Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Oktyabr » 2 » Quranda peyğəmbər duaları (ikinci hissə)
    Quranda peyğəmbər duaları (ikinci hissə)
    10:26
    Yusif peyğəmbər:

    Günahlardan Allahın sonsuz qüdrətinə sığınma duası:

    “(Yusif) dedi: "Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram" (Yusuf, 33).

    Biz burada zindanda yatmağı günaha batmaqdan daha üstün tutan bir iffət və namus timsalı Yusif peyğəmbəri görürük. Yusif peyğəmbər bu əməli ilə günümüzdəki müsəlmanlara belə bir vəziyyətlə qarşılaşacaqları anda atacaqları addımı və bununla yanaşı Allaha necə təvəkkül etmələrini öyrədir.

    Şükür və özünütəslimetmə duası:

    Yusif peyğəmbər bu duasında həyatda yeganə məqsədin Allaha daha yaxın olmaq və tam təslimçiliklə canını Onun yolunda fəda etmək olduğunu bizlərə göstərir:

    “Yusif atası ilə bir müddət gözəl dövran sürdükdən sonra Yə’qub vəfat etdi. Yusif atasını aparıb öz vətənində dəfn etdi və dünyanın heç bir e’tibarı olmadığını gördükdə Allaha dua edərək Ondan ölüm diləyib dedi: ) "Ey Rəbbim! Sən mənə səltənətdən (istədiyimdən də artıq) bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!" (Yusuf, 101).

    Əyyub peyğəmbər:

    Əyyub peyğəmbər dərd və sıxıntıların Allahdan gələn rahatlıq və sevinc qədər dəyərli olduğunu dərk edən nadir insanlardan biridir. O, düçar olduğu ağır xəstəliyə rəğmən, uzun illər səbr etmiş və sonda ilahi bir göstərişlə ayağını yerə vuraraq oradan çıxan su ilə bu dərddən xilas olmuşdu.

    “(Ya Rəsulum!) Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: "Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!" ( əl-Ənbiya, 83).

    Şüeyb peyğəmbər:

    Səbat və təvəkkül duası:

    Bildiyimiz kimi, Şüeyb peyğəmbərin dövründə insanlar arasında yayılan ən dəhşətli günahlardan biri də çəkidə insanların bir-birlərini aldatması idi. Belə ki, Şüeyb peyğəmbər ətrafındakı az sayda möminlə cəmiyyətdə zəif insanları isitismar edən və fitnə-fəsad törədən zalımlara qarşı Allaha sığınmışdır. O və ətrafındakı möminlər təvəkkülü özlərinə qalxan edərək, haqq yoldan heç bir zaman ayrılmayacaqlarına və sonadək mübarizə aparacaqlarını elan edərək, rəblərinə belə dua etmişdilər: “...Biz yalnız Allaha təvəkkül emişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən hökm verənlərin ən yaxşısısan!" (əl-Əraf, 89).

    Musa və Harun peyğəmbərlər:

    Yer üzünün ən zalım hökümdarlarından olan Firona qarşı və ədaləti bərpa etmək üçün qəti olaraq mübarizə aparan tövhid dininin öndərlərindən biri olan Musa peyğəmbərin Quranda çoxlu duaları vardır.

    Günahların bağışlanması üçün edilən dua:

    Peyğəmbər olmamışdan əvvəl səhvən bir insanı öldürən Musa peyğəmbər Allaha belə dua etmişdi: “(Musa) dedi: "Ey Rəbbim! Şübhəsiz ki, mən (bu qibtini vurub öldürməklə) özüm-özümə zülm etdim. Buna görə məni bağışla!" (Allah Musanı) bağışladı. Həqiqətən, O, (bəndələrini) bağışlayandır, rəhm edəndir!

    (Musa) dedi: "Ey Rəbbim! Mənə bəxş etdiyin ne’mət haqqı (günahımı bağışlamağına and içirəm ki) mən əsla günahkarlara arxa olamayacağam!" (əl-Qəsəs, 16-17).


