi yüksəliş mümkündürmü?
    Dini dəyərlər olmadan əxlaqi yüksəliş mümkündürmü?
    20:08
    Sual yaranır ki, nə üçün dini əsaslar olmadan əxlaqi yüksəliş və sosial həmrəylik mümkün deyildir? Sualın cavabı budur ki, əxlaqi yüksəlişin iki mühüm şərti vardır:

    a) Əksəriyyət tərəfindən qeydsiz-şərsiz qəbul edilmiş prioritet dəyərlərin, yaxud da davranış qaydalarının mövcudluğu;

    b) Hər kəsin həmin dəyər və qaydaları gözləməsi; bu dəyər və qaydalara əxlaqi cəhətdən riayətin hər kəsə aşılanması; onları pozanların qınanması.

    Bütün bunlar digər bir sualın yaranmasına səbəb olur: qeydsiz-şərtsiz hamı tərəfindən qəbul edilib riayət olunan dəyərləri necə təsis etmək mümkündür? Görəsən, bu cür dəyərlərin yaradılmasında, bəzi dünyəvi-modernist filosof və siyasətşünasların təklif etdikləri “ictimai müqavilə” (Social Contract) anlayışı rol oynaya bilərmi? Cavabımız müsbətdir, amma bir şərtlə; o şərtlə ki, ictimai müqavilənin forması ilə bağlı müzakirələrdə iştirak edənlər ictimai, iqtisadi və düşüncə baxımından eyni olmalıdırlar. Bu cür bərabərlik imkan verəcəkdir ki, tələb olunan qaydaların hazırlanmasında hamının payı və rolu bərabər olsun. Təbii ki, bu cür bərabərlik qeyri-mümkündür, odur ki varlılar və güclülər qərarlara təsir edəcək, nəticədə, onların maraqlarına gizlicə xidmət edən qaydalar qoyulacaqdır. Bununla da, həmin qaydalar hamı tərəfindən qəbul edilməyəcəkdir. Bu səbəbdən zəruridir ki, sözügedən vəzifə (iş) bilikli və professional, bitərəfliyi ilə seçilən, bütün insanların zəif və güclü nöqtələrini bilən, onlara münasibətdə ədalətli olan, ayrı-seçkilik etmədən hər kəsin xoşbəxtliyini istəyən tərəfə həvalə edilsin. Həmçinin, şərtdir ki, o, mövcud qaydaların doğurduğu təsirlərə yaxşı bələd olsun, hazırlanacaq normaların gələcəkdəki uzunmüddətli təsiri və nəticələrini tam dəqiqliyi ilə nəzərə alsın. Belə bir funksiyanı isə ancaq və ancaq Allah yerinə yetirə bilər! Çünki bu kainatı və insanları O yaradıb və O, hər şeyə bələddir!

    Allah Təala bu vəzifəni icra etmişdir. İslam dünyagörüşünə görə, Allah bütün insanlara müxtəlif dövrlərdə peyğəmbərləri, o cümlədən, Həzrəti İbrahim, Musa, İsa və Məhəmməd (Onlara Allahın xeyir-duası və salamı olsun!) vasitəsi ilə doğrunu göstərən təlimlər göndərmişdir. Bu səbəbdən bütün səmavi dinlərin dünyaya baxışında, əxlaq sistemində oxşarlıq vardır; əsrlər boyu bir din əvvəlki dini tamamlamış və təkmilləşdirmişdir. Yer üzünün varisləri olaraq insanlardan tələb olunur ki, onları yaratmış Allah tərəfindən göndərilmiş bu dəyərlərə səmimiyyətlə riayət etsinlər. Bu müvəqqəti dünyada onlara tapşırılmış vəzifə də elə budur. Əgər insanlar onlara verilmiş nadir resurslardan düzgün istifadə edərlərsə, bir-birləri ilə sözügedən dəyərlərə görə davranarlarsa, təkcə bəşəriyyət xoşbəxt olmayacaq, həm də ətraf mühit, heyvanlar, bitkilər, həşəratlar mühafizə altına alınacaqdır.

    Şadvikin dediyi kimi, sosial əxlaqa riayət “...müzakirəyə açıq olmayan, hamı tərəfindən qəbul edilmiş aksiomatik meyarlara əsaslanmalıdır... Bəşər tarixi boyu ictimai əxlaqa riayət dindən ayrı olmamışdır. Bəzi istisnalar olsa da, bu kiçik cəmiyyətlər üçün xarakterik idi”[1].

    Bernard Uilyams aşağıdakıları deyərkən haqlı idi:

    “Əxlaqa riayət filosofların kəşfi deyildir”[2].

    Tərcümə etdi: Elvüsal Məmmədov

    [1] Schadwick, 1975, pp. 229 and 234.

    [2] Bernard Williams. Ethics and the Limits of Philosophy, Cambridge, MA: Harvard University Press, 1985, p. 174.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 698 | Tarix: 21.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Oktyabr 2012  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 13
    Qonaqlar: 13
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru