EY MÜSƏLMAN BACIM! RAMAZANIN ARTIQ 18 GÜNÜ KEÇİB, GERİYƏ YALNIZ BU 12 GÜN QALIB. HƏLƏ Kİ, ƏCR QAZANMAQ ÜÇÜN FÜRSƏT VAR. ƏVVƏLKİ GÜNLƏRDƏ NÖQSANA YOL VERMİŞDİNSƏ BU GÜNLƏRDƏN İSTİFADƏ ET, HƏQİQƏTƏN ƏMƏLLƏR SONUNA GÖRƏDİR.
“...Özünüz üçün dünyada nə yaxşı iş görsəniz, Allah dərgahında onun daha xeyirli və daha böyük mükafatının olduğunu görəcəksiniz...” (əl-Müzzəmmil, 20).
Allah -Təala Qurani-Kərimdə xəstə qəlbləri bəzi məqamlarda belə qeyd etmişdir. “Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də üzücü bir əzab çəkəcəklər.” (əl-Bəqərə, 10).
Təravih namazı Ramazan ayında yatsı namazından sonra qılınan namazdır. “Təravih” ərəb sözü olub “tərvihə” sözünün cəmidir; mənası “oturmaq, istirahət etmək”dir. Təravih namazı qılınarkən hər dörd rükətin sonunda oturulub istirahət edildiyi üçün namaza bu ad verilmişdir.