Ana Səhifə » 2012»Oktyabr»2 » Avstraliyalı nazir: “İslamı internet vasitəsilə də təbliğ edin”
Avstraliyalı nazir: “İslamı internet vasitəsilə də təbliğ edin”
09:59
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, Avstraliyanın Xarici İşlər naziri Bob Karr dünya müsəlmanlarının etirazına səbəb olan Həzrəti Məhəmmədi təhqir xarakterli filmə öz münasibətini bildirib.
Zorakılığa baş vurmadan etirazların təşkilini təklif edən nazir müsəlman dünyasının İslamı təbliğ xarakterli nəşrlərə üstünlük verilməsini tövsiyə edib. Karr İslam əleyhinə layihələrə internet vasitəsilə də cavab verilməsinin daha effektiv olacağını düşündüyünü bildirib.
Avstraliya XİN rəhbəri bu məsələdə ərəb və müsəlman dünyasının liderlərinin həyata keçiriləcək layihələri maliyyələşdirə biləcəkləri deyib.