Ana Səhifə » 2012»Oktyabr»2 » “Röyters”in İran bürosunun rəhbərinə İslamı təhqir etdiyi üçün hökm oxunacaq
“Röyters”in İran bürosunun rəhbərinə İslamı təhqir etdiyi üçün hökm oxunacaq
09:57
Paris Hafizi ictimai rəyin manipulyasiyasında və İslamın təhqirində ittiham olunur.
“Selef.my1.ru” Rusiya mətbuatına istinadən bildirir ki, “Röyters” informasiya agentliyinin İran bürosunun rəhbəri Paris Hafizinin döyüş sənətini öyrənən iranlı qadınları “muzdlu qatillər” kimi xarakterizə etdiyi reportajla bağlı keçirilən məhkəmə prosesində hökm bu ay oxunacaq.
Xəbərlərdə agentliyin İrandakı bürosunun məhkəmə prosesi başa çatanadək məsələyə şərh verməkdən imtina etdiyi bildirilib. İranın aidiyyatı qurum rəsmilərinin açıqlamasında agentliyin sülhpərvər qadınları “muzdlu qatil” kimi təqdim edən agentliyin reportajının qəbuledilməz olduğu öz əksini tapıb.
Məlumat üçün deyək ki, “Röyters” informasiya agentliyinin İran bürosunun fevral ayında ölkədə döyüş sənətini öyrənən qadınlara dair hazırladığı reportajda qadınlar muzdlu qatil olmaq istəyən şəxslər kimi qələmə verilmişdi.