Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Oktyabr » 2 » Quranda peyğəmbər duaları (birinci hissə)
    Quranda peyğəmbər duaları (birinci hissə)
    10:14
    "Ey Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir (düşmən ilə vuruşda dizimizə qüvvət ver) və kafirlərə qələbə çalmaqda bizə kömək et!" (Ali-İmran, 147).

    Bu məqaləmizdə peyğəmbərlərin Quranda keçən duaları ilə tanış olacağıq. Qurandakı bu nümunəvi dualar qüdrəti sonsuz olan Allaha necə sığınmanın yollarını bizə göstərir.

    Adəm və zövcəsinin duası:

    Yol verdikləri xətaya görə, Adəm və zövcəsinin Allaha qəlbən yalvarmaları bağışlanmağa möhtac olan bütün insanlar üçün bir nümunə hesab edilə bilər.

    “(Adəm və Həvva) "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!" - dedilər” (əl-Əraf, 23).

    Nuh peyğəmbərin duası:

    Təbliğ və yardım istəmə duaları:

    Nuh peyğəmbər bütün elçilər kimi, uğuru və uğursuzluğunu, sevinci və kədərini öz rəbbinə etiraf etmiş, Onunla dua şəklində danışaraq, dərdini Ona açmışdı.

    “(Nuh) dedi: "Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən (belə bir işə cür’ət etməkdən) Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram!" (Hud, 47);

    “O dedi: "Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (imana, haqq yola) də’vət etdim! Lakin də’vətim onların (imandan) qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı. Sənin onları bağışlamağın üçün mən nə zaman onları (imana) də’vət etdimsə, onlar (də’vətimi eşitməsinlər deyə) barmaqlarını qularlarına tıxadılar, (məni görməsinlər deyə) libaslarına büründülər, (küfrlərində) israr edib durdular və təkəbbür göstərdilər. Sonra mən onları uca səslə (açıq-açığına haqqa) də’vət etdim. Daha sonra onlara (iman gətirmək lazım olduğunu) aşkar söylədim və gizli bildirdim". Və dedim: "(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox bağışlayandır!” (Nuh, 5-10);

    “Nuh dedi: "Ey Rəbbim! Onlar mənə qarşı çıxdılar və mal-dövləti, oğul-uşağı özlərinə ziyandan başqa bir şey artırmayan kimsələrə (öz kafir başçılarına) tabe oldular. (Onların kafir başçıları mənim əleyhimə) çox böyük bir hiylə qurdular. Və (tabeçiliyində olanlara) dedilər: "Öz tanrılarınızı tərk etməyin, (xüsusilə) Bəddi, Suva’ı, Yəğusu, Yəuqu və Nəsri atmayın!" Onlar çoxlarını yoldan çıxartdılar. Sən də (ey Rəbbim!) ancaq onların zəlalətini artır!" (Nuh, 21-24).


    Təvazökar peyğəmbər olaraq bizə ən nümunəvi duaları öyrədən Nuh peyğəmbərin başqa bir surədə öz cahil qövmündən rəbbinə belə dua etdiyini görürük: “ (Nuh onların bu sözlərindən və iman gətirməyəcəklərindən mə’yus olub) belə dedi: "Ey Rəbbim! Onların məni yalançı hesab etməklərinə qarşı mənə kömək et!" (əl-Muminun, 21).

    Nuh peyğəmbər gecə-gündüz yorulmadan haqqı öz qövmünə çatdırmağa çalışırdı. Qövmü təbliğində inad göstərən və geri çəkilməyən Nuh peyğəmbəri “axmaq” adlandırırdı. O, bu ağır vəziyyətdən çıxmaq və həmin insanlarla razılığa gəlmək üçün səy göstərmiş, hər bir əməlisaleh bir mömin kimi qəlbindən keçənləri öz rəbbinə belə ərz etmişdi: “Mən (öz qövmümüm içində) məğlub oldum, buna görə də (onlardan) intiqam al!" (əl-Qəmər,10).