    Allaha sığınmaq üçün edilən dua:

    Musa peyğəmbərin səhvən öldürdüyü şəxsin Fironun nəslinə mənsub olduğu aydın olduqdan sonra haqqında edam cəzası kəsilən Musa peyğəmbər rəbbinə belə dua edir: “Musa qorxu içində (ətrafına) göz qoya-qoya oradan (şəhərdən) çıxıb: "Ey Rəbbim! Məni bu zalım tayfanın əlindən qurtar!" – dedi” (əl-Qəsəs, 21).

    Kömək duası:

    Musa peyğəmbər Mədyən şəhərində sığınacaq axtardığı bir vaxta Allahdan kömək üçün bu duanı etmişdi: “"Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!" (əl-Qəsəs, 24).

    Daima günahkar insanlardan uzaq qalmaq üçün edilən dua:

    Musa peyğəmbər bu duası ilə Allahdan mənən kirlənmiş cahil insanlarla öz arasında bir pərdənin olmasını dilə gətirmişdi: “(Musa) dedi: "Ey Rəbbim! Mənim yalnız özümə və qardaşıma (Haruna) gücüm çatar (sözüm keçər). Sən bizi bu günahkar və azğın camaatdan ayır!" (əl-Maidə, 25).

    Qəlbin rahatlanması və məşəqqətlərə qarşı maddi və mənəvi dəstəyin verilməsi üçün dua etmək:

    Musa peyğəmbər mübarizəsinin ilk dövrlərində yaşadığı çətinlikəri rəbbinə açmışdı. Üzərinə qoyulmuş vəzifənin məsuliyyətindən qəlbində bir sıxıntı hiss etmiş və qəlbinin rahatlanması üçün Allaha dua etmişdi: “(Musa) dedi: [i][u]"Ey Rəbbim! Onların məni yalançı sayacaqlarından qorxuram! Ürəyim sıxılır, dilim də açılmır. Buna görə Haruna da (peyğəmbərlik) ver! (Cəbraili ona göndərib nübüvvət bəxş et!)” (əş-Şüəra, 12-13).

    Başqa bir surədə isə Musa peyğəmbərin belə dua etdiyini görürük: “(Musa) dedi: "Ey Rəbbim! (Peyğəmbərliyi yerinə yerinə yetirməyə qadir olmaq, Fir’onla danışmağa cür’ət etmək və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək üçün) köksümü açıb genişlət;İşimi yüngülləşdir; Dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki,Sözümü yaxşı anlasınlar! Və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver – Qardaşım Haruna Onunla arxamı möhkəmləndir. Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki, Səni çox təqdis edib şə’ninə təriflər deyək. Və Səni çox zikr edək (daim yada salıb şükr-səna edək). Sən, şübhəsiz ki, Bizi görürsən!"

    Musa peyğəmbərin bu duasında xeyirxah bir işə başlarkən nələrə diqqət yetirməyimizi bizə göstərən bir çox ibrət vardır; bir işə başlayarkən Allahın yardımını istəyərək,` Onun adı ilə başlamaq, bir işə özümüz kimi olan insanlarla başlamaq, yəni fərdi olaraq hərəkət etməmək, işimizdə müvəffəq olsaq da, olmasaq da Allahı xatırlamaqdan əsla usanmamlıyıq.

    Harun və Musa peyğəmbərlər Fironun yanına getməzdən əvvəl qəlblərinin rahatlanması və məşəqqətlərə qarşı maddi və mənəvi dəstəyin verilməsi üçün Allaha belə dua etmişdilər: “Ey Rəbbimiz! (Fir’onun mö’cüzə göstərməyimizə hövsələsi çatmayıb) bizə şiddətli cəza verməsindən və ya azğınlaşaraq həddini aşmasından (dikbaşlıq etməsindən) qorxuruq!" - dedilər” (Taha, 45)

    Həlak olmaqdan xilas olmaq üçün edilən dua:

    Tur dağından qayıtdıqdan sonra qövmünün buzova ibadət etdiyini görən Musa peyğəmbər çox məyus olmuşdu. Bundan sonra Musa peyğəmbər qövmünün arasından seçdiyi yetmiş nəfər şəxs və qardaşı Harunla cahil insanların bu əməllərinə görə, Allahın qəzəbinə düçar olmamaları üçün birgə dua etmişdilər: “Musa Bizim (Sina dağında) tə’yin etdiyimiz vaxt üçün öz tayfasından yetmiş (mö’təbər) adam seçmişdi. Onları sarsıntı yaxalayanda (ildırım vuranda Musa) dedi: "Ey Rəbbim! Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən? Bu (baş verən işlər) Sənin sınağından başqa bir şey deyildir. Sən onunla (bu sınaqla) istədiyini zəlalətə düçar edər, istədiyini doğra yola salarsan. Sən bizim hamimizsən (ixtiyar sahibimizsən). Bizi bağışla və rəhm et. Axı sən bağışlayanların ən yaxşısısan! Bizə bu dünyada da yaxşılıq yaz. (Dünyada yaxşı əməllər, axirətdə Cənnət qismət elə). Biz (tövbə edib bağışlanmağımızı diləyərək). Sənə tərəf (hüzuruna) döndük!" (Allah) buyurdu: "İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdi. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlədə, ayələrimizə iman gətirənlərə yazacağam!” (əl-Əraf, 155-156).

    Məhz bu duadan sonra Uca Allah şirkə qarşı mübarizədən bir an belə olsun usanmayan Harun və Musaya, imanını xeyirli əməllərlə gücləndirən yetmiş nəfər şəxsə öz mərhəmətini nazil etmişdi.

    Günahkar insanların həlak olması üçün edilən dua:

    Nəhayət Musa peyğəmbər heç bir öyüd-nəsihətə qulaq asmayan Firon və cah-cəlal içərisində azğınlaşmış qövmü üçün Allahdan bəla istəyir: “Musa dedi: "Ey Rəbbimiz! Sən Fir’ona və ə’yan-əşrafına dünyada zinət və mal-dövlət ehsan etdin! Ey Rəbbimiz! (Bu sərvəti onlara bəndələrini) Sənin (haqq) yolundan azdırmaq üçün verdin? Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə (sərtləşdir) ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!" (Yunus, 88).

    Davud və Süleyman peyğəmbərlər:

    Ədalətli hökumdar olmaq üçün edilən dua:

    Süleyman peyğəmbər İslamın yer üzərində hakim olması üçün səfərbər edə biləcəyi əzəmətli bir mülkə sahib olmaq üçün Allaha dua edir. Tarixdə misli görünməyən gücə və hakimiyyətə sahib olan Süleyman peyğəmbər bir an olsun belə, bu var dövlətdən azğınlaşmamış, bunu yalnız haqq dinin bərqərar olması üçün istifadə etmişdi.

    “(Süleyman dua edib) dedi: "Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra (o cürəsinə) heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan (kərəm) sahibisən! (Allah Süleymanın duasını qəbul buyurdu. Ona həm peyğəmbərlik, həm də padşahlıq əta etdi) (Sad, 35).

    Şükür duası:

    Davud və Süleyman peyğəmbərlər (Onlara Allahın salamı olsun!) onlara elm və peyğəmbərlik bəxş etdiyi üçün Allaha dua etmişdilər: “Biz Davuda və Süleymana elm (insanlar arasında mübahisəli məsələləri həll edib ədalətli hökm çıxartmaq, quşların dilini bilmək və i. a.) verdik. Onlar dedilər: "Bizi öz mö’min bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!". “(Süleyman qarışqanın) bu sözündən gülümsəyib dedi: "Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun ne’mətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinə saleh bəndələrinin zümrəsinə daxil et!" (ən-Nəml, 15-19).

