Rasulullah (Allahın ona salavat və salamı olsun) buyurur: - “Qiyamət günü gətirilən hər bir bəndə dörd şeydən soruşulacaqdır.” Bunlardan biri də “Ömrünü harada keçirdin?” sualı olacaqdır.
Müxtəlif ölkələrdən olan mütəxəssislərin apardığı elmi tədqiqatlar sübut etmişdir ki, Ramazan ayını bütünlükdə oruc tutmaq mənəvi və psixoloji cəhətdən orqanizmə faydalıdır. Bir ay boyu oruc tutan şəxs bəzi keyfiyyət və bacarıqlar qazanır ki, bu da güclü və sağlam şəxsiyyətin formalaşmasına kömək edir.