    Bir qövmün həlak olması üçün edilən dualar:

    Bu dualar, əsasən hər cür günah işlədikləri halda nicat tapmaq üçün heç bir təşəbbüs göstərməyən kafir və zalım bir qövmün etdiklərinə qarşı Allahdan istənilən yardım və kömək dualarıdır. Bir səbir timsalı olan Nuh peyğəmbər bütün əxlaqsızlıqları və günahları inadla davam etdirən və heç bir öyüd-nəsihətə qulaq asmayan qövmünün Allahdan həlak olmasını istəmişdi.

    Bu haqda Quranın “əş-Şüəra” surəsində buyurulur: “(Nuh) dedi: "Ey Rəbbim! Həqiqətən, qövmüm məni təkzib etdi. Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan mö’minləri (bu əzabdan) qurtar!”

    “Nuh” surəsində isə Nuh peyğəmbərin dilindən bu duaları eşidirik: “Nuh dedi: "Ey Rəbbim! Onlar mənə qarşı çıxdılar və mal-dövləti, oğul-uşağı özlərinə ziyandan başqa bir şey artırmayan kimsələrə (öz kafir başçılarına) tabe oldular. Onlar çoxlarını yoldan çıxartdılar. Sən də (ey Rəbbim!) ancaq onların zəlalətini artır!" Nuh dedi: "Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! Çünki sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər. Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mö’min kimi daxil olan kimsəni və (qiyamət gününə qədər olacaq) bütün mö’min kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını (ölümünü) artır!"

    Əmin-amanlıq üçün edilən dua:

    Allahın köməkliyi ilə tufandan xilas olan Nuh peyğəmbər Ona həmd edərək, şirkin və əxlaqsızlığın uğramadığı bir məkana yerləşdirlimələri üçün dua edir. “Həmçinin (gəmidən enəndə) belə de: "Ey Rəbbim! Məni mübarək (xeyir-bərəkətli) bir yerə endir. Sən sığınacaq verənlərin ən yaxşısısan!" (əl-Muminun, 29).

    Şükür duaları:

    Nuh peyğəmbər möminlərlə birgə səfər hazırlıqlarını bitirib gəmiyə mindikdən sonra Allaha belə dua etdi: “Bizi zalım tayfanın əlindən qurtaran Allaha həmd olsun!" (əl-Muminun,28).

    Lut peyğəmbərin duaları:

    Təvəkkül və yardım duaları:

    Lut peyğəmbər uzun mübarizədən sonra əxlaqi çöküntü içərisində çabalayan qövmü arasında çox az sayda insanı doğru yola çəkə bilmişdi. O, təbliğ və öyüdlə islah olmayan, gühan bataqlığında boğulan bir qövm içərisində çoxluğa deyil, haqqa təslim olmuş, çətin anlarında Allahı köməyə çağırmışdı. “əl-Ənkəbut” surəsinin 30-cu ayəsində Lut peyğəmbərin dilindən bu duanı eşidirik: “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə yardım et!"

    “əş-Şüəra” surəsində isə Lut peyğəmbər deyir: “Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü (pis) işdən (onların bəd əməllərinin cəzasından) qurtar!"

    Şükür duası:

    Lut peyğəmbərin xanımı və bütün şəhər əhalisi Allah tərəfindən nazil edilən yağış tərəfindən həlak olmuşdular. Bu hadisədən sonra şəhərdə heç bir canlı varlıq qalmamışdı. Buna baxmayaraq, rəbbimiz Lut peyğəmbəri və ailəsində olan mömin insanları xilas etmişdi. Təbii ki, bu qurtuluşdan sonra Lut peyğəmbər öz rəbbinə dua etmiş və xilas olduqlarına görə şükür etmişdi: “Həmd olsun Allaha! Salam olsun (Allahın peyğəmbər) seçdiyi bəndələrinə! (Ey Məkkə əhli!) Allah yaxşıdır, yoxsa (müşriklərin) Ona şərik qoşduqları (bütlər)?” (ən-Nəml, 59).