    Böyük bir iqtidar sahibi olan Süleyman peyğəmbər bu duası ilə Allahın ona bəxş etdiyi bütün nemətlərə qarşı şükür etdiyini bildirmişdi. Nə qədər güc-qüvvətə sahib olmasına baxmayarq, Allaha qarşı naşükürlük etməmişdir. Hər zaman da özü kimi möminlərə səbirli olmağı tövsiyə etmişdir.

    Yunus peyğəmbər:

    Qövmünə etdiyi öyüd-nəsihətlərin heç bir fayda vermədiyini görən Yunus peyğəmbər Allahın razılığı olmadan öz qövmünü tərk edib getmişdi. Öz şəhərindən uzaqlaşmaq üçün bir gəmi ilə başqa bir yerə səfər edir.Yolda batmaq təhlükəsi ilə üzləşən gəminin sakinləri gəmini xilas etmək üçün yükləri boşalmaq qərarına gəlirlər. Bunun üçün aralarında püşk atırlar. Püşk Yunus peyğəmbərin bəxtinə düşür və dənizə atılan Yunus peyğəmbər nəhəng bir balıq tərəfindən udulur. Bundan peşman olan və nəticə çıxaran Yunus peyğəmbər səbirsizliyindən qaynaqlanan səhvini etiraf edir və Allaha yalvarır: “Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbirsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüz, yaxud hokmümüzün ona yetməyəcəyini) güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): "(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)",-deyib dua etmişdi” (əl-Ənbiya, 87).

    Zəkəriyyə peyğəmbər:

    Zəkəriyyə peyğəmbər bu duası ilə övlad sahibi olmayan bir möminin bu vəziyyətdə nə cür davranacağını bizlərə öyrədir. Bu, bütün möminlər üçün gözəl bir örnəkdir: “(Zəkəriyyaya) Rəbbinə gizlicə dua edib yalvardığı zaman Belə demişdi: "Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam. (Nə dua etmişəmsə, qəbul olunmuşdur). Mən özümdən sonra gələn qohum-əqrabamdan (yerimə keçəcək əmioğlularımın və digər vərəsələrimin məsləkimi ləyaqətlə davam etdirməyəcəyindən) qorxuram. Zövcəm də ki, qısırdır. Buna görə də mənə Öz dərgahından bir oğul (vəli) bəxş et ki, O həm mənə, həm də Yə’qub nəslinə (onlara lütf edilmiş peyğəmbərliyə) varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o (öz əqidəsi, itaəti və gözəl axlaqı ilə) riza (Sənin rizanı) qazanmış olsun!" (Məryəm, 3-6).

    Ali-İmran surəsinin 38-ci ayəsində isə oxuyuruq:“(O zaman) Zəkəriyya Rəbbinə dua edərək dedi: "Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!"

    “Əl-Ənbiya” surəsində isə Zəkəriyyə peyğəmbərin dilindən bu duanı eşidirk: “(Ya Rəsulum!) Zəkəriyyanı da (yada sal)! Bir vaxt o: "Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan! (Bütün məxluqat yox olar, ancaq Sən qalarsan!)" - deyə yalvarıb Rəbbinə dua etmişdi”.

    İsa peyğəmbər:

    Süfrə duası:

    İsa peyğəmbər qövmünün tələbi üzərinə Allahdan onların imanlarını və təqvalarını daha da möhkəmləndirmək üçün göydən süfrə nazil etməsini diləmişdi. “əl-Maidə” surəsinin 114-cü ayəsində bu haqda deyilir: “Məryəm oğlu İsa dedi: "Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir mö’cüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!".

    Tərcümə etdi: Dilavər Məmmədov
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 1957 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Oktyabr 2012  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 3
    Qonaqlar: 3
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru