Ana Səhifə » 2012 » Oktyabr » 2 » Allahşükür Paşazadə: “Orta məktəblərdə İslam dininin əsaslarının tədrisinin tərəfdarıyam”
Allahşükür Paşazadə: “Orta məktəblərdə İslam dininin əsaslarının tədrisinin tərəfdarıyam”
10:00
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
A.Paşazadə bildirib ki, İslam dini xalqın tarixidir və Azərbaycan bununla yaşayır: “Arzu edərdim ki, hər bir tələbə və şagird, o cümlədən vətəndaşımız özünün mənəviyyatının haradan gəldiyini bilsin. Beləliklə, kənardan gələn radikal qüvvələr öz təsirini göstərə bilməyəcəklər”.
Şeyxülislam qeyd edib ki, ölkədə dini təhsil müəssisələri var və bu istiqamətdə bir sıra işlər də görülür: “Bu müəssisələrin, mədrəsələrin sayının artırılmasına daha da ehtiyac duyulur. Bölgələrdə belə təhsil müəssisələrinin açılması da məqbul hesab edilir”.
QMİ sədri din xadimlərinin ictimaiyyətin və cəmiyyətin bir parçası olduğunu da söyləyib: “Buna görə də din xadimlərimiz bəzi məsələləri öyrənməli, bir-biri ilə əməkdaşlıqda olmalı və təcrübə mübadiləsi aparmalıdırlar. Bu gün din xalqın rifahına xidmət etməlidir. Allah da dini insanlara buna görə göndərib”.