    İbrahim və İsmayıl peyğəmbərin duaları:

    Bütlərə nifrət edən, hər zaman onlara qarşı kin bəsləyən, cəsarət və hikmət sahibi olan İbrahim peyğəmbərin dualarının demək olar ki, əksəriyyəti qəbul olunmuşdur. Lakin nəslinə aid insanların da şirk və küfrdən qorunmasını istəməsi Allahın qoyduğu qanunlara zidd olduğu üçün qəbul edilməmişdir.

    Günahların bağışlanması, yardım və təvəkkül duaları:

    “əl-Mumtəhinə” surəsinin 4-5-ci ayələrində bu haqda belə buyurulur: “İbrahim və onunla birlikdə olanlar (mö’minlər) sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: "Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!" Ancaq İbrahim öz atasına: "Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara bilmərəm (mənim bacardığım yalnız budur)!" - deməsi istisnadır (bunda sizin üçün örnək yoxdur). (Onlar həmçinin belə demişdilər: ) "Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır. Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq vasitəsi etmə! (Bizi kafirlərin əli ilə sınağa çəkmə, onları bizim üstümüzdə hakim etmə!) Bizi bağışla. Ey Rəbbimiz! Həqiqətən, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən!"

    İbrahim peyğəmbər və onunla birlikdə haqq uğrunda mübarizə aparan insanların bu cür duası “ən gözəl örnək” kimi qiymətləndirilmişdir. Mübarizə apardıqları müşrik mühitdən ayrılan İbrahim peyğəmbər və onun tərəfdarları Allaha qarşı bir an olsun saxtakarlıq etməmişdilər. Onlar bu yolda hər şeylərini fəda edəcəklərini və bu yolda çox çətinliklərlə qarşılaşacaqlarını çox yaxşı bilirdilər. Habelə onlar təvəkkül və sığınılacaq yeganə varlığın Allah olduğunu bilərək, bu çətin anlarda Ona əl açmışdılar. Bu möminlər edə bilmədiklərindən və bəzi xətalarından ötrü Allahdan bağışlanmalarını istəməklə yanaşı, kafirlərin əlində gücsüz, dəyərsiz bir oyuncağa çevrilməmək üçün də öz yaradanlarına dua edirdilər. Onlar fitnədən qorunmaqla yanaşı, zalımlarla birgə yaşamaq niyyətində də deyildilər. Çünki onlar Allah rızası üçün hər şeylərindən imtina etmişdilər. Habelə onlar cahil insanlarla necə rəftar edəcəyimizi və dua örnəyini də bizə miras qoyub getmişdilər.

    Allahdan təqva sahiblərinə rəhbər olacaq xeyirli övladlar istəmək:

    Yaşlanmasına baxmayaraq İbrahim peyğəmbər hələ övlad sahibi olmamışdı. Buna rəğmən, o, sonsuz rəhmət sahibi olan Allahdan ümüdini kəşməmiş, xeyirli övladlara sahib olmaq üçün hər zaman yaradanına dua etmişdi. Bu duaların müqabilində Uca Allah onun bu yalvarışlarını cavabsız qoymamış, ona təbliğ vəzifəsini öz üzərinə götürəcək, hər zaman namazına davam edəcək, təqva sahiblərinə öndərlik edəcək xeyirli övladlar bəxş etmişdi. Bu mükafatların müqabilində o da öz növbəsində Allaha şükür etmişdi.

    “əs-Saffat” surəsinin 100-cü ayəsində buyurulur: “(İbrahim müqəddəs torpağa yetişdikdən sonra dua edib) dedi: "Ey Rəbbim! Mənə salehlərdən olan (bir övlad) bəxş et!"

    “İbrahim” surəsində isə İbrahim peyğəmbər bizə əsl dua nümunələrini öyrədir: “(Ya Rəsulum!) Xatırla ki, bir zaman İbrahim belə demişdi: "Ey Rəbbim! Bu diyarı (Məkkəni) əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə!

    Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə) Sən (günahları) bağışlayansan, (bəndələrinə) rəhm edənsən!

    Ey Rəbbimiz! Mən əhli-əyalımdan bə’zisini (İsmaili və anası Hacəri) Sənin Beytülhəramının (Kə’bənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kə’bənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (ne’mətinə) şükür edə bilsinlər!

    Ey Rəbbimiz! Sən bizim gizli saxladığımız və aşkar etdiyimiz hər şeyi (bütün gizli və aşkar əməllərimizi) bilirsən. Yerdə də, göydə də Allahdan gizli heç bir şey qalmaz!

    İxtiyar çağımda mənə İsmail və İshaqı bəxş etmiş Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir!

    Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur!

    Ey Rəbbim! Haqq-hesab çəkilən gün (qiyamət günü) məni, ata-anamı və mö’minləri bağışla!"


    Sonsuza qədər əmin-amanlıq içində yaşanacaq bir məskən üçün dua etmək:

    Vüqarlı, bütləri qıran peyğəmbər kimi tanınan İbrahim peyğəmbər və onun oğlu İsmayıl Kəbə və onun ətrafını özləri və gələcək bütün müsəlmanlar üçün şirkdən təmizlənmiş bir məskən olaraq seçmək qərarına gəldilər. Allah təala İbrahim peyğəmbərin Ondan təqva sahiblərinə əbədiyyətə qədər firavan yaşayacaqları bir məskən verməsi üçün etdiyi duanı qəbul etdi və Məscid əl-Həramı ona məskən olaraq verdi. İbrahim və İsmayıl peyğəmbərlər Kəbəni gələcək bütün mömin nəsillər üçün yenidən inşa edərkən bu duaları oxumuşdular: “Yadına sal ki, İbrahim; "Ey Rəbbim, buranı bəladan asudə (uzaq) bir şəhər et, əhalisinin Allaha və axirət gününə inananlarına cürbəcür meyvələrdən ruzi ver!"- deyə dua etdikdə, O (Allah) : "Kafir olanlara da bir qədər (ömürləri boyu) ruzi verərəm, lakin sonra da cəhənnəm əzabına düçar edərəm. Amma ora (Cəhənnəm) nə fəna bir yerdir!" - deyə buyurdu.

    Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kə’bənin) bünövrəsini ucaltdıqları zaman: "Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!" - deyə dua etdilər.

    (İbrahim və İsmail dedilər: ) "Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et, bizə (həcc) əməllərimizi (ibadət qaydalarımızı) göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!"

    (Onlar yenə dedilər: ) "Ey Rəbbimiz! Onların (nəslimizin) içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini (hökmlərini) onlara oxusun, (Sən göndərən) Kitabı (Qur’anı) və (oradakı) hikməti onlara öyrətsin, onları (günahlardan) təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən"


    Dünyada təqvalı yaşamaq, axirətdə günahların bağışlanması və Cənnət nemətləri üçün dua etmək:

    İbrahim peyğəmbər düz yola gəlməyən, qəlbləri hidayət nuru ilə işıqlandırılmayan qövmü ilə qarşılaşarkən, hər zaman Allahın köməyinə və dəstəyinə ümid bağlamışdı. Habelə o, digər peyğəmbərlər kimi, axirətdə cənnət nemətləri ilə mükafatlandırlmasını Allahdan istəmişdi.

    Biz onun öz rəbbindən bu nemətləri istəyərək necə dua etdiyini “əş-Şüəra” surəsinin 83-89-cu ayələrində açıq-aydın görürük: “Ey Rəbbim! Mənə hikmət (peyğəmbərlik, elm) bəxş et və məni (Sənin rizanı qazanmış) salehlərlə (yaxşılar zümrəsinə) qovuşdur!

    Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə! (Gələcək nəsillər məni həmişə yad etsinlər, xatirimi əziz tutub adımı hörmətlə çəksinlər!)

    Məni Nəim cənnətlərinin varislərindən et!

    Atamı bağışla! Şübhəsiz ki, o, (haqq yolu) azanlardan oldu!

    (İnsanların qəbirlərindən çıxardılıb) dirildəcəyi gün (qiyamət günü) məni zəlil (rüsvay) etmə!

    O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər!

    Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (mö’minlərdən)başqa!"
    (ardı var)

    Tərcümə etdi: Dilavər Məmmədov
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 1256 | Tarix: 22.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Oktyabr 2012  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 4
    Qonaqlar: 4
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru